Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-84/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, Cavabdeh - Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 59000 manat əsas borcun, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 135412 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)- 146/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 59000 manat əsas borcun, 73042 manat cərimənin, 2950 manat dəymiş ziyanın, 200 manat mediasiya xərcinin, vəkilə ödənilmiş 220 manat xidmət haqqının, cəmi 135412 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində 05 nömrəli və xx.xx.2020-ci il tarixində 04 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli Müqavilənin şərtlərinə əsasən satıcı müqavilənin 2-ci bəndində göstərilən sement, beton və digər malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. - Müqavilənin 3.1-ci bəndinin üçüncü hissəsində qeyd edilmişdir ki, satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0.1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. - Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini, malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. - Müqavilənin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixinədəkdir.
3. İddiaçı iddia ərizəsində əvvəlcə xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun tutulmasını məhkəmədən xahiş etsə də, xx.xx.2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək borcun xx.xx.2020-ci il tarixli müqavilə üzrə deyil, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yarandığını qeyd etmiş və həmin borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
4. Məhkəməyə təqdim olunmuş xx.xx.2019-cu il tarixli 1 saylı əlavədən görünür ki, iddiaçı dəyəri hər tonunun qiyməti 90 manat müəyyənləşdirmişlər.
5. Eyni zamanda məhkəməyə təqdim edilmiş 2019-cu il üzrə təqdim edilmiş bütün elektron qaimə-fakturalar üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək mövcud olmuş 6 ədəd elektron qaimə-faktura məhkəməyə təqdim olunmuşdur. Elektron qaimələrə əlavə edilmiş köçürmə sənədlərindən də görünür ki, cavabdeh tərəfindən malın dəyəri tam şəkildə ƏDV daxil olmaqla ödənilmişdir.
6. Əlavə olaraq iddiaçı tərəfindən tarixi qeyd olunmamış və dəyəri 50000 manat, ƏDV daxil yekun qiyməti 59000.01 manat olan elektron qaimə məhkəməyə təqdim olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır, iddiaçının təqdim etdiyi 59000 manatlıq qaimə ilə bağlı heç bir alqı-satqı əmaliyyatı aparılmamışdır, eyni zamanda müqavilənin müddəti bitmiş və iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən də iddianın rədd edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixində Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinə ünvanlanmış sorğular ilə, İddiaçı MMC (Əvvəlki adı – "xxxx" MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə və ya 2020-ci ildə "xxxx" MMC-yə 50000 manat, ƏDV daxil 59000 manat dəyərində sement məhsuluna görə elektron qaimə verib-verməməsi, həmin elektron qaimə üzrə pulun ödənilib-ödənilməsi və ya hansı hüquqi şəxsə ödənilməsi ilə bağlı məlumatların məhkəməyə təqdim edilməsi xahiş edilmiş, Məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş məlumatlarda 2019 və 2020-ci illərdə 59000 manat məbləğində hər hansı elektron qaimə-fakturanın verilməsi müəyyən edilməmişdir.
9. xx.xx.2024-cü ildə iddiaçı tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında ərizə məhkəməyə təqdim edilmiş, və ərizədə qeyd edilmişdir ki, məhkəmə tərəfindən vergi orqanına verilmiş sorğuların cavabından göründüyü kimi iddia tələbi ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir, bu səbəbdən də iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir.
10. Eyni zamanda xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında ərizə məhkəməyə təqdim edilmiş və məhkəmə baxışında olan kommersiya işinə mahiyyəti üzrə baxılaraq yekun qətnamənin çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin geri qaytarılması barədə ərizə qanuni olsa da, cavabdeh tərəfindən verilmiş iddiaya mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə ərizəyə əsasən işə mahiyyəti üzrə baxılaraq yekun qərar verilməsi məqsədəuyğundur.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
14. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 13 iyun 2024-cü il tarixli, e-2-2(117)-146/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə təhvil verilməyən sement məhsulunun təhvil verilməsi və onun dəyərinin ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada və tərəflər arasında müqavilə tələblərinə uyğun müvafiq proseduraları aparılmayan fəaliyyətlə bağlı idiaçının pul tələbi əsaslı sayıla bilməz.
16. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 567, 597.1 və 600-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqavilələri, elektron qaimələr, qəbzlər, ərizələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı elektron qaimə-fakturanın cavabdehə göndərilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Həmin elektron qaimə-faktura qanunla müəyyən edilmiş qaydada şəxsi kabinet vasitəsilə göndərilmişdir. Həmin sənədlə müəyyən olunur ki, iddiaçı cavabdehə elektron qaimə-faktura təqdim etmişdir. Cavabdeh isə öz növbəsində həmin elektron qaimə-fakturanı geriyə düzəlişə göndərmişdir. Deməli, tərəflər arasında malın alqı-satqısının aparılması inkar olunmur. Birinci instansiya məhkəməsi yalnız cavabdehin təqdim etdiyi 2020-ci il tarixli müqavilə əsasında aparılmış əməliyyatlara dair sənədlərin araşdırılması təmin etmişdir. İddiaçının təqdim etdiyi sübutlar məhkəmə tərəfindən dəqiq araşdırılmamışdır. Baxmayaraq ki, iddiaçının vergi orqanına sorğu verilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilmiş və müvafiq soğru verilməsi həyata keçirilmişdir. Lakin, vergi orqanı tərəfindən sorğuya verilmiş cavabla müəyyən olunur ki, məhkəmə tərəfindən edilmiş sorğu vergi orqanın natamam cavab vermişdir. Hesab edirlər ki, bu hissədə məhkəmə araşdırılması dəqiq aparılmalı idi. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e- 2-2(117)-146/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiyа Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)-146/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
32. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
35. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
36. Maddə 600. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)-146/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində 05 nömrəli və xx.xx.2020-ci il tarixində 04 nömrəli alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı müqavilənin 2-ci bəndində göstərilən sement, beton və digər malları alıcıya satmağı, alıcı isə həmin malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə vı ya nəğd olaraq həyata keçirilir. Həmin müqavilənin 3.1-ci bəndinin üçüncü hissəsində qeyd edilmişdir ki, satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0.1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı aldığı malın dəyərini, malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixinədəkdir.
51. İddiaçı cavabdehə qarşı hazırkı iddia tələbləri ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
52. İddia tələblərini rədd edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ...iddiaçı tərəfindən cavabdehə təhvil verilməyən sement məhsulunun təhvil verilməsi və onun dəyərinin ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada və tərəflər arasında müqavilə tələblərinə uyğun müvafiq proseduraları aparılmayan fəaliyyətlə bağlı idiaçının pul tələbi əsaslı sayıla bilməz.
53. Bütün elektron qaimə-fakturalar üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək mövcud olmuş 6 ədəd elektron qaimə-faktura birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Elektron qaimələrə əlavə edilmiş köçürmə sənədlərindən də görünür ki, cavabdeh tərəfindən malın dəyəri tam şəkildə ƏDV daxil olmaqla ödənilmişdir.
54. İddiaçı tərəfindən tarixi qeyd olunmamış və dəyəri 50000 manat, ƏDV daxil yekun qiyməti 59000 manat olan elektron qaimə məhkəməyə təqdim olunmuşdur.
55. Birinci instansiya məhkəməsi həmin elektron qaiməyə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, malların məbləğini göstərən həmin qaimə əsassızdır (saxtadır).
56. Belə ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.3.1-ci maddəsinə əsasən elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi elektron qaimə-fakturada əks etdirilməlidir.
57. Eyni zamanda həmin qərarın 2.3.27 - 2.3.29-cu maddələrinin tələblərinə əsasən elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər, fərdi sahibkar və ya baş mühasib) vəzifəsi, soyadı, adı, elektron qaimə-fakturanı təhvil verən və təhvil alan şəxslərin soyadı, adı, atasının adı, ştrix-kod (sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan kod) elektron qaimələr tərtib edilərkən göstərilməlidir.
58. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 59000 manatlıq qaimədən görünür ki, elektron qaimələrin tərtibi qaydalarına əməl edilməmiş, elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi, elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin vəzifəsi, soyadı, adı və ştrix-kod həmin elektron qaimədə qeyd edilməmişdir.
59. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinəİddiaçı MMC (əvvəlki adı - "xxxx" MMC) tərəfindən xx.xx.2019-cu il tarixdə və ya 2020-ci ildə "xxxx" MMC-yə 50000 manat, ƏDV daxil 59000 manat dəyərində sement məhsuluna görə elektron qaimə verib-verməməsi, həmin elektron qaimə üzrə pulun ödənilib-ödənilməsi və ya hansı hüquqi şəxsə ödənilməsi ilə bağlı sorğular verilmiş, həmin sorğulara cavab olaraq 2019 və 2020-ci illərdə 59000 manat məbləğində hər hansı elektron qaimə-fakturanın tərtib edilmədiyi qeyd edilmişdir.
60. Bundan əlavə qeyd edilən ƏDV daxil 59000 manat dəyərində sement məhsullarının cavabdehə təhvil verilməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
61. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
62. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırılmasının natamam aparılmasına dair dəlilləri əsassızdır. İddiaçı şikayətin dəlillərinə dair hər hansı sübut təqdim etməmişdir.
63. İzah olunmalııdır ki, məhkəmə işin düzgün həlli üüçün önəmli olan halların, yəni sübut etmə predmetini yaradan hüquqi faktların hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.Sübuta yetirilməyən tələb isə əsaslı sayıla bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
66. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)-146/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)- 146/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov