Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-89/2025 25.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2-2(113)-2799/2025 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Şəki Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair e-2-2(117)- 132/2025 nömrəli iş üzrə icraat dayandırılmışdır. İddiaçı X5 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)- 132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən e-2-2(117)- 132/2025 nömrəli kommersiya işinin icraatının dayandırılması barədə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadı tam ləğv edilərək, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-132/2025 nömrəli kommersiya işi üzrə icraat təzələnməlidir. Belə ki, e-2-2(117)-132/2025 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, iddiaçı X5 18 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 52000 manat və Cavabdeh2 47000 manat məbləğində əsas borcun, 30000 manat məbləğində əldən çıxmış faydanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 1000 manat məbləğində pulun, cəmi 130000 manat məbləğində pulun və 420 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı X2 ödənilməsi və borc tələbinin Şəki şəhəri, Aşağı Göynük kəndində yerləşən və satcıya məxsus olan 3 ədəd tütün qurudulma kameralarına yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata götürülmüş və məhkəmə araşdırması zamanı cavabdeh tərəfin vəsatəti əsasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-ci maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh X4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e- 2-2(113)-2799/2025 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Şəki Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə pul və əldən çıxmış faydanın qaytarılması” tələbinə dair e-2-2(117)-132/2025 nömrəli iş üzrə icraat dayandırılmışdır. İddiaçı tərəf isə həmin qərardadla razılaşmayaraq, şikayət vermiş və şikayətində Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Lakin, Şəki Kommersiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli qərardadı ilə məhkəmənin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılması üçün icraata götürülüb, şikayətə baxılma müddəti müəyyən edilərək tərəflərə müvafiq məhkəmə bildirişləri göndərildikdən sonra hazırkı iş üzrə iddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 14 aprel 2025-ci ildə məhkəməyə Bakı Kommersiya Məhkəməsinin 09 aprel 2025-ci il tarixli e-2-2(113)-2799/2025 nömrəli qərardadını təqdim etmişdir. Həmin qərardaddan görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(113)-2799/2025 nömrəli kommersiya işi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına istinad olunmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.4-cü maddələrinə əsasən baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa - məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər - iş üzrə icraat dayandırılır. Həmin Məcəllənin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258-ci maddəsinin tələblərinə görə, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır (maddə 258.1) və iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər (maddə 258.2). Beləliklə də, yuxarıda qeyd olunan işin hallarına əsasən və eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbləri baxımından iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-132/2025 nömrəli kommersiya işinin icraatının dayandırılmasına səbəb olmuş hallar tamamilə aradan qalxmışdır və hal-hazırda iş üzrə belə hallar mövcud deyildir. Ona görə də, Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)- 132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilməli və e- 2-2(117)-132/2025 nömrəli kommersiya işinin icraatının dayandırılması barədə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadı tam ləğv edilərək, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-132/2025 nömrəli kommersiya işi üzrə icraat təzələnməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri” üzrə 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli Qərardadının 27-ci bəndində göstərilmişdir ki, məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda - həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan - müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli e-2-2(117)-132/2025 nömrəli qərardadı tam ləğv edilsin və iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-132/2025 nömrəli kommersiya işi üzrə icraat təzələnsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-89/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-89/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver