Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-65/2021 18.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-2(117)-141/2021 saylı qərardadından iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış 222873 kv/s həcmində borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tаrixli, 2-2(117)-141/2021 saylı qərardadı ilə (hakim Rüfət Məcidov) iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı 2020-ci ilin oktyabr ayı üzrə elektrik enerjisindən istifadəyə görə əlavə olaraq hesablanmış 222873 kv/s həcmində borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “xxxx” MMC Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-2(117)- 141/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhərində də məhkəmə iclasları olduğundan fiziki cəhətdən sözügedən iclasda iştirak edə bilməmişdir. Digər tərəfdən də işlə bağlı ekspert rəyinin verilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş və 25.01.2021-ci il tarixdə ekspert rəyi verilmişdir. Məhkəmənin 20.05.2021-ci il tarixli e-2-2(117)-141/2021 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə icraatın təzələnərək məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 04 iyun 2021- il tаrixli, 2-2(117)-141/2021 saylı qərardadı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tаrixli, 2-2(117)-141/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflər birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təkrar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və tərəflər işə iştirakları olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Bundan başqa birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iddiaçının Bakı şəhərində də məhkəmə iclasları olduğundan fiziki cəhətdən sözügedən iclasda iştirak edə bilməməsi ilə bağlı şikayət dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, başqa məhkəmədə iclas olması hazırki iş üzrə məhkəmə iclasında iştirak etməmə üçün üzrlü səbəb deyildir. Belə ki, “xxxx” MMC hüquqi şəxs olaraq iddia tələbləri ilə məhkəmələrə müraciət etdikdə işçi resurslarını nəzərə almalı və buna müvafiq hərəkət etməlidir ki, cəmiyyətin əsas iş yeri üzrə istənilən əməkdaşı cəmiyyəti məhkəmələrdə təmsil edə bilsin. Eyni zamanda hansı məhkəmədə olan işlərdə nümayəndəsinin iştirakını təmin edib-etməmə ilə bağlı iddiaçı özü müstəqil qərar verir ki, iddiaçının da şikayətdə qeyd etdiyi kimi, iddiaçı cəmiyyət digər məhkəmələrdə nümayəndəsinin iştirakına üstünlük vermişdir. Bundan başqa, hətta iddiaçının dəlili üzrlü səbəb kimi nəzərə alınsa belə, iddiaçı onun həmin tarixdə müxtəlif məhkəmələrdə təyin edilmiş məhkəmə iclaslarından məhkəmə iclaslarının başlamasından kifayət qədər öncə məlumatı olmuşdur ki, bu barədə o, vaxtında məhkəməyə müraciət edə, məhkəmə iclasının təxirə salınması və ya işə nümayəndəsin iştirakı olmadan baxılması barədə məlumat verə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tаrixli, 2-2(117)-141/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 20 may 2021-ci il tаrixli, 2-2(117)-141/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-65/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-65/2021
18.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver