Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-60/2025 06.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X2 və X1 ibarət tərkibdə; İddiaçı MMC-nin cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1a qarşı “borc” tələbinə dair kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1yə qarşı “cavabdehlər “Cavabdeh3” şirkəti, Cavabdeh2 və Cavabdeh1dən xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən ödənilməli 308 308,20 ABŞ dollarının, məhkəmə üçün ödənilmiş 814,62 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, İddiaçı MMC tərəfindən xx.xx.2025-ci il tarixli Rabitəbank ASC vasitəsi ilə ********** nömrəli hesaba ödənilmiş 815 manat dövlət rüsumu İddiaçı MMC -yə dövlət büdcəsindən qaytarılması qərara lınmışdır. İddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şəki Kоmmersiyа Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadından şikаyət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən (müqavilə, aktlar və s.) göründüyü kimi cavabdeh Lipon S P ZOO şirkəti Polşa Respublikası, Varşava şəhəri, Pori küçəsi, 78 ünvanında yerləşir (VÖEN: *********) və xarici hüquqi şəxsdir. Aşağıda göstərilən linkə daxil olduqda da həmin VÖEN üzrə məlumatlar və cavabdehin müvafiq məlumatlarını əks etdirən parametrlər özəksini tapmışdır. (https://b2bhint.com/ru/company/pl/lipon- -**********) Nəzərə alınsa ki, iddiaçının tələbi sözü gedən hüquqi şəxsin ləğv edilməsi, mövcud olub-olmamasının müəyyən edilməsi ilə bağlı deyil. Müqavilə üzrə ona ödənilməli pul tələbinin qaytarılmasından ibarətdir. Yəni gələcəkdə məhkəmə qərarı çıxarılacağı halda həmin hüquqi şəxs mövcud olmadıqda məhkəmə qərarı icra olunmayacaq. Bu isə iddiaçı üçün əlverişsiz nəticələrə səbəb olacaqdır. Məhkəmənin qərəzli şəkildə iddia ərizəsini geri qaytarmasına başqa cür anlam verə bilmir. İddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi üçün müəyyən olunmuş halların mövcud olubolmaması ilə bağlı aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsaslarının mövcudluğu da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll edilməlidir. Lakin birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, iddianının mümkünlüyü ilə bağlı olan digər əsaslar araşdırılıb onlara qiymət verilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir. Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki cavabdeh “Cavabdeh3” şirkətinin iddia ərizəsində ünvanı Polşa Respublikası, Varşava şəhəri, Pori küçəsi, 78 göstərilsə də, onun müvafiq xarici ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. Həmin məcəllənin 442.2-ci maddəsinə əsasən beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. Həmin məcəllənin 443-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh “Cavabdeh3” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli İİB002/2024 saylı və Appendix №3a razılaşma müqaviləsinin 9-cu maddəsinə əsasən tərəflər aralarında yarana biləcək mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılacağı barədə razılığa gəlmişlər. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarına əsasən: - 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. - 1.4. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fiziki şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti: 1) vətəndaşı olduqları dövlətin qanunları ilə; 2) bir neçə vətəndaşlığı olduqda onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə; 3) vətəndaşlığı olmadıqda daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları ilə; 4) qaçqın olduqda sığınacaq tapdıqları dövlətin qanunları ilə müəyyən edilir (MPM-in 441-ci maddəsi). - 1.5. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından xarici fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olan xarici fərdi sahibkar hesab edilməsi üçün həmin şəxsin müvafiq dövlətdə fərdi sahibkar kimi qeydə alınması zəruridir. Bu baxımdan məhkəmələr xarici fərdi sahibkarın iştirakı ilə mübahisəyə baxarkən ilk növbədə həmin şəxsin müvafiq xarici ölkədə fərdi sahibkar kimi qeydə alınmasını və həmin qeydin qüvvədə olmasını təsdiqedici sənəd(lər)lə müəyyən etməlidirlər. - 1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər. - 1.7. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti onların yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən öz ölkəsində prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər (MPM-nin 442.1-ci maddəsi). - 2.2. Xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. - 2.7. Məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. - 2.8. Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti). Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh “Cavabdeh3” şirkətinin Polşa Respublikasında mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini təsdiq edən sənədlər (həmin ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd) iddia ərizəsinə əlavə edilmədiyindən hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Kollegiya onu da qeyd edir ki, şikayətdə göstərilən linkdə cavabdeh xarici hüquqi şəxsin VÖEN və müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyinə dair məlumatlar öz əksini tapdığı halda, həmin məlumatlar iddiaçı tərəfindən əldə olunaraq iş materiallarına əlavə edilməlidir. İddiaçının tələbi cavabdeh hüquqi şəxsin ləğv edilməsi, mövcud olub-olmamasının müəyyən edilməsi ilə bağlı olmasa da Ali Məhkəmənin Plenumunun yuxarıda sözügedən qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, həmin məlumatlar iddia ərizəsinə əlavə edilməlidir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)-327/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tаrixli, e-2-2(117)- 327/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-60/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-60/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver