Məhkəmə qərarları › İş №2-2(107)-98/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-98/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-98/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Cavabdeh İddiaçı1, Cavabdeh İddiaçı2 Cavabdeh İddiaçı3 əsas borcun və əldən çıxmış faydanın ödənilməsi, kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin Cavabdeh alınıb iddiaçılara ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: müddət bərpası) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Cavabdeh İddiaçı1 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 7727 manat məbləğində pulun, Cavabdeh İddiaçı2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 6900 manat məbləğində pulun; Cavabdeh İddiaçı3 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilkidə 5000 manat məbləğində pulun alıması, kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin Cavabdeh alınıb iddiaçılara ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2- 2(117)-1092/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “Cavabdeh İddiaçı1 5627 manat əsas borcun və 2100 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 7727 manat məbləğində pulun, Cavabdeh İddiaçı2 5000 manat əsas borcun və 1900 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilikdə 6900 manat məbləğində pulun; Cavabdeh İddiaçı3 4000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə ümümilkidə 5000 manat məbləğində pulun alıması, kommersiya mübahisələri ilə əlaqədar mediyasiya prosessindən keçmək üçün ödənilmiş 200 manat mediyasiya xərcinin Cavabdeh alınıb iddiaçılara ödənilməsi” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim: M.Hüseynov) xx.xx.2024-cü il tarixli, 2- 2(117)-1092/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək Cavabdeh 3850 manat əsas borc və illik 5 %-lə hesablanmış 882,30 manat faiz borcu tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 5000 manat əsas borc və illik 5 %-lə hesablanmış 1145,83 manat faiz borcu tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh 4000 manat əsas borc və illik 5 %-lə hesablanmış 916,66 manat faiz borcu tutularaq İddiaçı3 ödənilməsi, ödənilmiş 200 manat mediasiya xərci Cavabdeh tutularaq müştərək qaydada iddiaçılara ödənilməsi, ödənilməmiş 148,88 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qeyd edilən qətnamədən elektron kabinet vasitəsilə 08 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. X3 09 yanvar 2025-ci il tarixli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə verildiyindən şikayət geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh 14 aprel 2025-ci il tarixində yenidən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni onun qonşuluğunda yaşayan atası tərəfindən qəbul etdiyini, atasının ahıl yaşda olduğundan 1 ay müddət keçdikdən sonra ona təqdim etmişdir. Bundan sonra vəkil Nümayəndə2 ilə müqavilə bağlamış və apellyasiya şikayəti verərək məhkəməyə müraciət etmişdir. Lakin vəkil səhəti ilə bağlı ölkəni tərk etdiyindən sonrakı məhkəmə proseslərindən məlumatsız olmuşdur. Sonra iddiaçılar Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək onun barəsində 20 gün müddətinə inzibati həbs etdirmişlər. Daha sonra apellyasiya şikayətinin geri qaytarılması barədə məlumatlı olmuş və həbsdən çıxdıqdan sonra müddət bərpası ilə birlikdə apellyasiya şikayəti vermişdir. Bu səbəbdən Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli e-2-2(117)-1092/2024 nömrəli qərardadının ləğv edilməsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim: M.Hüseynov) 24 aprel 2025-ci il tarixli, 2- 2(117)-1092/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025ci il tarixli, e-2-2(117)-1092/2024 nömrəli qərardadından Cavabdeh şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli e-2-2(117)-1092/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılması, Cavabdeh tərəfindən 06 yanvar 2025-ci il tarixdə Asan pay vasitəsilə ödənilmiş 133,88 manat apelyasiya şikayəti üçün ödənilmiş məbləğin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-2(117)-1092/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim: M.Hüseynov) 29 aprel 2025-ci il tarixli, e-2- 2(117)-1092/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(117)-1092/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, xx.xx.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003, No.32190/96). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş sənədlər bir-birilə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin (hakim: M.Hüseynov) xx.xx.2024cü il tarixli, 2-2(117)-1092/2024 nömrəli qətnaməsi Cavabdeh elektron kabineti olmadığından poçt vasitəsilə sifarişli (xəbərnaməli) zərflə göndərilmiş və cavabdeh həmin zərfin xəbərnaməsini 30 noyabr 2024-cü il tarixdə imzalayaraq qətnaməni götürmüşdür. Bundan sonra, cavabdehin nümayəndəsi və vəliki Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti isə 08 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə elektron imza ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh tərəf 30 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti verilmə müddətinin sonuncu günü olsada həmin gün qeyri-iş günü olduğundan 06 yanvar 2025-ci il tarixdə verməli idi, lakin cavabdin nümayəndəsi və vəkili apelyasiya şikayəti vermə müddətini iki gün ötürmüşdür. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmçinin, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarının 9.22 bəndində isə qeyd edilmişdir ki, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Bundan başqa, Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəfin məhkəmə sənədlərindən xəbərdar olacaq tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(117)-1092/2024 nömrəli qətnaməsi və Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadı qanunla müəyyən edilmiş qaydada iş üzrə tərəflərə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin geri qaytarma qərardadından vəkil tərəfindən ona məlumat verilməməsi və inzibati qaydada həbsdə olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Kollegiya şikayətin geri qaytarılması barədə vəkilin ona məlumat verməməsi ilə bağlı qeyd edir ki, tərəf seçdiyi vəkillə özü könüllü olaraq müqavilə imzalamışdır. Belə olan halda isə, vəkilin ona məlumat verməməsi və ya digər hallar qarşı tərəfin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Kollegiya şikayətçinin inzibati həbsdə olması ilə bağlı isə qeyd edir ki, apellyatorun vəkilinin verdiyi şikayət Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırki iş üzrə şikayətçi tərəf isə 2025-ci ilin mart ayında, yəni şikayət geri qaytarıldıqdan təxminən iki ay sonra inzibati qaydada həbs edilmişdir. Göründüyü kimi, həbs müddətinə qədər təxminən iki ay müddət keçmişdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətçi tərəfindən irəli sürülən arqumentlər prosessual müddətin bərpa edilməsinə əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında apellyasiya şikayətinin vaxtında verilməsinə maneə törədən obyektiv amillər olmadığından qanunda nəzərdə tutulmuş prosessual müddətin buraxılmasını üzürlü hesab etmək də olmaz. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. (Kapitalbank ASCnin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar). Bundan başqa, qanuni əsas olmadan buraxılmış prosessual müddətin bərpa olunması «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6cı maddəsinə də uyğun olmamaqla, son nəticədə ədalətli məhkəmə araşdırması hüquqununun pozulması ilə nəticələnir. Eyni zamanda, «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006cı il tarixli qərardadında isə Avropa Məhkəməsi bildirmişdir ki, İnsan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir. Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Cavabdeh şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2-2(117)-1092/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar