Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-45/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kommersiya mübahisəsi üzrə qəbul edilən Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1641/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 21 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 16 oktyabr 2024-cü il tarixə hesablanmış xx.xx.2016-cı il tarixli 1772-GL/16 nömrəli müqavilə üzrə 2681 manat gecikdirilmiş borcun, 3553,1 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia icraatı qaydasında verilmiş həmin iddia ərizəsinə dair kommersiya işinə Şəki Kommersiya Məhkəməsində “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” baxılaraq qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1641/2024 nömrəli qətnamə ilə iddia qismən təmin edilərək, cavabdeh X1 xx.xx.2016-cı il tarixli 1772- GL/16 nömrəli müqavilə üzrə 2681 manat gecikdirilmiş borcun, 268 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 250 manat pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və ödənilməmiş 39,38 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim Mübariz Hüseynov). İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1641/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə qətnaməni ləğv edərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair hazırkı iddia ərizəsi iddia icraatı qaydasında verilməsinə baxmayaraq, həmin işə Şəki Kommersiya Məhkəməsində “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” baxılaraq qətnamə qəbul edildiyindən, apellyasiya instansiyasında da 24 yanvar 2025-ci il tarixli qərardadla həmin qətnamədən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci ildə apellyasiya qaydasında yazılı icraatda baxılması qərara alınmışdır. Lakin, apellyasiya şikayətinə yazılı icraatda baxılarkən işin halları, o cümlədən də iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini Şəki Kommersiya Məhkəməsinə iddia icraatı qaydasında verməsi və Azərbaycan Respublikası Mülki- Prossesual Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla, qəbul edilmiş 05 mart 2025-ci il tarixli 2-2(107)-45/2025 nömrəli qərardada əsasən Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1641/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi dinləmələr aparılmaqla, iddia icraatı qaydasında baxılması qərara alınmış və ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında həmin apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması ilə əlaqədar iş üzrə məhkəmə iclası 03 aprel 2025-ci il tarixə, saat 1000-a təyin edilmişdir. Lakin, apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 13 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edib, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1641/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 03 aprel 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Göründüyü kimi, apellyator 13 mart 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etməklə, həmin şikayətin apellyasiya instansiyasında baxılmasından imtina etmişdir. Yuxarıda sadalanan Mülki-Prosessual qanunvericiliyin tələblərindən də göründüyü kimi, apellyasiya şikayəti verən şəxs - həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni, apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq, apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Eyni zamanda, apellyasiya şikayətindən imtina - apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur və bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Yəni, Mülki-Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur və apellyasiya instansiya məhkəməsi həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda - şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda, məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası, Mülki-Prosessual Məcəllənin tələblərini, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X6 Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2- 2(117)-1641/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılmasını tələb etməklə, şikayətindən imtina etmiş və onun şikayətdən imtina ilə əlaqədar bu iradə ifadəsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, apelyatorun şikayətdən imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinin tələbinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3), iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında (maddə 402.2.5) - qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2-2(117)-1641/2024 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-45/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-45/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver