Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-6/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İmsayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili həmçinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı “22860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə ilkin iddiaya, Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1ndən 3160,23 manat manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 24.09.2021-ci il tarixli e-2-2(117)-346/2021 nömrəli qətnaməsindən çıxarışın giriş hissəsində tələblərin adı “İddiaçı Cavabdeh1nə qarşı “22860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə ilkin iddiaya, Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə: Həmin qətnamənin nəticə hissəsində “iddia qalan hissədə rədd edilsin” cümləsindən sonra aşağıdakı cümlə əlavə edilsin: Cavabdeh1 X1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin” kimi oxunması qərara alınmışdır İşin halları İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh1nə (bundan sonra mətndə cavabdeh) qarşı “7860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq 26.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin dekabr ayı üçün ödənilməmiş 3160 manat 23 qəpik pulun, yanvar ayı üçün ödənilməmiş 3000 manat xidmət haqqının, 4 ay mənəvi ziyana görə 1700 manat pulun, məhkəmə xərcləri üçün 5000 manat, cəmi 22860 manat pul tələb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsini nəzərdən keçirib hesab etmişdir ki, tərəflər arasında müvafiq barışığın əldə edilməsi üçün bir neçə dəfə məhkəmə iclasları təxirə salınmış və buna şərait yaradılmışdır. Lakin cavabdehin nümayəndəsinin yenidən məhkəmə iclasında iştirak etməməsi üzrlü hesab edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, bildirmişdir ki, 2020-ci ilin dekabr ayı üçün rəsmi qaydada təsdiq edilmiş 3160,23 manat xidmət haqqının, yanvar ayı üçün ödənilməmiş 3000 manat xidmət haqqının, 4 ay mənəvi ziyana görə 1700 manat pulun, məhkəmə xərcləri üçün 5000 manat, cəmi 22860 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçı (İcraçı) ilə ilə Cavabdeh1 MMC (sifarişçi) arasında bağlanmış 01.05.2020-ci il tarixli xidmət müqaviləsinin 1-ci bəndinə əsasən İcraçı, Sifarişçinin uzunmüddətli tapşırığı əsasında, ona (yaxud Sifarişçinin təyin etdiyi üçüncü şəxsə) mütəmadi satışın təşkili ilə bağlı konsaltinq xidməti göstərir, Sifarişçi isə İcraçının göstərdiyi mütəmadi xidmətin əvəzində İcraçıya aylıq xidmət haqqı ödəyir. Müqavilənin 2-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçi tərəfindən verilmiş sifarişə uyğun Xidmətin razılaşdırılmış müddət və şərtlər əsasında yerinə yetirir. İcraçı Xidmətin nəticələrini elektron poçt vasitəsilə və ya digər razılaşdırlmış vasitə ilə Sifarişçiyə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi xidmətin icra olunması üçün tələb edilən materialları və məlumatları İcraçıya təqdim edir, müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin icrasından sonra təhvil alır, Xidmətin dəyərini razılaşdırlmış vaxtda İcraçıya ödəyir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən İcraçı xidmətləri nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməli, xidmətlərin keyfiyyətinə və qusursuluğuna görə zəmanət verməlidir. Müqavilənin 4-cü bəndinə əsasən Xidmətin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və Ximətin göstəriləməsinə görə xidmət haqqının ödənilməsi qaydası Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavə ilə müəyyən edilir. Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İcraçı, bu Müqavilədə və ya müvafiq Əlavədə nəzərdə tutulmayan və Sifarişçi ilə qabaqcadan yazılı formada razılaşdırmadığı hər hansı əlavə xidmətləri göstərdikdə, həmin əlavə xidmətlərə görə hər hansı xidmət haqqının və ya xərclərin ödənilməsini Sifarişçidən tələb etməməlidir. Həmin əlavə xərclərə görə İcraçı şəxsən məsuliyyət daşıyır. Müqavilənin 9-cu bəndində Müqavilənin müddəti imzalandığı gündən 1 (bir) il müddətinə bağlandığı qeyd edilir. X5 müddətinin bitməsinə 30 təqvim günü qalmış Müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədikdə, bu Müqavilə növbəti ilə uzadılmış hesab edilir. Müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən Xidmətin icra edilməsi müddəti hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Sifarişçi tərəfindən yerinə yetirilən xidmətin nəticələri Sifarişçiyə elektron poçt və ya digər razılaşdırılmış vasitələr ilə təqdim edilir və Sifarişçi tərəfindən qəbul edilir. 3-cü bəndinə əsasən Sifariş İcraçıya elektron poçt vasitəsilə verilir və Xidmətin dəyəri hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Elektron qaimə üzrə Dövlət Vergi Xidmətinin əməliyyat sistemmindən çıxarışda (iş materialları səhifə 40), 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin, o cümlədən müvafiq sistemin təsdiqlədiyi elektron qaimələrdən (səh 42-52), həmçinin İddiaçı məxsus hesab nömrəsi üzrə 10.06.2021-ci il tarixli çıxarışdan (iş materialları səhifə 53-60) müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021ci il tarixli 080543 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3160,23 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 27.04.2021-ci il tarixli 2844 manat məbləğində elektron qaimə cavabdeh tərəfindən qəbul edilməmiş, düzəliş üçün iddiaçıya qaytarmışdır (imtina etmişdir). Cavabdeh1 MMC-nin 30.11.2020-ci il tarixdə İddiaçı ünvanladığı xəbərdarlıq məktubunda tərəflər arasında bağlanmış 01.05.2020-ci il tarixli müqavilənin 11.4-cü maddəsinə əsasən 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəkdir. Qeyd edilən məktub iddiaçıya 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə, elektron qaimələr, ödəniş sənədləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 nömrəli qətnаməsinin təmin edilən hissəsinin rədd edilməsini, iddianın bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh1nə (bundan sonra mətndə cavabdeh) qarşı “7860 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddia məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq 26.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin dekabr ayı üçün ödənilməmiş 3160 manat 23 qəpik pulun, yanvar ayı üçün ödənilməmiş 3000 manat xidmət haqqının, 4 ay mənəvi ziyana görə 1700 manat pulun, məhkəmə xərcləri üçün 5000 manat, cəmi 22860 manat pul tələb etmişdir. Cavabdeh1 MMC qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və İddiaçı 28 790,46 manat; 30 manat dövlət rüsumunun, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqvilə üzrə 20000 (iyirmi min) manatın alınıb Cavabdeh1 MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin № e-2-2(117)- 346/2021-ci il saylı 24.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1ndən 3160,23 manat manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh1 ilk İddiaçı qarşı 28790,46 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və vəkillə bağlanan müqavilə xərci olaraq 20000 manat pulun ödənilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin № e-2-2(117)-346/2021-ci il saylı 24.09.2021-ci il tarixli qətnaməsinin təmin edilən hissəsində aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirik. Belə ki, iddiaçı öz iddia tələbində aramızda bağlanmış xidmət müqaviləsinin 31.12.2020-ci il tarixdə xitam verilsədə, bu barədə ona 01.04.2021-ci il tarixdə məlumat verildiyini bildirmiş və həmin aylara görə, 26.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci ilin dekabr ayı üçün ödənilməmiş 3160 manat 23 qəpik pulun, yanvar ayı üçün ödənilməmiş 3000 manat xidmət haqqının, 4 ay mənəvi ziyana görə 1700 manat pulun, məhkəmə xərcləri üçün 5000 manat, cəmi 22860 manat pul tələb etmişdir. Aşağıdakı müddəalara görə iddia qanunsuz və əsassızdır və aşağıdakı qaydada etiraz edirik. Yazıb bildiririk ki, bizə qarşı olan bu iddianı qəbul etmirik. İddiaçınını iddiasına görə, onun "X8" MMC-nin istehsal etdiyi məhsulların satışının təşkilini təmin etməkdən ibarət idi. Güya satış öhdəliklərini icara etdiyinə görə iddiaçıya aylıq 1700 manat, avtomaşın idarə etdiyinə görə 200 manat və satışdan müəyyən faiz bonusu verilməli idi. İddiaçının digər iddiasına görə dekabr ayı üzrə 3160 man 23 qəp (elektron qaimə təsdiqlənmişdir va portalda qeydiyyatda var, surəti əlavə olunur), 2021-ci ilin yanvar ayı üçün 3000 man (hesabat təxmini aparılıb, təsdiqedici sənədlər sifarişçiyə göndərilib, ancaq hesablanmayıb) fevral və mart ayları üçün 1700 man ( fevral və mart aylarnda miüqaviləyə xitam verilmədiyindən başqa iş axtarmamış və tapşırıq gozləmiş) xidmət haqqının ödənilməli idi. Yazıb bildirik ki, istinad edilən 01.05.2020 ci il tarixli bağlanmış xidmət müqaviləsinin predmeti, xüsusi ilə də icra şərtləri və xidmət haqqının ödənilməsi şərtlərində qeyd etdiyi bildirişlərə uyğun gələn heç bir məlumat, təsdiq edici sənəd aşkar edilməmişdir. Belə ki, qeyd edilən müqavilənin 1.1.ci bəndi, o cümlədən müqavilənin 1 saylı əlavəsinin 1-ci bəndinə görə, müqavilənin predmeti satışın təşkili deyil, dizayn xidmətlərin göstərilməsi qeyd edilmişdir. Belə ki, müqavilənin 2.1., 2.2, və 1 saylı əlavənin 2.1- ci bəndlərinə əsasən icraçı Sifarişçinin sifarişi ilə aşağıdakı xidməti icra yetirəcək: 1.Xidmətin həcmi 1.1 İcraçı aşağıdakı məsələlər üzrə Xidməti icra yetirəcək: 1.1.1. Əmtəə nişanının, adının, qabalşdırmanın və ya etiketinin dizayn konseptlərinin və eskizlərinin hazırlanması, Sifarişçi ilə razılaşdırılması və onun şərhlərinə əsasən müvafiq dəyşikliklərin edilməsindən sonra dizaynın son versiyasının Sifarişçiyə təqdim edilməsi. 1.1.2. Sifarişçinin fəaliyyəti ilə bağlı, onun veb sayıtı, təqvim, plakat, baner,broşur və digər promo materiallarının dizaynı daxil olmaqla, lakin bununla məhdudlaşdırılmayan dizayn xidmətlərinin icrası. 1.1.3. Sifarişçinin sifarişinə əsasən hər hansı digər dizayn xidmətlərinin göstərilməsi. Belə ki, bu sifarişlər hər biri ayrı ayrı verilməli , habelə müqavilənin 1 saylı əlavəsinin 3.1-ci maddəsinə əsasən xidmətin dəyəri hər bir sifariş üzrə qabaqcadan ayrı-ayrılıqda müəyyənləşdirilməlidir. O cümlədən, 2.2-ci maddəsinə əsasən, habelə 3.2-ci maddəsinə əsasən icraçı tərəfindən yerinə yetirilən xidmətin nəticələri, yəni müxtəlif rekalm və dizayn məmulatlartı plakat, baner, broşur və s... dizayn məmulatları sifarişçiyə elektron poçt və digər razılaşdırılmış vasitə ilə təqdim edilməli və sifarişçi tərəfindən qəbul edilməlidir. Müqavilənin 3.2-ci maddəsinə əsasən, xidmət haqqı xidmətin icrasından və sifarişçi tərəfindən qəbul edilməsindən sonra 5 gün ərzində bank hesabına köçürülmə vasitəsilə icra edilir. Müqavilənin 4.6-cı bəndinə görə, İcraçı, bu Müqavilədə və ya müvafiq əlavədə nəzərdə tutulmayan və Sifarişçi ilə qabaqcdan yazılı formada razılaşdırmadığı hər hansı əlavə xidmətləri göstərdikdə, həmin əlavə xidmətlərə görə hər hansı xidmət haqqının və ya xərclərin ödənilməsini sifarişçidən tələb etməlidir və həmin əlavə xərclərə görə icraçı şəxsən məsuliyyət daşıyır. Müqavilənin 5.3-cı bəndinə görə, İcraçı xidmətləri bu müqavilənin şərtlərinə əsasən, vaxtında və keyfiiyyətlə yerinə yetirmədikdə, Sifarişçinin bu müqaviləyə xitam vermək, belə xidmətləri qəbul etməkdən və ödəməkdən imtina etmək, habelə, xidmətin dəyəri ödənilmiş olduqda ödədiyi pul məbləğinin geri qaytarılmasını İcraçıdan tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, yuxarıda qeyd edilmiş şərtlər bir daha onu sübut edir ki, iddiaçının iddia etdiyi xidmətlərlə müqavilənin predmeti üst-üstə düşmür. Tərəflər arasında başqa bir müqavilənin olmadığı nəzərə alınsa elə burdan görünür ki, iddia əsassızdır. Göründüyü kimi müqaviləyə əsasən sifarişlər ayrı-ayrılıqda verilir, xidmətin nəticələri ayrıayrılıqda qəbul edilir, və qəbul edildikdən sonra razılaşdırılmış xidmət haqqı ödənilir. İddiaçı isə iddia edir ki, guya aylıq hansısa xidmət haqları olub, xərclərin qarşılanması üzrə ödənişlər olub, satışdan əldə olunmuş vəsaitə uyğun faiz bonusu olub. Göründüyü kimi, bu şərtlər bu müqavilədə yoxdur. O ki, qaldı dekabr ayı üzrə iddia edilən 3160 manat, hansı ki, yanvar-fevral və mart ayı üçün müvafiq ödənişlər yuxarıda qeyd edilənlərə əsasən, bu xidmətlər bizə göstərilmədiyindən, biz tərəfdən sifariş verilmədiyindən və qəbul edilmədiyindən, rəqəmlər bizlə razılaşdırılmayıb. İddia yuxarıda qeyd edilənlərə görə rədd edilməlidir. İddiaçının dekabr ayı üzrə xidmət haqqı üzrə tələb etdiyi məbləğlə bağlı xüsusi vurğulamaq istəyiri ki, bu elektron qaimə faktura bizim tərəfimizdən yox, sistem tərəfindən qəbul edilmişdir. Belə ki, hamıya ümumbəlli faktdır ki, məhkəmə icraatınızda bir neçə məhkəmə işi vardır ki, yanvar ayından etibarən Cavabdeh1 MMCfəaliyyət göstərdiyi hüquqi ünvanında istehsal fəaliyyəti və ofis işləri ilə məşğul olmadığından, o cümlədən bank hesablarına da həbs qoyulduğundan şirkətin fəaliyyti iflic vəziyyətinə düşmüşdür , nəticədə bu elektron qaimə faktura avtomatik olaraq qəbul edilmişdir. Bir fakti da nəzərinizə çatdırmaq istəyirik ki, bağlanmış bu müqavilə və ondan irəli gələn ödənişlər halhazırda daxili audit tərəfindən araşdırılmadadır. Belə ki, bu müqavilə bağlanarkən şirkətin direktoru olmuş Michael Gerlich “X6 Zavod” MMC-nin nümayəndəsi idi, o cümlədən iddiaçı ilə bu müqavilə çərçivəsində adı yazışmalarda keçən Vüqar Vəliyev , həmçinin ona ödənişi icra edən Vüqar Musayev “X6 Zavodu” MMC bu lahiyəyə transfer olmuş və onların tapşırıqlarını icra edən şəxslər idi. Yanvar ayında “X6 Zavodu” MMC bu layihədən çıxdıqda, Michael Gerlich, Vüqar Musayev, Vüqar Vəliyev öz xahişləri ilə işdən çıxdılar. İddiaçı isə bu şəxslərlə yaxından əməkdaşlıq edən şəxs olub. Bütün bunlar sübut edir ki, bağlanmış müqavilə qanunsuz və əsassız bağlanmışdır. Müqavilə çərçivəsində heç bir xidmət göstərilməsinə baxmayaraq şirkətdən xeyli miqdarda vəsaitlər bu qrup şəxs tərəfindən ödənilmişdir. Bu müqavilə üzrə bütün məsuliyyət X6 Zavodun üzərinə düşür, rəhbərlik olaraq biz bu müqavilə üzrə cavabdehlik daşımırıq. Hesab edirik ki, Kommersiya Məhkəməsinin № e-2-2(117)-346/2021-ci il saylı 24.09.2021-ci il tarixli qətnaməsinin “Cavabdeh1ndən 3160,23 manat manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli , iddia tam rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili həmçinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPMin 376.2-ci mаddəsinə əsаsən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 777.1, 778.2,781, 782.1, 783.1-ci maddələri). Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış 01.05.2020-ci il tarixli müqavilənin hüquqi qüvvəsi ilə bağlı qeyd edilməlidir ki, həmin Müqavilənin 9-cu bəndində müqavilənin müddəti imzalandığı gündən 1 (bir) il müddətinə bağlandığı qeyd edilir. X5 müddətinin bitməsinə 30 təqvim günü qalmış Müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədikdə, bu Müqavilə növbəti ilə uzadılmış hesab edilir. Cavabdehin 30.11.2020-ci il tarixdə cavabdehə ünvanladığı müqavilənin ləğvi barədə bildirişdə müqavilənin 31.12.2020-ci il tarixdən müqavilənin icrasına xitam veriləcəyi bildirilsə də, təqdim edilən sübutlardan müəyyən edilir ki, həmin məktub iddiaçının elektron poçtuna 01.04.2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən tərəflər arasında bağlanmış müqavilənin 01.04.2021-ci il tarixədək ləğv edilmədiyi fatkı ortadadır. Birinci instansiya məhkəməsi tərəflər arasında aparılmış elektron yazışmaların məzmununu və göndərilmə vaxtını nəzərə alaraq cavabdehin 01.01.2021-ci il tarixdən fəaliyyətində müəyyən problemlərin olması səbəbindən ödənişin aparılmaması ilə bağlı iddiaçının müraciətləri mövcud olduğunu müəyyən etmişdir. Tərəflər arasında bağlanmış Müqavilə və müqavilənin Əlavəsində göstəriləcək xidmətlərin qiyməti, həcmi və müddəti müəyyən edilmir. Müqavilədə bunun tərəflər arasında həm sifarişin həm də sifarişin icrasının nəticəsi tərəflərin razılaşması əsasında həyata keçirilməsi müəyyən edilir. Belə ki, Müqavilənin 2-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi Sifarişçi tərəfindən verilir. İcraçı Sifarişçi tərəfindən verilmiş sifarişə uyğun Xidmətin razılaşdırılmış müddət və şərtlər əsasında yerinə yetirir.İcraçı Xidmətin nəticələrini elektron poçt vasitəsilə və ya digər razılaşdırlmış vasitə ilə Sifarişçiyə təqdim edir. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi xidmətin icra olunması üçün tələb edilən materialları və məlumatları İcraçıya təqdim edir, müqavilənin şərtlərinə uyğun olaraq Xidmətin icrasından sonra təhvil alır, Xidmətin dəyərini razılaşdırlmış vaxtda İcraçıya ödəyir. Müqavilənin 3.2.3-cü bəndinə əsasən İcraçı xidmətləri nəzərdə tutulmuş müddət ərzində yerinə yetirməli, xidmətlərin keyfiyyətinə və qusursuluğuna görə zəmanət verməlidir. Müqavilənin 1 saylı Əlavəsinin 2-ci bəndinə əsasən Xidmətin icra edilməsi müddəti hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Sifarişçi tərəfindən yerinə yetirilən xidmətin nəticələri Sifarişçiyə elektron poçt və ya digər razılaşdırılmış vasitələr ilə təqdim edilir və Sifarişçi tərəfindən qəbul edilir. 3-cü bəndinə əsasən Sifariş İcraçıya elektron poçt vasitəsilə verilir və Xidmətin dəyəri hər bir sifariş üzrə ayrılıqda Tərəflər arasında qabaqcadan müəyyənləşdirilir. Məhkəmə kollegiyası tərəflər arasında razılaşdırılmış şərtləri nəzərdən keçirib müəyyən edir ki, tərəflər arasında 2020-ci ilin 01 may tarixindən tapşırıq müqaviləsindən yaranan müqavilə şərtlərinin qarşılıqlı icrası yolu ilə həyata keçirilmişdir. Bu faktlar elektron qaimələr və həmin qaimələr üzrə ödənişlərin həyata keçirilməsi ilə öz təsdiqini tapır. Belə ki, Elektron qaimə üzrə Dövlət Vergi Xidmətinin əməliyyat sistemindən çıxarışda (iş materialları səhifə 40), 2020-2021-ci il ərzində tərəflər arasında göstərilən xidmətlərə görə tərəflərin, o cümlədən müvafiq sistemin təsdiqlədiyi elektron qaimələrdən (səh 4252), həmçinin İddiaçı məxsus hesab nömrəsi üzrə 10.06.2021-ci il tarixli çıxarışdan (iş materialları səhifə 53-60) müəyyən edilir ki, tərəflər arasında razılaşdırılmış bütün xidmətlərin haqqı cavabdeh tərəfindən ödənilmiş, yalnız 01.03.2021ci il tarixli 080543 nömrəli qaimə üzrə tərəflərin razılaşdırılaraq təsdiq etdiyi 2020-ci ilin dekabr ayı üçün iddiaçının göstərdiyi xidmətlərə görə 3160,23 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin elektron qaimə sistem tərəfindən təsdiqlənmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 27.04.2021-ci il tarixli 2844 manat məbləğində elektron qaimə cavabdeh tərəfindən qəbul edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmışdır (imtina etmişdir). Bununla bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura verilir. Bu sənədlər işin və ya xidmətin göstərilməsi müddətindən konkret vaxt məhdudiyyətləri nəzərə almaqla verilir, həmin elektron qaimədən imtina və təsdiq edilməsi ilə bağlı qanunvericiliyin tələbləri vardır. Ona görə də elektron qaimə ciddi mühasibat sənədi olmaqla dövlət qeydiyyatına alınan sənəddir və sübut əhəmiyyəti olan sənəd olaraq ona istinad edilməsi qanunidir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilən sübutlardan, məhkəmə tərəfindən əldə edilən mümkün sübutlardan müəyyən edilir ki, 2021-ci ilin 01 yanvar tarixindən sonrakı tarixlərdə iddiaçının tərəflər arasında bağlanmış xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq məhsulların satışının təşkili, ümumiyyətlə bu xidmətin göstərilməsi faktı və bunun əvəzinin ödənilməməsi faktı sübuta yetirilmir. Bununla bağlı Müqavilə şərtlərinə əsasən cavabdehin sifarişi, həmçinin sifarişin nəticəsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçının cavabdehin nümayəndələrinə xidmət haqqının ödənilməsi ilə bağlı elektron poçt vasitəsilə müraciəti olsa da, həmin xidmətin nədən ibarət olması, bu xidmətin tərəflərin razılaşdırması, xidmətin icrası və nəticəsinin təhvil verilməsi müəyyən edilmir. Bununla bağlı iddiaçının birtərəfli qaydada Excel proqramından istifadə etməklə heablama aparmaqla müvafiq müddət üçün xidmət barədə sənədini məhkəmə sübut olaraq qəbul etmir (İş vərəqi 141-149) Bundan əlavə iddiaçının 2021-ci ilin 01 yanvar tarixindən boş dayanması və ona zərər dəyməsi faktı ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən həmin müqavilənin müddətli bağlanması və iddiaçının qeyd edilən müqavilənin hər an ləğv edilmə imkanının mümkünlüyünü əvvəlcədən bilirdi. Bundan əlavə cavabdeh müvafiq qaydada razılaşdırılmış və göstərilmiş xidmət müqabilində xidmət haqqı ödəyir, bu xidmətin göstərilməməsi və müvafiq qaydada razılaşdırlmaması göstərilməyən xidmətə görə iddiaçının xidmət haqqı tələb etməsi əsassız olardı. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 27.04.2021-ci il tarixli 2844 manat məbləğində elektron qaimə cavabdeh tərəfindən qəbul edilməmiş, düzəliş üçün iddiaçıya qaytarılmışdır (imtina etmişdir) (iş vərəqi 40-41). Bundan əlavə tərəflər arasında bağlanmış Müqavilənin 10-cu bəndinin müddəalarının (Fors-major) hazırkı mübahisəyə tətbiq edərkən məhkəmə müəyyən etmişdir ki, hazırkı iş üzrə cavabdehin öz istehsal obyektinə daxil ola bilməməsi və ümumiyyətlə istehsal prosesindən kənarlaşdırlması ilə bağlı faktlar mövcud olmuşdur. Hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi onun təqsirli davranışı nəticəsində baş verməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinin müddəaları baxımından müqavilə tərəfi o vaxt məsuliyyət daşıyır ki, həmin zərər müqavilə tərəfinin hərəkəti (hərəkətsizliyi) nəticəsində baş versin, ziyan dəymiş olsun və hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olsun. Belə ki, Şəki Kommersiya Məhkəməsinin icraatında olmuş Cavabdeh1 cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyekti üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi, 130962 manat maddi ziyanın, 1 000 000 manat əldən çıxmış faydanın, işgüzar vurulmuş zərərə görə 5 000 000 manat və 30 manat dövlət rüsumunun, 20 000 manat vəkillə bağlanan müqavilə üzrə pulun cavabdehdən alınıb iddiaçıya verilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10.02.2021-ci il tarixli iddianın təmin tədbiri görülərək iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı Cavabdeh1 hüquqi ünvanı olan ünvan 1ışan işçilərin girişçıxışına, istehsal prosesinin bərpasına, məhsulların çıxışına, daşınmasına məhdudiyyətlərin qoyulması, iddiaçının mülkiyyətində olan əmlaklardan istifadə edilməsinin və iddiaçı tərəfindən istehsal edilmiş məhsulların satışının dayandırılması cavabdeh “X6 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan edilməsi və həmin əraziyə daxil olmağa cavabdeh tərəfindən şərait yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-346/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2-2(117)- 346/2021 nömrəli qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-6/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-6/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver