Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-91/2025 08.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında verilmiş Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi 05 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 06 yanvar 2025-ci il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə olan 12195,65 (on iki min yüz doxsan beş manat 65 qəpik) manat məbləğində vergi borcu ödənilənədək, həmin vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 06 yanvar 2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə vergilər üzrə 8928 manat və faizlər üzrə 3267,65 manat olmaqla, ümumilikdə 12195,65 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********956400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən həmin borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Yaqubov X1 şəhərində qeydiyyatdadır (ərizə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1 və 23.1.15-3-cü maddələri, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1-ci maddələri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci, 355-5-ci və 355-6-cı ilə əsaslandırılmışdır). Ərizəçi tərəfindən həmin ərizənin əsaslılığının sübutu kimi ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025 - xx.xx.2025-ci il dövrü əhatə edən və 30 yanvar 2025-ci ildə çap edilmiş X8, Hüquqi şəxs haqqında Məlumat, ərizədə qeyd borcun ödənilməsi ilə əlaqədar vergi ödəyicisi olan hüquqi şəxsə ünvanlanmış Bildiriş, Xəbərdarlıq, vergi borcunu lazımi qaydada yerinə yetirmədiyinə görə Vergi Orqanı tərəfindən bank hesablarına tətbiq edilmiş “sərəncam” və digər sənədlər təqdim edilmişdir.
2. Birinci instansiya məhkəməsində icraat Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-cü il tаrixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilməmişdir (hakim Mübariz Hüseynov). Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-cü il tаrixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi ilə əlaqədar mübahisənin həlli üzrə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliklərini yerinə yetirmədiyindən, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 12195,65 manat borcu yaranmışdır. Hüquqi şəxsin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs "xxxx" MMC-nin icra orqanının rəhbəridir. Borcun ödənilməsi təmin edilmədiyindən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 12195,65 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X5 görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 8928 manat məbləğində borcu və faiz üzrə isə 3267,63 manat məbləğində qalıq borcu mövcuddur. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, direktoru olduğu şirkətə qarşı cinayət işi açılmışdır. Buna görə ona, vergiyə olan borcunu prokurorluğun depozit hesabına ödəməli olduğu bildirilmişdir. O, da həmin qaydada ödəniş etmişdir. Vergi orqanına müraciət etdikdə ona cinayət işi yekunlaşdıqdan sonra ödədiyi pulun vergi borcuna silinəcəyini bildirmişlər. İş materiallarına əlavə edilmiş Baş Prokurorluq tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “istintaq zamanı "xxxx" MMC ilə "xxxx" MMC arasında həyata keçirilmiş 60459 manat məbləğində əmtəəsiz maliyyə əməliyyatlar nəticəsində dövlət büdcəsindən yayındırılmış ƏDV vəsaitinin 10000 manat məbləğində olan hissəsi dövlət büdcəsinə keçirilməsi məqsədi ilə 25 may 2024-cü il tarixdə tərəfinizdən Baş Prokurorluğun depozit hesabına ödənilmiş və bu barədə müvafiq qərar qəbul edilərək sizə məlumat verilmişdir”. İş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli ödəniş tapşırığından göründüyü kimi Maraqlı şəxs tərəfindən dəymiş ziyanın ödənilməsi məqsədilə Baş Prokurorluğun hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Baş Prokurorluq tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC ilə həyata keçirilmiş maliyyə əməliyyatları üzrə vergi öhdəliklərinin icrası ilə əlaqədar 10000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilməsi məqsədilə xx.xx.2024-cü il tarixli qərarla Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür. İş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırkı mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilmişdir. Ərizəçi Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli məktublarına cavab olaraq bildirilmişdir ki, dövlət büdcəsinə köçürülmüş vəsaitin xəzinə hesabının rekviziti Baş Prokurorluğun hesabının seçilməsi səbəbindən Regional Xəzinədarlıq İdarəsindən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmamışdır. "xxxx" MMC-nin “ƏDV-uçot” hesabından çıxarışdan müəyyən edilir ki, 14.0.2020-ci il tarixdə "xxxx" MMC-dən alınacaq malların ƏDV-si olaraq 9203,34 manat məbləğində vəsait ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş X5 görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən, "xxxx" MMC-nin dövlət büdcəsinə vergi üzrə 8928 manat məbləğində borcu və faiz üzrə isə 3267,63 manat məbləğində qalıq borcu mövcuddur. Lakin işə əlavə edilmiş digər sənədlərdən, eyni zamanda Baş Prokurorluq tərəfindən Şəki Kommersiya Məhkəməsinə ünvanlanmış məktubdan aydın olur ki, maraqlı şəxs tərəfindən vergi öhdəliklərinin icrası ilə əlaqədar 10000 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdə Baş Prokurorluğun depozit hesabına köçürülmüş, lakin iş üzrə ibtidai istintaq davam etdiyindən istintaqın hazırkı mərhələsində qeyd edilən vəsaitin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilməmişdir. Eyni zamanda, "xxxx" MMC-nin ƏDV-uçot hesabından çıxarışdan müəyyən edilir ki, 14.0.2020-ci il tarixdə "xxxx" MMC-dən alınacaq malların ƏDV-si olaraq 9203,34 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə müəyyən edir ki, iş üzrə "xxxx" MMC tərəfindən ilkin olaraq "xxxx" MMC-dən müvafiq müqavilə əsasında aldığı malların dəyəri və ƏDV olaraq 9203,34 manat məbləğində vəsait ödənmiş, sonradan dövlət büdcəsində ödənilmədən yayındırılmış vəsaitlə bağlı müvafiq cinayət hüquqi araşdırma aparılmış, "xxxx" MMC vergi orqanı tərəfindən riskli vergi ödəyicisi olaraq qeydiyyata alınmış, bu səbəbdən hazırkı iş üzrə maraqlı şəxsin rəhbəri olduğu müəsissə tərəfindən ödənilmiş vergi borcu dövlət büdcəsinə ödənilməmiş, lakin cinayət hüquqi araşdırma zamanı həmin vergi borcu Baş Prokurorluğun depozit hesabına köçürülmüş, lakin istintaq yekunlaşdırılmadığından dövlət büdcəsinə köçürülməmişdir. Belə vəziyyətdə maraqlı şəxsin qeyd edilən vəsaitin ödənilməsi ilə bağlı hər hansı bir hüquqi məsuliyyətə cəlb edilməsi qanuni olmamaqla, ədalətli hesab edilmir. Maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxs dövlət qarşısında öhdəliyini icra etmiş, ilkin olaraq müqavilə əsasında qarşı tərəfə ödəmiş, sonradan dövlət büdcəsinə vergi ödənilməsinin yayındırılması ilə bağlı məsələ araşdırılan zaman istintaq orqanının tələbi ilə vergi orqanına borcunu müvafiq depozit hesaba ödəmiş, lakin müvafiq dövlət orqanı məlum səbəblərdən həmin vəsaiti son ünvanına ötürməmişdir. Bu halda maraqlı şəxsin müvafiq hüquqi şəxsin rəhbəri olaraq hərəkətsizliyi mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olduğundan həmin hüquqların əsassız məhdudlaşdırılması şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Bu səbəbdən, sözügedən hüquq yalnız qanunvericilikdə nəzərdə tutulan əsaslar olduqda və müvəqqəti olaraq məhdudlaşdırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir. Avropa insan hüquqları məhkəməsi Azərbaycana qarşı tətbiq etdiyi bir çox qərarlarında, o cümlədən Demokratiya və X9 Mərkəzi və Mustafayev Azərbaycana qarşı (ərizələr nöm. 74288/14 və 64568/16) 14 oktyabr 2021-ci il tarixli Qərarında qeyd edir ki, vergi borcuna görə ölkədən çıxış məhdudiyyətləri tətbiq edilərkən, dövlət orqanları alternativ vasitələrdən istifadə etməli və məhdudiyyətin zəruriliyini əsaslandırmalıdırlar. Əks halda belə məhdudiyyətlər insan hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilər. Qeyd edilən halları ümumiləşdirərək məhkəmə bu nəticəyə gəlir ki, hazırkı iş üzrə marqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 77.1, 78.1 və 23.1.15-3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-5.1, 355-5.2 və 355-7.3-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, qərar tam əsaslandırılmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin dövlət büdcəsinə vergilər üzrə 8928 manat və faizlər üzrə 3267,65 manat olmaqla, ümumilikdə 12195,65 manat məbləğində borcu mövcuddur. Şəki Kommersiya Məhkəməsi isə qətnaməsini yalnız "xxxx" MMC tərəfindən “cinayət hüquqi araşdırma zamanı 10000 manat vəsaitin Baş Prokurorluğun depozit hesabına ödənilməsi” ilə əsaslandırmışdır. Göründüyü kimi, vergi ödəyicisinin dövlət büdcəsinə 12195,65 manat borcu olduğu halda, “10000 manat vəsaitin Baş Prokurorluğun depozit hesabına ödənilməsi” ilə əsaslandırılması ədalətli və qanuni hesab edilə bilməz. Nəticə etibarı ilə, 12195,65 manat borcun 10000 manat hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarı formal olaraq əsaslandırılsa da, 2195,65 manat hissəsinə münasibətdə heç bir əsaslandırma aparılmamış, nəticədə vergi orqanı vergi ödəyicisinin vergi borcunun ödənilməsi üsulundan məhrum olmuşdur. Məhkəmənin bu yanaşmasından isə belə başa düşülür ki, 2195,65 manat borc məbləği vergi ödəyicisinin öhdəliyi deyildir və həmin məbləğə münasibətdə vergi ödəyicisi qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşımamalı və sözügedən borc məbləği ödənilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinin 1-ci hissəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15- 3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Beləliklə də, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə iş üzrə qanunvericiliyə uyğun olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə hərtərəfli və tam araşdırma aparmadan, qanunvericilik normalarının tələblərini tam nəzərə almadan, birtərəfli qətnamə qəbul etmişdir. Avropa Məhkəməsinin “Potocka və digərləri Polşaya qarşı” iş üzrə qərarına əsasən, qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Başqa sözlə, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Göstərilənlərə əsasən hesab olunur ki, şikayət olunan məhkəmə qətnaməsinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından, qətnamə tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də hesab edilir ki, barəsində şikayət olunan Şəki Kommersiya Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. “S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarına əsasən, mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarının yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmiş və kommersiya mübahisəsi üzrə məhkəmə tərəfindən borclu vergi ödəyicisinin borcunun ödənilməsi üsulundan vergi orqanının məhrum edilməsi barədə qəbul edilmiş qətnamə əsaslandırılmamışdır. Eləcə də, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin həqiqi hallarına uyğun gəlmir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 08 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına Maraqlı şəxs gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayətini vermiş ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə 08 may 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini qəbul etmədiyini bildirib, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini – direktoru olduğu vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 12195,65 manat vergi borcunun 10000 manat hissəsinin Baş Prokurorluğun depozit hesabına ödənilməsi ilə əsaslandırdı. Apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023 - xx.xx.2025-ci il dövrü əhatə edən və 07 may 2025-ci ildə çap edilmiş X8 məhkəməyə təqdim olunmuşdur (həmin X7 vergi ödəyicisinin yenə də 12195,65 manat məbləğində vergi borcunun olduğu qeyd olunmuşdur).
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizəsinin təmin edilməsinin” xahiş olunması və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 6.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ... 16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək; ... . 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ... . 24.1. Vergi orqanları: ... 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. ... .
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin normaları (maddələri): 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ... 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında. ... . 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12195,65 (on iki min yüz doxsan beş manat 65 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs (ünvan: Mingəçevir şəhəri, X4 küçəsi, ev 20) icra orqanının rəhbəri olduğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 06 yanvar 2025-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 12195,65 manat məbləğində vergi borcu olmuşdur və vergi ödəyicisinə həmin borcun ödənilməsinə dair xəbərdarlıq edilərək, “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə hazırkı ərizə ilə 05 fevral 2025-ci ildə məhkəməyə müraciət olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnamə ilə həmin ərizə təmin olunmamış və məhkəmə bu mövqeyini qətnamədə - cəmi 12195,65 manat məbləğində hesablanmış vergi borcu üzrə maraqlı şəxsin icra orqanının rəhbəri olduğu vergi ödəyicisi "xxxx" MMC tərəfindən 10000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Baş Prokurorluğun depozit hesabına ödənilməsi ilə əsaslandırmışdır. Halbuki, hesablanmış vergi borcları Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilməlidir və həmin Məcəllə ilə müəyyən edilmiş qaydada vergi borclarının düzgün ödənilməsini təmin etmək vergi ödəyicisinin, yəni vergi ödəyicisi olan hüquqi şəxsinnin icra orqanının rəhbərinin vəzifəsidir. Eyni zamanda, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək isə Vergi Orqanının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi isə Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir və həmin Məcəllənin tələblərinə görə Vergi Orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməli, vergi qanunvericiliyinə tam və dəqiq riayət olunmasını təmin etməlidir. Qeyd etmək lazımdır ki, apellyasiya icraatı zamanı ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023 - xx.xx.2025-ci il dövrü əhatə edən və 07 may 2025-ci ildə çap edilmiş X3 məlumatlarla müəyyən olunur ki, həmin vergi ödəyicisinin yenə də 12195,65 manat məbləğində vergi borcu ödənilməmişdir. Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsində və eləcə də, apellyasiya instansiyasında işə baxılarkən vergi ödəyicisi "xxxx" MMC-nin Dövlət Büdcəsinə olan vergi borcunun miqdarı cəmi 12195,65 manat məbləğində olmuş və həmin borcun ödənilməklə və yaxud hər hansı bir qanuni üsulla aradan qaldırılmaqla, X5 silinməsi təmin olunmamışdır. Yəni, vergi ödəyicisi olan "xxxx" MMC-nin Baş Prokurorluğun depozit hesabına ödəmiş olduğu 10000 manat məbləğində ödəniş - müvafiq qaydada vergi ödəyicisinin vergi borcundan çıxılmamış və eyni zamanda, 12195,65 manat məbləğində vergi borcunun 10000 manatdan əlavə, geridə qalan hissəsinin də ödənişi Vergi Məcəlləsi ilə nəzərdə tutulan qaydada ödənməmişdir. Halbuki, bu borcun ödənilməsini və yaxud hər hansı bir qanuni üsulla silinməsini təmin etmək vergi ödəyicisinin, yəni onun icra orqanının rəhbərinin vəzifəsidir. Beləliklə də, məhkəmə kollegiyası, iş materiallarına, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC vergi ödənişləri üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin ərizəsi əsaslıdır və təmin olunmalıdır. Ona görə də, birinci instansiya məhkəməsi 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnamə ilə həmin ərizəni təmin etməməklə, düzgün nəticəyə gəlməmiş və bu nəticə - iş üzrə qanuni və əsaslı nəticə deyildir. Yuxarıda qeyd olunanlara əsasən, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12195,65 manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305, 355-5, 355-6, 355-7, 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(117)-312/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 12195,65 (on iki min yüz doxsan beş manat 65 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri – xx xxxxxx 1956-cı il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.