Məhkəmə qərarları › İş №2-2(107)-48/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-48/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-48/2020 07.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıbhesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, halhazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatın və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə “iddianın təmin tədbiri haqqında ərizənin rədd edilməsi barədə” Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıb-hesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, halhazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatın və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda elektron kabinet vasitəsilə iş üzrə iddianın təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdehin səhmlərinin üzərinə həbs qoyulması və cəmiyyətə məxsus əmlakların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.A.Məcidov) xx xxxxxx 2020-ci il tarixli, e- 2-2(117)-520/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin nizamnaməsinin, vergidən dövlət reyestrindən çıxarışının, qeydiyyat şəhadətnaməsinin, səhmdarlarının yeni reyestrinin, 2016, 2017 və 2018-ci illərin yekununa dair keçirilmiş səhmdarlarının ümumi yığıncağının protokollarının, həmin illərə dair ümumi yığıncağında qeydiyyatdan keçməklə iştirak edən səhmdarların, həmin illər üzrə keçirilmiş ümumi yığıncağına səhmdar olaraq çağırılması ilə bağlı bildirişin, həmin illər üzrə audit rəyi ilə təsdiq edilmiş maliyyə nəticələri barədə (mənfəət və zərər haqqında hesabatlarının) illik hesabatlarının, müəssisənin mühasibat balansının, vergi orqanına təqdim edilmiş mənfəət vergi bəyənnamələrinin və onlara əlavələrin, həmin illər üzrə cəmiyyətin səhmdarlarına dividend hesablanıb-hesablanmaması barədə məlumat, əgər hesablanmışdırsa həmin illər üzrə hesablanmış və ödənilmiş dividendlərin məbləğləri barədə müvafiq təsdiqedici sənədlərin, emissiya prospektinin, fiziki və hüquqi şəxslərlə bağlanmış icarə müqavilələrinin surətlərinin, cəmiyyətin balansında olan vəsaitlərin (tikililər, qurğular, avadanlıqlar və s.) siyahısı, hal-hazırda səhmdar cəmiyyətin adından çıxış edən səlahiyyətli şəxsin kim olması barədə məlumatın və səlahiyyətləri təsdiq edən sənədin surətinin verilməsinin cavabdehə həvalə edilməsi və 2014-cü ildən bu günədək xalis mənfəətdən payına düşən dividendin hesablanaraq ödənilməsi tələbinə dair” iş üzrə İddiaçı iddianın təmin tədbirinin görülməsinə dair ərizəsi rədd edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikаyət verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin “iddianın təmin tədbirinin görülməsinə dair ərizənin rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 520/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən, birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlaküzərinə həbs qoyulur. Həmin məcəllənin 159.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Qeyd olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi, iddianın təmin edilməsi iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirəcək və ya qeyri-mümkün edə biləcək halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək üçün məhkəmə tərəfindən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə mülki prosessual qanunvericilikdə müəyyən edilmiş ardıcıllıqla həbs qoyula bilər. Məhkəmə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi təmin tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə dərəcədə əlaqəli və mütənasib olduğunu araşdırmalıdır. Bu zaman məhkəmə həm də əmin olmalıdır ki, iddianı təmin tədbirinin görülməməsi iddia tələbinin təmin olunması halında məhkəmə qərarının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin irəli sürülmüş iddia tələbinə mütənasibliyi baxımından hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya, yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Görülmüş təmin tədbirləri MPM-in 157-ci maddəsində göstərilən məqsədlərə uyğun olmalıdır. Bu maddədə nəzərdə tutulmuş məqsədlərə uyğun gəlməyən iddianı təmin tədbirlərinin görülməsinə yol verilmir. İddiaçı cavabdehin səhmlərinin üzərinə həbs qoyulması və cəmiyyətə (ASC-yə) məxsus əmlakların özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi kimi iddianın təmin tədbirinin görülməsini məhkəmədən xahiş etsə də, lakin onun iddia tələbinin maddi həcmi qeyri-müəyyəndir. İddiaçı nəticə etibarilə 2014-cü ildən indiyədək ASC-nin xalis mənfəətindən payına düşən dividendin hesablanaraq ona ödənilməsini cavabdehdən tələb edir. Lakin həmin dövrdə müəssisənin mənfəətlə işləyib-işləməməsi, xalis mənfəətinin olub-olmaması, mənfəətdən iddiaçıya düşəsi payın (dividendin) miqdarı hələ bəlli deyildir və iddiaçının əsas tələbi də məhz bunların müəyyənləşdirilməsinə yönəlmişdir. Ona görə də cavabdehin hansı həcmdə əmlakının üzərinə həbs qoyulmasının məhkəmə tərəfindən hazırda müəyyən olunması qeyri-mümkün görünür. Cavabdehin səhmlərinin üzərinə həbs qoyulması ilə bağlı iddianın təmin tədbiri isə əslində heç bir məna və əhəmiyyət kəsb etmir. Ona görə ki, səhmlərin özgəninkiləşdirilməsi səhmdarların tərkibinin dəyişilməsinə və yeni səhmdarların qoşulmasına, eyni zamanda müəssisənin fəaliyyətinə əlavə maliyyə resurslarının cəlb edilməsinə səbəb ola bilər. Səhmlərin özgəninkiləşdirilməsi heç də müəssisənin hərrac edilməsi, onun əmlakının dağıdılması kimi başa düşülməməlidir. Şərh edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının “iddianın təmin etmə tədbirinin görülməsi barədə” ərizəsini əsassız sayaraq təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin olunmasına əsas görmür. Ona görə də məhkəmə kollegiyası Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, e-2-2(117)-520/2020 nömrəli qərardadını dəyişdirilmədən saxlamağı daha məqbul hüquqi mövqe hesab edir. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, apellyasiya məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 520/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar