Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-52/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X20 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil1, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2- 2(117)-1595/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı (VÖEN **********) 05 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanılmış 15 yanvar 2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun Cavabdehndən alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Baki şəhərində bağlanılmış xx.xx.2019-cu il tarixli 01/2029 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyə Cəmiyyətinə ümumilikdə 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində gübrə və pestisidin alqı-satqısı barədə razılığa gəliblər. Tərəflər həmin Müqaviləyə əlavə edilmiş 1 saylı Əlavə ilə X1 tərtib etmiş və öz möhürləri ilə təsdiq etmişlər. İddiaçı GBR Trade MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin Cavabdeh pulu ödəməkdən yayınmağa cəhd göstərmişdir. Verilən mallar, Cavabdeh Şirkətin İddiaçı MMC-yə olan ödənişi ilə bağlı tərəflər 24 yanvar 2023-cü il tarixdə razılığa gəlmişlər. 21 yanvar 2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh MMC arasında Üzləşmə Aktı tərtib edilmişdir. X26 görə Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli Alqı-Satqı Müqaviləsinə görə 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat borcu olduğunu qəbul etmişdir və qısa zamanda həmin borcu ödəyəcəklərini bildirmişlər. Amma tərəflər arasında bağlanmış Alqı-Satqı Müqaviləsindən və Üzləşmə Aktından uzun müddət keçsə də, cavabdeh hər hansı bir ödəniş etməmişdir. Cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə 01 oktyabr 2024-cü il tarixdə pretenziya məktubu göndərilsə də, həmin pretenziyaya bu günədək hər hansı münasibət bildirilməmişdir. Cavabdeh MMC-nin müqavilə şərtlərini birtərəfli qaydada pozması və müqavilə öhdəliklərindən birtərəfli qaydada imtina etməsi iddiaçının hüquqlarını pozur və müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi səbəbindən iddiaçı MMC ağır vəziyyətə düşmüşdür. Cavabdeh MMC-nin müqavilə öhdəliklərini icra etməməsi iddiaçıya ziyan vurmuşdur. Ona görə də, Cavabdeh MMC-nin müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və iddiaçıya borclu qaldıqları 1.199.198,36 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389, 427.3, 430.1, 442 və 443.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - 1). Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında aşağıda sadalanan şərtlərlə 15 yanvar 2019-cu ildə bağlanmış 01/2019 nömrəli Alqı-satqı Müqaviləsi:
1. Müqavilənin predmeti: 1.1. Müqaviləyə əsasən “Satıcı” Alıcıya gübrə və pestisid (bundan sonra “Mal”) satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir. 2.1. Satıcinın aşağıdakı hüquqları vardır: 2.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək; 2.2. Satıcının aşağıdakı vəzifələri vardır: 2.2.1. “Satıcı” Malları “Alıcıdan aldığı sifariş və müqavilənin ayrılmaz hissəsi kimi tərəflərin buna uyğun tərtib etdikləri qiymətlərini, miqdarını və ümumi dəyərini göstərən “X1” əsasında Alıcıya satmağı öhdəsinə götürür və buna müvafiq qaydada “Alıcı”ya Malları müqavilənin 4.1-ci maddəsində müəyyən edilmiş müddətdə təhvil verir. 2.4. Alıcının aşağıdakı vəzifələri vardır: 2.4.1. “Alıcı” Malların tələb olunan siyahısını yazılı surətdə Satıcıya təqdim etməlidir; 2.4.2. “Alıcı” (elektron qaimə-fakturanı aldıqdan sonra) Malı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməlidir;
3. Malin təhvil verilməsi şərtləri 3.1. “Satıcı’' Malı müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3* (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə “Alıcf’ya Malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür. 3.2. “Satıcı” Malın təhvil verilməsindən əvvəl elektron qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir.
4. Ödəniş şərtləri 4.1. Müqaviləyə əsasən Alıcı Malları 1 (bir) həftə qabaqcadan Satıcıya sifariş etməlidir. 4.2. “Alıcı” sifariş olunan Malın dəyərini sifariş təsdiq edildikdən və Satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirir. 7.2. Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Hər iki tərəfdən və ya bir tərəfdən müqavilə müddətinin bitməsinə 1 (bir) həftə qalmış müqaviləyə xitam verilməsi barədə xəbərdarlıq olmasa, müqavilə tərəflər arasında yenidən həmin müddətə bağlanmış sayılır. - 2). 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsi üzrə tərəflər arasında imzalanıb-möhürlənərək təsdiq olunmuş 15 yanvar 2019-cu il tarixli X6 (Əlavə 01): X8 görünür ki, satıcı İddiaçı MMC alıcı Cavabdeh MMC-yə cəmi 19839,90 manat dəyərində 12,3 ton “Kristalon Plus 20-20-20”, cəmi 29034 manat dəyərində 18 ton “Kristalon 13-40-13”, cəmi 93436 manat dəyərində 71 ton “Krista K Plus (potassium nitrate) 28342100”, cəmi 684500 manat dəyərində 500 ton “Krista MgS (magnesium sulphate) 28332100” və cəmi 372388,46 manat dəyərində 230,87 ton “Krısta MKP (monopotassium phosphate)” olmaqla, ümumilikdə 1.199.198,36 manat dəyərində cəmi 832,17 ton malları satmağı öhdəsinə götürmüşdür. - 3). Cavabdeh MMC-nin baş direktoru X16 və İddiaçı MMC-nin direktoru X18 tərəfindən imzalanıb-möhürlənmiş 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktı: Həmin Aktda göstərilir ki, Cavabdeh MMC-nin adından baş direktoru X16 və İddiaçı MMC-nin adından direktoru X18 bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2019-cu il tarixli, 01/2019 saylı alqısatqı müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə gübrə və pestisid satışından 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat otuz altı qəpik) manat borcu qalmışdır. - 4). Cavabdehə ünvanlanmış “Alqı-satqı üzrə borcun ödənilməsi” barədə 02 oktyabr 2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubu.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 25 dekabr 2024-cü il tarixli e-2- 2(117)-1595/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuşdur. Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01/2019 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı öhdəsinə götürdüyü malları Alıcıya satmış olsa da, Alıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan X9 göstərilmiş gübrə və pestisid məhsullarınının dəyərini satıcıya ödəməmiş, bununla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən ödənilməmiş 1.199.198,36 manat borcu qalmışdır ki, bu hal tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları və hər iki tərəfin möhürü əks olunmuş xx.xx.2023-cü il tarixli Üzləşmə Aktı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək X6 ilə razılaşdırılmış malları cavabdehə satsa da, buna dair Üzləşmə Aktını məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən ödənilməmiş 1.199.198,36 manat borcu qalmışdır ki, cavabdeh tərəf Üzləşmə Aktında həmin borcu etiraf etmişdir. Məhkəmə iclasılarının yeri və vaxtı barədə cavabdeh məlumatlı olsa da, iddia tələbi ilə bağlı hər hansı bir münasibət bildirməmiş, borcdan ödəniş edib-etməməsi ilə bağlı məlumatları təqdim etməmişdir. Ona görə də, məhkəmə tərəfindən işə baxılmasının təxirə salınması, məhkəmə ekspertizasının təyin edilməsi və digər araşdırma aparılmamışdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, 1.199.198,36 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki-prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3 və 217.4-cü maddələri). Odur ki, iddiaçı 1.199.198,36 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 1389,60 manat təşkil edir. İddiaçı MMC tərəfindən 1390 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmur. Bu səbəbdən məhkəmə dövlət rüsumunu cavabdehdən tutmamışdır (birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün iddiaçı tərəfindən təqdim edilmiş 15 yanvar 2019cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsinə, həmin Müqavilə üzrə tərəflər arasında imzalanıb-möhürlənərək təsdiq olunmuş 15 yanvar 2019-cu il tarixli X4, Cavabdeh MMCnin baş direktoru və İddiaçı MMC-nin direktoru tərəfindən imzalanıb-möhürlənmiş 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktına istinad etmişdir). Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1, 81, 119, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. İş materiallarından görünür ki, hazırkı apellyasiya şikayətini vermiş Cavabdeh Məhdud Məsuliyyətlinin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilən məhkəmə araşdırmasında və məhkəmə iclaslarında iştirak etməmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz 3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1595/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işə iddia müddətinin tətbiq edilərək, iddiadan imtina olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış 1.199.198,36 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, Şəki Kommersiya Məhkəməsində olan proseslər barədə cavabdehə bildiriş göndərilməmişdir. Cavabdehin qanuni təmsilçisi Nümayəndə yalnız xx.xx.2024-cü il tarixdə, yəni məhkəmə prosesindən 1 saat əvvəl SMS vasitəsi ilə bildiriş gəlmişdir. Nəticədə cavabdehin müdafiə hüquqları kobud şəkildə pozularaq, barəsində qanunsuz qətnamə çıxarılmışdır. Dəlil 1: İddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə yaranmış borcu cavabdehdən 5 il sonra tələb edir. Cavabdehin öhdəliyinin isə daha sonrakı tarixdə yarandığı barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə cavabdehin ərizəsi əsasında iş üzrə iddia müddəti tətbiq etməli idi. Lakin, cavabdeh məhkəməyə dəvət olunmadığı üçün özünü müdafiə hüququndan məhrum olaraq, müddətin tətbiqi barədə ərizə təqdim edə bilməmiş və nəticədə onun ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Dəlil 2: Son vaxtlar Cavabdeh MMC-nin iştirakçıları və qanuni təmsilçisi olan icra orqanının rəhbəri dəyişmişdir. Cavabdeh MMCnin ilkin mühasibat uçotu sənədlərində və hesabatlarında yuxarıda göstərilən sənədlər və borclar haqqında məlumatlar yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən malın verilməsini təsdiq edən “təhvil aktı” təqdim edilməmiş, cavabdehə malın dəyərinin ödənilməsi barədə elektron qaimə göndərilməmişdir. Bütün bu hallar ehtimal etməyə əsas verir ki, Cavabdeh MMC-nin əvvəlki rəhbərliyi və İddiaçı MMC-nin rəhbərliyi əlbir olub qanunsuz qazanc əldə etmək, yaxud başqa məqsədlə geri tarixə belə uydurma əqdləri və digər sənədləri sonradan imzalayıblar. Onlar özlərində Cavabdeh MMC-yə aid möhürlü kağızlar saxlayıblar və bundan sonra da İddiaçı MMC-nin xeyrinə onları tərtib edib, sübut adı ilə məhkəməyə təqdim ediblər. Ona görə də, İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi və bundan sonra təqdim edə biləcəyi Cavabdeh MMC-nin əvvəlki rəhbərliyinin imzası ilə olan sənədlər uydurma və əhəmiyyətsiz sayılmalıdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi iş materiallarında olan sübutlar obyektiv qiymətləndirilmədən çıxarıldığı üçün işin faktiki hallarına uyğun deyil. Nəticədə maddi hüquq normaları da səhv tətbiq edilmişdir. Dəlil 3: Birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə hazırlıq iclası keçirilmiş, lakin iclas barədə cavabdehə bildiriş göndərilməmişdir. Birinci hazırlıq iclasından sonra xx.xx.2024-cü il tarixə baxış iclası təyin edilmişdir və həmin iclasda qətnamə qəbul edilmişdir. Bu iclas barədə isə cavabdehə xx.xx.2024-cü il tarixdə, yəni iclas günü, iclasın vaxtından 1 saat əvvəl SMS vasitəsilə bildiriş göndərilmişdir (şikayətə əlavə olunur). Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehi lazımi qaydada xəbərdar etmədiyi üçün və onun hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etdiyi üçün qətnamə ləğv edilməlidir. Dəlil 4: Cavabdehin iddiaçıya borclu olma faktı iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Üzləşmə Aktı ilə sübut oluna bilməz. İddiaçı ilk öncə müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri, yəni malları cavabdehə təhvil verməsini sübut etməli idi. Lakin, iddiaçı tərəfindən bu faktı təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı ödəniş barədə cavabdehə elektron qaimə də təqdim etməmişdir. Bu faktlar məhkəməyə təqdim edilmiş müqavilənin və üzləşmə aktının sonradan hazırlanmış uydurma əqd olduğunu bir daha təsdiq edir. Dəlil 5: Məhkəmənin qətnaməsi maddi və prosesual normaların tələblərinə zidd olduğu üçün ləğv edilməlidir (apellyasiya şikayətində cavabdeh tərəfindən apellyasiyanın dəlilləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1, 373.2, 375.2 və 377.3-cü maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.4, 81, 88, 138, 217, 218.1, 385, 386, 387.2.2 və 387.2.4-cü maddələri ilə əsaslandırılmışdır). Eyni zamanda, Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti ilə birlikdə məhkəməyə “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə də təqdim edilərək, “tərəflər arasında bağlanılmış 15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun Cavabdehndən alınaraq İddiaçınə ödənilməsi” barədə iddia tələbinə iddia müddətini tətbiq edərək, iddiadan imtina olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və həmin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsində cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “GBR Trade" MMC cavabdeh "X25" MMC-yə qarşı iddia qaldıraraq xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 1.199.198,36 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iddiaçı həmin iddia tələbini “müqavilənin əlavəsi olan X4 əsasən "GBR Trade” MMC-nin (satıcının) Cavabdeh MMCyə (alıcıya) “Kristalon Plus 20-20-20”, “Kristalon 13-40-13”, “Krista K Plus (potassium nitrate) 28342100”, “Krista MgS (magnesium sulphate) 28332100” və “Krista MKP (monopotassium phosphate)” adlı, ümumi dəyəri 1.199.198,36 manat olan malları satması və buna dair üzləşmə aktının məhkəməyə təqdim etməsi” ilə əsaslandırmışdır. Lakin, Şəki Kommersiya Məhkəməsində olan proseslər barədə cavabdehə rəsmi qaydada məhkəmə bildirişi göndərilmədiyinə görə cavabdeh tərəf məhkəmə prosesində iştirak edə bilməmiş, hüquqlarını müdafiə edə bilməmiş və eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişdir. Halbuki, iddiaçı xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə iddia etdiyi borcu cavabdehdən 5 il sonra tələb edir. Lakin, Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Eləcə də, cavabdeh həmin müqavilədə göstərilən malları iddiaçıdan almamış və cavabdehin belə bir müqavilədən ümumiyyətlə məlumatı olmamışdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə təyin edilmiş məhkəmə iclaslarına İddiaçı nümayəndəsi Vəkil1 və apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Vəkil2 gəlmiş və apellyasiya instansiyasında aparılan məhkəmə araşdırmasında hər iki tərəfin nümayəndələri iştirak etmişlər. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi Vəkil2 Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsinin ləğv edilərək, tərəflər arasında imzalanmış müqavilədə nəzərdə tutulan malların cavabdehə verilməsi sübuta yetmədiyinə görə və eyni zamanda, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – iddia tələbi 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktı ilə əsaslandırılsa da, 15 yanvar 2019-cu ildə bir il müddətinə bağlanmış müqavilədə nəzərdə tutulan gübrə və pestisid maddələrinin cavabdeh hüquqi şəxsə verilməsini təsdiq edən sənədlər və bu alqı-satqı üzrə alıcı tərəfə elektron qaiməfaktura göndərilməsini təsdiq edən sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmaması, cavabdeh hüquqi şəxsdə isə bu alqı-satqı üzrə heç bir sənədin olmaması və bu hallara görə də 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktının hazırkı iddia tələbi üzrə mötəbər sübut kimi qəbul edilməsinin yolverilməzliyi və eyni zamanda, bu alqı-satqı münasibətlərinin yaranmasına səbəb olmuş müqavilənin bağlanmasından 5 il keçdikdən sonra məhkəməyə müraciət edildiyinə görə həmin iddia tələbi üzrə üç illik iddia müddəninin də ötürülmüş olması ilə əsaslandırdı. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)- 1595/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini hazırkı iş üzrə İddiaçı “borcun tutulması” tələbi barədə iddia ərizəsində göstərilənlərlə əsaslandırdı. Eyni zamanda, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 məhkəmə araşdırması zamanı suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında malların alıcı tərəfə hansı tarixdə verilməsinin müəyyən edilməsi üçün - bu malların verilməsi ilə əlaqədar tərtib edilmiş təhvil-təslim aktları, elektron qaimə-fakturalar və digər sənədlər iddiaçı hüquqi şəxsdə mövcud olmadığına görə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı tərəf 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktının iddia tələbinin sübutu üçün kifayət etdiyini hesab edir və həmin Üzləşmə Aktının imzalandığı vaxtdan hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı yenidən başlandığından, iş üzrə üç illik iddia müddəti də ötürülməmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar 23 aprel 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə apellyasiya instansiyasında aparılan icraat zamanı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X16 (o, cavabdeh hüquqi şəxsin 23 yanvar 2023-cü ildə baş direktoru olmuşdur və iddia təəbinin əsaslandırıldığı 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktını o, imzalamışdır) isə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X12 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Bundan əlavə, apellyasiya icraatı zamanı apellyasiya şikayəti vermiş cavabdeh tərəf məhkəməyə aşağıda sadalanan sənədləri də məhkəməyə təqdim etmişdir: 1). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2014-cü ildə verilmiş **********827300 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 11 aprel 2014-cü ildə təsisçisi - nizamnamə kapitalında 100% paya malik X10, qanuni təmsilçisi isə - X19 olmuşdur; 2). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2020-ci ildə verilmiş **********684700 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 22 yanvar 2020-ci ildə təsisçisi və qanuni təmsilçisi eyni şəxs, yəni nizamnamə kapitalında 100% paya malik X10 olmuşdur. 3). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2022-ci ildə verilmiş **********816200 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 12 may 2022-ci ildə təsisçisi - nizamnamə kapitalında 100% paya malik X10, qanuni təmsilçisi isə - X16 olmuşdur; 4). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2023-cü ildə verilmiş **********715400 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 27 mart 2023-cü ildə təsisçisi - nizamnamə kapitalında 100% paya malik X14, qanuni təmsilçisi isə - X13 olmuşdur; 5). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2023-cü ildə verilmiş **********084500 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 29 avqust 2023-cü ildə təsisçisi - nizamnamə kapitalında 100% paya malik X14, qanuni təmsilçisi isə - X19 olmuşdur; 6). Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2024-cü ildə verilmiş **********186500 №-li Çıxarış: Həmin Çıxarışdan görünür ki, xx.xx.2011-ci ildə qeydiyyata alınmış Cavabdeh 09 aprel 2024-cü ildə təsisçisi - nizamnamə kapitalında 100% paya malik X15, qanuni təmsilçisi isə - Nümayəndədur. 7). Cavabdeh bank hesablarından Çıxarışlar. 8). Cavabdehnə göndərilmiş elektron qaimə-fakturaların syahısı (həmin siyahıda olan məlumatlarla İddiaçı MMC tərəfindən müvafiq elektron sistem vasitəsi ilə Cavabdeh MMCyə elektron qaimə-fakturaların göndərilməsi müəyyən olunmur). Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı apellyasiya şikayəti vermiş Cavabdeh MMC-nin vəsatəti əsasında və eyni zamanda, mübahisənin xüsusiyyətlərinə uyğun olaraq 15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə gübrə və pestisid məhsullarının satılması ilə əlaqədar həmin Müqavilə şərtlərinə uyğun olaraq cavabdeh (alıcı) tərəfə təqdim edilən elektron qaimə-fakturalar, təhvil-təslim aktları və hazırkı iş üzrə iddia ərizəsində pulunun tələb edildiyi malların qarşı tərəfə satılmasını təsdiq edən digər sənədlər iddiaçı (satıcı) İddiaçı MMC-dən məhkəməyə təqdim olunması tələb edilsə də, iddiaçı qeyd olunanlarla əlaqədar heç bir sənəd təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında İddiaçı MMC-də belə bir sənədlər olmadığını və alqısatqının sənədlər tərtib edilmədən, tərəflərin bir-birlərinə qarşılıqlı etimad və etibar əsasında aparıldığını bildirmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyasında məhkəməyə yalnız Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2022-ci ildə verilmiş **********727700 №-li Çıxarışı (Həmin Çıxarışdan görünür ki, xx.xx.2014-cü ildə qeydiyyata alınmış İddiaçı MMC-nin 18 yanvar 2022-ci ildə təsisçisi və qanuni təmsilçisi eyni şəxs, yəni X18 olmuşdur) və İddiaçı MMC-nin 2018-ci və 2019-cu illərə aid idxal əməliyyatlarının siyahısı təqdim olunmuşdur.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işə iddia müddətinin tətbiq edilərək, iddiadan imtina olunması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. 2.5.3. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. 2.10. “Malların qaytarılması barədə” elektron qaimə-faktura tərəflər arasında bağlanılmış müqaviləyə əsasən mal qaytarıldıqda malları qaytaran şəxs tərəfindən tərtib edilir. Malların qaytarılması zamanı malların xarab (zay) və ya qüsurlu olması, yararlılıq müddətinin bitməsi, yaxud lazımi keyfiyyətdə və ya satışa yararlı olmaması barədə “Əlavə qeydlər” sətrində müvafiq seçim edilir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.11. alınmış avans ödənişləri üzrə avansın alındığı gün.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
165. Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. 166.3. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir.
171. Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. 172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.
173. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, Cavabdeh apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları və mübahisənin konkret halları ilə müəyyən edilmişdir ki, mövcud mübahisə tərəflər arasında alqı-satqı münasibətləri əsasında yaranmış mübahisədir və İddiaçı MMC Cavabdeh MMC-yə qarşı vermiş olduğu “15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun tutulması” barədə iddia tələbinin sübutu qismində məhkəməyə satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bir il müddətinə, yəni 15 yanvar 2020-ci il tarixinədək bağlanmış 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsini, həmin Müqavilə əsasında tərtib edilərək, tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş 15 yanvar 2019-cu il tarixli X5 (Əlavə 01) və Cavabdeh MMC-nin baş direktoru X16 və İddiaçı MMCnin direktoru X18 tərəfindən imzalanıb-möhürlənmiş 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktını təqdim etmişdir. Həmin təqdim olunan sənədlərdən - 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqısatqı Müqaviləsi və 15 yanvar 2019-cu il tarixli X6 mahiyyət etibarilə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 1 199 198,36 manat dəyərində olmaqla, cəmi 832,17 ton gübrə və pestisid maddələrinin (mallarının) satışı barədə razılığı, 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktı isə qeyd olunan alqı-satqı üzrə Cavabdeh MMC-nin 24 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-yə cəmi 1 199 198,36 manat məbləğində borcunun (tam müqavilə dəyərində borcun) olmasını əks etdirir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəf iddia tələbi ilə əlaqədar sübuti əhəmiyyət kəsb edən yuxarıda göstərilən sənədlərdən başqa, məhkəməyə əlavə heç bir sənəd təqdim etməmiş və cavabdeh tərəfin bununla bağlı müraciət və vəsatətləri ilə əlaqədar məhkəmə iclaslarında iddiaçının nümayəndəsi bu iddia tələbi üzrə digər sənədlərin, o cümlədən də malların verilməsinə dair elektron qaimə-fakturaların, təhvil-təslim aktlarının və digər bu kimi sənədlərin iddiaçı MMC-də mövcud olmadığını bildirmişdir. Məhkəmə, ilk növbədə hazırkı mübahisə ilə əlaqədar tərəflər üçün hüquq və vəzifələr yaradan 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsinin və 15 yanvar 2019-cu il tarixli X3 şərtlərinin təhlil edilməsinin vacibliyini qeyd edir və bu təhlillə əlaqədar aşağıda sadalananları diqqətə çatdırır: - 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, “Satıcı” “Alıcı”ya gübrə və pestisid (bundan sonra “Mal”) satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir (müqavilənin 1.1-ci bəndi); - Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək – Satıcının hüququdur (müqavilənin 2.1.1-ci bəndi); - “Satıcı’' Malı müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə Alıcıya Malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür (müqavilənin 3.1-ci bəndi); - “Satıcı” Malın təhvil verilməsindən əvvəl elektron qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir (müqavilənin 3.2-ci bəndi); - Müqaviləyə əsasən Alıcı Malları 1 (bir) həftə qabaqcadan Satıcıya sifariş etməlidir (müqavilənin 4.1-ci bəndi) və “Alıcı” sifariş olunan Malın dəyərini sifariş təsdiq edildikdən və Satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirir (müqavilənin 4.2-ci bəndi). Göründüyü kimi, 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsində ödənişin həyata keçirilməsi ilə bağlı dəqiq müddət (tarix) müəyyən edilmədiyindən, tərəflər arasında alqı-satqı üzrə müvafiq öhdəliklər yaradan həmin Müqavilənin şərtlərinə əsasən satılan mallara görə ödənişin həyata keçirilməsi qaydaları ilə bağlı müvafiq müqavilə şərtləri (dəqiq ödəniş qaydası, yəni Alıcının sifarişi qəbul edildikdən sonra Satıcı Alıcıya elektron qaimə-faktura təqdim edir, Alıcı həmin elektron qaimə-fakturanı alıb Satıcıya ödənişi həyata keçirir və Satıcı “Alıcı” tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində sifarişdə nəzərdə tutulan malları Alıcıya təhvil verir) nəzərdə tutulmuşdur ki, bu ödəniş qaydası da Azərbaycan Respublikası Mülki Məcəlləsində “qabaqcadan ödəniş” kimi təsbit olunmuşdur (maddə 599). Belə ki, müqavilə şərtlərinə əsasən Alıcı malların ödənişini - Satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra və mallar verilməmişdən əvvəl etməli idi. Yəni, məlum Müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə alqı-satqının baş tutması üçün əvvəlcə Alıcı malları qabaqcadan Satıcıya sifariş etməli, həmin sifariş təsdiq edildikdən və Satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra Alıcı sifariş etdiyi malların dəyərini ödəməli və yalnız bu ödəniş edildikdən sonra isə Satıcı malı 3 (üç) gün ərzində Alıcıya təhvil verməli idi. Lakin, iş materialları, proses iştirakçılarının izahatları və işin konkret hallarına görə Satıcı tərəfindən Alıcıya satılan mallarla əlaqədar hər hansı bir elektron qaimə-faktura verilməmişdir. Halbuki, bu sənədin Satıcı tərəfindən Alıcıya təqdim edilməli olması tərəflərin arasında bağlanmış məlum müqavilədə birmənalı təsbit olunmaqla yanaşı, bu tələb - kommersiya fəaliyyəti göstərən hüquqi şəxslər arasında alqısatqı və xidmətlərin göstərilməsi zamanı Qanunvericiliyin də icrası məcbur olan tələbidir. Eləcə də, məhkəmə, hazırkı mübahisə üzrə borcun olmasını təsdiq edən sənəd kimi iddiaçı tərəfin təqdim etdiyi 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktı ilə əlaqədar isə aşağıdakı halları qeyd etməyi lazım bilir: - Cavabdeh MMC-nin 24 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-yə cəmi 1 199 198,36 manat məbləğində borcun olmasının təsdiqi kimi tərtib olunmuş həmin Üzləşmə Aktı mallar təhvil verildiyi vaxt və yaxud 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsinin icra dövrü ərzində və ya həmin maliyyə ilinin sonunda və ya Müqavilə müddətinin bitdiyi 15 yanvar 2020-ci ildə deyil, yalnız müqavilə müddəti bitdikdən 3 il keçdikdən sonra, yəni 24 yanvar 2023-cü ildə tərtib edilmişdir. - Həmin Akt tərtib edilərkən alıcı Cavabdeh MMC-nin təsisçisi və direktoru (qanuni təmsilçisi) olan şəxslər - məlum Müqavilə bağlanarkən və eləcə də, bu borcla əlaqədar cavabdehə 02 oktyabr 2024-ci ildə pretenziya (borcun ödənməsi barədə xəbərdarlıq) məktubu göndərilərkən və hazırkı iddia ərizəsi ilə 05 noyabr 2024-cü ildə məhkəməyə müraciət edilərkən olan şəxslər deyil, fərqli şəxslərdir. Belə ki, alıcı Cavabdeh MMC-nin Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarış məlumatları ilə müəyyən olunur ki, 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsi imzalandığı vaxt həmin hüquqi şəxsin təsisçisi X10, qanuni təmsilçisi isə X19, həmin Müqavilənin müddəti bitdiyi ərəfədə, yəni 22 yanvar 2020-ci ildə təsisçisi və qanuni təmsilçisi X7 özü, 12 may 2022-ci ildən sonra təsisçisi X10, qanuni təmsilçisi isə X16, 27 mart 2023-cü ildə təsisçisi X14, qanuni təmsilçisi isə X13 və 29 avqust 2023-cü ildə təsisçisi X14, qanuni təmsilçisi isə X19 olmuşlar. 09 aprel 2024-cü ildən hal-hazıradək isə həmin MMC-nin təsisçisi X15, qanuni təmsilçisi isə Nümayəndədur. Bu qeyd olunan məlumatlardan görünür ki, 15 yanvar 2019-cu il tarixli 01/2019 nömrəli Alqı-satqı Müqaviləsi imzalandığı vaxt cavabdeh hüquqi şəxsin baş direktoru X19, həmin Müqavilənin müddəti bitdiyi vaxt baş direktoru X10, məlum 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktı imzalandıqda baş direktoru X16 və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqda isə baş direktor Nümayəndə olmuşlar. Eyni zamanda, bu dövr ərzində cavabdeh hüquqi şəxsin təsisçisi də 3 dəfə dəyişmiş və müqavilə bağlanarkən və məlum akt tərtib edilərkən təsisçi X10, Akt tərtib edildikdən təxminən 2 ay sonra 27 mart 2023-cü ildə alınmış Çıxarışa əsasən təsisçi X14, hazırkı iddia ərizəsi 05 noyabr 2024-cü ildə verilərkən isə təsisçi X15 (xx.xx.2024-cü ildə verilmiş Çıxarış) olmuşdur. Bütün bu qeyd olunan hallar isə onu göstərir ki, iddiaçı hüquqi şəxs tərəfindən cavabdeh hüquqi şəxsə 15 yanvar 2019-cu ildə bir il müddətinə bağlanmış və müddəti 15 yanvar 2020-ci ildə bitən Müqavilə əsasında satılan ümumilikdə 832,17 ton miqdarda gübrə və pestisid maddələrinin 1.199.198,36 manat məbləğində cəmi dəyərinin ödənilməməsi ilə əlaqədar tərtib edilmiş Üzləşmə Aktını “baş direktor” qismində 24 yanvar 2023-cü ildə imzalayan X16 həmin Müqavilə əsasında öhdəliyin yaranması və icrası dövründə cavabdeh (alıcı) hüquqi şəxsin qanuni təmsilçisi, yəni baş direktoru olmamış və təbii ki, məlum alqı-satqı üzrə müvafiq maliyyə- mühasibatlıq sənədləri olmadan təxminən 4 il əvvələ aid alqı-satqı münasibətlərində yaranmış borcun dəqiq miqdarından məlumatlı ola bilməzdi. Odur ki, həmin Üzləşmə Aktının tərtib edilməsi zamanı istifadə olunmalı maliyyə-mühasibatlıq sənədləri, əsasən də müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq məlum alqı-satqı zamanı Satıcının müvafiq elektron sistem vasitəsi ilə Alıcıya göndərməli olduğu elektron qaimə-fakturaların məhkəməyə təqdim edilməsi zəruri idi. Lakin, iddiaçı tərəf bu sənədləri məhkəməyə təqdim etməyərək, belə bir sənədlərin olmadığını, alqı-satqının sənədlər tərtib edilmədən, tərəflərin bir-birlərinə qarşılıqlı etimad və etibarı əsasında aparıldığını bildirmişdir. Halbuki, külli miqdarda, yəni 832,17 ton müxtəlif gübrə və pestisid maddələrinin alqı-satqısı müvafiq dəqiq uçot və qeydiyyat aparılmadan baş tutması mümkün ola bilməzdi. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla təsdiq olunur ki, 15 yanvar 2019-cu ildə bir il müddətinə imzalanan müqavilə əsasında razılaşdırılmış ümumi dəyəri 199 198,36 manat məbləğində olan cəmi 832,17 ton gübrə və pestisid maddələrinin Satıcı tərəfindən Alıcıya satılması ilə əlaqədar müqavilə şərtlərinə uyğun və həmçinin, Qanunvericiliyin tələbləri baxımından müvafiq qaydada tərtib edilməsi zəruri olan maliyyə-mühasibatlıq sənədləri (elektron qaimə-faktura, təhvil-təslim aktı və s.) mövcud deyildir. Halbuki, işin hallarına görə 832,17 ton müxtəlif adda gübrə və pestisid maddələrinin Alıcıya verilməsinin dəqiq uçot və qeydiyyatının aparılması üçün belə sənədlərin tərtib edilməsi zəruri idi. Çünki, iş materiallarında olan X2 görünür ki, Satıcı tərəfindən Alıcıya 5 adda müxtəlif miqdarda və müxtəlif qiymətlərlə gübrə və pestisid maddələrinin satılması nəzərdə tutulmuşdur ki, bu alqı-satqının dəqiq uçotu lazımi qaydada tərtib edilmiş maliyyəmühasibatlıq və digər tərtib olunmalı sənədlərlə aparıla bilərdi. Digər tərəfdən, məlum müqavilə üzrə öhdəliklərin yarandığı və icra olunduğu dövrdə cavabdeh hüquqi şəxsin icra orqanının rəhbəri olmayan və 24 yanvar 2023-cü ildə hər hansı bir sənədə istinad olunmadan tərtib edilmiş və cavabdeh hüquqi şəxsə aid borcun olmasını təsdiq edən X16 məlum Aktı imzaladıqdan təxminən 2 ay sonra, yəni 27 mart 2023-cü ildə verilmiş Çıxarışa əsasən artıq həmin hüquqi şəxsin icra orqanının rəhbəri, yəni baş direktoru deyildir. Bütün bu qeyd olunan hallara görə isə məlum müqavilənin bağlanması müddətindən 4 ildən, Müqavilənin sonundan isə 3 ildən artıq bir müddət keçdikdən sonra hər hansı bir mötəbər maliyyə-mühasibatlıq sənədlərinə istinad olunmadan tərtib edilmiş 24 yanvar 2023-cü il tarixli Üzləşmə Aktını - ümumi dəyəri 199 198,36 manat məbləğində olan cəmi 832,17 ton müxtəlif gübrə və pestisid maddələrinin həqiqətən də cavabdeh MMC-yə satılmasını və bu satış üzrə müqavilənin tam dəyərinin, yəni 199 198,36 manat məbləğində pul vəsaitinin hər hansı bir hissəsinin və yaxud tam olaraq ödənilməməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Halbuki, Mülki Məcəllənin tələbləri baxımından tərəflər arasında bağlanmış Müqavilə üzrə yaranmış öhdəliklərə əsasən iddiaçı (satıcı) müqavilədə nəzərdə tutulan qaydada, yəni qabaqcadan ödəniş əsasında alqı-satqı etmədiyi halda, müqavilə ilə nəzərdə tutulan malları Alıcıya vermiş olduğunu mötəbər və şübhə döğurmayan sübutlarla sübut edərdisə, həmin verdiyi malların da pulunu tələb edə bilərdi (385.1-ci maddə). Lakin, yuxarıda qeyd olunan işin hallarına görə iddiaçı tərəf belə sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırmaları zamanı da iddiasının əsaslılığını qanunvericilikdə nəzərdə tutulan qaydada sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, İddiaçı MMC hazırkı iddia ərizəsində “15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun Cavabdeh MMC-dən tutulmasını” xahiş etsə də, məhkəmə araşdırması zamanı həmin iddia tələbinin əsaslılığı müəyyən edilməmiş və həmin iddia tələbi kifayət qədər güclü, aydın və “əsaslı şübhədən kənar” sübutlarla sübut olunmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilə şərtlərini, müvafiq qanunvericilik normalarını və işin yuxarıda qeyd olunan konkret hallarını nəzərə almadan, qəbul etdiyi 25 dekabr 2024-cü il tarixli e-2- 2(117)-1595/2024 nömrəli qətnaməsində iddia tələbini əsaslı hesab etməklə, “Cavabdeh MMC-dən 1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat 36 qəpik) manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi” qənaətinə gələrək, iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası, işin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsində baxılması üçün təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə üzrə də aşağıdakıları qeyd edir: - İş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla müəyyən olunur ki, hazırkı iddia ərizəsi 05 noyabr 2024-cü il tarixində Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və məhkəmə tərəfindən həmin tarixdə qəbul edilmiş qərardadla iş üzrə məhkəmə hazırlıq iclası 04 dekabr 2024-cü il tarixə saat 15:00-a təyin edilərək, bununla bağlı tərtib edilmiş elektron məhkəmə bildirişinin mətni 05 noyabr 2024-cü ildə imzalansa da, həmin Bildirişin özü ümumi yekun imza ilə, yəni bildiriş bölməsinin yuxarı hissəsində olan əsas imza hissəsi ilə imzalanmadığından (iş vərəqi: 23), işə apellyasiya instansiyasında baxıldığı dövrdə də işin “Bildirişlər” pəncərəsində həmin bildirişin elektron statusu “imzaya hazır” kimi görünmüş, imzalanma tarixi isə boş olmuşdur. Həmin Bildiriş yalnız iş apellyasiya instansiyasında baxıldığı dövrdə imzalanmış və buna görə də, onun imzalanma tarixi elektron kabinetdə “xx.xx.2025-ci il” tarixi kimi görünür. Belə olduğu halda isə cavabdehə elektron kabinet vasitəsi ilə göndərilən həmin məhkəmə bildirişi cavabdehin elektron kabinetinə daxil edilmiş və elektron qaydada ona çatdırılmış hesab edilə bilməz. Təbii ki, buna görə də iş üzrə 04 dekabr 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh iştirak etməmiş və həmin iclasda qəbul edilmiş qərardadla iş üzrə məhkəmə baxış iclası 25 dekabr 2025-ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Lakin, iş üzrə Elektron kabinet məlumatları ilə müəyyən olunur ki, 25 dekabr 2025-ci ilə saat 11:45-ə təyin edilmiş məhkəmə baxış iclası ilə əlaqədar cavabdehə elektron qaydada ünvanlanmış 04 dekabr 2024-cü il tarixli məhkəmə Bildirişləri (iş vərəqi: 29) həmin vaxt deyil, yalnız 25 dekabr 2025-ci ildə saat 10:40 və saat 10:45-də, yəni məhkəmə iclasının başlanmasından təxminən 1 saat əvvəl imzalanmışdır. Eyni zamanda, iş materialları (iş vərəqi: 31-32) və iş üzrə elektron kabinet məlumatları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi barədə məlumatlar "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumat bazası vasitəsi ilə 25 dekabr 2024cü ildə saat 10:38-də əldə edilərək, həmin gün saat 10:42-də cavabdeh tərəfə aid telefon nömrələrinə 25 dekabr 2025-ci il tarixə saat 11:45-ə təyin edilmiş məhkəmə baxış iclası ilə əlaqədar SMS-xəbərdarlıqlar göndərilmişdir. Göründüyü kimi, hüquqi ünvanı Qəbələ rayonu ərazisində yerləşən cavabdeh tərəf iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamış, nömrələrinə 25 dekabr 2025-ci il, saat 11:45-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə isə iclasın başlanma vaxtına təxminən 1 saat qalmış məlumatlandırılmışdır. Buna baxmayaraq məhkəmə, həmin iclasda mübahisəni mahiyyəti üzrə həll edən məlum qətnaməni qəbul etmişdir. Bütün bu hallardan görünür ki, birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığı üçün cavabdeh tərəfin məhkəmə iclasında iştirak etmək və məhkəməyə etirazını, sübutlarını və məlum “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsini təqdim etmək imkanı olmamışdır. Ona görə də, cavabdeh tərəfin hazırkı “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinin də, digər sübutları ilə yanaşı apellyasiya instansiyasında icraata götürülərək mahiyyəti üzrə baxılması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası, hazırkı iddia tələbinə “iddia müddətinin tətbiq edilməsi” ilə əlaqədar isə aşağıdakıları qeyd edir: - Məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəyə etiraz edərək, iddiaçının iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini bildirmiş və öz mövqeyini - tərəflər arasında yuxarıda qeyd olunan Üzləşmə Aktının 24 yanvar 2023-cü ildə imzalandığınna görə, həmin tarixdən iddia ərizəsi məhkəməyə verilənədək üç illik iddia müddətinin ötürülməməsi ilə əsaslandırdı. Cavabdehin nümayəndəsi isə cavabdeh tərəfin birinci instansiya məhkəməsində aparılan icraatdan xəbərsiz olmasını və qətnamənin çıxarıldığı iclasdan bir saat əvvəl xəbər tutduğunu bildirib, məlum Müqavilənin bağlanmasından 5 il keçdikdən sonra hazırkı iddia ərizəsi verildiyinə görə iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə, qeyd etməyi lazım bilir ki, “qabaqcadan ödəniş”, yəni “elektron qaiməfaktura təqdim edildikdən sonra ödənişin edilməsi və ödəniş edildikdən sonra isə 3 gün ərzində malın verilməsinin” nəzərdə tutulduğu 15 yanvar 2019-cu il tarixli Müqavilə üzrə üç illik iddia müddətinin axımının başlanması vaxtının müəyyən edilməsi üçün müqavilə şərtlərinə uyğun əvvəlcədən ödəniş edilmədiyi halda, həmin müqavilədə nəzərdə tutulan malların verilməsi tarixi müəyyən edilməli idi. Lakin, iddiaçı tərəfə kifayət qədər vaxt verilsə də, iddiaçı tərəf pulunu tələb etdiyi malların verilmə vaxtı ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmiş və məhkəmə araşdırması zamanı malların cavabdeh tərəfə verilmə vaxtını müəyyən etmək mümkün olmamışdır. Bu halda isə, 24 yanvar 2023-cü ildə Üzləşmə Aktı imzalanarkən - bir il müddətinə bağlanmış və 15 yanvar 2020-ci ildə müddəti bitən 15 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə istənilən halda üç illik iddia müddəti ötürülmüş olmuşdur. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1) və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Odur ki, tələb üzrə iddia müddəti ötürüldükdən sonra, yəni 24 yanvar 2023-cü ildə Üzləşmə Aktında qeyd olunan məzmunda (Aktın məzmunu Qətnamənin 1-ci bölməsində olduğu kimi qeyd olunmuşdur) tərtib edilmiş hər hansı bir sənəd iddia müddətinin axımının hesablanmasının yenidən başlanması üçün əsas ola bilməz. Bununla belə, cavabdeh tərəfin məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbinin əsaslılığı təsdiq olunduğu halda, həmin ərizənin tətbiq edilməsi əhəmiyyət kəsb edərdi. Halbuki, cavabdeh tərəf apellyasiya şikayətində iddia ərizəsində tələb olunan borcun olmasını da mübahisələndirərək, bunu - cavabdeh tərəfə müqavilədə nəzərdə tutulan malların verilməməsi və malların verilməsini təsdiq edən sübutların olmaması ilə əsaslandıraraq, sübuta yetməməsi əsası ilə də iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnamə ilə iddia tələbini təmin edərək, İddiaçı MMC-nin xeyrinə Cavabdeh MMC-dən “1.199.198,36 (bir milyon yüz doxsan doqquz min yüz doxsan səkkiz manat otuz altı qəpik) manat məbləğində borcu tutmaqla” düzgün nəticəyə gəlməmiş və bu nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Ona görə də, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilməlidir. Eyni zamanda, hazırkı iddia tələbi üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş məbləğdə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli e-2-2(117)-1595/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar qanunla nəzərdə tutulan məbləğdə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.