Məhkəmə qərarları › İş №2-2(107)-83/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-83/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-83/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı “cavabdeh tərəfindən akt əsasında hesablanmış 2.806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2.089 manat pulun geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 aprel 2024-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı icarəsində olan qeyri-yaşayış sahəsinə (şirniyyat evi) dair cavabdehlə xx.xx.2023-cü il tarixdə SF-1996/23 nömrəli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən icraçı (cavabdeh) razılşadırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq sayğac quraşdırmağı, sifarişçi (iddiaçı) isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X6 İdarəsi (bundan sonra - NÖCİ) tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının icarəsində olan şirniyyat evinə məxsus smart-kart tipli su sayğacına baxış keçirilmiş və su sayğacının elektron və mexaniki hissəsinin işləmədiyi məlum olmuşdur. Sayğacın laborator yoxlanılması zamanı müəyyən olunmuşdur ki, suölçən cihazının kipliyi pozulmuşdur, cihazın elektron və mexaniki göstəriciləri arasında fərq var, cihazın qapaqaltı platform hissəsi çatlaqdır, cihazın daxilinə su sızması aşkar olunmuşdur, nisbi xətanın təyini üçün yararlı deyildir, cihaz təmirə və istismara yararsızdır. Sayğacın yoxlanılmasının nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 39209/0255791 nömrəli rəy verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, akt əsasında ona hesablanmış 2.806 manat borcun silinməsi və əsassız olaraq tutulmuş 2.089 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə istifadə etdiyi suyun dəyərini vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. NÖCİ X2 Laboratoriyasının 39209/0255791 nömrəli rəyində qeyd edilmişdir ki, suölçən cihazın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur, elektron və mexaniki göstəriciləri arasında fərq var, qapaqaltı platform hissəsi çatlaqdır, cihazın daxilinə su sızması aşkar olundu, cihaz təmirə və istismara yararsızdır. Yuxarıda qeyd edilən rəy əsasında müəssisəyə əsassız olaraq 2.806 manat borc hesablanmışdır. Həmin borc tam əsassız və qanunsuzdur. Səbəb isə onun tərəfindən su sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Cavabdeh ASC heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvaviq tələbləri pozaraq sudan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişdir. Cərimə yazıldığı vaxtdan hal-hazıradək sayğacın balansına ödənilmiş puldan 2089 manat cərimə üzrə tutulmuş, hazırda iddiaçının müəssisəsinin adında 717 manat borc qalmışdır. Odur ki, cavabdeh tərəfindən akt əsasında hesablanmış 2806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılmasını istəyir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, cəmiyyətin əməkdaşları tərəfindən sayğacın göstəricisinin götürülməsi zamanı sayğacın normal işləmədiyi müəyyən edilmiş və baxılması üçün laboratoriyaya göndərilmişdir. xx.xx.2023cü il tarixdə NÖCİ X2 Laboratoriyasında istehlakçının nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 39209/0255791 nömrəli rəy tərtib edilmişdir. Həmin rəydə elektron göstərici və mexaniki göstərici arasında fərqin olduğu müəyyən edilmişdir. Rəydə mexaniki göstəricinin 311,2 m3 olması, elektron hissənin isə 1807 m3 olduğu göstərilmişdir. Göründüyü kimi borc sayğac göstəricisi ezrə yaranmış. İddiaçının istifadə etdiyi, lakin abonent tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Eyni zamanda sayğacsız qoşulma olduğu üçün sərfiyyat verilmişdir. Borc məbləği əsaslı olduğu üçün iddiaçı tərəfindən ödəniləmlidir. Bundan əlavə həmin borc normativ hüquqi aktların tələbinə uyğun hesablandığı üçün əsaslıdır və bunu iddiaçı tərəf qəbul edərək borcu ödəmişdir. Buna görə də ödənilmiş məbləğin geri qaytarılması barədə iddiaçının tələbi əsassızdır. İstehlakçı sudan istifadə edir, ay sonunda mexaniki sayğacın göstəricisnə uyğun bildiriş təqdim edilir və istehlakçı tərəfindən ödəniş aparılır. Ön ödənişli smart-kart tipli sayğaclardan qabaqcadan ödəniş etməklə sudan istifadəsi mümkündür və ön ödənişli olduğu üçün mexaniki sayğac istehlakçılarından fərqli olaraq qaydaların tələbinə əsasən hər ay istehlakçıya bildiriş təqdim edilməsi məcburi deyildir. Ön ödənişli smart-kart tipli sayğaclar elektron və mexaniki hissələrdən ibarət olur. İlk öncə sayğac kartına müvafiq terminallarda pul yatırılır, sonra dəyəri ödənilmiş su sayğacın elektron hissəsi vasitəsilə sayğaca yüklənir. Elektron hissə yüklənmiş su həcmi qədərində sayğacın mexaniki hissəsinə impuls ötürür. Yüklənmiş su həcmi bitdikdə elektron hissə mexaniki hesablama mexanizmi ilə arasında olan klapanı bağlayır. Klapan bağlandığı üçün artıq mexaniki hissəyə su getmir və mexaniki hissə sərfiyyatı hesablamır. Sayğacın elektron hissəsi isə batareya vasitəsilə çalışır. Batareyanın gücü bitdikdə və ya sayğacda sistem xətası baş verdikdə elektron hissə işləmir və nəticədə də klapanı bağlamır. Bu zaman elektron hissədə yüklənmiş su həcminin olub-olmamasından asılı olmayaraq klapan bağlanmadığı üçün sayğac avtomatik olaraq mexaniki rejimə keçir və mexaniki hissə işlədilmiş suyun sərfiyyatını hesablayır. İş üzrə bu hal baş verdiyi üçün iddiaçının istifadə etdiyi xidmətlərin dəyəri sayğacın mexaniki göstəricisinə əsasən hesablanmışdır. Bu halda ön ödənişli smart-kart tipli sayğacın mexaniki sərfiyyat hissəsi ilə adi mexaniki sayğacın heç bir fərqi yoxdur, eyni funksiyanı həyata keçirilər. Yəni ön ödənişli smart kart tipli sayğacın mexaniki hissəsi adi mexaniki sayğac kimi istifadə edilən suyun həcminin ölçür, hesabat da mexaniki hissəyə uyğun aparılır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2- 2(117)-42/2024 nömrəli iş üzrə qəbul etdiyi 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə SF-1996/23 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icraçı razılaşdırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq sayğac quraşdırmağı, sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. NÖCİ tərəfindən xx.xx.2023-cü il tarixli aktla cavabdehə məxsus 41 smart-kart tipli su sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron hissəsi və mexaniki hissəsi işləmədiyi üçün sayğac laboratoriyaya göndərilməsi üçün sökülərək su xətti birbaşa birləşdirilmişdir. NÖCİ tərəfindən 239209 nömrəli sayğac dəyişdirilərək 268732 nömrəli sayğacla əvəz olunmuşdur. Aktı tərəflər imzalamışlar. Aktın sonunda qeyd edilmişdir ki, istismardan çıxarılmış su sayğacı laborator yoxlamadan keçirilməsi üçün NÖCİ-yə göndəriləcəkdir. Sayğacın laborator yoxlanılması iddiaçının nümayəndəsi qismində əməkdaşının iştirakı ilə həyata keçirilmiş və müəyyən olunmuşdur ki, suölçən cihazının laborator avadanlıq üzrə yoxlanılması nəticəsinə əsasən kipliyi pozulmuşdur. Suölçən cihazın elektron və mexaniki gösətriciləri arasında fərq var. Suölçən cihazın qapaqaltı platform hissəsi çatlaqdır. Suölçən cihazın daxilinə su sızması aşkar olunmuşdur. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz təmirə və istismara yararsızdır. Sayğac yoxlanıldıqdan sonra nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 39209/0255791 nömrəli rəy verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin imzaladığı aktla qeyriyaşayış sahəsinə yeni sayğac quraşdırılmış və sayğacsın istifadə müddəti 44 gün təşkil edir. Göründüyü kimi, sayğacda qüsur olmuş və bunun nəticəsində sayğacın elektron göstəricisi istehlak olunmuş suyun sərfiyyatını düzgün aparmamışdır ki, cavabdeh mexaniki göstəricinin göstəricisinə uyğun hesabat aparmış və bunda da haqlı olmuşdur. İstehlak olunmuş və sayğaçın elektron hissəsində qeydə alınmamış suyun dəyərinin hesablanması ilə bağlı müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi 1807 m3 , elektron göstəricisi isə 311,2 m3 olmuşdur. Eyni zamanda sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasındakı fərq (1807 m3 – 311,2 m3 = 1495,8 m3 ) 1495,8 m3 təşkil etmişdir. Balansda qalan 254,4 m3 fərq də çıxılmaqla yekun sərfiyyat 1241,4 m3 təşkil etmişdir. Sayğac laborotor müayinə uçün xx.xx.2023-cü il tarixdə götürülmüş və yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış, sayğacsız istifadənin d-20 mm-lik xətlə qoşulma müddəti 44 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Hazırki iş üzrə sayğacda qüsurlar istehlakçının müdaxiləsi əsasında baş vermədindən hesablama qaydaların 6.15.2-ci bəndinə uyğun aparılmalıdır ki, cavabdeh təşkilat hesablamanı həmin bəndə uyğun aparmışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 44 günlük hesabatın aparılma qaydası xx.xx.2023cü ildən oncəki bir ilin əvvəlinə, yəni xx.xx.2022-ci ilə olan aylıq sayğacın üzərində olan sərfiyyat 281 m3 təşkil etmişdir. Sonuncu sərfiyyat 1807 olmuş və bundan 281 çıxıldıqda 1526 m3 sərfiyyat 364 günə bölünmüş və 1 günlük sərfiyyat 4,18 m3 təşkil etmişdir. 364 günə bölünmıəsinin səbəbi ondan ibarətdir ki, bir il əvvələ götürdükləri sərfiyyat xx.xx.2022-ci ildən olduğuna görə hesablama 364 günə uyğun aparılmışdır. Cavabdehin nümayənəsinin hesablamanın aparılmasına dair bildirdikləri Nazrlər Kabinetinin qərarına, iş materiallarına və abonentin saldosuna uyğun olduğundan məhkəmə tərəfindən qəbul edilir. Yalnız cavabdehin nümayəndəsi 1526 m3 sərfiyyatın 364 günə bölünməsi nəticəsində 4,18 günlük sıərfiyyat alındığına dair dəlilləri ilə razılaşmır ki, 1526 / 364 günə bölünməsi nəticəsində 4,18 deyil, 4,19 gündəlik sərfiyyat yaranır. Lakin cavabdeh iddiaçıya daha az sərfiyyata görə hesabat aparmışdır ki, bu halı da ağırlaşdırmaq məhkəmə araşdmasının predmetini təşkil etmir. Göründüyü kimi cavabdeh tərəfindən sayğaca müdaxilənin olması aşkar edilmiş və sudan istifadə qaydalarının 6.15.2-ci bəndinin tələbləri iddiaçıya hesablamanın aparılmasına icazə verir ki, abonentin 1 günlük sərfiyyatı 4,18 m3 olmaqla birbaşa qoşulma müddəti olaraq abonentə 44 gün üçün hesablanmış su sərfiyyatı 183,96 m3 təşkil edir. Cavabdehə 44 günlük qoşulma ilə birlikdə ümumilikdə hesablanmış sərfiyyat 1425,36 m3 olmaqla istehlak edilmiş suyun dəyəri 2850,7 manat (1425,36 m3 x 2 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Tarif Şurasının Cavabdeh ASC-nin “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi” barədə xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarına əsasən qeyri-əhali istehlakçı qrupu üzrə 1 m3 xammal su üçün 1 manat və tullantı sularının axıdılması üçün 1 m3 tullantı suyuna görə hesablaşma 1 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı Sudan istifadə qaydalarının 6.13-cü bəndinin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən quraşdırılmış su sayğacının işlək vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığına, avadanlığın qorunmasına görə məsuliyyət daşıdığı halda öhdəliyini yerinə yetirməmiş və nəticədə suölçən cihaza müdaxilə nəticəsində qapaqaltı platform hissəsi çatladığından daxilində su sızması baş vermişdir ki, məhkəmənin qənaətinə görə sayğaca müdaxiləyə görə aparılmış hesabat və onun dəyərinə dair cavabdehin hərəkətləri qanuni olmuşdur. Birinci instansiyası məhkəməsi mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Qanunun 12-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4, 6.10, 6.14, 6.15-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutları tam araşdırmamış və nəticədə əsasız və ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Sudan istifadə qaydalarının 6.13-cü bəndinin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən quraşdırılmış su sayğacının işlək vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığına, avadanlığın qorunmasına görə məsuliyyət daşıdığı halda öhdəliyini yerinə yetirməmiş və nəticədə suölçən cihaza müdaxilə nəticəsində qapaqaltı platform hissəsi çatladığından daxilində su sızması baş vermişdir ki, məhkəmənin qənaətinə görə sayğaca müdaxiləyə görə aparılmış hesabat və onun dəyərinə dair cavabdehin hərəkətləri qanuni olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassız olmuşdur. Məhkəmə iclasında da bildirilmişdir ki, iddiaçı tərəfindən su sayğacına hər hansı bir qaydada müdaxilə olunmamışdır. Əgər sayğacda problemlər olmuşdursa, hər ayın əvvəli və sonu su sayğacına baxan mütəxəssis bunu iddiaçı tərəfə bildirməli idi. Sayğacın işləməməsi barədə iddiaçı tərəfə hər hansı bir müraciət edilməmişdir. Əksnə iddiaçı bunu bilmiş və bu barədə Cavabdeh ASC-nin nümayəndəsinə şifahi şəkildə bildirilmişdir. Müraciət olunmasına baxmayraq vaxtında cavabdeh tərəfindən şikayət hər hansı bir qaydada həll edilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” Bənd 6.4. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış Su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən, üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Bənd 6.10. Zədələnmiş su ölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Bənd 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən müəyyən edilir ki, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinə dair sonuncu ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə SF-1996/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı (cavabdeh) razılşadırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq sayğac quraşdırmağı, sifarişçi (iddiaçı) isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən quraşdırılmış su sayğacının işlək və təmiz vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığını və avadanlığın qorunmasını təmin etmək sifarişçinin vəzifələrinə aid edilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən Cavabdeh ASC tərəfindən quraşdırılmış su sayğacının işlək vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığını, avadanlığın qorunmasını təmin etmək sifarişçinin (iddiaçının) vəzifələrinə aid edilmişdir. Cavabdeh ASC-nin X6 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli aktla cavabdehə məxsus 41 smart-kart tipli su sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron hissəsi və mexaniki hissəsi işləmədiyi üçün sayğac laboratoriyaya göndərilməsi üçün sökülərək su xətti birbaşa birləşdirilmişdir. NÖCİ tərəfindən 239209 nömrəli sayğac dəyişdirilərək 268732 nömrəli sayğacla əvəz olunmuşdur. Aktı tərəflər imzalamışlar. Aktın sonunda qeyd edilmişdir ki, istismardan çıxarılmış su sayğacı laborator yoxlamadan keçirilməsi üçün NÖCİ-yə göndəriləcəkdir. Sayğacın iddiaçının nümayəndəsi X1 iştirakı ilə laborator yoxlanılması zamanı müəyyən olunmuşdur ki, suölçən cihazının laborator avadanlıq üzrə yoxlanılması nəticəsinə əsasən kipliyi pozulmuşdur. Suölçən cihazın elektron və mexaniki gösətriciləri arasında fərq var. Suölçən cihazın qapaqaltı platform hissəsi çatlaqdır. Suölçən cihazın daxilinə su sızması aşkar olunmuşdur. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz təmirə və istismara yararsızdır. Sayğac yoxlanıldıqdan sonra nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 39209/0255791 nömrəli rəy verilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin imzaladığı akta əsasən qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılmış və sayğacın istifadə müddəti 44 gün müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın laborator yoxnılması zamanı sayğacda qüsur aşkar olunmuş, iddiaçının nümayəndəsi həmin yoxlamada iştirak etmişdir. Sayğacda aşkar olunmuş qüsur nəticəsində sayğacın elektron göstəricisi istehlak olunmuş suyun sərfiyyatını düzgün aparmamışdır ki, cavabdeh ASC haqlı olaraq mexaniki göstəricinin göstəricisinə uyğun hesabat aparmışdır. İstehlak olunmuş və sayğaçın elektron hissəsində qeydə alınmamış suyun dəyərinin hesablanması ilə bağlı müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi 1807 m3 , elektron göstəricisi isə 311,2 m3 olmuşdur. Eyni zamanda sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasındakı fərq (1807 m3 – 311,2 m3 = 1495,8 m3 ) 1495,8 m3 təşkil etmişdir. Balansda qalan 254,4 m3 fərq də çıxılmaqla yekun sərfiyyat 1241,4 m3 təşkil etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının icarəsində olan ünvan üzrə quraşdırılmış sayğac laborotor müayinə məqsədilə xx.xx.2023-cü il tarixdə götürülmüş, yeni sayğac ünvanda xx.xx.2023-cü il tarixdə quraşdırılmış, sayğacsız istifadənin d-20 mm-lik xətlə qoşulma müddəti 44 gün təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. İşin halları ilə müəyyən edilir ki, iddiaçının icarəsində olan ünvanda quraşdırılmış sayğacda qüsurlar istehlakçının (iddiaçının) müdaxiləsi əsasında baş verməmişdir. Bu səbəbdən hesablama “Sudan istifadə Qaydaları”nın 6.15.2-ci bəndinə uyğun aparılmalıdır ki, cavabdeh ASC hesablamanı məhz Qaydaların həmin bəndinə uyğun aparmışdır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi bildirmişdir ki, 44 günlük hesabatın aparılma qaydası xx.xx.2023-cü ildən oncəki bir ilin əvvəlinə, yəni xx.xx.2022-ci ilə olan aylıq sayğacın üzərində olan sərfiyyat 281 m3 təşkil etmişdir. Sonuncu sərfiyyat 1807 olmuş və bundan 281 çıxıldıqda 1526 m3 sərfiyyat 364 günə bölünmüş və 1 günlük sərfiyyat 4,18 m3 təşkil etmişdir. 364 günə bölünməsinin səbəbi ondan ibarətdir ki, bir il əvvələ götürdükləri sərfiyyat xx.xx.2022-ci ildən olduğuna görə hesablama 364 günə uyğun aparılmışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində ifadə olunmuş dəlilləri əsasızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəmsəi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar