Məhkəmə qərarları › İş №2-2(107)-93/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-93/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-93/2023 12.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “21000,84 manat pulun və 200 manat mediasiya xərcinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-786/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra-İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Şirkət mülkiyyətində müxtəlif növ məhsulları Müştəriyə satmaqla onun mülkiyyətinə verməyi, Müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür.

2. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Şirkət bu müqavilə qüvvəyə mindikdən sonra Müştərinin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları Müştəriyə nağd və ya nisyə satış qaydasında faktura əsasında verir və Müştərinin özü və ya səlahiyyətli nümayəndəsi “Təhvil-Qəbul Aktı”nı imzalamaqla onları qəbul edir.

3. Həmin Müqavilənin 5.15-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə hesab olunur.

4. xx.xx.2022-ci il tarixli X2ndan görünür ki, həmin tarixə 26006,85 manat məbləğində borcu mövcuddur.

5. xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 30036 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 14515,18 manat məbləğində məhsulun cavabdeh tərəfindən alınması müəyyən olunur.

6. xx.xx.2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, 12301 manat məbləğində məhsul Cavabdeh təhvil verilmişdir.

7. xx.xx.2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, 25454,24 manat məbləğində məhsul Cavabdeh təhvil verilmişdir.

8. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 5006 manat məbləğində ödəniş edilmişdir.

9. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək onun xeyrinə Cavabdeh 21000,84 manat pulun və 200 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 04 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-786/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 21000,84 manat borc və 200 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməsi, ödənilməmiş 153,6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi (bundan sonra - məhkəmə) müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi (yazılı müqavilə istisna edilsə də, tərəflərin etirafına əsasən) bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan elektron qaimə və həmin sənədə cavabdeh tərəfindən edilən fiziki imza ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 331.2, 406.1, 406.2, 406.3, 567 və 600-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli “X2”, xx.xx.2022-ci il tarixli elektron qaimə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Şirkət mülkiyyətində müxtəlif növ məhsulları Müştəriyə (cavabdehə) satmaqla onun mülkiyyətinə verməyi, müştəri isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini Şirkətə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. Məhkəmə qəbul etdiyi qətnaməsində ancaq göstərilən maddələri sadalamaqla kifayətlənmiş, hazırkı iddia tələbi üzrə göstərilən maddələrin kontekstində düzgün araşdırma aparmamışdır. Belə ki, məhkəmə cavabdehlə iddiaçı arasında bağlanmış müqavilədə alınması iddia edilən malların pulunun ödənilməsi qrafikinin tərtib edilməməsini araşdırmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Belə ki, məhkəmə borcun yarandığı iddia edilən gündən bu günə kimi keçən müddət ərzində cavabdeh tərəfindən edilən ödənişlərin tələb edilən borc məbləğindən çıxılıb-çıxılmadığını müəyyən etməmişdir. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2- 2(117)-786/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi ilə yazılı etiraz daxil olmuşdur. Həmin etirazda qeyd edilmişdir ki; - ...iddia ərizəsinə əlavə edilən 03 oktyabr 2022 tarixli, 26 noyabr 2022-ci tarixli “Malların təhvil-qəbul aktları”ndan da göründüyü kimi mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdehin nümayəndəsi və özü tərəfindən imza atılmaqla təhvil alınmışdır. Müvafiq malların təhvil alınması faktı və həmin mallara görə yaranmış borc məbləği tərəflər arasında imzalanmış 31 dekabr 2022-ci il tarixli “X2” ilə də bir daha təsdiq olunur. Bununla bağlı cababdehə pretenziya məktubu göndərilmiş və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. İşin hallarından və məhkəməyə təqdim olunmuş sübutlardan da aydın olu ki, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini dəfələrlə müraciət edilməsinə baxmayaraq borc məhkəmə qaydasında tələb edilənədək ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən işin faktiki hallarını və bu hallara tətbiq edilən hüquq normalarını nəzərə alaraq cavabdehdən 21000,84 manat borc və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə çıxardığı qətnamə qanuni və əsaslıdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2- 2(117)-786/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-786/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

27. Maddə 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

30. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

31. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

32. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

33. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

34. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

35. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

37. Maddə 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 600-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2- 2(117)-786/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

52. İlk növbədə birinci instansiya məhkəməsi göstərmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi (yazılı müqavilə istisna edilsə də, tərəflərin etirafına əsasən) bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan elektron qaimə və həmin sənədə cavabdeh tərəfindən edilən fiziki imza ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyini əsaslı hesab edir.

54. Müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 30036 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 14515,18 manat məbləğində məhsulun İddiaçı MMC tərəfindən təqdim edilməsi, Cavabdeh tərəfindən alınması təsdiq edilir. Elektron qaimə bir maliyyə (vergi) sənədi olaraq qanunvericiliyin tələbinə uyğun olaraq yalnız elektron qaydada təqdim edilir. Həmçinin, xx.xx.2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, həmin tarixdə 12301 manat, xx.xx.2022-ci il tarixli təhvil-qəbul aktı ilə isə 25454,24 manat məbləğində məhsul Cavabdeh təhvil verilmişdir. xx.xx.2023xx.xx.2023-cü il tarixlərində Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 5006 manat məbləğində ödəniş edilmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilədə alınması iddia edilən malların pulunun ödənilməsi qrafikinin tərtib edilməməsinin araşdırmaması ilə bağlı dəililinə münasibətdə qeyd edir ki, iddia ərizəsinə əlavə edilən 03 oktyabr 2022 tarixli, 26 noyabr 2022-ci tarixli “Malların təhvil-qəbul aktları”ndan da göründüyü kimi mallar cavabdehə təhvil verilmiş və həmin mallar cavabdehin nümayəndəsi və özü tərəfindən imza atılmaqla təhvil alınmışdır. Müvafiq malların təhvil alınması faktı və həmin mallara görə yaranmış borc məbləği tərəflər arasında imzalanmış 31 dekabr 2022-ci il tarixli “X2” ilə də bir daha təsdiq olunur. Bununla bağlı cababdehə pretenziya məktubu göndərilmiş və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cababdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir.

56. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

57. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

59. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

61. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ödədiyi pul məbləğləri qətnamənin icrası vaxtı nəzərə alınacaqdır.

64. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2-2(117)-786/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2-2(117)- 786/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar