Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-8/2023 23.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə (Açar sözlər: pul tələbinə dair, maddi hüquq normalarının düzgün təfsir edilməməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 76.812,38 manat borcun, əldən çıxmış fayda kimi 20.000 manat pulun və 400 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmış və müqaviləyə əsasən tərəflər müqavilənin predmeti olan məhsulların alışı və satışı ilə məşğul olmuşlar. MMC-nin satdığı mallar müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qaimə faktura ilə müəyyən edilmişdir. "xxxx" MMC müqavilənin şərtlərini pozaraq "xxxx" MMC-yə borclu olduğu 76.811,86 manat məbləği ödəməmişdir. Bundan sonra "xxxx" MMC-nin müqavilə üzrə tələb hüququ X3, daha sonra isə hazırkı iş üzrə iddiaçı olan İddiaçı ötürülmüşdür. Həm xx.xx.2019-cu il tarixli üzləşmə aktından, həm də xx.xx.2019-cu il tarixli audit yoxlamasından görünür ki, cavabdeh MMC-yə 76.811,86 manat borcunun olduğunu etiraf etmişdir. Odur ki, qeyd olunan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-183/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, 76.811,86 manat borcun və 400 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi, 320,44 manat məbləğində dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh "xxxx" MMC və Cavabdeh MMC eyni hüquqi şəxslərdir və hər iki hüquqi şəxsi ********** nömrəli VÖEN ilə fəaliyyət göstərmişlər. Əvvəlki hüquqi şəxs olan "xxxx" MMC-nin adında düzəliş edilmişdir və hazırda fəaliyyət göstərən hüquqi şəxs Cavabdeh MMC-dir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi, tərəflərin nümayəndə və vəkillərinin izahatları ilə təsdiqləndiyi kimi, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilə bağlanmış, həmin Müqaviləyə əsasən satıcı bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə göstərilmiş şərab materiallarının satışını həyata keçirməyi, alıcı isə həmin malları almağı və qəbul etməyi öhdəsinə götürmüşdür. Daha sonra "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə saziş imzalanaraq xx.xx.2018-ci il tarixli 2018/09-018 nömrəli müqavilə xx.xx.2018-ci il tarixdən ləğv edilmiş və tərəflər arasında həmin tarixdə ticarət nümayəndəsi (agent) müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, Cavabdeh MMC ticarət agenti qismində "xxxx" MMC-yə məxsus 243600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alqı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı və satışdan əldə olunan məbləğdən 111.812,38 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixində imzalanmış üzləşmə aktından və xx.xx.2019-cu il tarixinə olan audit yoxlamasının nəticəsinə dair akt-məlumatdan görünür ki, həmin tarixlərə "xxxx" MMC-nin "xxxx" MMC-yə 79.811,86 manat borcu mövcud olmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin hüquqlarının (76812,38 AZN məbləğində) X3 ötürülməsi barədə, xx.xx.2021-ci il tarixdə isə X2 öz hüquqlarını İddiaçı ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Tərəflər arasında əvvəlcə “Malların göndərilməsi haqqında” xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən irəli gələn alğı-satqı münasibətləri mövcud olmuş, müqavilənin 1 nömrəli Əlavəsinə görə alıcı olan hazırki iş üzrə cavabdeh 243.600 litr şərab materialının dəyəri olan 111.812,38 manat məbləğində vəsaiti "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixdə bu müqavilə ləğv olunsa da, həmin tarixdə tərəflər arasında yenidən “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətin direktoru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixli “Malların göndərilməsi haqqında” müqavilə ləğv olunsa da, borc haqqında məsələ dəyişməmiş və yeni bağlanmış müqavilə ləğv edilən müqavilənin davamı olmuşdur. Bu hal isə onu sübut edir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alğı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımdan müqavilənin adı dəyişdirilərək “Malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi olmuşdur. Ona görə də, tələbin güzəşt edilməsi haqqında müqavilədə münasibətin yaranması kimi tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin 12.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə xitam verilə bilər. Həmin müqavilənin 12.4-cü bəndinə əsasən, tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1-ci bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xitam edilməsi tərəfləri müqavilənin xitam tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir. Həmin müqavilə xx.xx.2018-ci il tarixinədək qüvvədə olması şərti ilə bağlanmışdır. Deməli, tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin "xxxx" MMC-yə və dolayısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan İddiaçı 76.811,86 manat borcunun olduğu istər iş materialları ilə (xx.xx.2019-cu il tarixində imzalanmış üzləşmə aktı və xx.xx.2019-cu il tarixinə olan auditin nəticələrinə dair aktməlumat, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunur. Qeyd edilən aktların, cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Ticarət nümayəndəsi (agent) müqaviləsi”nin bağlanmasından 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi xx.xx.2019-cu il tarixli üzləşmə aktı və xx.xx.2019-cu il tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda "xxxx" MMC-nin "xxxx" MMCyə 76.811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq edir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr ayınıdək həmin şərab materialı satılmış, həmin müddətdə 111.812,38 manat məbləğdən 35.000,52 manat ödənilmiş, qalan borc məbləği isə 76.811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materiallarının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar edir. İşdə olan xx.xx.2019-cu il tarixli üzləşmə aktının surəti təqdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş cavabdeh MMC-nin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir. İddia tələbinin 20.000 manat məbləğində əldən çıxmış fayda hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etməmiş və iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193, 194.1, 194.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tаrixli, 2-2(107)-49/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli, e-2-2(117)- 183/2022 saylı qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh və üçncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1 noyabr 2022-ci il tаrixli, 2(102)- 676/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 iyun tarixli 2-2(107)-49/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. "xxxx" MMC ilə cavabdeh arasında hal-hazırda qüvvədə olan hər hansı alğı-satqı müqaviləsi yoxdur. Belə ki, tərəflər arsında bağlanmış xx.xx.2018-ci il tarixli “Malların göndərilməsi barədə” müqavilə xx.xx.2018-ci il tarixdə ləğv olunmuşdur. İddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli müqavilədə güzəşt edilən tələbin hüquqi əsası kimi həmin müqavilənin 1.3-cü maddəsinə görə 2018/09-018 saylı və xx.xx.2021-ci il tarixli müqavilə qeyd olunmuşdur. Buna baxmayaraq iddiaçıya tələbi güzəşt edən X4 qeyd edilən tələbi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əldə etmişdir. Həmçinin iddiaçı ərizəsində X4 ilə bağlanan tələb hüquqlarının güzəşti haqqında müqaviləyə istinad etsə də, müqavilə notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etmək mümkün deyildir. Bununla da iddia edilən tələbin əsası olaraq 2018/09-018 saylı və xx.xx.2021-ci il tarixli müqavilənin sübut olaraq mötəbərliyi şübhə altına alınır. Cavabdehin "xxxx" MMCyə borcu olmadığından hər hansı tələbin güzəşti qəbul oluna bilməz. İddiaçı "xxxx" MMCyə məxsus 243.600 litr hazır şərabın cavabdeh tərəfindən təhvil alındığını, hansı məbləğdə satışdan gəlir əldə edildiyini və ya MMC-yə hansı məbləğdə ödəniş edilibedilmədiyini tam olaraq əsaslandıra bilməmiş, məhkəmə isə bunu araşdırmamışdır. İddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olması məhkəmə tərəfindən araşdırlmamışdır. Belə ki, iddiaçıya tələbin güzəşti olsa belə, iddiaçı bu tələbi qəbul etmək səlahiyyətinə malik deyildir. Cavabdehin pul öhdəliyi olmadığına görə yalnız satılmayan şərab materiallarını geri qaytara bilər, lakin iddiaçı sahibkarlıq statusuna və tələb olunan lisenziyaya malik deyil. Məhkəmə "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış “Malların göndərilməsi haqqında” müqavilə üzrə öhdəliklərə xitam verilmədiyini bildirsə də, borcun təsdiqi halları kimi “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə istinad etmişdir. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilən üzləşmə aktını və audit yoxlamasını obyektiv qiymətləndirməmişdir. Belə ki, hər iki sənəd cavabdehin "xxxx" MMC-dən nə qədər məhsul tədarük etdiyini təsdiqləyir və “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinə əsasən malların tədarük edilməsi hələ ticarət agentinin ödəniş öhdəliyini yaratmır. Bundan başqa həmin sənədlərdə maliyyə əməliyyatları tam əks olunmamışdır. Bununla da maliyyə əməliyyatlarının obyektiv araşdırılması üçün ekspertiza təyin olunması zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi bu barədə vəsatət verməsinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli, e-2-2(117)- 183/2022 saylı qətnaməsini ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsini ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli, e-2-2(117)- 183/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi, "xxxx" MMC və X4 məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Üçüncü şəxs X2 vəkili Nümayəndə4 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, 2021-ci il 30 avqust tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, "xxxx" MMC "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu X3 ötürmüşdür. 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə görə, X4 "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu İddiaçı ötürmüşdür. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarxili 2-2(102)-676/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi tələbin güzəştin haqqında 2021-ci il 15 sentyabr tarixli müqavilədə iddiaçıya tələbi güzəşt edən A.Mehdiyeva qeyd edilən tələbi 2021-ci il 30 avqust tarixli müqaviləyə əsasən əldə etdiyi halda 2021-ci il 30 sentyabr tarixli müqavilənin qeyd olunması ümumi nəticəyə təsir etməyən texniki səhv kimi qiymətləndirilməlidir. Ən azından, ona görə ki, Mərəndi-nin tələb hüququnu 2021-ci il 30 avqust tarixli müqavilə ilə A.Mehdiyevaya güzəşt etməsi işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş təkzibedilməz halını təşkil edir. Cavabdehin özünün də işin bu halını aşağı instansiyalardakı məhkəmə icraatı zamanı mübahisələndirməsi iş materiallarından görünmür. Bundan başqa, Ali Məhkəmə qeyd olunan qərarında müəyyən etmişdir ki, hüquqların güzəşti haqqında müqavilənin notarial qaydada təsdiq olunmadığından tərəflərin şəxsiyyətini müəyyən etməyin mümkün olmamasına gəldikdə isə qeyd edilməlidir ki, əvvəla, MM-in 194.4-cü maddəsinin məzmunundan aydın olur ki, sadə yazılı formada bağlanmış əqd üzrə tələbin mütləq notarial qaydada bağlanmış müqavilə ilə güzəşt edilməsi qanunla tələb olunmur. İkincisi isə, hazırkı halda tələbin əvvəlcə A.Mehdiyevaya, sonra isə iddiaçıya güzəşt edilməsinə dair müqavilələrdə hər iki fiziki şəxsin şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi qeyd olunmuşdur ki, bu da onların şəxsiyyətinin müəyyən edilməsi üçün kifayətdir. O da qeyd olunmalıdır ki, həmin şəxslər haqqında məlumatların, o cümlədən onların şəxsiyyət vəsiqələrinin seriya və nömrələrinin müvafiq sənədlərdə yanlış qeyd edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2ci maddəsinin tələbinə görə həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan 1 (bir) il müddət ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi) nə "xxxx" MMC, nə "xxxx" MMC, nə də ki digər şəxslər tərəfindən 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqavilənin etibarsızlığı ilə bağlı hər hansı iddia qaldırılmamışdır. Yuxarıdakı qeyd olunan bəndlərdən də müəyyən olunur ki, 2021-ci il 15 sentyabr tarixli “Tələb hüquqlarının güzəşti haqqında” müqaviləyə əsasən X4 "xxxx" MMC-yə qarşı 2018/09-018 saylı müqaviləyə əsasən özünün 76.812,38 manat məbləğində tələb hüququnu İddiaçı ötürməsi qanuni olmuşdur. Yuxarıdakı şərh edilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı iddia tələblərini qanuni hesab edir. Göstərilənləri nəzərə alaraq, xahiş edir ki, hazırkı ərizədə qeyd olunanları X2 izahatı kimi qəbul edəsiniz və işə iştirakları olamadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. ...” “Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. ... 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. ...” “Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu 198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.” “Maddə 328. Şərtlə bağlanmış əqdlər 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. ... 328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. ...” “Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. ...” “Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri ... 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. ...” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı: Həmin qərala müəyyən edilmişdir ki: “... tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Maddə 57. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420 –ci maddəsinə əsasən aKassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsinin qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 76811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi və vəkilinin 2022-ci il 8 aprel tarixində məhkəməyə ünvanladığı vəsatətində iddiaçının əsl iddiaçı ilə əvəz olunmasını, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini və ticarət agenti müqaviləsi bağlanan zaman notarial qaydaya riayət edilməməsinə görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Qeyd edilən məsələlərə dair vəsatətlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) tələblərinə əsasən, məhkəmə hazırlıq iclasında verilməli idi. Qeyd olunan hallara dair vəsatətlər yalnız o halda məhkəmə baxışında verilə bilər ki, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 184-cü maddəsinin adı “İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli” adlandırıldığından və qanunvericilikdə qeyd edilən məsələlərlə bağlı vəsatətlərin həllinə dair ayrıca norma müəyyən edilmədiyindən, MPM-in 184.3-cü maddəsinin tələbləri bütün növ vəsatətlərin verilməsinə aid edilir. 2021ci il 30 avqust tarixində Mərəndi-nin hüquqlarının (76.812,38 AZN məbləğində) A.Mehdiyevaya ötürülməsi barədə, 2021-ci il 15 sentyabr tarixində isə A.Mehdiyevanın hüquqlarının iddiaçıya ötürülməsi barədə “Tələb hüququnun güzəşt edilməsi haqqında” müqavilə bağlanmışdır. Yəni, hazırkı iddiaçı subyektiv hüquqa malikdir. Həmin müqavilənin tərtib edilmə qaydasına riayət edilməməsinə münasibətdə isə bildirilmişdir ki, sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin müqavilənin əsaslandığı ilkin alqı-satqı müqaviləsi sadə yazılı formada tərtib edilmişdir. İş materialları ilə iddia tələbi sübut olunduğundan, ekspertiza təyin edilməsi işin baxılmasının yubanmasına gətirib çıxara bilərdi. Cavabdehin direktoru Nümayəndə2 məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, həmin dövrdə vergi orqanlarının tövsiyəsi ilə ödənişi rəsmiləşdirmək üçün 2018-ci il 3 dekabr tarixində 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 nömrəli müqaviləni ləğv etdirdilər. Lakin həmin müqaviləni ləğv etdirsələr də, elə həmin gün - 2018-ci il 3 dekabr tarixində cavabdeh ilə Mərəndi arasında ticarət nümayəndəsi (agent) müqaviləsini bağlamışlar. Ona görə də sonradan bağlanmış tələbin güzəşti haqqında müqavilədə münasibətin yaranması əsası kimi tərəflər arasında bağlanmış 2018-ci il 1 sentyabr tarixli müqavilənin nömrəsi qeyd edilmişdir. Bu müqavilə ləğv edilən müqavilənin davamı olmuşdur. Borcla bağlı məsələ isə dəyişməmişdir. Bu isə onu sübut etmişdir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədən tərəflər arasında mövcud olan alqı-satqı müqaviləsinə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilmiş, sadəcə formal baxımından müqavilənin adı dəyişdirilərək “malların göndərilməsi haqqında” müqavilə deyil, “Ticarət nümayəndəsi (agenti) haqqında” müqavilə olaraq dəyişdirilmişdir. Tərəflərin razılığı ilə vaxtından əvvəl müqaviləyə xitam verilmişdir. Əslində isə ilkin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməmişdir. Odur ki, cavabdehin Mərəndi-yə və dolayısı ilə tələb hüququnun güzəşt edilməsi nəticəsində həmin hüququn sonuncu mülkiyyətçisi olan iddiaçıya 76.812,38 manat borcunun olduğu istər iş materialları ilə (2019-cu il 6 dekabr tarixində imzalanmış üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlumat, Arayış-2 haqqında sənəd), istərsə də tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq olunmuşdur. Qeyd edilən aktların cavabdeh hüquqi şəxsin rəhbəri özü tərəfindən imzalanıb möhürləndiyini təsdiq etmişdir. Tələb hüququ mövcud olmuş və mövcud olduğu vəziyyətdə müvafiq olaraq güzəşt edilmiş və hazırkı iddiaçıya belə bir tələblə məhkəmədə çıxış etməyə hüquqi imkan tanımışdır. Cavabdeh ilə Mərəndi arasında 2018-ci il 3 dekabr tarixində bağlanmış ticarət nümayəndəsi (agent) müqaviləsinin bağlanmasından 1 il sonra həmin müqavilə tərəflərinin müvafiq qaydada imzalanaraq təsdiq etdiyi 2019-cu il 6 dekabr tarixli üzləşmə aktı və 2019-cu il 31 dekabr tarixinə olan auditin nəticələrinə dair akt-məlumatda cavabdehin Mərəndi-yə 76.811,86 manat məbləğində borcunun olmasını tərəflər təsdiq etmişdir. Qeyd edilən sübutlar onu təsdiq edir ki, tərəflər arasında şərab məhsulunun satıldıqca pulunun ödəniləcəyi barədə razılığa gəlsələr belə, 2019-cu ilin dekabr tarixinədək həmin şərab materialı satılmış, həmin müddətdə 111.812,38 manat məbləğdən 35.000,52 manat ödənilmiş qalan borc məbləği isə 76.811,86 manat olmuşdur. Bu faktlar cavabdeh tərəfin həmin şərab materialının hazırda mövcud olduğu və satılmadığı arqumentini inkar etmişdir. İşdə olan 2019-cu il 6 dekabr tarixli üzləşmə aktının surəti təqdim edilsə də, həmin aktı imzalamış və möhürləmiş cavabdehin rəhbəri qeyd edilən imza və möhürün onun özü tərəfindən edildiyi və həmin aktın həqiqiliyini təsdiq etmişdir. İddiaçı 20.000 manat məbləğində əldən çıxmış fayda tələb etmiş, bununla bağlı hər hansı bir sübut təqdim etməmiş və iddiaçının nümayəndəsi məhkəmə iclasında həmin hissədə tələbə hüquqi qiymət verilməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmişdir. Ona görə də məhkəmə iddia tələbinin 76.811,86 manat hissədə əsaslığını qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə görə, ilkin olaraq iddiaçı tələbinin əsasını sübut etməli və bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. İddiaçının nümayəndəsi isə bu tələblə bağlı ümumiyyətlə hər hansı bir əsaslandırma ilə məhkəmə qarşısında çıxış etməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etməmiş, iddianın həmin hissədə təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı, iddia tələbini isi əsassız hesab edir. Məhkəmə kollegiyası aşağıdakı məsələlərlə bağlı cavabdeh apelyatorun gətirdiyi dəlillərlə razılaşaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni hüquqi baxımdan əsassız hesab edir. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, cavabdehə qarşı olan 76.812,38 manat məbləğində tələb hüququ iddiaçıya Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilə əsasında güzəşt edilmişdir. Halbuki həmin müqavilə Mərəndi ilə cavabdeh arasında bağlanılmış 2018-ci il 3 dekabr tarixli 2018/12- 018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi ilə 2018-ci il 3 dekabr tarixindən etibarən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən belə hesab etmişdir ki, 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı müqavilə üzrə cavabdehin Mərəndi qarşısında olan pul öhdəliyi icra olunmadığından həmin öhdəliyə xitam verilməmişdir. Belə ki, müqavilənin ləğv edilməsinin hüquqi nəticələrini tənzimləyən MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən, əgər tərəflərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, tərəflərin öhdəliklərinə xitam verilir. 2018-ci il 1 sentyabr tarixli müqavilədə, onun vaxtından əvvəl ləğv edilməsi halında, tərəflərin öhdəliklərinin qüvvədə olma müddəti barədə şərt nəzərdə tutulmuşdur (müqavilənin 12.4-cü bəndi). Bu şərt, müqavilənin vaxtından əvvəl ləğv olunduğu təqdirdə, tərəflərin icra olunmamış öhdəliklərinin xitamını istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarı formalaşdırdığı hüquqi mövqeyə görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Belə olan halda, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, Mərəndi ilə cavabdehin bir-biri qarşısında daşıdıqları öhdəliklərin mahiyyəti, icra vəziyyəti, o cümlədən hazırda həmin müqavilə üzrə hazırda tələb olunan 76.812,38 manat məbləğində borcun həqiqətən mövcud olubolmaması 2018-ci il 1 sentyabr tarixli 2018/09-018 saylı “Malların göndərilməsi haqqında” müqavilənin və 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə bu müqavilənin müddəaları bir-biri ilə əlaqəli şəkildə təhlil olunmaqla hüquqi baxımdan dəyərləndirilməlidir. Çünki həmin məsələlərə düzgün hüquqi qiymət verilmədən şikayətin dəlillərinə qeyd olunan hüquq pozuntularına yol verib-verməməsinin obyektiv şəkildə aydınlaşdırılması qeyri-mümkündür. Məhkəmənin özünün istinad etdiyi MM-in 424.3-cü müddəasının mənasına görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə o zaman xitam verilir ki, tərəflərin razılaşmasından ayrı qayda irəli gəlməsin. Yenə də məhkəmənin istinad etdiyi malların göndərilməsinə dair 2018-ci il 1 sentyabr tarixli müqavilənin 12.4-cü bəndində qeyd olunmuşdur ki: “Tərəflər arasında başqa anlaşma olmadıqda Müqavilənin 12.1 bəndində əks olunmuş əsaslarla və ya Müqavilənin müddətinin bitməsi nəticəsində xitam edilməsi Tərəfləri Müqavilənin xitam tarixindən öncə yaranmış öhdəliklərdən azad etmir.” 2018-ci il 1 sentyabr tarixli müqaviləyə əsasən cavabdeh MMC-dən aldığı 243.600 litr şərab materiallarının dəyəri olan 111.812,38 manat məbləğində pulu sonuncuya ödəməyi öhdəsinə götürmüşdür. Bundan cəmi 3 ay sonra bağlanmış 2018-ci il 3 dekabr tarixli 2018/12-018 nömrəli “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə də, cavabdeh 243.600 litr hazır şərabın satışını həyata keçirməyi, malın alğı-satqısı üzrə üçüncü şəxslərlə müqavilələr bağlamağı, müqavilələrdən əldə olunan 111.812,38 manat məbləğində pulu Mərəndi-nin bank hesabına köçürməyi öhdəsinə götürmüş, ilk müqaviləyə isə xitam verilmişdir. Sonuncu müqavilənin digər şərtlərinə görə də: - Tapşıranın (Mərəndi) öhdəlikləri xidmətlərin göstərilməsi üçün tələb olunan mal və sənədləri, hazır materialları müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə Ticarət Agentinə (cavabdeh) təqdim etməkdir (2.1.1 və 2.1.2-ci bəndlər). - Ticarət agentinin öhdəlikləri isə xidmətləri yüksək peşəkarlıq səviyyəsində həyata keçirmək, malın satışından sonra bu müqavilənin şərtlərinə uyğun olaraq Tapşıranın bank hesabına müvafiq vəsaitin köçürülməsidir (2.2.2 və 2.2.3-cü bəndlər). - Ticarət agenti tərəfindən bağlanılan malların alqı-satqı müqaviləsi üzrə hesablaşmalar Ticarət agentinə ödənilir. Ticarət agenti müvafiq alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri ödəniş edilən tarixdən 5 iş günü ərzində tapşıranın bank hesabına köçürür (3.1-ci bənd). - Ticarət agenti tapşırana satılmış mala görə müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan məbləğdə pulu ödəyir (3.2-ci bənd). Göründüyü kimi, hər iki müqavilənin obyektini Mərəndi-nin cavabdehə təqdim etdiyi eyni həcmdə şərab (243.600 litr) və cavabdehin müvafiq şərtlər (hər müqavilə üzrə fərqli şərtlər) çərçivəsində Mərəndiyə ödəməli olduğu eyni həcmdə pul məbləği (111.812,38 manat) təşkil edir. Mərəndi tərəfindən cavabdehə ayrı-ayrılıqda iki dəfə, hər birində 243.600 litr şərab olmaqla mal verilməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, işin hallarından görünən odur ki, Mərəndi və cavabdeh ilk dəfə malların öz aralarında alqı-satqısı barədə razılaşsalar da, ikinci dəfə müqavilə bağlayarkən eyni malların cavabdeh tərəfindən üçüncü şəxslərə satılaraq əldə olunan vəsaitdən 111.812,38 manat məbləğində pulun Mərəndi-yə ödənilməsi istiqamətində öz iradələrini ifadə etmiş, nəticə etibarilə öz aralarında olan işgüzar münasibətlərin, o cümlədən öhdəliklərin xarakterini, mahiyyətini dəyişmişlər. Ticarət agenti kimi cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında pul öhdəliyi müqavilə müddəalarının əsas dispozisiya şərtinin baş verməsindən, yəni üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi də yaranmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, 2018-ci il 3 dekabr tarixli müqavilənin müddəalarının əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, həmin müqavilə mahiyyət etibarilə özündə MM-in 328.1 və 328.4-cü maddələrinə (bax yuxarıda § 56) uyğun olaraq, pozitiv şərtlərlə bağlanmış əqdin əlamətlərini əks etdirir. Gələcəkdə baş verib-verməməsi məlum olmayan həmin pozitiv şərtlər aşağıdakılardan ibarətdir: 1) cavabdeh ilə üçüncü şəxslər arasında şərab materiallarının alqı-satqısına dair müqavilə bağlanılmasının mümkün olması; 2) həmin müqavilələr üzrə satılan malların dəyərinin alıcılar tərəfindən cavabdehə ödənilməsinin mümkün olması. Odur ki, həmin pozitiv şərtlərin hazırda baş verməsi iş materiallarından görünmədiyindən cavabdehin 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə Mərəndi qarşısında pul öhdəliyi də yaranmamışdır. Bunun əksini qəbul etmək isə onunla nəticələnə bilər ki, 2018-ci il 1 sentyabr tarixli müqavilə ləğv edildiyinə baxmayaraq hazırda tələb olunan borc həmin müqavilə üzrə ödənildiyi halda, cavabdeh eyni həcmdə vəsaiti həm də ləğv edilməmiş 2018-ci il 3 dekabr tarixli müqavilə üzrə ödəməli olacaqdır (yuxarıda qeyd olunduğu kimi, həmin müqavilədə qeyd olunan şərtlər baş verdiyi halda). Başqa sözlə, bu halda cavabdeh eyni həcmdə vəsaiti həm 1-ci, həm də 2-ci müqavilə üzrə, yəni 2 dəfə ödəməli olacaqdır. Bu isə nə ədalətə, nə MM-in normalarına, nə də ki, tərəflərin (Mərəndi ilə cavabdehin) iradə ifadəsinə uyğundur. Lakin birinci instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirmədiyindən MM-in 404.1 və 404.2-ci maddələrinin (bax yuxarıda § 56) tələblərini nəzərə almamış, müqavilələrin şərtlərini əlaqəli şəkildə təfsir etməklə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, eləcə də MMC və cavabdehin qarşılıqlı münasibətlərinin xarakterini, onların əvvəlki və sonrakı hərəkətlərinin səbəb və nəticələrini düzgün müəyyən etməmiş, beləliklə də maddi hüququn tətbiqində səhvə yol verərək iş üzrə əsassız nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, birinci instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən üzləşmə aktına istinad etsə də, nəzərə almamışdır ki, cavabdehin ödəniş öhdəliyinin yaranmasının materialların satışı ilə bağlı olduğu nəinki tərəflərin son iradə ifadəsi olan 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsindən, eləcə də Mərəndi-nin cavabdehə göndərdiyi məktublardan da aydın şəkildə görünməkdədir. Belə ki, Mərəndi 2020-ci il 24 avqust tarixli məktubunda (İ cild, i/v 209) cavabdehə müraciət edərək 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı Ticarət nümayəndəsi (Agent) müqaviləsinə istinadən bildirmişdir ki, 2018 və 2019-cu ilin yanvar ayı ərzində cəmi 76.252 litr şərabın müqavilə üzrə satışı reallaşdırılmış və 167.346 litr şərab cavabdehdə qalmışdır. 2019-cu il ərzində heç bir digər satış reallaşdırılmamış və mövcud şərab qalığı 2020-ci ilə keçmişdir. Həmçinin Mərəndi 2020-ci il 25 avqust tarixli məktubunda (İ cild, i/v 208) cavabdehə müraciət edərək onun anbarında realizə edilmədən qalmış 167.346 litr həcmində malın mövcud olduğunu, pandemiya səbəbindən satışda azalmaların olduğunu və bununla bağlı həll yolu tapılmasını təklif etmişdir. Xüsusilə vurğulanmalıdır ki, həmin məktublar birinci instansiyası məhkəməsinin iş üzrə nəticəyə gələrkən istinad etdiyi 2019-cu il 6 dekabr tarixli audit rəyi və 2019-cu il 31 dekabr tarixli üzləşmə aktından sonrakı tarixlərdə cavabdehə ünvanlanmışdır. Göründüyü kimi, sözügedən məktublarda Mərəndi nəinki cavabdehin pul öhdəliyinin yalnız Mərəndi-nin malları üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranmasını təsdiq etmiş, həmçinin cavabdehə üçüncü şəxslərə satılmaq üçün təqdim etdiyi şərab məhsullarından faktiki olaraq 167.346 litr həcmində malın realizə olunmadan cavabdehin anbarında qaldığını vurğulamış, beləliklə cavabdehin pul öhdəliyinin, ən azından, 2020-ci il 25 avqust tarixinədək yaranmadığını məlum üzləşmə aktı bağlandıqdan təqribən 8 ay keçdikdən sonra bir daha qəbul etmişdir. Lakin birinci instansiyası məhkəməsi öz qətnaməsində Mərəndi-nin həmin məktublarına hüquqi qiymət verməmiş, ümumiyyətlə onlara istinad belə etməmiş, beləliklə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatlar məhkəmənin diqqətindən kənarda qalmışdır. Ticarət agenti kimi cavabdehin üçüncü şəxslərlə 2020-ci il 25 avqust tarixindən sonra da sözügedən alqı-satqı müqavilələrinin bağlanması və həmin şəxslərdən cavabdehin hesabına satış nəticəsində pul vəsaitinin daxil olması isə iş materiallarından görünmür. Qeyd edilənlər o anlama gəlir ki, cavabdehin 2018-ci il 3 dekabr tarixli 2018/12018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi üzrə Mərəndi qarşısında hər hansı pul öhdəliyinin yaranması iş materialları ilə öz təsdiqini tapmır. Bu səbəbdən də Mərəndi-nin həmin müqavilə üzrə cavabdehə qarşı yaranmayan tələb hüququnu başqa şəxsə güzəşt etməsi MM-in 193.1, 194.1 maddələrinin (bax yuxarıda § 56) tələbləri baxımından qeyrimümkün görünür. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi yuxarıda qeyd olunduğu kimi, 2018-ci il 3 dekabr tarixli 2018/12-018 saylı “Ticarət nümayəndəsi (Agent)” müqaviləsi şərtlərinin mahiyyətinə və icrası vəziyyətinə düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq pozuntusuna yol verərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu mənada, birinci instansiyası məhkəməsi öz qətnaməsində Mərəndinin hansı maliyyə risklərini daşıdığını və bunun müqavilənin icrası vəziyyətinə necə təsir etdiyini qiymətləndirməmişdir. Halbuki yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər ikinci müqaviləni bağlayarkən Mərəndi cavabdehin onun mallarını üçüncü şəxslərə satdıqdan sonra Mərəndi-yə ödəniş edəcəyi barədə razılığa gəlmiş, bununla da mallar satıla bilməyəcəyi halda yarana biləcək maliyyə risklərini öz üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi Mərəndi ilə cavabdeh arasında bağlanmış üzləşmə aktı məhz tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtləri çərçivəsində dəyərləndirilməlidir. Əvvəla, ona görə ki, həmin akt tarix etibarilə sözügedən müqavilə imzalandıqdan sonra bağlanmışdır. İkincisi, aktda əks olunmuş borcun məhz 2018-ci il 1 sentyabr tarixli müqavilədən irəli gəldiyi göstərilməmişdir. Üçüncüsü, üzləşdirmə aktında cavabdehin müvafiq həcmdə borcunun olduğunun göstərilməsi həmin borcun yaranma əsasını və tərəflər arasındakı öhdəliklərin xarakterini dəyişə bilməz. Belə ki, tərəflərin son iradə ifadəsi olan “Ticarət nümayəndəsi (Agent)” müqaviləsinin şərtlərinə görə, cavabdehin Mərəndi qarşısında pul öhdəliyi, yuxarıda qeyd olunduğu kimi, üçüncü şəxslərə bağlanılan alqı-satqı müqaviləsi üzrə Mərəndi-nin satılmış şərab materiallarının dəyəri cavabdehə ödənildikdən sonra yaranır. Odur ki, üçüncü şəxslərlə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdırsa, cavabdehin Mərəndi qarşısında hər hansı pul öhdəliyi yaranmamışdır. Dördüncüsü, Mərəndi-nin üzləşdirmə aktı imzalandıqdan 8 ay sonra cavabdehə göndərdiyi 2020-ci il 24 və 25 avqust tarixli məktublardan aydın olur ki, tərəflərin əsl niyyəti, işgüzar münasibətləri məhz Mərəndi-nin mallarının cavabdeh tərəfindən üçüncü şəxslərə reallaşdırılması və bu əməliyyatlardan cavabdehə daxil olan vəsaitdən müvafiq məbləğin Mərəndi-yə köçürülməsi üzərində qurulmasına yönəlmişdir. Birinci instansiyası məhkəməsi isə üzləşdirmə aktına hüquqi qiymət verərkən yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış, beləliklə də MPM-in 88 və 217.3-cü maddələrinin tələblərini pozaraq iş üzrə əsassız nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin qismən ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsinə münasibətdə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq qismən təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətindən 76811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, e-2-2(117)-183/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətindən 76811,86 manat pul və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan R Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(107)-8/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-8/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver