Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-79/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh - Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 119166,37 manat əsas borc, 17874,95 manat məbləğində dəbbə pulunun tutulması, Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 119166,34 manat əsas borc, 1000 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 405,29 manat tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsinə dair ərizə və barışıq sazişini təqdim edərək tərəflər arasında bütün mübahisələr aradan qalxdığını və hazırkı ərizəyə əlavə olunan Barışıq sajişinin həqiqi niyyətlərini əks etdirdiyini nəzərə alaraq onun təsdiq edilməsi və və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 da tərəflər arasında bağlanmış Barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 52.3-cü mаddəsinə əsаsən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsi ilə bаrışıq sаzişi bаğlаmаqlа qurtаrа bilərlər. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 13 sentyabr 2024-cü il tarixli Barışıq sazişində göstərilmişdir ki,
1. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə borcunun məhkəmə çəkişmələrinin getdiyi dövrdə ödədiyi məbləğlər çıxıldıqdan sonra 102122.96 manat (ƏDV daxil) olduğunu qəbul edir.
2. İddiaçı MMC Cavabdeh MMC-yə borcunun 57062,67 manat (ƏDV daxil) olduğunu qəbul edir.
3. Tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən onların bir-birinə olan borcları üzləşdirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 45060,29 manat (102122,96 - 57062,67) (ƏDV daxil) təşkil edir.
4. Barışıq sazişinin 3-cü bəndində qeyd edilən yekun borc 45060,29 manat (ƏDV daxil) məbləğində puldan əlavə, Cavabdeh MMC, həmçinin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi ilə qət edilmiş 1000 manat dəbbə pulu, 405,29 dövlət rüsumu və mediasiya xərci, həmçinin 1500 manat hüquqi yardım göstərilməsinə görə xərci, cəmi 2905,29 manat məbləğində pulu İddiaçı MMC-yə borcu kimi qəbul edir.
5. Cavabdeh MMC öhdəsinə götürür ki, barışıq sazişinin 3-cü bəndində qeyd edilən borcu (45060,29 manat (ƏDV daxil)) xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2025-cü il tarixdə 7000 manat və xx.xx.2025-ci il tarixdə 10060,29 manat olmaqla İddiaçı MMC-yə ödəyəcəkdir. Əgər hər ayın sonu nəzərdə tutulmuş ödənişlərdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir.
6. Cavabdeh "xxxx" MMC öhdəsinə götürür ki, barışıq sazişinin 4-cü bəndində qeyd edilən borcu (2905,29 manat) xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə ödəyəcəkdir. Əgər ayın sonu həmin ödənişdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir. Belə olan halda hazırkı mübahisə üzrə tərəflər arasında yuxarıda qeyd edilən şərtlərlə barışıq sazişinin bağlanması mübahisənin hüquqi həllinin ən məqbul variantı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icrааtа xitаm verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesаb edir ki, tərəflər arasında bağlanmış bаrışıq sazişi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin tələblərinə uyğun olduğundаn və digər şəxslərin hüquqlаrını və qаnunlа qorunаn mənаfelərini pozmаdığındаn təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.2, 402.2.4-cü maddələrinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq ollunmalı, iş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi ləğv edilməli, hazırkı işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.5, 262, 402.2.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı
qərara aldı:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh MMC xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə borcunun məhkəmə çəkişmələrinin getdiyi dövrdə ödədiyi məbləğlər çıxıldıqdan sonra 102122.96 manat (ƏDV daxil) olduğunu qəbul edir.
2. İddiaçı MMC Cavabdeh MMC-yə borcunun 57062,67 manat (ƏDV daxil) olduğunu qəbul edir.
3. Tərəflər arasındakı qarşılıqlı razılaşmaya əsasən onların bir-birinə olan borcları üzləşdirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 45060,29 manat (102122,96 - 57062,67) (ƏDV daxil) təşkil edir.
4. Barışıq sazişinin 3-cü bəndində qeyd edilən yekun borc 45060,29 manat (ƏDV daxil) məbləğində puldan əlavə, Cavabdeh MMC, həmçinin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-145/2024 saylı qətnaməsi ilə qət edilmiş 1000 manat dəbbə pulu, 405,29 dövlət rüsumu və mediasiya xərci, həmçinin 1500 manat hüquqi yardım göstərilməsinə görə xərci, cəmi 2905,29 manat məbləğində pulu İddiaçı MMC-yə borcu kimi qəbul edir.
5. Cavabdeh MMC öhdəsinə götürür ki, barışıq sazişinin 3-cü bəndində qeyd edilən borcu (45060,29 manat (ƏDV daxil)) xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2024-cü il tarixdə 7000 manat, xx.xx.2025-cü il tarixdə 7000 manat və xx.xx.2025-ci il tarixdə 10060,29 manat olmaqla İddiaçı MMC-yə ödəyəcəkdir. Əgər hər ayın sonu nəzərdə tutulmuş ödənişlərdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir.
6. Cavabdeh "xxxx" MMC öhdəsinə götürür ki, barışıq sazişinin 4-cü bəndində qeyd edilən borcu (2905,29 manat) xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-yə ödəyəcəkdir. Əgər ayın sonu həmin ödənişdə 10 gündən artıq gecikmə olarsa, barışıq sazişi müvafiq icra şöbəsinə icraya yönəldiləcəkdir. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(117)- 145/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 119166,37 manat əsas borc, 17874,95 manat məbləğində dəbbə pulunun tutulması, Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə 27 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair” kommersiya mübahisəsinə dair işin icraatına xitam verilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Elçin Hüseynov