Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-99/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-298/2023 saylı iş üzrə qəbul etdiyi 23 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-298/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 45.114,14 manat borcun tutulması” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-298/2023 saylı qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətindən bərpasından imtina edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-298/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-298/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “şikayətin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı elə həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə tərəflərin elektron kabinetlərinə yerləşdirilmişdir. Qərardaddan şikayət verilmə üçün nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Belə ki, şikayət xx.xx.2023-cü il tarixdə verilmişdir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan cavabdehin nümayəndəsi və vəkili isə qərardaddan verdiyi şikayətdə bildirir ki, xx.xx.2023-cü il tarixli qərardadın elektron kabinetə əlavə edilməsi barədə bildiriş 10 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur və 10 gün müddətin sonu qeyri-iş gününə düşmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsində təsbit edilmişdir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə tərəflərin, o cümlədin cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə 23 oktyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il(qeyd olunan tarix qeyri-iş gününə düşmür) tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 23 oktyabr 2023-cü il tarixdə verilmişdir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “şikayətin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkilinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-99/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-99/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver