Məhkəmə qərarları › İş №2-2(107)-86/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-86/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-86/2021 02.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “21.05.2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, e-2-2(117)-334/2021 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, e-2-2(117)-334/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “21.05.2017ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş SDVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dollarının məcburi qaydada cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında 21.05.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, istifadəyəverən İddiaçı MMC istifadəçi Cavabdeh dəyəri 800 dollar olan 1 ədəd SDVC markalı Coca-Cola soyuducunu əvəzsiz istifadəyə vermişdir. 2.1.2-ci bəndinə əsasən, soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə təhvil-təslim aktı ilə təhvil verir. 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. 2.2.7-ci bəndinə əsasən müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. 3.1-ci bəndinə əsasən müqavilə istifadəyəverən tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. 5.1-ci bəndinə əsasən, müqavilənin 2.1.1-ci bəndinə göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. İddiaçı 30.03.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək soyuducunun qaytarılmasını tələb edərək əks təqdirdə cərimə ödəyəçəyi barədə ona xəbərdarlıq etmiş, mübahisə həllini tapmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 21,05,2017-ci il tarixdə “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən istehsal və satış üçün təşkil edilmiş məhsulların “İstifadəçi” tərəfindən sərinləşdirilib satılmasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin əmlak dəyəri 800 dollar olan 1 (bir) ədəd soyuducunu Cavabdeh əvəzsiz istifadəyə vermişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə “İstifadəyəverən" tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Belə ki, borclu üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və "xxxx" MMC-nin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və uzun müddətdir ki, qanunusuz olaraq özündə saxlamışdır. Habelə tərəflər arasında bağlanan müqavilənin 2.2.7-ci bəndinə əsasən müqaviləyə xitam verildikdə əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, əmlakın geri qaytarılmasını 3 (üç) gün ərzində təmin etməlidir. Həmin bəndə istinad edərək əvəzsiz istifadəyə verilmiş soyuducunun qaytarılması məqsədi ilə Cavabdeh 30.03.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu bu günə kimi ona verilmiş əmlakı mənimsəyərək "xxxx" MMC-yə qaytarmamışdır. 2.1.7-ci bəndində göstərilmişdir ki, istifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 misli “İstifadəçi” tərəfindən “İstifadəyəverən”in nəfinə ödənilməlidir. 2.2.8-ci bəndində göstərilmişdir ki, müqavilənin xitamı haqqında “İstifadəçi” tələb irəli sürdükdə, o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində müəssisəyə cərimə ödəməlidir. Cavabdeh əmlakı təhvil vermədiyindən onun dəyərinin 2 misli həcmində, yəni 1600 dollar məbləğində pulun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə qeydiyyata alındığı ünvan üzrə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 28,05,2021-сi il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı MMC apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında 21 may 2018-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (bir min altı yüz) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada cavabdehdən tutulması haqqında qətnamənin çıxarılması üçün "xxxx" MMC tərəfindən Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-334/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “soyuducunun dəyərinin iki mislinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-334/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edirəm. Aşağıda göstərilən əsaslara görə hesab edirəm ki, iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin e2-2(117)-334/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi bu işlə bağlı hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməməklə yanaşı həmçinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İşin faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC ilə fərdi sahibkar Cavabdeh arasında 21 may 2018-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (bir min altı yüz) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada cavabdehdən tutulması haqqında qətnamə çıxarılması üçün iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin e- 2-2(117)-334/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə aşağıda qeyd edilən əsaslara istinad edərək iddia tələbinin əsassız olması və təmin edilə bilməməsi qənaətinə gəlmişdir. Hazırkı iş üzrə iddiaçı "xxxx" MMC tərəflər arasında bağlanmış müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun geri qaytarılmasını yox, dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dollarının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 21.05.2018-ci il tarixli müqavilənin 2.1.7-ci bəndinə istinad etmişdir. Müqavilənin həmin bəndində qeyd olunur ki, istifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini “istifadəyə verən”in nəfinə ödəyir. Odur ki, Şəki Kommersiya Məhkəməsinin e-2- e-2-2(117)-334/2021 saylı 14 iyun 2021ci il tarixli qətnaməsi qanunvericiliyin və eyni zamanda iddiaçı tərəf olaraq bizim hüquqlarımızın kobud şəkildə pozulması ilə nəticələnmiş və bu səbəbdən pozulmuş hüquqlarımızın bərpa edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı MMC-nin nümayndəsi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında soyuducunun əvəzsiz isifadəyə verilməsi haqqında 21.05.2017-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyəverən "xxxx" MMC istifadəçi Cavabdeh dəyəri 800 dollar olan 1 ədəd CocaCola soyuducunu əvəzsiz istifadəyə vermişdir. İddiaçı əmlakın iki misli dəyərinin ödənilməsini tərəflər arasında bağlanmış müqavilənin 2.1.7 və 2.2.8-ci bəndlərinin tələblərindən irəli gəldiyini iddia edir. Lakin birinci instansiya məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, müəyən olunduğu kimi tərəflər arasında bağlanmış müqavilənin 2.1.7-ci bəndinə əsasən istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. İddiaçı əmlakın mənimsənildiyini iddia etsə də soyuducunun özgəninkiləşdirilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa müqavilənin 2.2.7-ci bəndinə əsasən müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində istifadəçi geri qaytarılmasını təmin edir. 2.2.8-ci bəndinə əsasən müqavilənin xitamı haqqında istifadəçi tələb irəli sürdükdə o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin 2.2.8-ci bəndi istifadəçi tərəfindən müqavilənin xitamı haqqında irəli sürülən tələbə aiddir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş sənədlərdə istifadəçi olan cavabdeh tərəfindən belə bir tələbin irəli sürüldüyünə dair sübutlar mövcud deyildir. Əksinə təqdim olunmuş sənədlərdən müəyyən olunduğu kimi müqavilənin xitamına səbəb olan əmlakın geri qaytarılması tələbi məhz iddiaçı olan istifadəyəverən tərəfindən irəli sürülmüşdür. Belə olan halda birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının istinad etiyi hallar əsassızdır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 2.1.4-cü bəndində göstərilmişdir ki, istifadəyə verilmiş əmlakdan digər fiziki və hüquqi şəxslər tərəfindən istehsal olunan məhsulların sərinləşdirilib satılması üçün istifadə edilməsinə yol verilmir. Belə hallar aşkar edilərsə müqaviləyə xitam verilir. İstifadəçi istifadə etdiyi əmlakı istifadəyəverənə geri qaytarır və əmlakın dəyəri qədər istifadəyəverənin nəfinə cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, e-2-2(117)-334/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, e-2-2(117)-334/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar