Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-69/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X5 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “19278.72 manat məbləğində borc, 3800 manat cərimə və 159.24 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23237.96 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-54/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı (bundan sonra-MMC) ilə Cavabdeh arasında “Xam pambığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli 18/21-025 nömrəli müqavilə bağlanmışdır.
2. Həmin Müqavilənin: -1.1-ci bəndinə əsasən, alıcı satıcıya məxsus (mülkiyyətində və ya istifadəsindı olan) Yevlax rayonu, Salahlı kəndində yerləşən 30 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, satıcı yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsimi və alıcı satıcının borcları çıxılmaq şərtilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. - 2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xampambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək alıcıya təhvil verir. - 2.2.3-cü bəndinə əsasən, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir. -7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir.
3. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 55889,94 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, 47213.26 kq, 36611.22 manat məbləğində xam-pambıq təhvil verilmiş və nəticədə 19278,72 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə aktda öz təsdiqini tapır.
4. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmamışdır.
5. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 19278,72 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı “19278.72 manat məbləğində borc, 3800 manat cərimə və 159.24 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 23237.96 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçı şirkətin Yevlax filialının əvvəlki müdiri ilə qohumdur. O, coğrafiya müəllimi işləmiş, heç vaxt əkin-biçin işləri ilə məşğul olmamışdır. Onu birgə pambıq əkib gəlir götürəcəkləri ilə bağlı inandırmış, o da razı olmuşdur. Ona əvvəl 30 ha torpaq sahəsində pambıq əkiləcəyi deyilsə də, sonradan 70 ha torpaq sahəsinə pambıq əkilmişdir. Sonra pambığa şirkətin verdiyi qurda qarşı dərman istifadə edilmiş, dərman təsir etməmiş, əksinə pambıq qozaları tökülmüşdür. Bununla bağlı şirkətin nümayəndələrinə, DAİM-in nümayəndələrinə müraciət etmişdir. Məhsul batdığı üçün qazanc əldə edə bilməmişdir. Borcunun olduğunu qəbul edir, məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir.
10. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-54/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 19278.72 manat borc, 200 manat cərimə borcu və 134.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsdə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, 19278,72 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, həmin məbləğ “İş və xidmətlərin yerinə yetirilməsi” haqqında aktla öz təsdiqini tapır. Bundan başqa cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izhatının mahiyyətindən göründüyü kimi cavabdeh tələb edilən əsas borcun məbləğinə etiraz bildirməmiş, bununla bağlı hər hansı bir sübut və ya arqument irəli sürməmişdir.
12. Məhkəmə iddia tələbinin “3800 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə tərəflərin qanuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borcunun artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab etmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 752.1 və 752.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, müqavilə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...iddiaçı şirkətin Yevlax filialının əvvəlki müdiri ilə qohumdur. O, coğrafiya müəllimi işləmiş, heç vaxt əkin-biçin işlərilə məşğul olmamışdır. Onu birgə pambıq əkib gəlir götürəcəkləri ilə bağlı inandırmış, o da razı olmuşdur. Ona əvvəl 30 ha torpaq sahəsində pambıq əkiləcəyi deyilsə də, sonradan 70 ha torpaq sahəsinə pambıq əkilmişdir. Sonra pambığa şirkətin verdiyi qurda qarşı dərman istifadə edilmiş, dərman təsir etməmiş, əksinə pambıq qozaları tökülmüşdür. Bununla bağlı şirkətin və DAİM-in nümayəndələrinə müraciət etmişdir. Məhsul batdığı üçün qazanc əldə edə bilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, onların mütəxəssisləri tərəfindən sahəyə baxış keçirilmiş və fakt öz təsdiqini taparaq sahəyə ziyan dəyilməsi təsdiq edilmişdir. Məlum olmuşdur ki, “Plemax” preparatının istifadə müddəti bitməyib, preparatın keyfiyyətsiz olduğu barədə labaratoriya analizinin nəticəsindən sonra fikir yürütmək olar. Belə bir laboratoriya isə nəinki rayonda, heç regionda yoxdur. Ona görə də preparatın keyfiyyətini təyin etmək mümkün deyildir. Məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, pambıq qəbulu aktlarının heç birində onun imzası yoxdur, özləri tərəfindən birtərəfli qaydada tərtib olunmuşdur. Bundan əlavə torpağı şumlamaq, disk çəkmə, mala çəkmə, kanal çəkmə, çiyid səpimi, kultivasiya, dərman səpini, gübrə səpimi və digər xidmətlər, işlər aparılmış və buna təqribən 22452,80 manat onun tərəfindən akt da tərtib olunmuşdur. Məhkəmə işi tam, hərtərəfli araşdırmamış, qərəzli qətnamə çıxarmış, iş üzrə mütəxəssis rəyi almamış, mühasibatlıq ekspertizası təyin etməmişdir. Ona görə də hesab edir ki, qətnamə qanunsuz olduğundan ləğv olunmalıdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e- 2-2(117)-54/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-54/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh Məmmədov X3 Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə prosesini başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
29. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2- 2(117)-54/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 30 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli, 18/21-025 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.2.3-cü bəndində tərəflər razılaşmışlar ki, alıcı tərəfindən göstərilən servis xidmətlərin, nağd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərtilə satıcıya cərimə ödəyir.
46. Göründüyü kimi, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.
47. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, xx.xx.2023-cü il tarixinə Cavabdeh İddiaçı MMC-yə 19278,72 manat məbləğində ödənilməmiş borcu vardır və bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir.
48. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ...19278,72 manat məbləğində borc “İş və xidmətlərin yerinə yetirilməsi” haqqında aktla öz təsdiqini tapır. Bundan başqa cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izhatının mahiyyətindən göründüyü kimi cavabdeh tələb edilən əsas borcun məbləğinə etiraz bildirməmiş, bununla bağlı hər hansı bir sübut və ya arqument irəli sürməmişdir. Sadəcə olaraq məhsul batdığı üçün qazanc əldə edə bilmədiyini qeyd edərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə bu səbəbdən iddia tələbiin həqiqiliyini iddiaçının təqdim etdiyi sübutlar əsasında yoxlamış və cavabdehin tələb edilən məbləğlə bağlı hər hansı bir etirazı olmadığından, həmçinin işdəki sübutların həqiqiliyi şübhə doğurmadığından və iddia tələbini tamamladığından məhkəmə tərəfindən əlavə olaraq ekspertiza təyin edilmə, sorğu verilməsi və sair prosessul hərəkətlər icra edilməmişdir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir. Prosessual qənaət baxımından da iş üzrə ekspertizanın keçirilməsinə lüzum yoxdur. Eyni zamanda, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və apellyasiya şikayətində göstərdiyi dəlilləri müdafiə etməmişdir.
50. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında tələb olunan borcunun olduğunu qəbul etmiş, məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir.
51. Belə olan halda cavabdehin birinci instansiya məhkəməsində göstərdikləri ilə apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edir.
52. Kollegiya qurda qarşı “Plemax” preparatından istifadə edilməsi və həmin dərman preparatının keyfiyyətsi olması barədə dəlili ilə bağlı aşağıdakıları göstərir.
53. Cavabdeh pambıq qozaları tökülməsini bildirirək, Yevlax X6 Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubuna istinad edir. Həmin məktubun məzmununda isə pambıq qozalarının tökülməsi və pambıq sahəsinə ziyan dəyməsi məhz “Plemax” preparatının keyfiyyətsiz olması nəticəsində baş verməsi barədə heç nə göstərilməmişdir.
54. Cavabdehin coğrafiya müəllimi müəllimi işləməsi və heç vaxt əkin-biçin işlərilə məşğul olmaması barədə dəlililinə münasibətdə qeyd edilməlidir ki, iş materialları ilə cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi 2018-ci ildən vergi orqanında qeydiyyata alınmaqla VÖEN-nin olması və əsas fəaliyyət növünün qarğıdalının becərilməsi olması öz təsdiqini tapır.
55. Digər trəfdən isə tərəflər yuxarıda sözü gedən müq aviləni öz iradələrinə uyğun olaraq sərbəst şəkildə bağlamış və müqavilənin şərtləri barədə razılığa gələrək öz üzərinə öhdəlik götürmüşlər.
56. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
57. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
59. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
60. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
61. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-54/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 54/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov