Məhkəmə qərarları › İş №2-2(107)-88/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-88/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-88/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Аpellyаsiyа Məhkəməsinin Kommersiya Kоllegiyаsı-hаkimlər Quliyev Nuru Nаdir оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmаyıl qızı və X2 ibаrət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 2962,84 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 12 manat, hüquqi xidmətin göstərilməsinə görə 300 manat xərcin və 53 manat məhkəməyə ödənilən dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli, e-2-2(117)-551/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi :

1. Şəki Kommersiyа Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli, e-2-2(117)-551/2024 nömrəli qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddia təmin edilərək Cavabdeh 2962,84 manat borcun, gecikdirilmiş dövr üçün 12 manat pul vəsaitinin, 100 manat hüquqi xidmətin göstərilməsinə görə xərcin və 49,75 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi, artıq ödənilmiş 3,25 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Həmin qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti verərək Şəki Kommersiyа Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli, e-2-2(117)-551/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını, Cavabdeh 2762,84 manat borcun hər ay 200 manatdan az olmayaraq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşin hаllаrı

3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2962,84 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 12 manat, hüquqi xidmətin göstərilməsinə görə 300 manat xərcin və 53 manat məhkəməyə ödənilən dövlət rüsumunun cavabdehdən tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən № 0078 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. X1 aldığı mala görə borcu yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3262.84 manat (üç min doqquz yüz altmış iki manat səksən dörd qəpik) manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli № 271 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən edilən ödənişlərdən sonra xx.xx.2024-cü il tarixinə olan borcu 2962,84 manat təşkil edir.

5. İş üzrə birinсi instаnsiyа məhkəməsi tərəfindən yuxаrıdа göstərilən qətnаmə çıxаrılmışdır.

Аpellyаsiyа şikаyətinin dəlilləri

6. Cavabdeh birinсi instаnsiyа məhkəməsinin qətnаməsindən verdiyi аpellyаsiyа şikаyətini оnunlа əsаslаndırmışdır ki, 01 fevral 2024-cü il tarixli üzləşmə aktı imzalanandan sonra onunla iddiaçının Bakı ofisindəki satış nümayəndəsi ilə aralarında olan razılaşmaya əsasən hər ay 200 manatdan az olmayaraq ödənilmə aparılmasına razılıq verilmişdir. Bu razılaşma əsasında 2024-cü ilin mart ayında 300 manat, aprel ayında 200 manat ödəniş aparılmışdır. Bildirir ki, onun ödənişdən yayınmaq fikri olmuş olsaydı və yaxud ümumiyyətlə hissə-hissə ödəmə barədə razılaşma olmasaydı onun tərəfindən heç bir ödəniş aparılmazdı. Göründüyü kimi, həmin razılaşma tarixindən sonra cəmi 500 manat borc bağlanmışdır. O, məhkəmə qətnaməsi barədə məlumat aldıqdan sonra may ayı üçün ödənişi etməmiş və iddiaçı ilə hissə - hissə ödəmə razılaşmasının onlar tərəfindən pozulmasını bildirmişdir. Hazırda məhkəmə prosesi olmasına baxmayaraq o, ödəmələri əldə olunmuş razılığa əsasən hər ay 200 manatdan az olmayaraq ödəmək niyyətindədir. Nəticə etibarı ilə iddiaçı tərəfindən iddia ərizəsində iddiaçı ilə cavabdeh arasında hissə-hissə ödəmə barədə razılaşma haqqında Məhkəməyə bildirməməsi səbəbindən və cavabdehin məhkəmədə işitrakı təmin edilməməsi səbəbindən bu barədə Məhkəmədə məlumat olmamışdır. Bu hal qəbul olunmuş qətnamənin ləğvi üçün birbaşa əsasdır. Göründüyü kimi, qətnamədə Mülki Məcəllənin 432.1-ci maddəsinin tələbləri pozulmuşdur.

7. Daha sonra Məhkəmə tərəfindən qeyd edilmişdir ki, “Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 300 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.”

8. Qeyd edir ki, elektron məhkəmə sistemindən istifadə etmədiyindən məhkəmə barədə xəbərləri olmamışdır. İddiaçının hissə-hissə ödəmə barədə razılaşmaya riayət etməməsi və cavabdehə bildirmədən məhkəməyə müraciət etməsi əsasları ilə hesab edir ki, həm iddiaçının vəkil xərci, həm də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır.

9. Məhkəmə qətnaməsində göstərilmişdir ki, ”xx.xx.2024-cü il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3262.84 (üç min doqquz yüz altmış iki manat səksən dörd qəpik) manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli №271 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən edilən ödənişlərdən sonra xx.xx.2024-cü il tarixinə olan borcu 2962,84 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.”

10. Qeyd edir ki, elektron kabinetdən isifadə etmədiyindən həmin bildirişi vaxtında almamışdır. Bu əsaslarla hesab edir ki, məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsi düzgün tətbiq edilməmişdir.

11. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3-cü (Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi) və 88-ci (Sübutların qiymətləndirilməsi) maddələrinin tələblərini pozmuş və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

12. Bildirir ki, 01 fevral 2024-cü il tarixli üzləşmə aktı imzalanandan sonra onunla iddiaçının Bakı ofisindəki satış nümayəndəsi ilə aralarında olan razılaşmaya əsasən hər ay 200 manatdan az olmayaraq ödənilmə aparılmasına razılıq verilmişdir. Bu razılaşma əsasında 2024-cü ilin mart ayında 300 manat, aprel ayında 200 manat ödəniş aparılmışdır. Göründüyü kimi, həmin razılaşma tarixindən sonra cəmi 500 manat borc bağlanmışdır. Onun məhkəmə iclasında iştirakının təmin edilməsi iş üzrə bütün əhəmiyyətli, işin nəticəsinə birbaşa təsir edən hallar nəzərə alınmaqla qətnamə çıxarılacaqdı.

13. Onunla iddiaçının Bakı ofisindəki satış nümayəndəsi ilə razılaşmanın məhkəməyə bildirilməməsi işin hallarına zidd qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Onunla iddiaçının Bakı ofisindəki satış nümayəndəsi ilə razılaşma haqqında həm onun, həm də iddaçının Ağdaş rayonuna baxan satış nümayəndəsinin ifadələri iş materiallarına əlavə olunmalıdır.

14. Qeyd edilənlərə əsasən apellyator Şəki Kommersiyа Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli, e-2-2(117)-551/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını, Cavabdeh 2762,84 manat borcun hər ay 200 manatdan az olmayaraq İddiaçı QSC-yə ödənilməsi, qalan hissədə iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Prоses iştirаkçılаrının izаhаtlаrı

15. MPM-in 394-1.3-сü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı iсraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iсlasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinə yazılı iсraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər

17. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 432.4.-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. İş mаteriаllаrındа оlаn və məhkəmə kоllegiyаsının iclаsındа tədqiq оlunmuş: İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0078 nömrəli diler müqaviləsindən görünür ki, distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir, sonuncu isə öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir; İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə tərtib olunmuş üzləşdirmə aktından görünür ki, aktda 3262,84 manat borcun olduğu göstərilmiş və həmin akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Üzləşmə aktında Çinar nişan adı altında vurulmuş möhürdə Cavabdeh adı və VÖEN-i əks olunmuşdur ki, həmin möhür cavabdehə məxsus olmaqla sonuncu Çinar adlı nişan vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirir; İddiaçı QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, üzləşmə aktından sonrakı dövrdə cavabdeh tərəfindən edilən ödənişlərdən sonra qalıq borcu 2962,84 manat olmuşdur. 29 aprel 2024-cü il tarixli, N **********7 nömrəli mədaxil çekindən görünür ki, Cavabdeh tərəfindən 200 manat pul vəsaiti nağd qayadada İddiaçı QSC-yə ödənilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 0078 nömrəli diler müqaviləsi üzrə üzərlərinə satış xidməti göstərilməsi ilə bağlı öhdəlik götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı öhdəliyini yerinə yetirərək özünə məxsus malların satışını təmin etməsi məqsədilə həmin malları cavabdehə vermiş, cavabdeh isə qeyd edilən malların dəyərini qismən ödədiyindən ödənilməmiş 2962,84 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə tərtib olunmuş üzləşdirmə aktında 3262,84 manat borcun olduğu göstərilmiş və həmin akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən ödənişlər edildiyindən borcun məbləği 2962,84 manat təşkil etmişdir. Bu hal xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş və nəticədə ödənilməmiş 2962,84 manat borcu qalmışdır və borcun ödənilməsini gecikdirdiyinə görə cavabdehə 12 manat gecikdirilmiş dövr üçün pul hesablanmışdır ki, cavabdeh iddia tələbinə münasibət bildirməmiş və ödənişlə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

20. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən 2962,84 manat borc və gecikdirilmiş dövr üçün 12 manat pul qalmışdır və həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd etmişdir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 300 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə kоllegiyаsı qeyd edir ki, cavabdeh аpellyаsiyа şikаyətində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin tаmаmilə ləğv оlunmаsını xаhiş etdiyindən məhkəmə kоllegiyаsı hazırkı icraat çərçivəsində birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsaslılığını tam olaraq yoxlayır.

22. Məhkəmə kоllegiyаsı аpellyаsiyа şikаyətinin dəlillərini iş üzrə tоplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аpellyаsiyа şikаyətində göstərilmiş xüsusаtlаrı аrаşdırаrаq hesаb edir ki, аpellyаsiyа şikаyəti qismən təmin edilməli iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehin istinad etdiyi dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi və bunun nəticəsində onun məhkəmə iclasında iştirakının təmin edilməməsidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, iş materiallarının 31-32-ci vərəqələrində olan məhkəmə bildirişi və işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə elektron kabinet vasitəsilə hazırkı iddia tələbi üzrə icraata Azərbaycan Respublikası MPM-in 23-1-ci fəslinin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat şəklində baxılacağı və MPM-in 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri hazırkı bildirişi aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməli olduğu barədə məlumat verilmiş, hüquq və vəzifələri izah edilmiş, həmçinin ona bu barədə elektron kabinetində təsdiq olunmuş e-mail vasitəsilə məlumat göndərilmişdir.

24. Məhkəmə kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər hala, yəni yaranmış borc məbləğinin qrafik üzrə hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasına münasibətdə qeyd edir ki, həmin hala qətnamə ilə hüquqi qiymət verilə bilməz. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə əsasən qətnamə qüvvəyə mindikdən sonra ərizə ilə işə baxmış birinci instansiya məhkəməsinə müraciət edə bilər.

25. Bundan başqa cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri ondan ibarət olmuşdur ki, iddiaçı hissə-hissə ödəmə barədə razılaşmaya riayət etmədiyinə və cavabdehə bildirmədən məhkəməyə müraciət etdiyinə görə həm iddiaçının vəkil xərci, həm də ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. İş materiallarından görünür ki, iddia tələbinə görə məhkəmə xərcləri 53 manat dövlət rüsumundan və 300 manat vəkilin göstərdiyi yardıma görə xərcdən ibarətdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 53 (əlli üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutulması hissəsini qismən təmin edərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

29. Lakin birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddia tələbinin dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə xərcin cavabdehdən tutulması hissəsinin qismən təmin edilməsi qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində iddia tələbinin təmin edilməsini qeyd etməklə qətnamədə anlaşılmazlıq yaratmışdır.

30. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbini hazırlayıb məhkəməyə təqdim etdikdən sonra cavabdeh borcundan 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin ödədiyi 200 (iki yüz) manat Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən müəyyən edilmiş ardıcıllığa uyğun olaraq əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilməlidir (200 - 100 - 49.75 - 12 = 38.25 manat, 2962.84 - 38.25 = 2924.59 manat). 31.Аzərbаyсаn Respublikаsının Mülki Prоsessuаl Məсəlləsinin: 14.2-сi mаddəsinə əsasən məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir; 77.1-сi mаddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 372.1-сi mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır; 372.6-сı mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirazlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır; 372.7-сi mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Beləliklə, məhkəmə kоllegiyаsının gəldiyi qənаətə görə, apellyasiya şikayəti qismən təmin olunmalı iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(117)-551/2024 nömrəli qətnaməsi “iddia tələbi təmin edilsin, Cavabdeh 2962,84 manat borc, gecikdirilmiş dövr üçün 12 manat pul vəsaiti, 100 manat hüquqi xidmətin göstərilməsinə görə xərc və 49.75 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilsin” hissəsində dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 0078 nömrəli diller müqaviləsi üzrə yaranmış 2924,59 (iki min doqquz yüz iyirmi dörd manat əlli doqquz qəpik) manat əsas borc tutularaq İddiaçı QSC-yə ödənilməli, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. Məhkəmə kоllegiyаsı qeyd оlunаnlаrı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 394-1 və 402-407-сi mаddələrini rəhbər tutаrаq

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiyа Məhkəməsinin 30 aprel 2024-cü il tаrixli, e-2-2(117)-551/2024 nömrəli qətnаməsi “iddia tələbi təmin edilsin, Cavabdeh 2962,84 manat borc, gecikdirilmiş dövr üçün 12 manat pul vəsaiti, 100 manat hüquqi xidmətin göstərilməsinə görə xərc və 49.75 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” hissəsində dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 0078 nömrəli diller müqaviləsi üzrə yaranmış 2962,84 manat əsas borc tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar