Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-98/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus **********00120 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına qədər əsassız hesablanmış 16247 manat pulun silinməsi, ödənilmiş 138 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)- 810/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AMX-4819/19 nömrəli qazın alğı-satqısı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla **********00120 nömrəli abonent kodu verilmişdir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir.
3. xx.xx.2021-ci il tarixli təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 manat olmuş, daha sonra xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixli 13 nömrəli Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarı ilə ləğv edilmiş, sonuncu qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş və sonuncu tarixdən sonra təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 manat olmuşdur.
4. xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarında təbii qazın qiyməti 0,20 manatdan hesablanmalı olsa da, abonentin saldosuna əsasən 2021-ci ilin iyul tarixindən 2023-ci ilin noyabr tarixindək iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri 0,25 manatdan hesablanmışdır.
5. Bundan başqa abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən tarif şurasının qərarına uyğun olaraq qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,22 manata qaldırılsa da, cavabdeh xx.xx.2021-ci il tarixdən, yəni Tarif Şurasının qərarının qüvvəyə mindiyi tarixdən 2023-cü ilin noyabr ayınadək 0,25 manat hesabı ilə cavabdehə təbii qazdan istifadəyə görə borc hesablamışdır.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi (bundan sonra - Agentlik) Kürdəmir Filialının Cavabdehnə ünvanladığı 14 fevral 2024-cü il tarixli, 3-15-2-9/2-57/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı Ərzuman oğlunun (abonent kodu: **********00120) təbii qazın sərfinə görə düzgün hesabatın aparılmaması barədə Energetika Nazirliyinə daxil olmuş müracrəti Agentliyin Kürdəmir filıialında araşdırılmış, vətəndaşa məxsus abonent saldosu təhlil olunarkən məlum olmuşdur ki, 2021-ci ilin iyul ayından həmin ilin noyabr ayına qədər istifadə olunmuş 66031 m3 qaz sərfinin hər 1 (bir) m3 üçün 0,20 manat (13206.2 manat) məbləğində müəyyən edilsə də, hər 1 (bir) m3 üçün 0,25 manat (16507.75 manat) hesabat aparılmışdır. Həmçinin, 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 431515 m3 qaz sərfinin hər 1 (bir) m3 üçün 0,22 manat (94933.3 manat) məbləğində müəyyən edilsə də, hər 1 (bir) m3 üçün 0,25 manat (107878.75 manat) məbləğində hesabat aparıldığı məlum olmuşdur. Nəticədə abonentin hesabına təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ əlavə olunmuşdur. Qaydalara 3 nömrəli əlavənin 2.4.7-ci bəndinə əsasən İstehlakçı Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini Paylayıcıdan tələb etmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, istehlakçının abonent hesabına düzəliş edilərək təbii qazın sərfinə görə əsassız olaraq əlavə edilmiş 16247 manat məbləğin silinməsini və nəticəsi barədə Agentliyin Kürdəmir filialına məlumat verilməsini xahiş edilir.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus abonent saldosuna 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 66031 m3 qaz sərfinin hər 1 m3 üçün 0.20 manat (13206.2 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (16507.75 manat) hesabat aparılmışdır. Həmçinin 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 431515 m3 qaz sərfinin hər 1 m3 üçün 0.22 manat (94933.3 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (107878.75 manat) məbləğində hesabat aparıldığı məlum olmuşdur. Nəticədə abonentin hesabına təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ əlavə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialına müraciət etmiş, onların araşdırmasından sonra bütün qeyd etdiyi faktlar öz təsdiqini tapsa da, bu günədək həmin təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ onun abonent saldosundan silinməmişdir. Göründüyü kimi paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 16247 manat zərər dəymişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə etirazla birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, təbii qazın verilməsi ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən qeyri-əhali sektoru üzrə təbii qazın pərakəndə satış qiyməti sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr təbii qaza görə 0.22 manat, digər sahələr üçün isə hər kubmetr təbii qaza görə 0,25 manat məbləğində müəyyən edilmişdir. İddiaçı məxsus Göyçay rayonunun Cəyirli kəndində yerləşən “Çörək sexi” digər sahələr kateqoriyasına aid olduğundan qazın qiyməti Tarif Şurasının qərarına uyğun olaraq 0,25 manat hesablanmış və müəssisənin abonent koduna vurulmuşdur. Göründüyü kimi iddiaçıya məxsus obyektdə hesablanmış 16247 manat borc müəssisədə istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçı tərəfindən ödənilməlidir. İddiaçı iddia ərizəsində əsassız olaraq silinməsini tələb etdiyi məbləği əsassız olaraq 2021-ci ilin iyul ayından tələb edir. Belə ki, Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. 2021-ci ilin npyabr ayından 2023-cü ilin noyabr ayınadək iddiaçının istifadə etdiyi təbii qazın miqdarı 431515 m3 olmuş və onun dəyəri 0,25 qəpikdən 107878,75 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında sonuncu dəfə bağlanmış 07 oktyabr 2019-cu il tarixli, AMX-4819/19 saylı ”Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi”nin 3.1. bəndinə əsasən istehlakçıya satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1(bir) m3 üçün 0.20 manat müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, Nazirlər Kabinetinin qərarına əsasən xx.xx.2021-ci il tarixdən cavabdehin çörək bişirmə sexi digər kateqoriya kimi qəbul edilərək ona hər kub metr qaz sərfiyyatı üçün 0.25 manat hesabat təqdim edilmişdir. 2023-cü ilin noyabr ayında cavabdehin özünün Azəriqaza müraciətindən sonra onun işlətdiyi qaz sərfiyyatı 0.22 manatdan hesablanmışdır. İddiaçı ona həmin dövrdə hesablanmış 0.03 manat qazın fərqindən yaranan borcu mübahisələndirir. Həmin dövr hesabatları bağlandığından onu geriyə şamil edib borcu silə bilmirik. 2021-2023-cü ilin noyabr ayları ərzində iddiaçı tərəfin istifadə ettiyi təbii qazın miqdarı 431515 m3. 431515 m3 dəyəri isə 107878,75 manat təşkil edir. 431515 m3 qazın sərfi 0.22 manatdan hesablandıqda bu məbləğ 94933,30 manat təşkil edir. Hesablanmış 107878,75 manatdan 94933,30 manatı çıxdıqda həmin fərq 12945,45 manat təşkil edir.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-810/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı **********00120 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına kimi əsassız hesablanmış 16245 manat pul İddiaçı hesabından silinməsi, ödənilmiş 138,72 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək iddiaçıya ümumilikdə (12945,45 + 3299,55 = 16245 manat) tarifdən artıq borc hesablanmışdır ki, iddiaçının tələbi 16245 manat borcun tutulması hissəsində əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilərək 16245 manat borc iddiaçının hesabından silinməli, iddia 2 manat artıq hesablanmış borcun silinməsi hissəsində isə rədd edilməlidir.
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
13. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, abonentin saldosu, iddia tələbinə etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazla eyni məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğinin yalnız iddiaçıya məxsus “Çörək Sexi”ndə istifadə edilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-810/2024 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini,
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuş, həmin etirazda bildirmişdir ki, iddiaçıya məxsus abonent saldosuna 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 66031 m3 qaz sərfinin hər 1 (bir) m3 üçün 0.20 manat (13206.2 manat) məbləğində müəyyən edilsə də hər 1 (bir) m3 üçün 0.25 manat (16507.75 manat) hesabat aparılmışdır. Həmçinin, 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 431515 m3 qaz sərfinin hər 1 (bir) m3 üçün 0.22 manat (94933.3 manat) məbləğində müəyyən edilsə də hər 1 (bir) m3 üçün 0.25 manat (107878.75 manat) məbləğində hesabat aparıldığı məlum olmuşdur. Nəticədə abonentin hesabına təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ əlavə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialına müraciət etmişdir. Onların araşdırmasından sonra bütün qeyd etdiyi faktlar öz təsdiqini tapsa da, bu günədək həmin təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ iddiaçının abanent saldosundan silinməmişdir. Göründüyü kimi Paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya 16247 manat məbləğində zərər dəymişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi.
17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
23. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
24. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
25. Maddə 560.3, 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
26. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: - 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. - 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
28. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AMX- 4819/19 nömrəli qazın alqı-satqısı müqaviləsi üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla sonuncuya **********00120 nömrəli abonent kodu verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi müqavilə üzrə qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir.
41. Tərəflər arasında yaranmış hazırkı mübahisə iddiaçının çörək bişirmə sexində istifadə etdiyi təbii qazın dəyərinin 0,20, 0,22 və ya 0,25 manatdan hesablanmasından ibarətdir.
42. Müəyyən edilmişdir ki, iddiaçı çörək bişirmə sexi işlədir və bu zaman təbii qazdan istifadə edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, çörək sexi qaz xidmətlərinin qeyri əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır.
44. Cavabdeh iddiaçıya təbii qazın istehlakına görə 0,25 manat tarifi ilə hesabat aparsa da, 2023-cü ilin noyabr ayından iddiaçının müraciəti əsasında istehlak olunan təbii qazın dəyərini 0,22 manata endirmişdir. Cavabdehin nümayəndəsi hesabatın əvvəlki dövrdə aparılması səbəbi ilə borcu silə bilmədiklərini bildirir ki, cavabdeh sonrakı hərəkətləri ilə ilkin hərəkətlərinin yanlış olduğunu etiraf edir.
45. Bu səbəbdən iddiaçıya ona məxsus obyektdə (çörək sexi) təbii qazdan istifadəyə görə tarif 0,25 qəpik deyil, müvafiq dövrlər üzrə (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) təbii qazın dəyəri Tariş Şurasının qərarına əsasən müvafiq olaraq 0,20 və 0,22 manatdan hesablanmaldır.
46. Belə ki, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 manat məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir.
47. Bundan sonra təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarı ilə Tarif şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2021-ci il tarixdən təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 manat müəyyən olunmuşdur.
48. Göründüyü kimi, kənd təsərrüfatı sahələri üçün xx.xx.12021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istehlak olunmuş təbii qazın dəyəri 0,20 manat məbləğində, xx.xx.2021-ci il tarixdən hazıradək 0,22 manat məbləğində müəyyən edilmişdir.
49. Abonentin saldosundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya təbii qazın istehlakına görə aparılmış hesabat 0,25 manatdan aparılmışdır.
50. Abonentin saldosuna əsasən iddiaçının iddia etdiyi 2021-ci ilin iyul ayından 2021ci ilin noyabr ayınadək iddiaçı tərəfindən cavabdehə tarif şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş tarifə uyğun 0,20 qəpik hesabı ilə deyil 0,25 manat hesabı ilə aparılmışdır.
51. Belə ki, 2021-ci ilin iyul ayında iddiaçının sərfiyyatı 11977 m3 olmuş və ona 0,25 manat hesabı ilə 2994,25 manat borc hesablanmış, halbuki, Tarif Şurasının qərarına əsasən 0,20 manat hesabı ilə təbii qazın dəyəri 2395,40 manat təşkil edir ki, iddiaçıya 598,85 manat artıq borc hesablanmışdır. Eyni ilə digər aylarda da (2021-ci ilin avqust ayı üzrə -13825 m3 x 0.25 = 3456,25 - (13825 x 0.2 =2765) = 691,25 manat artıq hesablama, 2021 sentyabr ayı üzrə - 19910 m3 x 0.25 = 4977,50 – (19910 x 0.20 = 3982) = 993.50 manat artıq hesablama; 2021 oktyabr ayı üzrə - 20319 x 0.25 = 5079,75 – (20319 x 0.20 = 4063,8) = 1015,95 manat artıq hesablama olmaqla ümumilikdə 3301,55 manat tarifdən artıq borc hesablanmışdır).
52. Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 0,25 manatdan hesablama aparıldığını iddia etsə də, iddiaçının saldosu ilə cavabdehin etiraz dəlillərinin əsassızlığı sübuta yetirilmişdir.
53. Tarif şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdən qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifi 0,22 manat olduğundan həmin tarixdən sonra iddiaçıya 0,25 manat hesabı ilə borc hesablanması əsassız olmuşdur.
54. Belə ki, xx.xx.2021-ci il tarixdən 2023-cü ilin noyabr ayınadək iddiaçı tərəfindən sərf olunmuş 431515 m3 təbii qazın dəyəri 0,22 qəpik hesabı ilə 94933,3 manat təşkil etsə də, cavabdeh iddiaçıya hər 1 m3 sərf olunmuş qazın dəyəri üçün 0,25 qəpik olmaqla ümumilikdə 107878,75 manat borc hesablanmışdır ki, göründüyü kimi cavabdeh tərəfindən 12945,45 manat (107878,75–94933,3=12945,45) tarifdən əlavə iddiaçıya əsassız borc hesablanmışdır.
55. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir (qətnamənin 22-25-ci bəndləri).
56. Qanunun bu normaları digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir.
57. Birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək iddiaçıya ümumilikdə 12945,45 + 3299,55 = 16245 manat tarifdən artıq borc hesablanmışdır ki, göründüyü kimi iddiaçının tələbi 16245 manat borcun tutulması hissəsində əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilərək 16245 manat borc iddiaçının hesabından silinməli, iddia 0,02 manat artıq hesablanmış borcun silinməsi hissəsində isə rədd edilməlidir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
60. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
62. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2- 2(117)-810/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)- 810/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin veriməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov