Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-6/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış 47001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması" barədə ilk iddiasına və cavabdehin iddiaçıya qarşı "xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi" barədə qarşılıqlı iddiasına dair iqtisadiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli e-2-2(84)-145/2019 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-145/2019 nömrəli qətnaməsi ilə (hakim Vidadi Qasımov) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 47001 manat məbləğində pulun alınaraq İddiaçınə ödənilməsi, ilk iddia əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin (Həvəsləndirmə kampaniyası) etibarsız hesab edilməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, ondan 30 manat dövlət rüsumunun alınaraq İddiaçınə, 140 manat ekspertiza tədqiqatının dəyərinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə yaranmış 47001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması" barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (alıcı) ilə iddiaçı "X5" MMC (satıcı) (indiki "İddiaçı" MMC) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəyyən edilmiş şərtlər əsasında malları "Satıcı" satmağı, "Alıcı" isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə iddiaçı tərəfindən tamamilə icra olunsa da, Cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 47001 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. xx xxxxxx 2017-ci il tarixli "Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aktı"na əsasən, Cavabdeh iddiaçıya 60380 manat məbləğində borcunun mövcud olduğu müəyyən edilmişdir. Müəyyən ödənişlər edilsə də, tərtib edilmiş xx xxxxx 2018-ci il tarixli "Üzləşdirmə aktı"na əsasən, cavabdehin iddiaçıya 48460 manat borcu qalmışdır. xx xxxxxx 2018-ci il tarixli kassa ödəniş aktına, eyni tarixli 32488 №-li kassa mədaxil orderinə əsasən, sonuncu ödəniş edilməklə hal-hazırda cavabdehin 47001 manat məbləğində icra olunmamış pul öhdəliyi mövcuddur. Tərəflər arasında əldə edilmiş razılığa əsasən, ödəmə bank köçürməsi yolu ilə və yaxud nəqd hesablaşma (ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Məsələni həll etmək məqsədilə dəfələrlə cavabdehə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, göstərilən xəbərdarlıqları cavabsız qoyaraq, borcu ödəməmişdir. Cavabdeh iddiaçının tikinti materiallarını sataraq gəlir əldə etməklə, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla iddiaçının pul vəsaitindən faydalanmışdır. Halbuki həmin vəsaiti iddiaçı istifadə etmiş olsaydı, ən sadə misalda bank əmanəti faizi ilə məbləğin illik 10%-i miqdarında gəlir əldə edəcəkdi. Odur ki, əldən çıxmış fayda əsası ilə borc məbləğinin 10%-i də qətnamənin icra ediləcəyi günədək cavabdehdən tutulmalıdır. Cavabdeh isə İddiaçınə qarşı "xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi" barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, o, həmin müqaviləni inzalamamışdır. Bundan başqa, müqavilənin nömrəsi yoxdur, həm də müqavilənin tarixi xx.xx.2012-ci il kimi göstərilsə də, müqavilədə onun xx.xx.2011-ci ilədək qüvvədə olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etmədi və izahatında bildirmişdir ki, həm müqavilə, həm də üzləşdirmə aktları cavabdeh tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil isə ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh müqaviləni imzalamadığına görə həmin müqavilə etibarsız hesab edilməli, ilk iddia isə rədd edilməlidir. İşdə olan, İddiaçı Nizamnaməsindən görünür ki, həmin Nizamnamə xx.xx.2004-cü ildə "xxxx"MMC kimi dövlət qeydiyyatına alınmış, xx.xx.2015-ci ildə "X5" MMC adlandırılmış, xx.xx.2018-ci ildə isə "İddiaçı" MMC adlandırılmış cəmiyyətin Nizamnaməsinin dördüncü redaksiyasıdır. İşdə olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Müqavilə (Həvəsləndirmə kampaniyası)"ndan görünür ki, bu müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) Spesifikasiyada adları östərilən (qeyri-sement məhsulları) malları satıcı satmağı, alıcı isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.1-ci bəndindən görünür ki, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx xxxxxx 2011-ci ilə qədər qüvvədədir. İşdə olan, tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə 60380 manat borcu var. İşdə olan, tərəflər arasında tərtib edilmiş xx.xx.2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, Cavabdeh "İddiaçı" MMC-yə 48460 manat borcu var. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 21621 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki:Ekspertizaya təqdim olunmuş, mülki işin 83-cü vərəqəsində olan xx xxxxxx 2017-ci il tarixli "Müştəri" hissəsində "Qalıq kredit borc" qrafasında "Аtmış min uç jyz cəkcən" yazılarından, "Müştəri tərəfindən:" hissəsində "İmza:" qrafasındakı imzadan və "Əlijev B" yazılarından; 84-cü vərəqəsində olan xx xxxxx 2018-ci il tarixli üzləşdirmə aktında "Müştəri" hissəsində "Qalıq kredit borc" qrafasında "qıxsəkkiz min dörd jyz Аtmış" yazılarından, "Müştəri tərəfindən" hissəsində "İmza:" qrafasındakı imzadan və "Əlijev" yazısı Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 79- 80-ci vərəqələrində "xxxx" MMC ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxxx 2012-c i tarixli müqavilədə "Alıcı" hissəsində "SAAA" qrafasında "Cavabdeh" yazıları və "Alıcı" qrafasındakı imza, 83-cü vərəqəsində olan 24.01 2017-ci il tarixi üzləşdirmə aktında "Müştəri tərəfindən" hissəsində "Profili:, Ünvan (tic), Ünvan (hüq.), "Əlaqə TEL." qrafalarındakı yazılar, 84-cü vərəqəsində olan xx xxxxx 2018-ci il tarixli üzləşdirmə aktındakı "Müştəri" hissəsində "QEYD" qrafasında "yerində 100 AZN verildi" yazılar, "Müştəri tərəfindən:" hissəsində "Profili:, Ünvan (tic.), Ünvan (fakt.), Əlaqə TEL." qrafalarındakı yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə ilk növbədə xx.xx.2012-ci il tarixli "Müqavilə (Həvəsləndirmə kampaniyası)"nın etibarsız hesab edilməsi haqqında qarşılıqlı iddianın əsaslılığına qiymət verilməsini zəruri hesab etmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədə Cavabdeh adının qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh vəkili Vəkilаpelyаsiyа şikаyətləri vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh vəkili Vəkil apelyasiya şikayəti verərək göstərmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış 47001 manat əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması" barədə ilk iddiasına və cavabdehin iddiaçıya qarşı "xx.xx.2012-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasına dair iqtisadi mübahisəyə xx xxxxxx 2019-cu il tarixdə baxaraq ilk iddia qismən təmin edilərək, Cavabdeh 47001 manat məbləğində pulun alınaraq iddiaçı "İddiaçı” MMC-yə ödənilməsi, ilk iddianın əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması hissəsində təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin (Həvəsləndirmə kampaniyası) etibarsız hesab edilməsi qət edilmişdir.Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(84)-145/2019 saylı qətnaməsini ilk iddianın qismən təmin edilməsi hissəsində qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.Belə ki, İddiaçı MMC İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ondan alqı-satqı müqaviləsi üzrə yaranmış 47.001,00 AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pu! məbləğinin və 31 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddiaçı" MMC iddia ərizəsində İddiaçı MMC ilə güya Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə istinad etmişdir. Lakin cavabdeh İddiaçı MMC tərəfindən ona qarşı iddia ərizəsr ilə məhkəməyə müraciət edilənədək belə bir müqavilədən xəbəri olmamışdır. Buna görə də Cavabdeh həmin xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı tərəfindən təqdim edilmiş müqavilədəki imzanın onun tərfindən icra edilib edilməməsi üçün məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 21621 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, mülki işin 79-80-cı vərəqələrində “xxxx” MMC ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxxx 2012-ci il tarixli müqavilədə “Alıcı” hissəsində “SAAA” qrafasında “Cavabdeh” yazıları və “Alıcı" qrafasındakı imza, 83-cü vərəqəsində olan xx.xx.2017-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” hissəsində "Profili:, Ünvan (tic), Ünvan (hüq.), “Əlacə TEL.” Qrafalarındakı yazılar, 84-cü vərəqəsində olan xx xxxxx 2018-ci il tarixi üzləşdirməaktında "Müştəri" hissəsində “QEYD” qrafasında “yerində 100 AZN verildi* yazılar, “Müştəri tərəfindən:" hissəsində “Profili:, Ünvan (tic.), Ünvan (fakt.), Əlaqə TEL.” Qrafasındakı yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.Həmin ekspert rəyindən də aydın görünür ki, xx xxxxxxx 2012-ci il tarixli müqavilə, xx.xx.2017-ci il tarixli üzləşdirmə aktı və xx xxxxx 2018-ci il tarixli üzləşdirmə aktı saxtadır. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq xx xxxxxxx 2012-ci il tarixli müqaviləni etibarsız hesab etsə də xx xxxxx 2018-ci il tarixli üzləşdirmə aktını əsas götürərək ilk iddianı qismən təmin edərək Cavabdeh 47001 manat məbləğində pulun alınaraq iddiaçı “İddiaçı" MMC-yə ödənilməsini qət etmişdir.Birinci instansiya məhkəməsi xx xxxxx 2018-ci il tarixli üzləşdirmə aktına istinad etməkdə haqlı olmamışdır. Belə ki, ilkin sənəd olan xx xxxxxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab edildikdə ondan sonrakı sənədlər etibarlı hesab edilə bilməz. Bundan əlavə bildirmək istəyirəm ki, məhkəmə 47001 manat məbləğində pulun alınaraq iddiaçı “İddiaçı" MMC-yə ödənilməsini qət etsə də həmin pulun yaranma mənbəyini müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında İddiaçı MMC tərəfindən Cavabdeh hər hansı bir məbləğdə malın verilməsinə dair hər hansı qaimə faktura əlavə edilməmişdir. Məhkəmə tərəfindən həmin borcun doğurdan da olub olmaması ilə bağlı sorğu verilməmiş və mallarıfı cavabdehə verilməsinə dair qaimə fakturalar tələb edilməmişdir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2- 2(84)-145/2019 nömrəli qətnaməsinin qismən, yəni ilk iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı idarə heyətinin sədri X2pelyasiya şikayəti verərək göstərmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-145/2Q19 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək qarşıqılı iddianın təmin edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, Alqı-satqı müqaviləsi xx.xx.2012-ci il tarixində bağlansa da müqavilənin qüvvədə olma müddəti xx.xx.2011-ci il tarixədək qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli, 21621 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2012-ci il tarixli alqı satqı müqaviləsində alıcı qrafasıdakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Cavabdeh ilə "xxxx" MMC arasımla (indiki "İddiaçı” MMC) xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Ödənişlər gecikdirildiyi üçün 2 dəfə müəssisədaxili audit yoxlaması keçirilmişdir. Cavabdehin də iştirakı ilə keçirilmiş xx.xx.2017-ci il tarixli üzləşdirmə aktında Cavabdeh 60 380,00 AZN, 'xx.xx.2018-ci il tarixli üzləşdirmə aktında isə 48 460,00 AZN borcunun olduğu müəyyən edilmiş, müxtəlif dövrlərdə ödənişlər edildikdən sonra hesabında 47 001,00 AZN yekun borc qalmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(84)-145/2019 saylı qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 21621 nömrəli ekspert rəyinə əsasən Ekspertizaya təqdim olunmuş, xx xxxxxx 2017-ci il və xx.xx.2018-ci ii tarixli üzləşdirmə aktlarındakı ad, soyad və imza Cavabdeh tərəfində icra edilmişdir. Ekspertizaya təqdim edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindəki, müştəri qrafasındakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir. Cavabdeh işin halları ilə bağlı məhkəməyə 1-ci dəfə izahat verərəkən, borcunun olduğunu və üzləşdirmə aktlarına özü imza etdiyini təsdiq etmişdir. Lakin bir tərəfdən alıq- satqı müqqaviləsinə imza etmədiyini bildirsə də digər tərəfdən müəssisə ilə aralarındakı razılaşmaya əsasən, kampaniya düşməli olduğunu, hər satılan kisəyə görə müəyyən miqdarda endirimlər edilməli olduğunu bildirmişdir. Cavabdehin izahatındakı uyğunsuzluq məhkəməyə yalan izahat verməsinin və müqaviləni etiraf etməsinin aşkar sübutudur. Yazılı müqavilənin olduğunu təkzib etsə də izahatında bunu aşkar şəkildə etiraf etmiş sayılır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavənin (Spesifikasiya) qeyd hissəsində "Alıcı aşağıdakı qrafaya uyğun müddətdə adı çəkilən malları satarsa, qoyulmuş müddət ərzində ödəmə edib borcunu tam bağlarsa, satılmış məhsulun miqdarına uyğun hədiyyəni qazanacaq. Bonus kampaniyasının müştəri Cavabdeh tətbiq edilməməsinə səbəb isə borcunu vaxtında ödəməməsi olmuşdur. Yazılı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş bonus kampaniyası olmadan müştərilərə müəyyən endirimlərin edilməsi mümkünsüzdür. Endirimlərin həcmi və tətbiqi qaydası yalnız müqavilədə qeyd olunmuş qrafik əsasında tətbiq olunur. Lakin məhkəmə bunu nəzərə almayaraq, bu halla bağlı cavabdeh tərəfə ümumiyyətlə sual verməmişdir. Belə olan halda sual yaranır ki, məhkəmə cavabdehin yalan izahatına və həqiqətə uyğun olmayan ekspertiza rəyinə əsaslanır, lakin aşkar uyğunsuzluğu aradan qaldırmaq üçün heç bir araşdırma aparmır. Qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün məhkəmənin əsas götürdyü hallardan biri də, alqı-satqı müqaviləsinin xx.xx.2012-ci il tarixdə bağlanması lakin müqavilədə qeyd olunan qüvvədə olma müddətinin xx.xx.2011-ci il tarixədək olmasıdır. Bununla da bağlı nümayəndəmiz izahatında bildirmişdir ki, müqavilə tərtib olunarkən texniki səhv səbəbindən müqavilənin qüvvədə olma müddəti "2012" deyil “2011" kimi tərtib olunmuşdur. Həmçinin müqavilənin 2012-ci ildə imzalanmasını, ekspertiza üçün imza nümunələrinin 2019-cu il tarixdə götürülməsini nəzərə alsaq, imzanın dəyişikliyə uğraması normal haldır. Bununla da 7 ildən artıq müddətin keçməsi, ekspert tədqiqatının düzgün qənatə gəlməsini çətinləşdirir. Odur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin "04” noyabr 2019-cu il tarixli, e-2- 2(84)- 45/2019 saylı qətnaməsini qismən - ilk iddianın qismən təmin edilməməsi və qarşılıqlı idianın təmin edilməsi hissələrində ləğv olunması, ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Cavabdeh məhkəmə iclasında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh İddiaçı nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı və Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmamalı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-145/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfin apelyasiya şikayətləri dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsində deyilir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Sadalanan normalara görə birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, sözügedən yazılı müqavilə cavabdeh tərəfindən imzalanmadığı üçün etibarsız hesab edilməlidir. İlk iddiaya gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2017-ci il tarixli üzləşdirmə aktına görə, cavabdeh iddiaçıya 60380 manat borcunun olmasını, xx.xx.2018-ci il tarixli üzləşdirmə aktına görə isə, 48460 manat borcunun olmasını etiraf etmişdir. Cavabdehin nümayəndəsi izahatında bu üzləşdirmə aktlarını belə izah etmişdir ki, iddiaçının işçiləri cavabdehi gələcəkdə satış üçün tikinti materialları ilə təmin edəcəyini vəd edərək onu aldadıb aktları imzalatmışlar. Lakin cavabdehin nümayəndəsi məhkəməyə bu xüsusatı təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin birinci cümləsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya xx.xx.2018-ci tarixə 48460 manat borcunun olduğunu etiraf etdiyinə, həmin məbləği qaytarması barədə sübut təqdim edə bilmədiyinə görə, 47001 manat pulun cavabdehdən tutulması barədə iddiaçının tələbi təmin edilməlidir. Əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin tutulması barədə iddiaçının tələbi isə təmin edilməməlidir. Belə ki, tərəflər arasında olan müqavilə etibarsız hesab edildiyinə görə həmin müqavilə cavabdeh üçün heç bir hüquqi nəticə və məsuliyyət yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş аpelyаsiyа şikаyətləri təmin edilmədən, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e- 2-2(84)-145/2019 nömrəliqətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. AzərbаycаnRespublikаsıMülki-ProsessuаlMəcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)- 145/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş аpelyasiya şikayətləri təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev
Məhkəmə qərarları › İş №2-2(107)-6/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-6/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver