Məhkəmə qərarları › İş №2-2(107)-57/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-57/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-57/2024 07.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və X4 ibarət tərkibdə ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 7510 manat olmaqla cəmi - 15020 manat əsas borc, cavabdehlərin hər birindən 100 manat olmaqla cəmi - 200 manat mediasiya xərci və cavabdehlərin hər birindən 150 manat olmaqla hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat - cəmi 15520 manat pulun müştərək qaydada alınaraq iddiaçıya verilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 7510 manat olmaqla cəmi - 15020 manat əsas borc, cavabdehlərin hər birindən 100 manat olmaqla cəmi - 200 manat mediasiya xərci və cavabdehlərin hər birindən 150 manat olmaqla hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat – cəmi 15520 manat pulun müştərək qaydada alınaraq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmdən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 02 aprel 2024-cü il tаrixli, e- 2-2(117)-481/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı X3 nümayəndəsi və vəkili Vəkil Şəki Kоmmersiyа Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı qərardadından şikаyət verərmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə qərardadda Cavabdeh1 adına VÖENnin olmadığını qeyd etsə də digər halları nəzərə almamışdır. Belə ki, iddiaçı iddia ərizəsində hər iki cavabdehin bir VÖEN ilə işlədiyini qeyd etmişdir. Digər tərəfdən Cavabdeh1 hazırki mübahisədən məlumatı var və ona iddia ərizəsi və sənədlər təqdim olunmuşdur. Eyni zamanda digər Cavabdeh2 da iddia ərizəsini və sənədləri Cavabdeh1 təqdim etmişdir. Ona görə də Şəki Kоmmersiyа Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı qərardadının ləğv edilərək işə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər Cavabdeh2 münasibətdə qanunvericiliyin tələblərinə əməl etməklə çatdırılmasına baxmayaraq digər Cavabdeh1 təqdim edilməmişdir. Dövlət Vergi Xidmətinin X1 Sistemindən əldə edilən məlumatdan görünür ki, iş üzrə digər cavabdeh olan Cavabdeh1 VÖEN-i (X2 Nömrəsi) mövcud deyil. İddiaçı Cavabdeh1 münasibətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin çatdırılmasını təmin etməli olduğu halda bunu etməmişdir. Cavabdeh1 VÖEN-i mövcud olmasa belə məhkəmə araşdırmasının gedişindən məlumatı olması üçün sonuncuya iddia ərizəsi və ona əlavə sənədlər digər qaydada, yəni kağız daşıyıcıda da çatdırıla bilər ki, hazırki vəziyyətdə bunu təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir. Kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin Cavabdeh1 münasibətdə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə çatdırılması təmin edilməyib sonuncuların məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Şikayətdə Cavabdeh1 hazırki mübahisədən məlumatı olması və ona iddia ərizəsi və sənədlərin təqdim olunması göstərilsə də, bunu təsdiq edən sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)-481/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı X3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2024-cü il tаrixli, e-2-2(117)- 481/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar