Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-5/2022 19.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “38326,27 manat məbləğində pul vəsaitinin və 65655,75 manat məbləğində cərimənin tutulması” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e- 2-2(117)-573/2021 nömrəli qətnaməsindən cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “50448,28 manat məbləğində pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək məhkəmə iclasında ərizə təqdim edib “38326,27 manat məbləğində xidmət haqqının və 65655,75 manat məbləğində cərimənin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(117)-573/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 34 066,56 (otuz dörd min altmış altı manat əlli altı qəpik) borc və 6565,57 (altı min beş yüz altmış beş manat əlli yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 40 632,13 (qırx min altı yüz otuz iki manat on üç qəpik) manat pul tutularaq İddiaçınə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. İşin halları “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” Teymur Əhmədov adına "xxxx" QSC arasında bağlanmış 19.09.2017-ci il tarixli CC17090137 nömrəli xidmət müqaviləsinə əsasən İddiaçı MMC dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə "xxxx" QSC-nin sənədlərinin və bağlamalarının aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin, xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılmasını öz üzərinə götürmüşdür, “Sifarişçi” isə xidmətlərin haqqını DHL Express tariflərinə əsasən ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”-ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “İcraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “Sifarişçi” “İcraçı” qarşısında “İcraçı”nın təqdim etdiyi müvafiq sənədlər əsasında xidmət haqqının vaxtında ödənilməsi məsuliyyətini daşımağı öz üzərinə götürmüşdür. "xxxx" QSC-nin direktrou Teymur Əhmədovun İddiaçı MMC-yə ünvanladığı 15.10.2018-ci il tarixli Qarantiya məktubunda cavabdeh zəmanət vermişdir ki, DHL Express tərəfindən xarici ölkələrdən daşınan yüklərin nəqliyyat xərclərini ödəyəcək və DHL Express aviaqaiməsinin arxa səhifəsində qeyd edilmiş şərtlərlə razılaşmış, ödənişlərin Azərbaycan manaı ilə icra ediləcəyi öhdəliyi götürmüşdür. "xxxx" QSC istifadə edilmiş xidmətlərə görə ödənişi bank köçürməsi ilə müvafi hesab-fakturanı aldıqdan sonra ödəyəcək. "xxxx" QSC zəmanət verir ki, 9 rəqəmli (963****241 (iş vərəqi 209-210, 1-ci cild) kod məxfi saxlanılacaq və başqaları tərəfindən istifadəsinə görə məsuliyyət daşıyır. Qeyd edilən 9 rəqəmli kod "xxxx" QSC tərəfindən sifariş olunan DHL Express tərəfindən həyata keçirilən bütün daşımalar üzrə təqdim edilmiş Nəqliyyat Qimlərində “Yük göndərən” yerində qeyd edilmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, hazırki müqavilə üzrə mübahisələr tərəflərin yazılı pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. "xxxx" QSC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, iddiaçı bununla bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(117)-573/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə Teymur Əhmədov adına "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 19 sentyabr 2017-ci il tarixli CC17090137 nömrəli xidmət müqaviləsinin predmeti "xxxx" QSC məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılmasından ibarətdir və həmin xidmətlər "xxxx" QSCninyerləşdiyimiz hüquqi ünvanından digər ölkələrə daşınması nəzərdə tutulmuşdu. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş xidmətin göstərilməsini əks etdirən qaimələrdən görsənir ki, bütün sənədlərin daşınılması xarici dövlətlərin ərazisində baş vermişdir. Halbu ki, "xxxx" QSC hüquqi və faktiki ünvanı Azərbaycan Respublikası ünvan 1dərilən sənədlər və bağlamalar baş verdiyi halda, İddiaçı MMC tərəfindənsifarış gəldiyi gün elektron qaimə tərtib edib "xxxx" QSC-nə göndərməli idi və qarşı tərəf həmin qaiməni təsdiq edərdisə o zaman xidməti həyata keçirməli idi, lakin qeyd olunanlar heç biri baş verməmişdir. Bütün təqdim edilən elektron qaimələr "xxxx" QSC tərəfindən deyil sistem tərəfindən qəbul edilmişdir. Bundan başqa, xidmət müqaviləsinin 9.1-ci bəndinə əsasən, hər iki tərəf müqavilə üzrə işlərin həyata keçirilməsinin maksimum effektliyini təmin etmək üçün əlaqədar şəxslər təyin etmişlər. Sifarişçi tərəfindən Diana Zabelina təyin edilmişdir. Lakin qaimələrin surətindən görünür ki, göndərişlərin sifarişçisi Natalya adlı şəxs olmuşdur. Əlavə olaraq bildirir ki, "xxxx" QSC-də Natalya adlı əməkdaşı işləmir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə xidmətin göstərilməsini əks etdirən qaimələr təqdim edilmişdir. Həmin qaimələr Müllki Məcəllənin 854-cü maddəsində göstərilən tələblərə uyğun tərtib edilməmişdir. Həmin qaimələrdə daşımanın qiyməti, yük barədə məlumatlar və digər vacib məlumatlar mövcud deyildi. AR MPM-nin 77.1-ci maddəsinə uyğun olaraq hazırki iş üzrə İddiaçı MMC tərəfindən qeyd etdiyi xidmətlərin göstərilməsinin sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir və onun istinad etdiyi hallar işin materialları ilə müəyyən olunmur. Hesab edir ki, iddia tələbi tutarlı dəlillərlə, mötəbər sübutlarla əsaslandırılmadığından bu tələbin təmin edilməsi mümkün deyil. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-573/2021 saylı qətnaməsini ləğv edib, İddiaçı MMC-nin iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(117)-573/2021 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 04.10.2018-ci il tarixli TC 600/18 saylı hesab-faktura ilə sentyabr ayı üçün verilmiş invoys üzrə 1025,03 manat, 06.12.2018-ci il tarixli 770/18 saylı hesab-faktura ilə 2018-ci ilin noyabr ayı üçün verilmiş invoys üzrə 2156,39 manat, 09.01.2019-cu il tarixli 009/19 saylı hesab-faktura ilə 2018-ci ilin dekabr ayı üçün verilmiş invoys üzrə 11975,97 manat, 07.02.2019-cu il tarixli 098/19 saylı hesab-faktura ilə 2019-cu ilin yanvar ayı üçün verilmiş invoys üzrə 2241,37 manat, 06.03.2019-cu il tarixli 158/19 saylı hesab-faktura ilə 2019-cu ilin fevral ayı üçün verilmiş invoys üzrə 3364,10 manat, 04.04.2019-cu il tarixli 229/19 saylı hesab-faktura ilə 2019-cu ilin mart ayı üçün verilmiş invoys üzrə 3770,16 manat, 06.05.2019-cu il tarixli 313/19 saylı hesab-faktura ilə 2019-cu ilin aprel ayı üçün verilmiş invoys üzrə 4617,66 manat, 03.07.2019-cu il tarixli 451/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyun ayı üçün verilmiş invoys üzrə 844,12 manat, 06.08.2019-cu il tarixli 524/19 saylı hesab-faktura ilə 2019-cu ilin iyul ayı üçün verilmiş invoys üzrə 3942,30 manat və 06.03.2020-ci il tarixli 294/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayı üçün verilmiş invoys üzrə 129,46 manat məbləğində xidmət haqqı göstərilmişdir. Deməli iddiaçı tərəfindən cavabdehə 34066,56 manat məbləğində rabitə xidməti göstərilmişdir. Bu, yuxarıda sadalanan elektron-qaimələrlə və hesab-fakturalarla təsdiqlənir. Bundan başqa müvafiq xidmətlərə dair nəqliyyat qaiməsində “Yük Göndərən” hissədə "xxxx" QSC tərəfindən məxfiliyinə zəmanət verilmiş 9 rəqəmli kod- 963****241 qeyd edilmiş, nümayəndə olaraq əsasən Natalia Pakhaeva, Tatyana Ldukova, X1 və digər şəxslər tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaydada təqdim edilmədən əlavə, real olaraq təqdim edilən hesab-fakturalarda onu qəbul edən cavabdehin nümayəndəslərinin imzası (Məsələn:Diana Zabelina adlı şəxs 06.03.2019-cu il tarixli hesab fakturada, Əli Abdulov 03.07.2019-cu il tarixli hesab-fakturada, 06.03.2020-ci il tarixli hesab-fakturada Rasim Allahverdiyev və digər şəxslər) vardır. Cavabdeh tərəf iddia ilə razılaşmasa da, bunun əksini sübut edən hər hansı bir mötəbər dəlili istər birinci instansiya məhkəməsinə istərsə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması xidməti haqqını, hər təqvim ayının sonunda “İcraçı” tərəfindən təqdim olunan müvafiq sənədə əsasən (invoys təqdim olunandan 30 gün ərzində) bank köçürülməsi yolu ilə həyata keçirilməlidir, əks təqdirdə 0,3% həcmində cərimə sanksiyaları tətbiq olunacaqdır. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehdən 6565,57 (altı min beş yüz altmış beş manat əlli yeddi qəpik) manat məbləğində cərimə tutmaqla da haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Mülki Məcəllənin: 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 854.1-ci maddəsinə görə yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. Qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir.Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddia tələbində göstərilən məbləg qismən elektron-qaimələrlə və hesab-fakturalarla öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsaslanaraq apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(117)-573/2021 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 16.09.2021-ci il tarixli, e-2-2(117)-573/2021 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-5/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-5/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver