Məhkəmə qərarları › İş №2-2(107)-5/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-5/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-5/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-347/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-347/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Şəki rayonu Qudla kəndində yerləşən yerləşən 372,1 kv.metr qeyri-yaşayış sahəsi (X1) və 10000 kv.metr torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh dövlət nəfinə tutulması qət edilmişdir. İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ƏMDK xx.xx.2019cu il tarixli 01 nömrəli hərrac protokoluna uyğun olaraq Şəki rayonu Qudla kəndində yerləşən və ümumi sahəsi 372,1 kv.metr qeyri-yaşayış sahəsi (X1) və 10000 kv.metr torpaq sahəsini 68000 manata Cavabdeh satmağı, alıcı Cavabdeh isə əmlakın və torpaq sahəsinin dəyəri olan 68000 manat məbləği müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2019-cu il tarixədək satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən hərracda satılmış daşınmaz əmlakın satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. 2.3-cü bəndinə əsasən alıcı müqavilə imzalandıqdan sonra daşınmaz əmlakın müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir. Cavabdeh əmlakın satış qiyməti olan 680xx xxxxxxxx 20800 manat hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək qalan 47200 manat hissəsini hazırkı vaxtadək ödəməmişdir. Borcun ödənilməsi, əks təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin sonuncu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki rayonu Qudla kəndində yerləşən sahəsi 372.1 kv.metr təşkil edən X1 və 10000 kv.metr torpaq sahəsi satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli alqı-satqı müqaviləsinə əsasən 68000 manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 20800 manat ödəmiş, yerdə qalan 47200 manat vəsaitin ödənilməsini həyata keçirməmişdir. Bununla da alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan iddiaçı tərəf məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə müraciət etməli idi. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti prossesual normaların tələblərinə əməl etmədən məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi sözügedən ziddiyətli məqamlara hüquqi qiymət verməmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə qədər borcun ödənilməsi və ondan sonrakı prossesual hərəkətlərlə bağlı pretenziya qaydasına əməl etmədiyi aydın olur. İddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl qanunla nəzərdə tutulmuş pretenziya qaydasına əməl etmədiyindən iddia tələbi baxılmamış saxlanılmalı olduğu halda birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Belə ki, iş materiallarından görünür ki, işə iddiaçı tərəfindən iddia ərizəsinə bildiriş və xəbərdarlıq əlavə edilmişdir. Həmin sənədlərdən guya sənədlər cavabdehə göndərilmişdir. Lakin həmin sənədlər ona göndərilməmiş, o cümlədən xəbərdarlıq məktubu, iddia ərizəsi onun tərəfindən alınmamışdır. Göründüyü kimi iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl qanunla nəzərdə tutulmuş pretenziya qaydasına əməl etməmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-347/2020 saylı qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)- 347/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ƏMDK xx.xx.2019-cu il tarixli 01 nömrəli hərrac protokoluna uyğun olaraq Şəki rayonu Qudla kəndində yerləşən və ümumi sahəsi 372,1 kv.metr qeyri-yaşayış sahəsi (X1) və 10000 kv.metr torpaq sahəsini 68000 manata Cavabdeh satmağı, alıcı Cavabdeh isə əmlakın və torpaq sahəsinin dəyəri olan 68000 manat məbləği müqavilə bağlandığı andan 30 (otuz) bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2019-cu il tarixədək satıcının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən hərracda satılmış daşınmaz əmlakın satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. 2.3-cü bəndinə əsasən alıcı müqavilə imzalandıqdan sonra daşınmaz əmlakın müqaviləyə uyğun olaraq istifadə etmək hüququna malikdir. Cavabdeh əmlakın satış qiyməti olan 680xx xxxxxxxx 20800 manat hissəsini ödəsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək qalan 47200 manat hissəsini hazırkı vaxtadək ödəməmişdir. Borcun ödənilməsi, əks təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin sonuncu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin Şəki rayonu Qudla kəndində yerləşən 372,1 kv.metr qeyri-yaşayış sahəsi (X1) və 10000 kv.metr torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4390 nömrəli müqavilənin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Sadalanan qanunvericiliyin tələbləri baxımından borcun ödənilməsi, əks təqdirdə müqavilənin ləğv ediləcəyi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməyərək müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini ödəmədiyindən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4390 nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilməli və həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə kollegiyası Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası həmçinin, apellyasiya şikayətinin iddiaçının borcun ödənilməsi və ondan sonrakı prossesual hərəkətlərlə bağlı məhkəməyə qədər pretenziya qaydasına əməl etməməsi və birinci instansiya məhkəməsi tərəfindən işin bu halına qiymət verilməməsi barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, iş materialları ilə iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə qədər pretenziya qaydasına əməl etdiyi müəyyən edilir. (iş vərəqəsi 8.9) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-347/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2-2(117)-347/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar