Məhkəmə qərarları › İş №2-2(107)-68/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-68/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-68/2025 04.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibаrət tərkibdə, X3 оğlunun kаtibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 7928.68 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 1692.11 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 15906.79 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 48/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi :

1. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 7928.68 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 1692.11 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 15906.79 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Şəki Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(117)-48/2025 nömrəli qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2017-ci il tarixli 1908-GL/17 nömrəli müqavilə üzrə yaranmış 4986 manat əsas borc, 249.3 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 212-L/18 nömrəli müqavilə üzrə 800 manat əsas borc, 40 manat cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ödənilməmiş 53.72 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

3. Həmin qətnаmədən nаrаzı qаlаn iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi аpellyаsiyа şikаyəti verərək Şəki Kommersiya Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, e-2-2(117)-48/2025 nömrəli qətnаməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin hüquqi yardım ilə bağlı hissədə tam həcmdə təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)- 48/2025 nömrəli qətnaməsindən Agentlik tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiklərini bildirmişdir.

5. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə kollegiyası işdə olаn sənədləri tədqiq edərək belə qənаətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsi qəbul edilməlidir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

8. Kommersiya mübahisəsinə dair iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətindən imtina etməsi digər şəxslərin hüquq və maraqlarına toxunmur. Ona görə də məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəsini nəzərə alaraq apellyasiya icraatına xitam verilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384.0.4 və 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar