Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-63/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərərin və əldən çıxmış faydanın tutulması tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-2(117)-25/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli, 2-2(117)-25/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 77736 manat məbləğində maddi zərər, 100 000 manat əldən çıxmış fayda, 50 000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 227 766 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı (alıcı) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) arasında 29.12.2015-ci il tarixli müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə 4000 ədəd Yalova (Chandler ve-petro-fernorfranquette) qoz şitilini alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə predmetini qəbul edib qarşılığında 56 000 ABŞ dolları (ilkin ödəniş 30000 ABŞ dolları, mal təhvil verildikdən sonra isə 26000 ABŞ dollarını ödəməyi) məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Şəki Kommersiya Məhkəməsinin 10.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla bank hesabındakı 227766 manat həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iclаsındа iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 29.12.2015-ci il tarixdə cavabdeh “Ak Sanayi ve Ticaret" MMC ilə aralarında ümumi dəyəri 56.000 ABŞ dolları məbləğində olan müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəf 4000 (dörd min) ədəd “Chandler ve-petro-fernor-franquette” sortuna aid qoz şitilini təhvil verməyi öhdəsinə götürmüş, həmin qoz şitilləri üçün əraziyə suvarma sistemlərinin qurulması da cavabdehlə razılaşdırılmışdır. Bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Bununla yanaşı, əldə olunmuş şifahi razılıq əsasında cavabdeh müqavilədə nəzərdə tutulmuş sortda daha 600 ədəd qoz şitilini göstərilən qiymətə ona satmış və dəyəri olan 8400 ABŞ dolları məbləğində pul da cavabdehə ödənilmişdir. Bağlanmış müqavilənin 4.3-cü bəndində müqavilə üzrə satıcı təhvil verdiyi malın 95%-nə zəmanət vermişdir. Beləliklə, cavabdehin təmin etdiyi qoz şitilləri ilə Oğuz rayonun Muxas kəndində istifadəsində olan torpaq sahəsində qoz bağı salmış, müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirdikdən sonra isə cavabdehin təhvil verdiyi qoz şitilləri və cavabdeh tərəfindən quraşdırılmış suvarma sistemi ilə sulanan ağacların bar verməməsi və keyfiyyətsiz olması cavabdehin öz öhdəliklərini düzgün yerinə yetirməməsi barədə şübhə yaratmışdır. Belə ki, qoz ağaclarının məhsuldarlığı olduqca aşağı olmuş və bu vəziyyət artıq onu mütəxəssislərə müraciət etməyə məcbur etmişdir. 30.06.2020-ci il tarixdə X6 İnkişaf Mərkəzinin nümayəndələri Muxas kəndində yerləşən torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, ümumilikdə 4600 ədəd 5 illik qoz ağaclarından 3410 ədədinin müqavilədə müəyyən edilmiş “çentner”, 1100 ədədinin “Adi qoz” (“az məhsuldar” və 90 ədədinin isə “Cır” sortları olduğu müəyyən edildi. Həmçinin, baxış zamanı suvarma sisteminin də keyfiyyətsiz materiallardan hazırlandığı və suvarma tələblərinə cavab vermədiyi baxışı həyata keçirən mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Ayrılıqda qoz şitillərin gətirilməsi və suvarma sisteminin quraşdırılması üçün cavabdehə 64.400 ABŞ dolları, suvarma sisteminin avadanlıqları və gübrə kimi digər ehtiyaclar üçün 38880 ABŞ dolları və yenidən suvarma sistemi üçün 2700 ABŞ dolları xərc çəkilmişdir. Bu isə ümumilikdə 105.980 (yüz beş min doqquz yüz səksən) ABŞ dollarlıq bir investisiya deməkdir. Lakin bu qədər maddi vəsaitin qoyulduğu bir işdə cavabdeh tərəf həm malların 25%-dən artıq hissəsini keyfiyyətsiz sortda təhvil vermiş, həm də yararsız suvarma sistemi və təchizatı quraraq bütün qoz ağaclarının məhsuldarlığını aşağı salmışdır. "xxxx" MMC ilə bağlanmış 22.07.2020-ci il tarixli müqaviləyə əsasən həmin şirkətə damlama suvarma sistemlərini təchiz etməyin qarşılığında 46.201 (qırx altı min iki yüz bir) manat məbləğində ödəniş edilmişdir. Bu isə tamamilə öz öhdəliklərini düzgün icra etməyən Cavabdeh MMC-nin təqsirinə görə olmuşdur. Cavabdeh tərəfin quraşdırdığı suvarma sistemi yararlı və keyfiyyətli olsaydı onlar tərəfindən külli miqdarda ödəniş edilərək yenidən suvarma sistemi quraşdırılmazdı. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iclаsındа cavabdehin nümayəndəsi Vəkil3 Firuddun oğlu iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 29.12.2015-ci il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 4000 (dörd min) ədəd “Chandler ve-petro-fernor-franquette” sortuna aid qoz şitilini təhvil verməyi iddiaçı isə bunun müqabilində 56 000 ( əlli altı min) ABŞ dolları pul vəsaitini cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasını əsas gətirərək ondan 77736 (yetmiş yeddi min yeddi yüz otuz altı) manat məbləğində maddi zərərin, 100 000 (yüz min) manat əldən çıxmış faydanın, 50000 (əlli min) manat məbləğində mənəvi zərərin və 30 ( otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 227.766 (iki yüz iyirmi yeddi min yeddi yüz altmış altı) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tərəfindən hazırkı mübahisə üzrə iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiаçı X4 оğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassızdır. Belə ki, 29.12.2015-ci il tarixdə cavabdeh “Ak Sanayi ve Ticaret" MMC ilə aralarında ümumi dəyəri 56.000 (əlli altı min) ABŞ dolları məbləğində olan müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəf 4000 (dörd min) ədəd “candler ve-petrofernor franquette” sortuna aid qoz ştilini ona təhvil verməyi öhdəliyinə götürmüşdür. Həmçinin həmin qoz şitiləri üçün əraziyə suvarma sistemlərinin qurulması da cavabdehlə razılaşdırılmışdır. Bağlanmış müqaviləyə əsasən o, öz üzərinə götürdüyü öhdəliyi tam formada icra etmişdir. Belə ki, həmin məbləğə aid 30.000 (otuz min) ABŞ dolları ilk ödəniş olaraq, 26.000 (iyirmi altı min) ABŞ dolları isə müəyyənləşdirilmiş müddətdə cavabdehə ödənilmişdir. Bu fakta dair cavabdeh tərəfindən əlyazma şəklində müvafiq qeyd aparılmışdır. Bununla yanaşı, aralarında əldə olunmuş şifahi razılıq əsasında cavabdeh müqavilədə nəzərdə tutulmuş sortda daha 600 ədəd qoz ştilini göstərilən qiymətə ona satmışdır. Bununla da tərəfindən 8400 (səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul da cavabdehə ödənilmişdir. Həmçinin aralarında bağlanmış müqavilənin 4.3-cü bəndində müqavilə üzrə satıcı təhvil verdiyi malın 95 %-nə zəmanət vermişdir. Beləliklə cavabdehin təmin etdiyi qoz ştilləri ilə Oğuz Rayonun Muxas kəndində istifadəsində olan torpaq sahəsində qoz bağı salmışdır. Müqavilə üzrə öz üzərimizə düşən bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra isə cavabdehin təhvil verdiyi qoz ştilləri və cavabdeh tərəfindən quraşdırılmış suvarma sistemi ilə sulanan bağ sahəsinin getdikcə bar verməməsi və keyfiyyətsiz olması onda cavabdehin öz öhdəliklərini düzgün yerinə yetirməməsi barədə şübhə yaratdı. Belə ki, qoz ağaclarının məhsuldarlığı olduqca aşağı olmuş və bu vəziyyət artıq onu mütəxəssislərə müraciət etməyə məcbur etmişdir. Belə ki, 30.06.2020-ci il tarixdə X6 X1 sektorunun müdiri Azər Vəliyev və Bitkiçilik sektorunun torpaq məsələləri üzrə böyük məsləhətçisi X3 kəndində yerləşən torpaq sahəsinə baxış keçirmiş və şübhələrinin əsaslı olması ona məlum olmuşdur. Belə ki, baxış nəticəsində ümumilikdə 4600 ədəd 5 illik qoz ağaclarından 3410 ədədinin müqavilədə müəyyən edilmiş “çentner”, 1100 ədədinin “Adi qoz” (az məhsuldar” və 90 ədədinin isə “Cır” sortları olduğu müəyyən edildi. Həmçinin baxış zamanı suvarma sisteminin də keyfiyyətsiz materiallardan hazırlandığı və suvarma tələblərinə cavab vermədiyi baxışı həyata keçirən mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Həmçinin mütəxəssis X2 rəyində də bağda əkilmiş “Chandler” sortlu qoz ağacının 1000 ədədindən çoxunun adi Türkiyə sortlu qoz ağacına aid olması, suvarma sisteminin ağacların su tələbini qarşılamaması və qeyripeşəkar tərəfindən düzgün çəkilməməsi müəyyən edilmişdir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-2(117)-25/2021 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli, 2-2(117)-25/2021 saylı qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 29.12.2015-ci il tarixdə müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə 4000 ədəd Yalova (Chandler ve-petro-fernor-franquette) qoz şitilini alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə predmetini qəbul edib qarşılığında 56 000 ABŞ dolları (ilkin ödəniş 30 000 ABŞ dolları, məhsul təhvil verildikdən sonra isə 26000 ABŞ dolları) məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə birbaşa göstəriş olmasa da müqavilənin 4.4-cü bəndində mallar təhvil alındıqdan sonra sulama şərtlərinə riayət edilməyəcəyi və malın korlanacağı təqdirdə alıcının məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, müqavilənin icrası ilə bağlı tərəflər arasında ödənişin edilməsi ilə bağlı sənədlə (“Malzeme talep fişi” sənədi) də sübut olunur ki, tərəflər Damlama sulama sisteminin quraşdırılması barədə razılığa gəlmiş, iddiaçı tərəfindən bunun qarşılığında 25000 AZN məbləğində pul ödənilmişdir. Tərəflər də izahatlarında təsdiq edirlər ki, həmin münasibətlər qoz şitillərinin verilməsi ilə eyni vaxtda yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş və mülki işə əlavə olunan ekspert rəyindən görünür ki, tərəflər arasında yaranan digər mübahisə ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya münasibətdə mübahisələndirilən torpaq sahəsində iddiaçı tərəfindən çəkilmiş zərərin müəyyən olunması mümkün olmamışdır. Göründüyü kimi, iddia tələbində göstərilən zərərin müəyyən olunması ilə bağlı ekspert tərəfindən dəymiş zərərin müəyyən olunmasının mümkün olmaması barədə verilmiş rəy vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarı). Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən olunur ki, tərəflər 4000 ədəd qoz şitilinin təhvil verilməsini və buna görə ödənişin həyata keçirilməsini, eyni zamanda sulama sisteminin quraşdırılması faktını təsdiq edirlər. İddiaçının mübahisələndirildiyi məsələ öhdəliklərin lazımı səviyyədə icra edilməməsidir ki, bununla bağlı iddiaçı iddia edir ki, təhvil alınan qoz şitilləri 5 illik olduğundan təhvil alınan anda onun hansı növ qoz şitili olduğunu müəyyən etmək mümkün olmamışdır. 2016-2017ci illərdə məhsul yığımı zamanı qoz ağaclarının lazımi qədər məhsul verməməsindən sonra cavabdeh tərəfindən düzgün növdə və sortda qoz ağaclarının verilmədiyindən xəbərdar olmuşdur. Bununla bağlı iddiaçı tərəfin müraciəti əsasında ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, 1190 ədəd qoz ağacının müqavilədə nəzərdə tutulmuş “Chandler” sorlu qoz ağacı deyil, adi və cır qoz ağacı olması olmasına görə, eyni zamanda suvarma sistemi lazımı keyfiyyətdə olmadığına görə çəkilən xərcləri nəzərə alaraq, iddiaçıya 77 736,72 manat maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tаrixli, 2-2(117)-25/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə 4000 (dörd min) ədəd “candler ve-petrofernor franquette” sortuna aid qoz ştilinin dəyəri olan 40000 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiаçı İddiaçı оğluna ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-2(117)-25/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilməklə 4000 (dörd min) ədəd “candler ve-petrofernor franquette” sortuna aid qoz ştilinin dəyəri olan 40000 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiаçı İddiaçı оğluna ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-63/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-63/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver