Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-82/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, cavabdehlər Cavabdeh və Zamin, üçüncü şəxs X2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “cavabdehlərdən müştərək qaydada 17431,17 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsindən аpellyаsiyа şikayəti vermişdir. İşin halları "xxxx"MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Eyni zamanda 02.11.2018-ci il tarixdə "xxxx"MMC ilə Zamin arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 211.19.36.020 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 17431,17 manat məbləğində borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş emişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 02.11.2018-cı il tarixli 211.19.36.006 saylı müqavilənin 4.3-ci yarımbəndində qeyd edilmişdir ki, əkinçi şəkər şuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını,hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu "xxxx"ə verməyi öhdəsinə götürür. Müqavilənin bu şərtində aydın göstərilir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heçbir yazılı razılaşma olmamışdır. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunur ki, 29.11.2019-cu il tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə cavabdehin özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elekton qaydada təqdim edilmişdir. Bütün görülən işləri cavabdeh özü etdirmiş və görülmüş xidmətini haqqını zavod traktoçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7040 manat olmaqla ayrı-ayrı vaxtlarda cavabdehin bank hesabına köçürmüşdür. 31.10.2019-cu il tarixli, 879881-saylı elektron qaimədə də öz təsdiqini tapır ki, Cavabdeh 20 hektar əkin sahəsinin yarpaq biçinini zavoda məxsus aqreqatla həyata keçirmiş və bununla bağlı elektron qaimə ünvanlamışdır. Bir daha sübut olunur ki, sahə tam olaraq biçilmişdir, lakin bildirilir ki, bitkinin çox hissəsi standartlara cavab vermədiyindən qəbul olunmamışdır. Müqavilənin 1 saylı Əlavəsinin 4-ci bəndinə əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır ki, şəkər çuğundurunun 1 ədədinin təmizlənmiş halda çəkisi 250 qramdan az olduqda məhsul zavod tərəfindən geri qaytaracaqdır. Əlavə olaraq bildirilir ki, sahədə qalan xırda məhsulu Cavabdeh özü yığdırıb başqa şəxslərə satmışdır. Məhsul 15 gün sahədə qalıb məhv olmamışdır. Cavabdeh şəxsən özü zavodun ofis aqronomu Yolçu Vəliyevə bildirmişdir ki, yerdə qalan xırda məhsulu heyvandarlıqla məşğul olan fermerlərə satıb. Bir daha bildirilir ki, "xxxx"MMC müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmiş, müqavilədən kənar heç bir qanunsuz işlər görülməmişdir. AŞİB MMC-nin sabiq aqranomu Baxışov Elçin və digər şahidlər adından məhkəməyə təqdim edilmiş aktda göstərilir ki,’Şəkər zavodu ilə razılaşmaya əsasən sahədən çuğunduru zavodun xüsusi kombaynı toplamalı idi. Həmin kombayn sahəyə gəlmiş, 3 ha torpaq sahəsini topladıqdan sonra kombayının sürücüsü və iddiaçının yerli aqronomu Elçin Baxışov iddiaçının işçisi olan X6 rayonunda 80 ha sahədə şəkər çuğundurunu topladıqdan sonra bir həftəyədək gəlib çuğunduru sahədən yığacaqlarını bildirmişdir. Xeyli müddət həmin sahəni qorumuş, lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə İmişli şəkər zavodunun təqsiri zavodundan məhv olmuşdur.” O zaman aşağıdakı suallar ortaya çıxır: ) Nəyə görə cavabdehlər iddia etdikləri kimi bir razılaşmanın olduğuna dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir? ) Əgər aktda göstərilənlər doğru isə nə üçün aqranom Elçin Baxışov və Cavabdeh zamanında 17 ha ərazidə yararlı məhsulun yerdə toplanmamış qaldığına dair akt tərtib edərək AŞİB MMC-yə müraciət etməmişdir və ya bu barədə rayon icra başçısına və ya digər dövlət orqanlarına məruzə etməmişdir? ) Nəyə görə Cavabdeh məhsulu 15 gün kimi uzun bir müddət sahibsiz bir şəkildə ərazidə qoymuş və məhv olmasına şərait yaratmışdır? Bütün bunllardan başqa məhkəmə aqranom Elçin Baxışovun bu məsələdə maraqlı tərəf olduğunu və buna görədə qərəzli mövqe tutduğuna dair iddiaçının nümayəndəsinin söylədiklərini diqqətə almamışdır. Belə ki,aqranom Elçin Baxışov özü də VÖEN açdıraraq fermer təsərrüfatı ilə məşğul olmuş və AŞİB MMC-yə 2752,62 (iki min yeddi yüz əlli iki manat altmış iki qəpik) azn borclanmışdır. Şəki Kommersiya Məhkəməsinin 07.05.2021-ci il tarixli, İş № e-2- 2(117)-260/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) məhkəmə Elçin Baxışovdan 2752,62 (iki min yeddi yüz əlli iki manat altmış iki qəpik) azn pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq AŞİB MMC-yə ödənilməsinə dair qətnamə çıxarmışdır. Buna görədə düşünür ki, aqranom Elçin Baxışov cavabdehlərlə əlbir olaraq köhnə tarixə saxta akt tərtib edərək məhkəməyə təqdim etmiş, məhkəmə isə bu aktın doğruluğunu yoxlamamış, Elçin Baxışovun qərəzli mövqeyinə dair iddiaçının nümayəndəsinin xəbərdarlığını diqqətə almamış, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələri lazımınca incələmədən qərar qəbul etmişdir. Bildirilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1 -ci yarımbəndində müqavilənin qüvvədə müddəti göstərilməmişdir.Müqavilənin qüvvədə olma müddəti müqavilənin 6.1 -ci yarımbənddə göstərilmiş və qeyd olunmuşdur ki, müqavilə müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Zaminlik müqaviləsinin 3.1-ci yarımbəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və zaminlik müqaviləsinin 1.2-ci yarımbəndində göstərilən müqavilə üzrə əkinçi "xxxx" MMC qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir Ona görə də Apellyasiya şikayətinin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh və X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 şahid kimi dindirilərkən bildirdi ki, iddia əsassızıdır. Çünki iddiaçı müqavilənin surətini onlara verməmişdir. Bundan əlavə konbay sözügedən sahədə şəkər çuğundurunu biçərkən işi yarımçıq qoymuş və başqa əraziyə getmişdir. Halbuki, iddiaçı çuğundurun biçilməsini təmin etməli idi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə ümumən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyаsı iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 17431,17 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, "xxxx"MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə müqavilə üzrə 13809,50 manat, avans üzrə 7040 manat olmaqla cəmi 20 849,5 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cəmiyyətə 3418,33 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 17431,17 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci mаddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.2-ci maddəsinə əsasən, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi icranın gecikdirilməsi sayılır. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2.-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, 02.11.2018-cı il tarixli 211.19.36.006 saylı müqavilənin 4.3-ci yarımbəndində qeyd edilmişdir ki, əkinçi şəkər şuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu "xxxx"ə verməyi öhdəsinə götürür. Müqavilənin bu şərtində aydın göstərilir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heçbir yazılı razılaşma olmamışdır. Bundan başqa 29.11.2019-cu il tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə cavabdehin özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elekton qaydada təqdim edilmişdir. Bütün görülən işləri cavabdeh özü etdirmiş və görülmüş xidmətini haqqını zavod traktoçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7040 manat olmaqla ayrı-ayrı vaxtlarda cavabdehin bank hesabına köçürmüşdür. 31.10.2019-cu il tarixli, 879881-saylı elektron qaimədə də öz təsdiqini tapır ki, Cavabdeh 20 hektar əkin sahəsinin yarpaq biçinini zavoda məxsus aqreqatla həyata keçirmiş və bununla bağlı elektron qaimə ünvanlamışdır. Bir daha sübut olunur ki, sahə tam olaraq biçilmişdir, lakin bildirilir ki, bitkinin çox hissəsi standartlara cavab vermədiyindən qəbul olunmamışdır. Müqavilənin 1 saylı Əlavəsinin 4-ci bəndinə əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır ki, şəkər çuğundurunun 1 ədədinin təmizlənmiş halda çəkisi 250 qramdan az olduqda məhsul zavod tərəfindən geri qaytarılacaqdır. Bununla yanaşı birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının nümayəndəsi “cavabdeh şəkər çuğunduru əkilmiş torpaq sahəsinin təxminən 3 hektara yaxın hissəsində çuğundur məhsulu toplanmış, həmin hissənin dəyəri hesablanmış və elektron qaiməyə formasında elektron qaydada sənədləşdirilmişdir. Qeyd edilən 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamış, lakin bununla bağlı təqdim edəcək sübutu yoxdur. Qeyd edilən şəkər çuğundurunu qalan torpaq sahəsindən yığılmamasının dəqiq səbəbləri ona məlum deyildir.“ kimi izahat vermiş və həmin izahata əsasən iddianı rədd etmişdir. Halbuki iddiaçının şəkər çuğundurunun yığılmasının təmin edilməsi kimi bir öhdəliyinin olmasını təsdiq edən hər hansı bir müqavilə mövcud deyildir. Hansı ki mülki hüquq münasibətlərinin tərəfləri üzərinə öhdəlik yalnız müqavilə əsasında qoyula bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa iddianın borcun Zamin əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə olması göstərilmişdir. İddiaçı MMC ilə Zamin arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Zaminlik müqaviləsi qeyrimüəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsipllərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti tərəflər arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndində müəyyən edilən müqavilənin qüvvədə olma müddətindən artıq ola bilməz. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, iddiaçı isə məhkəməyə 12.04.2021ci il tarixdə müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 17431,17 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, 17431,17 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli, e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 17431,17 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2-2(107)-82/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-82/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver