Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-86/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyətinin Cavabdeh X1rşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadı ilə əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarından ibarət kompleks ekspertiza təyin edilmiş və ekspertizadan rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi 13 mart 2025-ci il tarixli e-2- 2(117)-154/202 nömrəli qərardadının ləğv edilməsini və məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2-2(117)-154/2025 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti 24 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh X1rşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən müqavilələr üzrə ödənilməyən 539888 ABŞ dolları məbləğində əsas borcun, 75206,34 ABŞ dolları məbləğində faizlərin və 1313 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata götürülmüş və məhkəmə araşdırması zamanı qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadı ilə əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizalarından ibarət kompleks ekspertiza təyin edilərək, ekspertiza qarşısında “1. Cavabdeh MMC-yə məxsus anbara baxış keçirməklə Firma "Avqust" Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş, dövlət qeydiyyatına alınmış bitki mühafizəsi üçün nəzərdə tutulmuş dərman vasitələrinin sayı, istehsal yeri, istehsalçısı, idxal və ixrac edən şəxslər göstərilməklə və həmin dərman vasitələrinin dəyəri nə qədər təşkil edir ?. 2. Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə göndərilmiş qeyd edilən bitki mühafizəsi üçün nəzərdə tutulmuş, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin müvafiq sənədlər əsasında yararlılıq müddəti müəyyən edilsin, qeyd edilən yararlıq üçün müəyyən edilmiş son müddət bitən məhsulların sayı və məbləği nə qədər təşkil edir ?” sualları üzrə ekspert tədqiqatı aparılıb, müvafiq ekspertiza rəyinin verilməsi qərara alınaraq, ekspert rəyinin məhkəməyə təqdim olunması müddəti 1 (bir) ay müəyyən olunmuş və ekspertizadan rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Lakin, iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti bu qərardadla razılaşmayıb, həmin qərardaddan şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e- 2-2(117)-154/2025 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadına əsasən Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2- 2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 97.1-ci maddəsinin tələblərinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 255.0 və 255.0.5-ci maddələrinə əsasən, məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа, hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsində iş üzrə aparılan araşdırma zamanı mübahisənin obyektiv, tam və ədalətli həlli məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər və məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа, hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Qeyd etmək lazımdır ki, Mülki-Prosessual Qanunvericilikdə işin icraatının dayandırılması barədə qəbul edilmiş məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulsa da, ekspertiza təyin olunması barədə məhkəmə qərardadlarından şikayət nəzərdə tutulmamışdır. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyətinin Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e- 2-2(117)-154/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadından iddiaçı Firma “Avqust” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-154/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-86/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-86/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver