Məhkəmə qərarları › İş №2-2(107)-65/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-65/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-65/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-637/2024 nömrəli, 08 may 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 ASC və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, KTA-KTT-19/0035 nömrəli lizinq müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi və həmin müqavilənin Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 08 may 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi “iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı 6120 manat pul tələbi və New Holland TC 4.90 markalı zavod nömrəsi 55987042 nömrəli, mühərrik nömrəsi ********* olan 2019-cu ilin buraxılışı 1 ədəd Kombayın taxılyığan və Mschio Gaspardo SP-540 markalı şassi nömrəsi KC 9610386, 1 ədəd İtaliya istehsalı olan toxumsəpənin saz vəziyyətdə qaytarılması -hazırkı iddianın əsasını təşkil edən əqddən əmələ gələn tələb üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, e-2(019)-264/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyd edilən texnikaların saz vəziyyətdə İddiaçı alınaraq X2 qaytarılması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadına əsasən “Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”. İddiaçı isə qərardaddan verdiyi şikayətdə bildirir ki, X3 ona qarşı əqddən əmələ gələn deyil, əşya hüquqlarından əmələ gələn tələb üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-264/2023 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, hazırki iş üzrə cavabdeh Valeh Rəsulov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı(hazırki iş üzrə iddiaçının) qanunsuz sahibliyində olan New Holland TC 4.90 markalı, zavod nömrəsi 559878042, mühərrik nömrəsi ********* olan 2019-cu il buraxılışlı 1 ədəd kombayn taxılyığanın(bundan sonra- lizinq predmeti) və sair avadanlığın cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Valeh Rəsulov həmin iddia tələbini onunla əsaslandırmışdır ki, qaytarılmasının tələb etdiyi lizinq predmeti ona, Cavabdeh1 ASC ilə bağladığı 10 iyun 2019-cu il tarixli, KTA-KTT-19/0035 nömrəli müqaviləyə(hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi müqavilə) əsasən verilmişdir və İddiaçı lizinq predmetinin qanunsuz olaraq sahibliyində saxlayır. İddiaçı isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, onunla lizinq müqavilsi bağlanmasa da, əslində lizinq predmeti ona lizinqə verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-264/2023 nömrəli qətnaməsi ilə yuxarıda qeyd olunan lizinq predmetinin İddiaçı alınaraq Valeh Rəsulova verilməsi qət edilmişdir. Göründüyü kimi Balakən Rayon Məhkəməsinin icraatında olan iddia tələbi lizinq müqaviləsinin tərəfi olan şəxsin(hazırki iş üzrə cavabdeh Valeh Rəsulovun) ona verilmiş əmlakın qanunsuz sahibdən alınması ilə bağlı olmuş, həmin qətnamə qəbul edilərkən müqavilənin hüquqi mahiyyətinə qiymət verilmiş və mübahisə müqavilə tələblərinə uyğun olaraq həll edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hazırkı iddiaya münasibətdə məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilir ki, “Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır”. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iddia ərizəsinin icraata qəbul edilməsindən imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar