Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-69/2024 05.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 119166,37 manat əsas borc, 17874,95 manat məbləğində dəbbə pulunun, 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair kommersiya iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklər) Sədrlik edən (məruzəçi) – Quliyev Nuru Nadir oğlu, Hakimlər – Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə; İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 119166,37 manat əsas borc, 17874,95 manat məbləğində dəbbə pulunun, 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair kоmmersiyа işi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 119166,37 manat məbləğində əsas borcun, 17874,95 manat məbləğində dəbbə pulunun, cəmi 137041,32 manat məbləğində pulun, 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim M.Hüseynov) 02 may 2024-cü il tarixli, e-2- 2(117)-145/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 119166,34 manat əsas borc, 1000 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 405,29 manat tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini kommersiya işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin başlıq və xahiş etdi hissəslərində barəsində şikayət verilən qətnamə Zəngilan Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi kimi qeyd edilmiş və həmin qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Zəngilan Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi mövcud deyil. Cavabdeh apellyasiya şikayətində mövcud olmayan məhkəmə aktını mübahisələndirmiş, birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq verilmiş apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 361.1.3-cü maddəsinə əsasən şikayətdə barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir; 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; 366.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4-cü maddəsinə əsasən Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər; 402.2.1-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 361.1.3-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya qaydasında baxılması üçün göndərmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366.4, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-69/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-69/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver