Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-97/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxsnа qаrşı (açar sözlər: Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 və maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştiraklаrı ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1953-cü il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-1485/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları
1. Vergi ödəyicisi olan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi) öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət dövlət büdcəsinə olan vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcu yaranmışdır.
2. Müəssisənin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin rəhbəridir.
İ. Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi, maraqlı şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1953-cü il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AZE seriyalı *******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin dövlət büdcəsinə olan vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
5. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-1485/2022 saylı qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, xx.xx.1953-cü il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququ Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin (Dövlət Müəssisəsi) dövlət büdcəsinə olan vergi üzrə ümumilikdə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş dövlət büdcəsinə olan vergi, Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fonduna olаn borclаrı ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
9. Mingəçevir Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin vergi orqanına təqdim edilmiş bəyannamələr üzrə 2013-cü ilin yekunlarına görə 328388,35 manat məbləğində dövlət büdcəsinə ödənilməkdən yayınmasına dair Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərin İbtidai Araşdırması Departamentinin İstintaq İdarəsi tərəfindən başlanmış ********* və ********** nömrəli cinayət işi üzrə xx.xx.2015-ci il tarixli iş üzrə icraata xitam verilməsi haqda qərar qəbul edilmişdir. Daha sonra Vergilər Nazirliyi yanında Vergi Cinayətlərin İbtidai Araşdırması Departamentinin İstintaq İdarəsi müəssisə üzrə araşdırmanı davam edərək xx.xx.2017-ci il tarixdə cinayət tərkibi yaradan vergi borcların araşdırmasına dair tərtib etdiyi aktda qeyd etmişdir ki, vergi ödəyicisi olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin aktın tərtib edilmə tarixinə dövlət büdcəsinə 215717,33 manat borc olduğunu, xx.xx.2007-ci ildən sonra yaranan borcun məbləği isə 183261,34 manatdır və vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə vergi bocun ödənilməsinə dair bildiriş göndərilmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəhbəri tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, müəssisənin mövcud borcları ilə bağlı 11 saylı Ərazi Vergilər Departamenti kameral yoxlamalar apararaq aşkar edilən ödənişdən yayınmalarla bağlı istintaq idarəsinə müraciət etmiş və borcların həmin dövrdə yarandığı bəlli olmuşdur. xx.xx.2019-cu il tarixdə 11 saylı Ərazi Vergilər Departamenti alınmalı olan 251508,76 manat məbləğində sərəncamı idarənin hesabına yönəltmişdir. Yuxarıda qeyd olunanları nəzərə alsaq bu qənaətə gəlmək olur ki, mövcud borclar həmin dövrdə yaranmışdır. Buna baxmayaraq 11 saylı Ərazi Vergilər Departamenti mütəmadi olaraq idarəyə borcun bağlanması ilə bağlı bidirişlər və sərəncamlar göndərməklə vergi qanunvericiliyində nəzərdə tutulmuş təsir tədbirləri tətbiq etməkdə davam etmişdir. Yuxarıda qeyd olunan müəssisənin borcunun 2006-ci ildən 2021-ci ilə kimi yaranmasını, vergi departamenti ilə qarşılıqlı razılaşma əsasında vergi borcunun mütəmadi ödənilməsi və azalmasına dair öhdəlik götürdüynü nəzərə alsaq 11 saylı Ərazi Vergilər Departamentinin idarənin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi həqiqəti əks etdirmir və haqsızdır. Yuxarıda qeyd olunan borcların əvvəlki rəhbərliyin təqsiri üzündən yaranmasını, müəssisənin Dövlət Büdcəsi hesabına fəaliyyət göstərdiyini və son bir il altı ay ərzində 100000.00 manat məbləğində müxtəlif sahələr üzrə ödənişlərin edilməsini nəzərə alsaq, Kommersiya Məhkəməsi qarşısında qaldırılan tələbin lüzumsuz olması qənaətinə gəlmək olar. Bu öz növbəsində Şəki Kommersiya Məhkəməsinin e- 2- 2(117)-1485/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olmasına dəlalət edir. Digər tərəfdən məhkəmə prosessual pozuntuya yol verərək Maraqlı şəxs məhkəmə prosesində iştirak etməsini təmin etməmiş və bununla dа müdafiə hüququnu pozmuşdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirаk edən maraqlı şəxsin nümayəndəsi və vəkili Ömərov Ciаnşа İlyаs oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirаk edən ərizəçinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi) öhdəliklərini yerinə yetirmədiyindən dövlət büdcəsinə vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna 162,48 manat borcu vardır. Bu səbəbdən apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-1485/2022 saylı dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
İİİ. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır.
İV. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi
Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 11. ...Sosial sığorta haqqını vaxtında ödəmək məcburi dövlət sosial sığorta haqqları üzrə sığortaolunanın vəzifəsidir.
19. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 15-5.2.2. Sığorta haqlarını vaxtında və tam həcmdə ödəmək icbari tibbi sığorta üzrə sığortalıların vəzifəsidir.
20. “İşsizlikdən sığorta” haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 6. Sığortaedənin hüquq və vəzifələri 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: (...) 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək; 6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək;
21. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi
Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək.
22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
V. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir.
24. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi (Dövlət Müəssisəsi) öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət dövlət büdcəsinə olan vergi üzrə 226847,36 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 626843,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 1788,91 manat, İcbari Tibbi Sığorta Fonduna olan 162,48 manat məbləğində borcu yaranmışdır.
25. Vergi orqanının müraciətlərinə baxmayaraq borc ödənilməmişdir ki, qanunla vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun borcun ödənilməsi məqsədi ilə məhdudlaşdırılması mümkündür.
26. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını, tibbi sosial sığorta və işsizlikdən sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaəti əsaslı sayır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı mübahisədə müəssisənin vergi borcunun nə vaxt yaranmasının, həmin borcun əvvəlki rəhbərliyin təqsiri üzündən yaranmasının, müəssisənin vergi departamenti ilə qarşılıqlı razılaşma əsasında vergi borcunun mütəmadi ödənilməsinin əhəmiyyəti yoxdur.
29. Belə ki, mütamadı ödənişin olmasına baxmayaraq müəssisənin kifayət qədər ödənilməmiş borcu qalmışdır. Bundan əlavə müəsisənin vergi borcundan savayı, həmçinin vaxtında ödənilməmiş məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta borcları da vardır.
30. Bu baxımdan məhkəmə kollegiyası müzakirə edilən dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəni düzgün həll etmişdir.
31. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Şəki Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-1485/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil tərəfindən tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-1485/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.