Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-55/2025 20.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X6 və X4 ibarət tərkibdə; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X2 qarşı “zəmanət və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı “qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək fərdi sahibkar X3 ilə fərdi sahibkarlar Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Zəmanət və alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilmişdir ki, cavabdeh tərəfin qarşılıqlı iddia ərizəsində elektron kabineti olsa da iddia ərizəsinin ona göndərilməsi barədə və ya kabinetə yerləşdirilməsi barədə onlara bildiriş daxil olmamışdır. İlk tələb üzrə iddiaçı X1 məhkəmənin əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarmasını və buna görə də razılaşmaya gəlməsi üçün cavabdehlərə telefonla məlumat verməsi nəticəsində hal-hazırki iddia barədə məlumatı olmuşdur. Dərhal elektron kabinetə daxil olaraq müvafiq sənədlər ilə tanış olaraq qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən Express Pay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu özünə qaytarılmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 Şəki Kоmmersiyа Məhkəməsinin 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı qərardadından şikаyət verərmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ... iş üzrə tərəflərə ünvanlanmış məhkəmə bildirişləri və sənədlərindən xəbərdar olması üçün elektron kabinetdə əlavə qrafa yaradılmışdır. Yəni sənədin, bildirişin oxunması qrafası. Məhkəmə tərəfindən qəbul edilmiş qərar və digər sənədləri barədə tərəflərə bildiriş ünvanlanır. Eyni zamanda həmin məlumatlar onlara kağız daşıyıcıda da, SMS bildiriş vasitəsilə məlumat göndərilməlidir. Bu iş üzrədə tərəfin Asan imzası olsa da və bu Asan imzadan yalnız zəruri hallarda istifadə etdiyi üçün nə SMS bildirişlərdən xəbərdar olmuş, nə də ki, elektron kabinetinə gələn sənədlərdən xəbəri olmuşdur. Cavabdehlərin yalnız pul tələb edən şəxsin (iddiaçının) onlara təhdid zəngindən sonra xəbərləri olmuş və bundan sonra vəkil vasitəsilə elektron kabinetə baxaraq məhkəmə prosesindən və onun sənədlərindən xəbərdar olmuşdurlar. Formalaşmış məhkəmə təcrübəsinə əsasındə şəxsin sənədlərdən xəbərdar olması onun həmin sənədləri oxuduğu andan başlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli, 2(107)-1163/2024 saylı qərarında oxşar işlər üzrə geniş izah verilmişdir. X3 Cavabdeh1 2025-ci il yanvar ayının ortaları zəng edərək onun əmlakın üzərinə məhkəmə yolu ilə həbs qoyulduğunu və qısa müddətə ondan borcun qalığına bütün əmlakı alacağını bildirmişdir. Bundan dərhal sonra Cavabdeh1 Asan imzasını aktivləşdirərək elektron kabineti ilə tanış olmuşdur. Şikayətə əlavə edilmiş şəxsi kabinetin şəklindən göründüyü kimi onun bu günə 194 oxunmamış sənədi mövcuddur. 14 və 17 yanvarda MTT barədə qərardadın yerləşməsi barədə sənədlərlə Cavabdeh1 xx.xx.2025-ci ildə tanış olmuşdur. Kabinetdə oxunma tarixi bunu təsdiq edir. Dekabr ayının əvvəllərindən yanvar ayının sonuna kimi olan bildiriş sənədləri əlavədə tərəfinizə təqdim edilir. Bundan başqa digər bütün bildirişlər oxunmamış qalmaqdadır. Çünkü məhkəmə işinin içinə artıq daxil olmaqla həmin gün yəni xx.xx.2025-ci ildə bütün sənədlərlə tanış olunmuşdur. İş üzrə cavabdehlər qarşılıqlı iddia ərizəsi vermək üzrə olan müddəti ötürməmişlər. Bundan başqa qarşılıqlı iddia tələbindən göründüyü kimi qarşılıqlı iddia tələbində xahiş edilən tələbin təmin edilməsi birbaşa ilk iddia tələbinin bir hissəsinin rədd edilməsilə nəticələnir. İlk iddiaçının tələbi tərəflər arasında bağlanmış zəmanət müqaviləsinə əsaslanır. Qarşılıqlı iddia isə onun etibarsızlığını tələb edir. Bu gün hər iki işə baxmaq vacibdir. Məhz buna görə də hesab edir ki, məhkəmə öz qərardadını ləğv etməli və qarşılıqlı iddia tələbini icraata götürməlidir. Şəki Kommersiya Məhkəməsinin 03 fevral 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Müəyyən edilmişdir ki, hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinin icraatına qəbul edilməsinə və həmin tarixdə Elektron Məhkəmə İnformasiyaları Sistemində qeydiyyatdan keçmiş cavabdehlərə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə hüquq və vəzifələrinin izahı barədə bildirişlə qanunvericiliyin tələbinin sonuncuya izah edilməsinə və cavabdehlərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilən birinci instansiya məhkəməsinin hazırlıq iclasında cavabdehlər iştirak etməmiş, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilməmiş, iş üzrə məhkəmə hazırlıq iclası təxirə salınmış, xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ...məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı işin icraatı barədə rəsmi qaydada cavabdehlərə məlumat verilmişdir. Bu səbəbdən cavabdehlərin məhkəmə icraatından xəbərdar olmamalarını iddia etmələri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)-132/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 27 yanvar 2025-ci il tаrixli, e-2-2(117)- 132/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-55/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-55/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver