Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-1/2020 10.02.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Kərimov Rahib Əhməd oğlunun məhkəmə iclas katibliyi ilə, İddiaçı-nin nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlunun iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iqtisadi iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 15933,00 (on beş min doqquz yüz otuz üç) AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və 31 (otuz bir) AZN ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən H.X.Muradov) İddiaçı-nin Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 15933,00 (on beş min doqquz yüz otuz üç) AZN məbləğində əsas borcun, əldən çıxmış faydaya görə qətnamənin tam icra ediləcəyi günədək əsas borcun illik 10%-i miqdarında pul məbləğinin və 31 (otuz bir) AZN ödənilmiş dövlət rüsumunun tu tularaq İddiaçı-nin xeyrinə ödənilməsinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməsi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan İddiaçı-nin idarə heyərtnin sədri Bayramov Elşad Sərdar oğlu apelyasiya şikayəti ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(087)42/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-nin idarə heyətnin sədri Bayramov Elşad Sərdar oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinə görə Cavabdeh ilə İddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmamış və bu halı əsas götürərək h esab etmişdir ki, iddiaçının iddia tələbi yolverilməzdir. Birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, işin həqiqi hallarını hərtərəfli araşdırmadan iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edərək qətnamənin apelyasiya qaydasında ləğvi və yekun məhkəmə aktı qəbul edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, işin halları ilə bağlı məhkəməyə bildirilib ki, Cavabdeh ilə İddiaçı arasında alğı-satqı razılaşması baş tutmuşdur. Razılaşmaya əsasən, müəssisənin istehsal etdiyi mallar sifariş əsasında alıcıya verməli, alıcı qeyd olunan malları təhvil aldıqdan sonra müəyyənləşdirilmiş müddət ərzində dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə alğı-satqı müqaviləsinin olmam asını iddia tələbinin rədd edilməsi üçün başlıca əsas kimi götürsədə, bildirilir ki, alğısatqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Belə olan halda Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, cavabdeh borclu idi ki, aldığı malların pullarını-dəyərini iddiaçıya ödədiyini sübut etsin. Bununla bağlı bildirilir ki, Cavabdeh məhkəməyə izahatında alğı-satqının baş tutmasını və malların təhvil alınmasını özü təsdiq etmiş, bununla bağlı heç bir etirazı olmamışdır. Yəni əgər alğı-satqı müqa viləsi tərəflər arasında olan münasibətlərin təsdiqidirsə cavabdeh bunu mübahisələndirməmiş, özü bunu etiraf etmişdir. Yəni aşkar sübutdur ki, hər bir halda qeyd olunan alğı-satqı həyata keçirilmiş, mallar cavabdehə təhvil verilmişdir. Bununla bağlı məhkəmə aşkar sübutu lazımınca qiymətləndirmədən müqavilənin olmamasını əsas götürərək iddia tələbini təmin etməmişdir. Naxçıvan İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinin ədalətsiz və əsassız olmasına dəlalət edən, işin tam və hərtərəfli araşdırılmamasını şübhə altına alan məhkəməyə sübut qismində təqdim edilən xx xxxx 2017-ci il tarixli üzləşdirmə aktıdır. Belə ki, cavabdeh tərəfindən ödəniş olmadıqda xx xxxx 2017-ci il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmişdir. Yoxlama əsasında Cavabdeh 15933, 00 (on beş min doqquz yüz otuz üç) m anat debitor borcunun olduğu müəyyən edilmişdir. Qeyd olunan tarixdə audit şöbəsində audit-təftişçi vəzifəsində çalışan Ayaz Kamallının və satış meneceri vəzifəsində çalışan Zahir Əhmədovun həmçinin Cavabdeh da iştirakı ilə üzləşdirmə aktı imzalanmış, cavabdeh 15933,00 AZN borcunun olduğunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh izahatında qeyd edir ki, müəssisəni tanımır və orada heç vaxt olmamışdır. Lakin üzləşdirmə aktı imzalandığı tarixdən sonra Cavabdeh müəssisəyə gələrək, borcunun hər ay 500 AZN olmaqla hissə-hissə ödənilməsini xahiş etmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında izahat verərkən heç bir aktı imzalamadığını, müəssisəyə olan borcunu tam şəkildə ödədiyini bildirmiş, lakin bununla bağlı heç bir ödəniş qəbzi təqdim etməmişdir. xx xxxx 2017-ci il tarixli üzləşdirmə aktındakı imza mübahisələndirildiyindən tərəflərindən məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(087)-42/2019 saylı qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin olunmuşdur. Lakin cavabdehin sərbəst imza nümunələri məhkmədə götürülməmişdir. Belə ki, imza nümunələrinin onların iştirakı ilə götürülməsinin zəruri olduğu halda hakim məhkəmə prosesi vaxtı deyil, iclas bağlı elan olunub nümayəndələri iclas zalını tərk etdikdən sonra imza nümunələrinin götürülməsini təmin etmişdir. Bu da ekspertizanın qeyri-şəffaf aparılmasına doğru atılan ciddi addımdır. Sərbəst imza nümunələrinin iştirakımız olmadan götürülməsi, ekspertizaya təqdim edilən imza nümunələrinin h əqiqətən də cavabdehdən götürülüb götürülməməsini şübhə altına alan başlıca xüsusatdır. Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu iltarixli, 153/19 nömrəli ekspert rəyinə əsasən, xx xxxx 2017-ci il tarixli üzləşdirmə aktındakı “müştəri” qrafasındakı imza Cavabdeh tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Aşağıda sadalanan hallara əsasən ekspertiza tədqiqatı qərəzli və ədalətsiz şəkildə aparılmış, işin ədalətli araşdırılmasına mane olmuşdur. İş üzrə icraat yenilənərək məhkəmə prosesi xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Həmin tarixə digər proseslər olduğundan, həmçinin təyyarə biletlərinin olmadığından nümayəndələrinin məhkəmə iclasında iştirakı mümkünsüz olmuşdur. Bu səbəbdən xx.xx.2019-cu il tarixli teleqramla məhkəməyə müraciət edə rək məhkəmə prosesini növbəti tarixə təxirə salınmasını xahiş etsə də məhkəmə tərəfindən nəzərə alınmamış və iştirakları olmadan işə baxılmışdır. Müraciətləri nəzərə alınaraq məhkəmə iclasında iştirakları təmin edilsə idi ekspertiza rəyindən narazı qaldıqları halları məhkəməyə bildirər ekspertin məhkəmə prosesinə dəvət edilməsi barədə məhkəməyə müraciət edərdilər. Dəfələrlə müraciət etmələrinə və yekun məhkəmə aktının çıxarılmasına baxmayaraq hələ də ekspertiza rəyi ilə tanış olmayıblar. Məhkəməyə ünvanladıqları iki dəfə yazılı müraciətlərinə və çoxsaylı telefon danışıqlarına baxmayaraq məhkəmə ekspertiza rəyini ünvanlarına göndərməkdən imtina etmiş, aşkar şəkildə MPM-in 47-ci maddəsi ilə qorunan iş materialları ilə tanış olmaq hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə ekspertiza rəyi i lə onları tanış etməyərək, rəsmi qaydada ünvanlarına göndərilməsini təmin etməyərək və məhkəmə iclasında iştirak etməyərək əlavə sübutlar və etirazlarını bildirmək üçün xahişlərini nəzərə almayaraq formal əsaslarla dövlətin adından əsassız qətnamə çıxarmışdır. Bununla da ekspertiza tədqiqatı ilə tanış olub araşdırmaq, etirazlarını bildirmək, vəsatətlər vermək, eksperti məhkəmə iclasına dəvət etmək, digər şahidlər gətirib məhkəmə iclasında izahatının alınmasını təmin etmək hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eynilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir. Həmin Məcəllənin 19.2.3-cü maddəsinə əsasən isə, o, şəx sən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bununla bağlı bildirilir ki, məhkəmə xətşünaslıq ekspertizasının tədqiqatını aparan Naxçıvan MR Ədliyyə Nazirliyinin Ekspertiza İdarəsinin eksperti Emin Əliyevin Cavabdeh ilə eyni yerdən-Culfa rayon Kırna kəndindən olması ekspertiza tədqiqatının qeyri-obyektiv və qərəzli şəkildə aparılmasının başlıca sübutudur. Bununla da məhkəmə həqiqətə uyğun olmayan ekspertiza rəyini yekun məhkəmə aktının çıxarılması üçün əsas götürərək dövlətin adından qətnamə çıxarmışdır. Sübutları qiymətləndirən zaman məhkəmə əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94,§282). Cavabdeh izahatında bildirmişdir ki, aldığı malların pulunu Zahir adlı şəxsə vermişdir və artıq müəssisəyə heç bir borcu yoxdur. Məhkəmə Zahir Əhmədovun məhkəməyə gətirilməsini tələb etmiş bununla bağlı məhkəməyə öz etirazlarını bildirmişlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun mahiyyəti ondan ibarətdir ki, tərəflərdən biri iddia etdiyi halların məhkəmə tərəfindən sübut qismində qəbul olunaraq nəzərə alınması üçün həmin halları sübut etməlidir. Məhkəmədə iddia edilib, lakin sübuta yetirilməyən heç bir xüsusat nə sübut qismində qəbul oluna, nə də məhkəmədə daxili inam yarada bilməz. Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusi ya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə xx xxxx 2008ci il, M.Şahverdiyevanın şikayəti üzrə xx xxxx 2013-cü il tarixli Qərarları). Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (“Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) xx.xx.2005-ci il tarixli qərarına əsasən xx xxxxxx 1997ci il tarixli üzləşmə aktı sübut qismində qəbul edilmiş və işlə bağlı ədalətli və obyektiv qərar qəbul olunmasında zəruri hüquqi əhəmiyyətə malik olmuş dur. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə x xxxx 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə xx xxx 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışnın təhlili zamanı məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göründüyü kimi birinci instansiya məhkəməsi işin hallarını araşdırmayaraq, təkcə ekspertin həqiqətə uyğun olmayan rəyinə və cavabdehin şifahi izahatına istinad etməklə mülkiyyət hüquqlarını pozmaqla yanaşı prosessual hüquqlarını da (işin ədalətli araşdırılması və s.) pozmuşdur. Halbuki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilrəkən iş ə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə xx xxxx 2016-cı il tarixli qərarı). Qeyd edilən qərarlarda sabitləşmiş hüquqi mövqelərdən də müəyyən edilir ki, məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının mülkiyyət hüquqlarına toxunmuş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Beləliklə, hesab edirlər ki, 1) cavabdeh alğı-satqı münasibətlərini, malları təhvil almasını, etiraf etdiyi halda alğı-satqı müqaviləsi olmadığını əsas götürməsi, 2) mövcud faktları araşdırmayaraq, cavabdehin pulları ödədiyini desə də heç bir ödəniş qəbzi təqdim etməməsi kimi şifahi izahatına əsaslanması, 3) ekspertizanın qeyri-obyektiv, qərəzli şəkildə aparılması, tədqiqatı aparan şəxsin cavabdehlə yaxın olması, 4) hakimin məhkəmə proseslərində aşkar şəkildə cavabdehə vəkillik etməsi-yekun məhkəmə aktının ədalətsiz olmasına, iddiaçının maddi və prosessual hüquqlarının pozulmasına dəlalət edir və qətnamənin apelyasiya qaydasında ləğvi üçün başlıca əsasdır. Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş üzrə Cavabdeh məhkəmə i clasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, İddiaçı-nin nümayəndəsi Bağırlı Əbdüləli Tofiq oğlunun izahatını dinləyib Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsini n 2-ci hissəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, filial və nümayəndəliklər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqlar ı, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.4-cü maddəsinin 1-ci abzasına əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Ve rgi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə-filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Həmin maddənin 2-ci abzasına əsasən dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Həmin maddənin 4-cü abzasına əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin maddənin 5-ci abzasın a əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə iddia ərizəsindən və ona əlavə olunmuş materiallardan məlum olur ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddiasının əsası kimi tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmasına və C avabdeh həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi ilə əlaqədar borcu olması barədə xx xxxx 2017-ci il tarixli “Hesablamaların qarşılıqlı üzləşdirmə aktı”na istinad edir. İşin kollegiyada araşdırılması zamanı “Elektron məhkəmə” informasiya sisteminin məlumat bazasından əldə edilmiş vergi ödəyicisinin məlumatlarından müvafiq çıxarışdan məlum olmuşdur ki, iddia ərizəsində və iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat vərəqəsinin surətində göstərilmiş VÖEN (**********) fiziki şəxs kimi Cavabdeh xx xxxx 2018-ci il tarixində verilmişdir. Belə olan təqdirdə iddia olunan hüquq münasibətinin yarandığı vaxt, o cümlədən xx xxxx 2017-ci il tarixli “Hesablamaların qarşılıqlı üzləşdi rmə aktı” tərtib olunarkən qüvvədə olan yuxarıda göstərilən maddi hüquq normalarına müvafiq olaraq Cavabdeh fərdi sahibkar statusu olmamışdır. Buna görə də mübahisənin Cavabdeh fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış hesab etmək də olmaz. Lakin Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi bu halı araşdırıb lazımi hüquqi qiymət verməyərək işə iqtisadi mübahisə kimi mahiyyəti üzrə baxaraq xx xxxxxxxx 2019-cu il tarixli qətnamə qəbul etməklə nəticə vermişdir. Buradan da anlaşılır ki, iş aidiyyət qaydalarına riayət edilmədən icraata qəbul edilmiş və aidiyyət qaydaları pozulmaqla işə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmışdır. Halbuki Azərbaycan Respublikasının MPM-in 25.1-ci maddəsinin işə birinci instansiya m əhkəməsində baxılarkən qüvvədə olan redaksiyasında deyilirdi ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən ai diyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə müvafiq olaraq da birinci instansiya məhkəməsi işi icraata qəbul etdikdən sonra mübahisənin Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə aidiyyəti olmamasını müəyyənləşdirərək işi aidiyyəti üzrə Cavabdeh rəsmi qeydə alındığı yer üzrə Culfa Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad qəbul etməli olduğu halda, məhkəmə aidiyyətinə dair prosessual hüquq normalarını pozmaqla işə mahiyyəti üzrə baxaraq nəticə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsəl ələri haqqında" xx xxxx 2003-cü il tarixli 3 nömrəli qərarının 1-ci bəndində yuxarı instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərsinlər. Belə halda, yuxarı instansiya məhkəməsi tərəfindən iddianın baxılmamış saxlanmasına və ya iş üzrə icraata xitam verilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiy a qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.1-ci maddələrinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya yuxarıda göstərilənlərə müvafiq olaraq belə nəticəyə gəlir ki, işə, onu aidiyyət qaydalarını pozmaqla icraatına qəbul etmiş məhkəmənin hakimi tərəfindən baxılması, işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması kimi qəbul edilərək, apelyasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikasının İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tamamilə ləğv edilməli və iş baxılması üçün aidiyyəti üzrə Cavabde h rəsmi qeydə alındığı yer üzrə Culfa Rayon Məhkəməsinə göndərilməlidir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli olduğundan, kollegiya belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə lüzum yoxdur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5, 263, 264, 403-1 və 405-ci maddələrini rəhbər tutaraq kollegiya qərar verdi: Apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(087)-42/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardad onlara rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Əhliman Xıdırov Fərman Abbasov Sənan Qarayev
Məhkəmə qərarları › İş №2-2(108)-1/2020
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-1/2020
10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver