Məhkəmə qərarları › İş №2-2(108)-1/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-1/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-1/2025 23.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə6 iştirakları ilə, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və ya vurulan zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfində n verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Nümayəndə2 10 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC ilə 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 19 aprel 2024-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsinə ərizə ünvanlayaraq cavabdehlə, "xxxx" MMC ile 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehden alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 26 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaya “Cavabdeh, "xxxx" MMC ilə 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 nömrəli müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş form ada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq borcalanın, Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması” tələbi həcmində baxılması qərara alınmışdır. Naxçıvan MR Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) Cavabdehnə (VÖEN-**********) qarşı 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 saylı müqavilə üzr ə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və ya müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat borcun cavabdehdən alınaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma ve Arxitektura Komitəsinin bank hesabına ödənilməsi, iddiaçının ödəməkdən azad edildiyi 2140.27 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Naxçıvan MR Kommersiya Məhkəməsinin qətnaməsindən narazı qalan iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil 28 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Res publikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-137/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, MPM-nin 220.1 və 220.2-ci maddələrinin tələblərinə zidd formada hazırlanan qətnamədə çətinliklə də olsa birinci instansiya məhkəməsinin iddianı təmin etmək üçün əsaslarının aşağıdakılardan ibarət olduğunu müəyyənləşdirə bildi. Bu şikayətin müvafiq bölmələrində ətraflı izah edəcəyi kimi A) işə baxan məhkəmə sədrinə etiraz edilməyinə baxmayaraq etirazı həll etmək üçün apellyasiya məhkəməsinə göndərmək əvəzinə etirazı hakimin özünün həll etməsi; B) mülki məhkəmə hakiminin daxili inamına görə qərar vermək səlahiyyəti olmadığı halda qətnamədə açıq-aydın hakimin daxili inamına görə qərar verdiyini etiraf etməsi; C) tərəflərindən təqdim edilən sübutlara nəinki qiymət verilməməsi, ümumiyyətlə sübutlar siyahısında sadalanmaması; D) iddia tələbinə uyğun olaraq Mülki Məcəllənin “icra məqamı” ilə bağlı müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməməsi; E) xüsusi bilik tələb edən texniki göstəricilərlə bağlı halların hakimin daxili inamı, yaxud vizual görünüş kimi qeyr-imötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi; F) məhkəmənin müqavilə predmeti avadanlıqların “iddiaçının gözü önündə işlədilərək təhvil” verilməsi kimi şərtlər irəli sürərək tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nət icəyə gəlinməsi sözügedən qətnamənin tamamilə ləğvi üçün əsasdır. MM-nin 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququ var. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini aid etmək kimi meyarlar daxildir. Konstitusiya Məhkəməsinin vurğuladığı kimi, “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməlidir” ("xxxx" MMC şikayəti üzrə Konstitusiya Məhkəməsi qərarı, 11 iyun 2018). Tərəflər arasında bağlanmış müqaviləyə əsasən isə avada nlıqlara təhvil-təslim edildikdən sonra 1 il müddətinə zəmanət verilir. Avadanlıqlar təhvil verildikdən 3 il sonra avadanlıqların keyfiyyəti ilə bağlı, ümumiyyətlə, müzakirə açılması və bunun iddia predmeti halını gətirilməsi müqavilə şərtlərinə ziddir. Birinci instansiya məhkəməsi sözügedən mübahisəyə müqavilə şərtlərini tətbiq etmədiyi üçün cavabdehin MM-nin 390cı maddəsində müəyyən edilmiş müqavilə azadlığını pozmuş və dolayısıyla hüququn tətbiqində səhvə yol vermişdir. İş materiallarından göründüyü kimi xx.xx.2020-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Cavabdeh MMC arasında “X7 (Qırma, Yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına” dair 05 nömrəli Müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin müqaviləyə əsasən mü qavilə predmeti avadanlıqların çatdırılma yeri, başqa sözlə, icraçının müqavilə üzrə öhdəliyini icra yeri Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonu Böyükdüz ərazisindəki “X8” MMC-nin istehsal sahəsi olaraq müəyyənləşdirilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş avadanlıqların təchizatı və quraşdırılması xx.xx.2021-ci il tarixində müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyin icrası yeri olan Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonu Böyükdüz ərazisindəki “X8” MMC-nin istehsal sahəsinə çatdırılmış və xx.xx.2022-ci il tarixinə qədər (iki ay ərzində) quraşdırılmışdır. (Həmin tarixilərdə çəkilmiş və avadanlıqların çatdırılması və quraşdırılması prosesini əks etdirən 49 ədəd fotoşəkil, bundan başqa həmin tarixlərdə avadanlıqların Naxçıvan Muxtar Respublikası ərazisinə gətirildiyinə dair yük gömrük bəyannamələri iş materiallarında mövcuddur). Beləliklə, həmin tarixdən etibarən müqavilə üzrə öhdəlikləri tam şəkildə icra olunmuşdur. Bundan sonra iddiaçı qurumda yoxlamalar başlamış, struktur və rəhbər dəyişikliyi olmuş, keçmiş rəhbərlik barədə cinayət işi açılmışdır. Bu proses əsnasında kontragent avadanlıqların işləmə qaydası barədə təlimlərdə iştirak edəcək şəxsləri təmin edə bilməmişdir. Təlimdə iştirak edənlər (“X8” MMC-nin əməkdaşları) yalnız 2023-cü ilin avqust ayı üçün təmin edilmiş, həmin tarixdə də dəvətləri ilə avadanlıqların istehsalçı firması “Salt Project”in təlimçiləri Naxçıvan Muxtar Respublikasına səfər etmiş, avadanlıqları işə salmış və “X8” MMC-nin əməkdaşlarına istehsal prosesinin hər mərhələsi haqqında praktiki təlimlər vermişdir. (Həmin təlimləri əks etdirin 9 ədəd video-görüntü, bundan başqa “Salt Project” təlimçilərinin həmin tarixdə Naxçıvana səfərini təsdiq edən sənədlər iş materiallarında mövcuddur). Bundan başqa, xx.xx.2024-cü ildə “X8” MMC-nin istehsalat sahəsində məhkəmə tərəfindən yerində müayinə edilmiş və sözügedən avadanlıqların müqavilə üzrə icra yerinə gətirildiyi və quraşdırıldığı bir daha təsdiqini tapmışdır. Daha sonra tərəflərindən xx.xx.2024-cü ilə iddiaçıya təqdim edilən avadanlıqların siyahısı olan təhviltəslim aktı göndərilmiş və imzalanaraq geri qaytarılması xahiş edilmişdir. (İddiaçıya göndərilmiş xəbərdarlıq məktubu ilə müşayiət olunan təhvil-təslim aktının surəti iş materiallarında mövcuddur). Beləliklə, göründüyü kimi iddia tələbində qeyd edildiyi kimi birinci instansiya məhkəməsi müqavilə predmeti malların təhvil ve rildiyini müəyyən etməli, dolayısıyla MM-nin 579-cu maddəsini tətbiq etməli olduğu halda sözügedən müddəanı tətbiq etməyərək səhvə yol vermişdir. Belə ki, ümumiyyətlə “təhvil-təslim” aktı “maddi hüquq yox, prosessual hüquq alətidir. Başqa bir ifadə ilə, “təhvil-təslim aktı” hüquq/öhdəlik yaradan, xitam edən iradə ifadəsi olmayıb maddi hüquq baxımından heç bir əhəmiyyəti yoxdur. “Təhvil-təslim aktı” yalnız prosessual hüquq baxımından sübut vasitəsi ola bilər. Onların işdə isə iddiaçının etirafı, yerində müayinə və təqdim edilən digər dəlillər malların çatdırıldığını işin mübahisəsiz halına çevirmişdir. Bundan başqa isə nəzərə almaq lazımdır ki, qanunverici öhdəliklərin icrası zamanı vicdanlılığı (MM-nin 5-ci, 425-ci maddələri) təmin etmək və hüquqlardan sui-istifadənin qarşısını almaq (MM-n in 16-cı, 560-cı maddələri) məqsədi ilə alqı-satqı müqavilələri üçün “icra məqamı”nı xüsusi ilə olaraq tənzimləmişdir. Buna görə əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Yuxarıda da qeyd etdiyi kimi avadanlıqlar xx.xx.2021-ci il tarixindən etibarən iddiaçının müqavilə üzrə təhvil verilməsini istədiyi hüquqi şəxsin hakimiyyət sahəsinə girmiş və ixtiyarına verilmişdir. MPM-ə görə mülki məhkəmə icraatında məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azə rbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir. Başqa sözlə, cinayət mühakimə icraatından fərqli olaraq (CPM-nin 25.3-cü maddəsi) mülki məhkəmə hakiminin sübutların tədqiqində öz daxili inamına istinad etmək səlahiyyəti yoxdur. Birinci instansiya hakimi isə sübutları tədqiq edərkən “iş üzrə müayinə zamanı qeydə alınmış fotoşəkillərdən və hakimin daxili inamına əsasən iddiaçının tələbini dəyişdirərək duz zavodunun ilkin olaraq təhvil-təslim edilməsini istəməsinə baxmayaraq cavabdehin bu yöndə hərəkətlilik göstərməməsi ilə müəyyən olunur ki, həqiqətən də müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyəti tələb olunan səviyyədə deyildir” deyərək öz daxili inamına istinad e dərək avadanlıqların tələb olunan səviyyədə olmadığı qənaətinə gəlmişdir. Hakimə etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in bu açıq göstərişinə baxmayaraq, işə baxan məhkəmə sədri cənab Elşən Salmanova etiraz edildiyi halda, hakim işi apellyasiya məhkəməsinə göndərməmişdir. Bunun əvəzinə xx.xx.2024 tarixli qərardadla “hakimə etiraz” ərizəsinə özü baxmış və etirazı baxılmamış saxlamışdır. Dolayısıyla, hakimin tərəfsizliyi ilə bağlı məsələ qanunmüvafiq halda həll olunmadığı üçün MPM-nin 387.2.1-ci maddəsində nəzərdə tutulan hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olan “işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılma” prosessual pozuntusu baş vermişdir. MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qətnamənin sübutlar hissəsində isə yalnız iddiaçının işlə əlaqəsi olmayan sübutları sadalanmış, tərəfindən məhkəməyə təqdim edilmiş və avadanlıqların təhvil verildiyini sübut edən 49 ədəd fotoşəkil, çoxsaylı videogörüntülər, iddiaçıya yazılmış məktublar ümumiyyətlə nəzərə alınmamış, niyə nəzərə alınmadığına dair tək sətirlik münasibət belə bildirilməmişdir. Bunun əvəzinə işdə maraqlı tərəf olan İqtisadiyyat Na zirliyinin iddiaçıya yazdığı məktublara əsasən qətnamə çıxarılmışdır. İddia tələbi müqavilə üzrə şərtləşdirilmiş avadanlıqların təhvil verilməsi olduğu halda, iddiaçı iddiasını sübut etmək üçün təqdim etdiyi FHN aktında avadanlıqların yerləşdirildiyi istehsal binasına dair çatışmazlıqlar (hovuzun üstü açıq olması, havalandırma sisteminin olmaması və s.) qeyd edilmişdir. Məhkəmə isə sözügedən çatışmazlıqların mübahisə mövzusu olan müqavilənin predmeti olmadığını, ümumiyyətlə bu müqaviləyə aidiyyatı olmadığını aydınlaşdırmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi müqavilə üzrə test istehsalı üçün bir dəfə cavabdehin öz vəsaiti hesabına xammal alıb test istehsalı həyata keçirməsi və burada iddiaçının göndərdiyi nümayəndələrin iştirakı faktına baxmayaraq, yenə də test istehsalı üçün h azır olduğunu və xammal tələb etdiyini buna baxmayaraq iddiaçının bu xammalı təmin etməkdən boyun qaçırdığını nəzərə almamış və test üçün xammalı kimin təmin edəcəyini aydınlaşdırmamışdır. Məhkəmə qətnamədə quraşdırılmış avadanlıqların keyfiyyətinin tələb olunan səviyyədə olmadığını qeyd etmişdir. Buna əsas kimi isə “daxili inamı” kimi qeyri-mötəbər sübuta istinad etmişdir. Bundan başqa, texniki bilik tələb edən hallar baxımından ekspertiza rəyi olmadan fotoşəkillərlə avadanlıqların keyfiyyətinə qiymət vermişdir. Birinci instansiya məhkəməsi açıq-aydın şəkildə müqavilədə belə bir müddəa olmadığı halda sanki müqavilədə “duz istehsal edildiyi halda avadanlıqlar təhvil verilmiş sayılır” şərti varmış kimi iş üzrə qənaətə gəlmiş və beləliklə, olmayan müqavilə müddəasına istinad edərək qətnamə ç ıxarmışdır. Birinci instansiya məhkəməsi qətnaməsində “həmçinin iş materiallarında görünür ki, müəssisəyə iddiaçı tərəf çağırılaraq və iddiaçı tərəfin gözü önündə istehsal müəsisəsi işlədilərək onlara təhvil verilməmiş və bu barədə hər hansı akt tərtib edilməmişdir” qeyd etsə də, iş materiallarındakı hansı sübuta istinadən bu qənaətə gəldiyini açıqlamamış və dolayısıyla faktı təhrif edilmişdir. Halbuki, təqdim etdikləri video və fotoşəkillərdən aydın şəkildə göründüyü kimi cavabdehin öhdəliyi olmasa belə avadanlıqlar işlədilərək təhvil verilmişdir. Bundan başqa, hətta hakim yerində müayinə zamanı istehsal edilmiş duzdan nümunələr götürməsinə baxmayaraq qətnamədə bunları qeyd etməməsi hakimin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsinin açıq nümunəsi sayılmalıdır. Həmçinin birinci in stansiya məhkəməsi tərəfindən sözügedən müqavilənin alqı-satqı müqaviləsi olduğunu vurğulamaqları avadanlıqların işlədilərək təhvil verilməsindən yayınmaqları olaraq qiymətləndirilmişdir. Açığı bu necə səbəb-nəticə əlaqəsidir, anlamaqda çətinlik çəkdikləri bildirməklə bərabər apellyasiya instansiyasına diqqətinə çatdırır ki, bu müqavilənin alqısatqı müqaviləsi olmağını vurğulamaqlarının səbəbi əlaqəsiz şəkildə iddiaçının istehsal müəssiəsinin inşaatı ilə bağlı tələblər irəli sürməsi və istehsal edilən məhsulun keyfiyyətini mübahisələndirməsidir. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi “həmçinin məhkəmənin dəfələrlə barışıq üçün tərəflərə hüquqlarının bildirilməsi və bu yöndə tərəfləri yönləndirməsi cavabdeh tərəfin hərəkətsizliyi ilə nəticə əldə edilməməsinə gətir ib çıxarmışdır” nəticəsi də işin hallarına uyğun deyil. Belə ki, iclasların videoyazılarından da aydın şəkildə görünəcəyi kimi cavabdeh nümayəndəsi olaraq dəfələrlə öhdəlikləri olmadığı halda xammal təqdim edildiyi halda artıq ikinci dəfə də avadanlıqları işə sala biləcəklərini vurğulasa da, iddiaçı xammal təmin etməkdən boyun qaçırmışdır. Apellyasiya instansiyasının diqqətinə o məqamı da çatdırır ki, ümumiyyətlə iddiaçının tələbləri qeyri-müəyyən olmuş, nə istədiyini bilməmiş, ümumiyyətlə iddianı niyə qaldırdığını ağlabatan şəkildə izah edə bilməmişdir. Məhkəmə isə müqavilə üzrə cavabdehin öhdəliyi olmayan işlərin cavabdeh tərəfindən görülməsini diktə etmişdir. Bu istiqamətdə, təəssüf ki, MTT institutundan təsir vasitəsi olaraq istifadə edilmiş, iddia tələbinə qeyri-mütənasib şəkildə cava bdehin bütün əmlaklarının özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdır. Apellyator apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 13, 22.5, 220.1, 220.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 16, 425, 560, 579, 390-cı maddələrinə, "xxxx" MMC şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli Qərarına istinad edərək sonda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-137/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 16 noyabr 2024-cü il tarixdə kollegiyaya etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, cavabdehin, şirkətin nümayəndəsi və vəkili tərəfindən məh kəmə qətnaməsindən verilən apellyasiya şikayəti ərizəsinin 5-ci işin halları hissəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndləri ilə müəyyən edilən məhkəmə qətnaməsinə istinadən 5-ci bəndində nəticə etibarilə apellyasiya şikayətinin (məhkəmə qətnaməsinə etirazın) əsas səbələri kimi aşağıdakılar göstərilir. A) işə baxan məhkəmə sədrinə etiraz edilməyinə baxmayaraq etirazı həll etmək üçün apellyasiya məhkəməsinə göndərmək əvəzinə etirazı hakimin özünün həll etməsi; B) mülki məhkəmə hakiminin daxili inamına görə qərar vermək səlahiyyəti olmadığı halda qətnamədə açıq-aydın hakimin daxili inamına görə qərar verildiyini etiraf etməsi; C) tərəflərindən təqdim edilən sübutlara nəinki qiymət verilməməsi, ümumiyyətlə sübutlar siyahısına salınmaması D) iddia tələbinə uyğun olaraq Mülki Məcəllənin “icra məqa mı” ilə bağlı müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməməsi; E) xüsusi bilik tələb edən texniki göstəricilərlə bağlı halların hakimin daxili inamı, yaxud vizual görünüş kimi qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi; F) məhkəmənin müqavilə predmeti avadanlıqların “iddiaçının gözü önündə işlədərək təhvil verilməsi” kimi şərtlər irəli sürərək tərəflərin qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlinməsi. Cavabdehin, şirkətin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində məhkəmə aktının düzgün hesab etmədiyi, yuxarıda göstərilənlərə (apellyasiya şikayətinə) münasibətdə konkret faktlarla aşağıdakıları bildirir: A) işə baxan məhkəmə sədrinə etiraz edilməsinə hakimin özünün həll etməsinin qanunsuz olması barədə fikirlərə münasibətdə bildirir ki, AR MPM-n in 21.3-cü maddəsinə əsasən hakimə etirazın əsaslarına dair sübut təqdim edilmədikdə etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanıla bilər. B) mülki iş üzrə qəbul edilmiş qətnamənin hakimin daxili inamına görə qəbul edilməsi barədə fikirlərə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının “Məhkəmələr və hakimkər haqqında” Qanununun 100-cü maddəsinin 3cü bəndinə əsasən müəyyən edilir ki, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göründüyü kimi hakimin daxili inamına əsasən qərar verməsi haqqında bildirilən etirazın hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsi ilə müəyyən edilən mülki hüquq pozuntusu (delikt) anlayışına əsasən mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə ed ilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). AR MM-nin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması əsasları (şərtləri) müəyyən edilir. AR MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi anlayışına əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu Məcəllənin XXİİİ fəsli ilə müəyyən edilmiş qaydada öhdəliklərin icra edilməməsi üçün məsuliyyət müəyyən edilir. Qətnamə qəbul edilmiş məhkəmə işi üzrə cavabdeh qismində iştirak edən şirkət tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, mallarda, işlərdə və xidmərlərdə qüsurlarla yerinə yetirilməsi sübut edilir. Göründüyü kimi qəbul edilən məhkəmə qətnaməsi AR MM-nin müəyyən edilən mülki hüquq normalarına əsasən mülki hüquq pozuntusunun yaranması və bu hüuq pozuntusunun cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində yarandığının sübut edilməsi və nəticə etibarilə zərərçəkənin hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsi məqsədilə haqq-ədalətə və mövcud qanunvericiliyin tələbləri əsasında qəbul edilmişdir. C) tərəflərindən təqdim edilən sübutlara nəinki qiymət verilməməsi, ümumiyyətlə sübutlar siyahısına salınmaması barədə fikirlərə münasibətdə bildirir ki, sübutlar anlayışının əsasları AR MPM-nin Vİİ fəsli ilə müəyyən edilir. Bu Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 80-ci maddəsinə əsasən işin gedişində təqdim olunmuş o sübutlar qəbul edilir və nəzərə alınır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Apellyator tərəfindən təqdim edilən və məhkəmə hazırlıq iclasında izlənən video çəkilişlərdə iddiaçının tələblərinin əksinin sübut edən hər hansı hal aşkar edilmədiyi üçün sübut kimi təqdim edilə bilməz. Sübut kimi təqdim edilən videoda (və ya videolarda) ümumiyyətlə səs yazıları müəyyən edilmir, yaxud qeyd edildiyi kimi duz müəssisəsinin normal iş mühitinin olmasını göstərmir və ya istehsalla bağlı istehsalın gedişi, avadanlıqların iş prin sipi, iş şəraiti, o cümlədən istehsalın başlanğıcı və son məhsulun istehsalını müəyyən edən proseslər müşahidə edilmir. Təqdim edilən sübutlarda yalnız bir neçə əməkdaşın məlum olmayan fiziki hərəkətləri müşahidə olunur ki, bunun da iddia tələbinin əksini sübut edən dəlil kimi qəbul edilməsinin hüquqi əsası yoxdur və iddia tələbinə etirazın əsası olaraq sübut kimi təqdim edilə bilməz. D) iddia tələbinə uyğun olaraq Mülki Məcəllənin “icra məqamı” ilə bağlı müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməməsi fikrinə münasibətdə apellyatorun nəyi ifadə etmək istədiyini müəyyən etmək mümkün deyildir. E) Xüsusi bilik tələb edən texniki göstəricilərlə bağlı halların hakimin daxili inamı, yaxud vizual görünüş kimi qeyri-mötəbər, ziddiyətli, aid olmayan sübutlarla təsdiq edilməsi fikirlərinə münasibətdə bildirir ki, müqavilədə avadanlıqların “CE” və ya “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlara malik olması müəyyən edilir. Podratçı, yəni cavabdeh tərəfindən quraşdırılan avadanlıqların sertifikatları məhkəmə hazırlıq iclaslarında təqdim edilmədiyi (çünki avadanlıqların həmin sertifikatları yoxdur və standartara cavab vermir), həmçinin zavodun ilkin test istehsal prosesində yaranmış vəziyyət, avadanlıqların texniki nasaslığı haqqında hazırlanmış sənədlər (akt, rəy) avadanlıqların texniki göstəriciləri haqqında konkret fikir formalaşması və sübutu üçün yetərli qəbul edilməlidir. AR MPM-nin 89-cu maddəsinə əsasən iş üçün əhəmiyyətli hallar barədə məlumat verən aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar yazılı sübutlar kimi müəyyə n edilir ki, məhkəmə işi sənədlərində bu kimi yetərli sübutlar vardır. F) Məhkəmənin müqavilə predmeti avadanlıqların “iddiaçının gözü önündə işlədərək təhvil verilməsi” kimi şərtlər irəli sürərək tərəflərin qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlməsi fikirlərinə münasibətdə bildirir ki, tərəflər arasındakı müqavilə öhdəliklərinə görə “Podratçı”, yəni cavabdeh tərəfindən istehsal gücü 1 saatda 7 ton olan “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsal sistemi” avadanlıqlarının müqavilə qarşılıqlı imzalandıqdan və “Podratçıya” “Sifarişçi” tərəfindən ödəniş edildikdən sonra podratçı 8 ay müddətində avadanlıqların Naxçıvan Muxtar Respublikasına daşınması üçün hazır vəziyyətə gətirir, avadanlıqların təhlükəsiz daşınmasını və quraşdırılmasını həyata keçirir. Avadanlıqların təhv il-təslim ünvanı Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Duzdağ massivində qeydiyyatda olan “X6” MMC-nin istehsal sahəsidir. Müqavilədə alınacaq avadanlıqların keyfiyyət göstəricilərinin tamamilə birinci dərəcəli, duza qarşı aşınmaması üçün AİSİ 316 xrom materialdan olmasına, CE və ya TSE sertifikatlara malik olması, heç bir halda söz mövzusu avadanlıqların Türkiyə Respublikasında mövcud keyfiyyət dəyərlərindən aşağı səviyyədə olmaması haqqında podratçı tərəfindən öhdəliklər götürülmüşdür. Müqavilənin keyfiyyət və zəmanəti üzrə öhdəlikləri müəyyən edən hissəsində müəyyən edilir ki, podratçı, yəni cavabdeh tərəfindən avadanlıqların quraşdırılması tam olaraq həyata keçirilir və təhvil-təslim edildiyi gündən etibarən 1 (bir) ay zəmanət verilir. Göründüyü kimi apellyatorun məhkəmənin şərti kimi qiymətləndirdiyi “avadanlıqların iddiaçının gözü önündə işlədərək təhvil verilməsi” fikirləri də həqiqəti əks etdirmir, çünki göründüyü kimi bu tələblər müqavilə öhdəliklərinin tələbidir. Yuxarıda qeyd olunanlarla bərabər bildirir ki, apellyasiya şikayətində apellyator tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış müqavilə alqı-satqı müqaviləsi kimi təqdim edilməklə, şirkətin müqavilə öhdəliklərinin yalnız avadanlıqların alınıb gətirilməsi və təhvil verilməsi kimi ifadə edilməyə çalışır. Belə ki, şikayət ərizəsinin 6-cı maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində göstərilir ki, avadanlıqlar müqavilə üzrə icra yerinə gətirildiyi və quraşdırıldığı məhkəmə tərəfindən yerində müayinə zamanı bir daha təsdiqini tapmışdır. Bildirilir ki, xx.xx.2024-cü il tarixində iddiaçıya təqdim edilən avadanlıqların siyahısı olan təhvil-təslim aktı imzalanmaq üçün iddiaçıya, Komitəyə təqdim olunmuşdur. Qeyd olunanlara münasibətdə bildirir ki, adı çəkilən müqavilə podrat müqaviləsidir, çünki müqavilədə avadanlıqların alınıb gətirilməsi, qurulması və istismara hazır vəziyyətə gətirilməsi müəyyən edilir. Eyni zamanda müqavilənin keyfiyyət və zəmanət öhdəliyini yaradan hissəsində göstərilir ki, podratçı tərəfindən avadanlıqların quraşdırılması tam olaraq həyata keçirilir və təhvil-təslim edildiyi gündən etibarən 1 (bir) il zəmanət verilir. İddiaçı tərəfindən müqavilə üzrə mübahisələndirilən məsələ avadanlıqların alınıb gətirilməsi və təhvil verilməsi yox, quraşdırılan avandıqların düzgün işləməməsi (və ya ümumiyyətlə işləməməsi), keyfiyyətsiz olması və bunun nəticəsində lazım olan keyfiyyətdə istehsal məhsulunun, duzun istehsal edilməsinin mümkün olmaması, avadanlıqların müqavilə üzrə müəyyən edilən standartlara malik sertifikatlarının olmamasıdır ki, bu da AR MM-nin 442-ci maddəsi ilə müəyyən edilən maddi hüquq normalarının pozulmasına və həmin Məcəllənin XXİİİ fəsli ilə müəyyən edilmiş hüquqi məsuliyyətin yaranması əsasdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil 23 may 2025-ci il tarixində keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kolleg iya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya baxışı zamanı izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-137/2024 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə6 apellyasiya baxışı zamanı izahatında qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda iş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət olunduğundan və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tam həcmdə mübahisələndirildiyindən məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellya siya şikayəti əsassız olduğundan təmin edilməməli, iddia qismən təmin edilərək, qətnamə qismən ləğv edilməlidir. İş materiallarında olan: 18 sentyabr 2023-cü il tarixli, 1972/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən 31 avqust 2023cü il tarixində “X6” MMC-nin yeni istifadəyə veriləcək zavodunda texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinin vəziyyətini müəyyən etmək üçün baxış-yoxlama keçirilmiş, baxış zamanı yeni istifadəyə verilməsi nəzərdə tutulan zavoda qazlaşma layihəsinin işlənmədiyi, avad anlıq və qurğuların texniki pasportları və istismar təlimatlarının olmadığı, təqdim edilən kompressor qurğusunun pasportu və elektrik layihə sənədləri Azərbaycan dilində işlənmədiyi, mənşə sertifikatları təqdim edilmədiyindən qurğuların hansı ölkəyə məxsus olmasının müəyyənləşdirilmədiyinə dair akt tərtib edilmiş, həmçinin zavodda istismar ediləcək qurğu və avadanlıqlara baxış keçirilərkən və orada aparılan söhbətlər əsasında havalandırma sisteminin normal işləməməsi (yaranan tozların işçi sahədən kənarlaşmaması), mühərrik nasoslarının salniklərindən su sızmaları və paslanmalar, xam duzun gil və digər qarışıqlardan normaya uyğun təmizlənməməsi və nəticədə keyfiyyətli duz istehsalının mümkün olmaması akta qeyd edilmiş, nəticədə yeni istifadəyə veriləcək zavodda olan çatışmazlıqların arada n qaldırılmadan istismara buraxılmasının mümkünsüzlüyü bildirilmişdir. 31 avqust 2023-cü il tarixli “X6” MMC-nin yeni istifadəyə veriləcək zavodunda və halhazırda istismar olunan zavodunda texniki təhlükəsizlik vəziyyəti haqqında “Akt”dan görünür ki, yeni istifadəyə verilməsi nəzərdə tutulan zavod qazlaşma layihəsi işlənməyib, avadanlıq və qurğuların texniki pasportları və istismar təlimatları yoxdur, təqdim edilən kompressor qurğusunun pasportu və elektrik layihə sənədləri Azərbaycan dilində işlənməyib, mənşə sertifikatları təqdim edilmədiyindən qurğuların hansı ölkəyə məxsus olmasının müəyyən etmək mümkün olmamışdır. Zavodda istismar ediləcək qurğu və avadanlıqlara baxış keçirilərkən və orada aparılan söhbətlər əsasında havalandırma sisteminin normal işləməməsi (yaranan tozların işçi sah ədən kənarlaşmaması), mühərrik nasoslarının salniklərindən su sızmaları və paslanmalar, xam duzun gil və digər qarışıqlardan normaya uyğun təmizlənməməsi və nəticədə keyfiyyətli duz istehsalının mümkün olmaması müəyyən edilmişdir. “X6” MMC-nin yeni istifadəyə veriləcək zavodunda qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadan istismara buraxılması qeyrimümkünlüyü qeyd edilmişdir. 13 oktyabr 2023-cü il tarixli, 2324/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, “X6” MMCnin yeni istehsal binasının tikintisinə 2020-ci ilin may ayında başlanılmış, zavodda tikinti quraşdırma işlərinin görülməsinə, avadanlıqların alınması və quraşdırılmasına sifar işçi Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, icraçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin qurulmasına başlanmasına 3 ildən artıq müddətin keçməsinə baxmayaraq müəssisə fəaliyyətə başlaya bilməmiş və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə təhvil verilməmişdir. Bunun başlıca səbəbi müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyətinin tələb olunan səviyyədə olmamasıdır. Müəssisədə quraşdırılan avadanlıqlar hələ istifadəyə verilməsə də artıq bəzilərində paslanma və aşınma müşahidə olunduğu qeyd edilmişdir. 1704/2023 saylı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri Nümayəndə2 ünvanladığı məktubdan görünür ki, Naxçıvan Muxtar Respubl ikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “X6” MMC-nin istehsal həcminin artırılması, məhsulların daxili bazarda satışının yüksəldilməsi, keyfiyyətinin artırılması və nəticədə məhsulun ixracına nail olunması, həmçinin işçilərin iş şəraitinin asanlaşdırılması məqsədilə 2020-ci ildə yeni inzibati və istehsal təyinatlı binanın tikintisinə başlanılmış, mədəndən çıxarılan daş duzun qırılması, yuyulması və saflaşdırılmasını əhatə edən mexaniki emal duz istehsalı sisteminin alınması, quraşdırılması və istismara hazır vəziyyətə gətirilməsinə dair Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “X4 İttifaqı (hazırda Arkoz Holding) arasında podrat müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən avadanlıqların duza qarşı aşınmaması üçün AİSİ 3 16 xrom materiallarından olması, CE və ya TSE sertifikatlara malik olması və müəssisənin 8 ay müddətində başa çatdırılması nəzərdə tutulmuş, müqavilə üzrə müəssisənin təhvil verilməsi müddətinin başa çatmasına baxmayaraq təhvil-təslim prosesi həyata keçirilməmiş, quraşdırılmış avadanlıqların ilkin test sınaq prosesi zamanı nöqsanlar müşahidə edilmiş, aşkar olunmuş nöqsanların 01 sentybar 2023-cü il tarixə qədər aradan qaldırılması və müəssisənin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təhvil verilməsinin təmin edilməsi xahiş edilmişdir. 03 aprel 2020-ci il tarixli 05 saylı Duzdağ “Mexaniki emal (qırılma, yuyulma, saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının alınmasına dair “Müqavilə”dən görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanmış, “Sifarişçi” qismində Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Podratçı” qismində "xxxx" MMC iştirak etmişdir. 03 aprel 2020-ci il tarixli 05 saylı “Müqavilə”nin “Müqavilənin mövzusu” hissəsindən görünür ki, “Podratçı” tərəfindən istehsal gücü 1 saatda 7 ton olan “Mexaniki emal (qırma, yuyulma, saflaşdırma) duz istehsal sistemi” avadanlıqlarının “Sifarişçi”yə satışını təşkil edir. Bu müqavilə qarşılıqlı imzalandığı və “Podratçı”ya “Sifarişçi” tərəfindən ödəniş edildikdən sonra “Podratçı” 8 ay müddətində avadanlıqların Naxçıvan Muxtar Respublikasına daşınması üçün hazır vəziyyətə gətirir, avadanlıqların təhlükəsiz daşınmasını və quraşdırılmasını həyata keçirir. 03 aprel 2020-ci il tarixli 05 s aylı “Müqavilə”nin “Keyfiyyət və Zəmanət” hissəsindən görünür ki, “Podratçı” tərəfindən avadanlıqların quraşdırılması tam olaraq həyata keçirilir və təhvil-təslim edildiyi gündən etibarən 1 il zəmanət verilir. Avadanlıqların duza qarşı aşınması nəzərə alınmaqla quraşdırılacaq avadanlıqlarda istifadə olunan materialın keyfiyyət göstəricilərinin tamamilə birinci dərəcəli (AİSİ316) xrom material olmasına “Podratçı” tərəfindən zəmanət verilir. Avadanlıqlar “CE” və ya “TSE” beynəlxalq standartlara cavab verən sertifikatlarla təmin olunur. 03 aprel 2020-ci il tarixli 05 saylı “Müqavilə”nin “Qiymət və ödənişlər” hissəsindən görünür ki, avadanlıqların dəyəri ƏDV-siz 2 700 534 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manatdır. İşin İ cildinin 39-cu səifəsində olan 15 aprel 2020-ci il tarixli, ” A” formalı ğdəniş tapşırığı № 55 saylı ödəniş qəbzindən görünür ki, 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat, ödəniş təyinatı və əsas: Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən, Naxçıvan MR Nazirlər Kabinetinin 09 aprel 2020-ci il tarixli, 42 s saylı sərancamına əsasən X7 duz istehsalı sisteminin avadanlıqlarının alınması, qurulması, istismara hazır vəziyyətə gətirilməsi üçün vəsait köçürülür. 13 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəmənin təşəbbüsü əsasında Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(108)24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texiki və əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat daya ndırılmış, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/672-6/366 nömrəli ekspert rəyi 08 may 2025-ci il tarixdə Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuş, 12 may 2025-ci il tarixli, 2-2(108)-01/2025 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2025-ci il tarixli, 10/672-6/366 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın 1-ci, 2-ci və 3-cü sualları üzrə: “Sifarişçi” Naxşıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə “podratçı” “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı (hüquqi varisi "x xxx" MMC) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 05 №-li müqaviləyə əsasən, “X6” MMC-nin istehsal sahəsində quraşdırılmış və baxış keçirilməsi üçün ekspertlərə təqdim edilmiş texnoloji istehsal xətti tamdır, hər hansı bir qurğunun, avadanlığın (və ya onların hissələrinin) çatışmamazlığı (yerində mövcud olmaması) halı, üzərlərində qəza və ya dağılma əlamətlərinin olması vizual olaraq müşahidə edilmir. Bununla belə, ekspertlərin iştirakı ilə keçirilən baxış zamanı duz emaı avadanlıqları işlək vəziyyətə salınmadığına (tərəflərin bildirdiklərinə görə,xammalın olmaması səbəbindən), həmçinin avadanlıqların sertifikatları təqdim edilmədiyinə görə “podratçı” tərəfindən quraşdırılmış “Mexaniki emal (qırma, yuyulma. Saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının bütövlükdə müqavilədə n əzərdə tutulmuş beynəlxalq standartlara, istehsal gücünə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyən etmək üçün tədqiqatın aparılması mümkün olmadı. Qərardadın 4-cü və 5-ci sualları üzrə. Tədqiqata təqdim edilmiş avadanlıqların (torbalama, silo, elevator, seçmə avadanlığı, xam duz bunker, yuma helezonu, duz qırıcı, yuma siqlonu, santifruf, odluq, duz quruducu, ələnmiş duz bunkeri, torbalama avadanlığı və digərləri) hazırlandığı xəlitənin tərkibində olan xromun faizlə miqdarı “AİSİ 316” standartının tələblərinə uyğun olub, 16-18% intervalındadır. AİSİ 316 standartı üzrə hazırlanmış xəlitələrin daha çox duz, turşu və bu tip sərt mühitlərdə korroziyaya davamlı olduğu üçün istifadə olunur. Kollegiya qeyd edir ki, ekspertizanın təyin olunması ilə bağlı müvafiq qərarda dla avadanlıqların işlək vəziyyətdə ekspertlərə təqdim olunması vəzifəsi cavabdeh Arkoz İnşaat” MMC-yə tapşırılmasına baxmayaraq ekspert rəyindən də göründüyü kimi, ekspertlərin iştirakı ilə keçirilən baxış zamanı duz emalı avadanlıqları işlək vəziyyətə salınmadığına (tərəflərin bildirdiklərinə görə,xammalın olmaması səbəbindən), həmçinin avadanlıqların sertifikatları təqdim edilmədiyinə görə “podratçı” tərəfindən quraşdırılmış “Mexaniki emal (qırma, yuyulma. Saflaşdırma) duz istehsalı sistemi”nin avadanlıqlarının bütövlükdə müqavilədə nəzərdə tutulmuş beynəlxalq standartlara, istehsal gücünə, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyən etmək üçün tədqiqatın aparılması mümkün olmamışdır. Ekspertiza zamanı göstərilən vəzifənin yerinə yetirilməməsi kollegiya tərəfində n cavabdehin sübutetmə yükü üzrə risk dairəsinə aid edilməklə qiymətləndirilir və ekspertiza keçirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlili də formal müdafiə xarakterli olduğundan əsassız hesab edilir. Kollegiya apellyasiya şikayətində qeyd edilən “A) işə baxan məhkəmə sədrinə etiraz edilməyinə baxmayaraq etirazı həll etmək üçün apellyasiya məhkəməsinə göndərmək əvəzinə etirazı hakimin özünün həll etməsi B) mülki məhkəmə hakiminin daxili inamına görə qərar vermək səlahiyyəti olmadığı halda qətnamədə açıq-aydın hakimin daxili inamına görə qərar verdiyini etiraf etməsi C) tərəflərindən təqdim edilən sübutlara nəinki qiymət verilməməsi, ümumiyyətlə sübutlar siyahısında sadalanmaması D) iddia tələbinə uyğun olaraq Mülki Məcəllənin “icra məqamı” ilə bağlı müddəaları tətbiq edilməli olduğu halda tətbiq edilməməsi E) xüsusi bilik tələb edən texniki göstəricilərlə bağlı halların hakimin daxili inamı, yaxud vizual görünüş kimi qeyr-imötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi F) məhkəmənin müqavilə predmeti avadanlıqların “iddiaçının gözü önündə işlədilərək təhvil” verilməsi kimi şərtlər irəli sürərək tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsi sözügedən qətnamənin tamamilə ləğvi üçün əsasdır” dəlillərini əsassız hesab edir. Belə ki, iş materialından aydın olur ki, göstərilən etiraz əsaslandırılmadığından qanunvericiliyə uyğun olaraq baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində nəticəyə uyğun sübutlar sadalanmış və onlara istinad edilmişdir. Eləcə də müqavilə predmeti olan avadanlıqların təhvil verilməsini təsdiq edən sübutlar mövcud deyil. Kollegiya cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətində qeyd etdiyi tərəflər arasında bağlanmış müqaviləyə əsasən isə avadanlıqlara təhvil-təslim edildikdən sonra 1 il müddətinə zəmanət verilməsi, avadanlıqlar təhvil verildikdən 3 il sonra avadanlıqların keyfiyyəti ilə bağlı, ümumiyyətlə, müzakirə açılması və bunun iddia predmeti halını gətirilməsinin müqavilə şərtlərinə zidd olması, birinci instansiya məhkəməsi sözügedən mübahisəyə müqavilə şərtlərini tətbiq etmədiyi üçün cavabdehin MM-nin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığını pozması və dolayısıyla hüququn tətbiqində səhvə yol verməsi dəlilinə münasibətdə bildirir ki, iddia tələbi mübahisə predmeti olan avadanlıqların müqavilə şərtlərinə və standartlara uyğun olmaması ilə əlaq ədar olduğundan qeyd olunan dəlillər əsaslı deyil. Apellyasiya şikayətində olan birinci instansiya məhkəməsinin MM-nin 579-cu maddəsini tətbiq etməli olduğu halda sözügedən müddəanı tətbiq etməyərək səhvə yol verməsi, ümumiyyətlə “təhvil-təslim” aktı “maddi hüquq yox, prosessual hüquq aləti olması, “təhvil-təslim aktı” hüquqi öhdəlik yaradan, xitam edən iradə ifadəsi olmayıb maddi hüquq baxımından heç bir əhəmiyyətinin olmaması, “Təhvil-təslim aktı” yalnız prosessual hüquq baxımından sübut vasitəsi ola bilməsi, iddiaçının etirafı, yerində müayinə və təqdim edilən digər dəlillər malların çatdırıldığını işin mübahisəsiz halına çevirməsi ilə bağlı dəlillər isə mülahizə xarakterli olub işin mahiyyətinə təsir etmədiyindən əsaslı hesab edilmir. Apellyasiya şikayətində “birinci instansiya məhkəmə sinin açıq-aydın şəkildə müqavilədə belə bir müddəa olmadığı halda sanki müqavilədə “duz istehsal edildiyi halda avadanlıqlar təhvil verilmiş sayılır” şərti varmış kimi iş üzrə qənaətə gəlməsi və beləliklə, olmayan müqavilə müddəasına istinad edərək qətnamə çıxarması, birinci instansiya məhkəməsi qətnaməsində “həmçinin iş materiallarında görünür ki, müəssisəyə iddiaçı tərəf çağırılaraq və iddiaçı tərəfin gözü önündə istehsal müəsisəsi işlədilərək onlara təhvil verilməmiş və bu barədə hər hansı akt tərtib edilməmişdir” qeyd etsə də, iş materiallarındakı hansı sübuta istinadən bu qənaətə gəldiyini açıqlamamış və dolayısıyla faktı təhrif edilmişdir. Halbuki, təqdim etdikləri video və fotoşəkillərdən aydın şəkildə göründüyü kimi cavabdehin öhdəliyi olmasa belə avadanlıqlar işlədilərək təhvil verilmişdir. Bundan başqa, hətta hakim yerində müayinə zamanı istehsal edilmiş duzdan nümunələr götürməsinə baxmayaraq qətnamədə bunları qeyd etməməsi hakimin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsinin açıq nümunəsi sayılmalıdır” qeyd olunmuşdur ki, göstərilənlər iddianın predmeti ilə bağlı məsələni həll etmir və əsaslı sayılmır. Kollegiya apellyasiya şikayətinin cinayət mühakimə icraatından fərqli olaraq (CPMnin 25.3-cü maddəsi) mülki məhkəmə hakiminin sübutların tədqiqində öz daxili inamına istinad etmək səlahiyyətinin olmaması, birinci instansiya hakiminin isə sübutları tədqiq edərkən “iş üzrə müayinə zamanı qeydə alınmış fotoşəkillərdən və hakimin daxili inamına əsasən iddiaçının tələbini dəyişdirərək duz zavodunun ilkin olaraq təhvil-təslim edilməsini istəməsinə baxmayaraq c avabdehin bu yöndə hərəkətlilik göstərməməsi ilə müəyyən olunur ki, həqiqətən də müəssisədə quraşdırılmış avadanlıqların keyfiyyəti tələb olunan səviyyədə deyildir” deyərək öz daxili inamına istinad edərək avadanlıqların tələb olunan səviyyədə olmadığı qənaətinə gəlməsi dəlilini əsassız sayaraq qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Həmin Qanunun 5-ci maddədinə müvafiq olaraq kollegiya bildirir ki, qərar dedikdə, yalnız cinayət mühakimə icraatında qəbul edilən qərar deyil, Azərbyacan Respublikası adından çıxarılan bütün qətnamələr, qərardadlar və qərarlar nəzərdə tutulur. Konstitusiya Məhkəməsi Plenumunun fo rmalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Kollegiya apellyatorun hakimə etirazın birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etirazın baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, MPM-in bu açıq göstərişinə baxmayaraq, işə baxan məhkəmə sədri cənab Elşən Salmanova etiraz edildiyi halda, hakimin işi apellyasiya məhkəməsinə göndərməməsi, bunun əvəzinə xx.xx.2024 tarixli qərardadla “hakimə etiraz” ərizəsinə özünün baxması və etirazı baxılmamış saxlaması, dolayısıyla, hakimin tərəfsizliyi ilə bağlı məsələ qanuna müvafiq halda həll olunmadığı üçün MPM-nin 387.2.1-ci maddəsində nəzərdə tutulan hər bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olan “işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılma” prosessual pozuntusunun baş verməsi dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Kollegiya tərəfindən apellyasiya şikayətinin “Qətnamənin sübutlar hissəsində isə yalnız iddiaçının işlə əlaqəsi olmayan sübutları sadalanmış, tərəfindən məhkəməyə təqdim edilmiş və avadanlıqların təhvil verildiyini sübut edən 49 ədəd fotoşəkil, çoxsaylı videogörüntülər, iddiaçıya yazılmış məktublar ümumiyyətlə nəzərə alınmamış, niyə nəzərə alınmadığına dair tək sətirlik münasibət belə bildirilməmişdir. Bunun əvəzinə işdə maraqlı tərəf olan İqtisadiyyat Nazirliyinin iddiaçıya yazdığı məktublara əsasən qətnamə çıxarılmışdır. İddia tələbi müqavilə üzrə şərtləşdirilmiş avadanlıq ların təhvil verilməsi olduğu halda, iddiaçı iddiasını sübut etmək üçün təqdim etdiyi FHN aktında avadanlıqların yerləşdirildiyi istehsal binasına dair çatışmazlıqlar (hovuzun üstü açıq olması, havalandırma sisteminin olmaması və s.) qeyd edilmişdir. Məhkəmə isə sözügedən çatışmazlıqların mübahisə mövzusu olan müqavilənin predmeti olmadığını, ümumiyyətlə bu müqaviləyə aidiyyatı olmadığını aydınlaşdırmamışdır.” dəlilləri əsaslı hesab edilmir. Belə ki, avadanlıqların quraşdırılması öhdəliyi məhz müqavilənin predmetidir. Eləcə də iş materialında iddiaçının iddia tələbini təkzib edən mötəbər sübutlar mövcud deyil. Bununla bağlı əlavə olaraq kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddia ərizəsində Naxçıvan MR Fövqəladə Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi tərə findən keçirilən baxış-yoxlama zamanı nöqsanlar aşkar edilərək Akt tərtib edildiyi, Türkiyə Respublikasının “YİGİTBAŞİ MAKİNA İNŞ.OTOM.SAN. VE DİŞ.TİC.PAZ.AŞ” şirkətindən dəvət olunan mütəxəssislər tərəfindən bir çox nöqsanların müəyyən olunduğu göstərilmiş və müvafiq sənədlər əlavə olunmuşdur. Eyni zamanda mübahisə predmeti olan avadanlıqlarda aşkar edilmiş həmin nöqsanlar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinə ünvanladığı məktublarda da qeyd olunmuşdur. Cavabdeh tərəf iddiaçının istinad etdiyi halları təkzib edən və etiraz etdiyi halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 5-ci bəndində göstərilən” Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.” və 6.8ci bəndində göstərilən” Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.” tələbləri birinci instansiya məhkəməsinin qətnaməsində pozulmuşdur. Belə ki, qətnamənin “Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)137/2024 nömrəli qətnaməsi” iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) Cavabdehnə (VÖEN-**********) qarşı 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi”nə dair nəticə hissəsi anlaşılan deyil, həmin hissədə tərəflərin hüquq və vəzifələri dəqiq müəyyən edilməmişdir. Eləcə də mübahisələndirilən qətnamənin nəticə hissəsində ödənilməsi təmin edilmiş 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat pul məbləğinin “müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan borc” olaraq ifadə olunmasını kollegiya maddi hüquq normasının pozuntusu olaraq qeyd edir. Belə ki, tərəflər arasındakı öhdəliklər borc münasibətlərindən irəli gəlmir. İş materialından da göründüyü kimi, iddia tələbi ”podratçı” və “sifarişçi” arasında olan müqavilə öhdəliklərinin pozulması ilə əlaqədardır. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi adlanan 443-cü maddəsinə əsasən: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazı rlıq işləri nəzərə alınır. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəl iyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Qeyd edilən norma iddia tələbinin hüquqi əsasını təşkil edir və əsaslı olduğundan pul tələbinin borc olaraq deyil, öhdəliyin lazımınca icra edilməməsi nəticəsində zərərin əvəzi olaraq təmin edilməsini kollegiya məqsədəmüvafiq hesab edir. İşin yuxarıda qeyd olunan fa ktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlli, Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: AZ34CTRE********************, VÖEN **********) X1 hesabına (Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SİFT BİK: CRTEAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiy a instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.5, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehnə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və ya vurulan zərərin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, e-2-2(123)-137/2024 nömrəli qətnaməsi qismən, iddiaçı Naxçıv an MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) Cavabdehnə (VÖEN-**********) qarşı 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldiqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi və müqavilənin lazımınca icra edilməməsi nəticəsində yaranan borca dair hissəsində ləğv edilsin. İddia Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) Cavabdehnə (VÖEN-**********) qarşı 03 aprel 2020-ci il tarixdə bağlanmış 05 saylı müqavilə üzrə öhdəliklərin qanunvericiliklə müəyyən olunmuş formada məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan bir ay müddətində tam olaraq yerinə yetirilərək təhvil-təslim edilməsi tələbinə dair hissədə rədd edilsin. İddia tələbi qismən, pul tələbinə dair hissədə təmin edilsin. Cavabdehndən (VÖEN-**********) 2.700.534,00 (iki milyon yeddi yüz min beş yüz otuz dörd) manat alınaraq Naxçıvan Muxtar Respublikasr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (VÖEN-**********) bank hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 400 (dörd yüz) manat ekspertiza xərci Cavabdehndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: AZ34CTRE********************, VÖEN **********) X1 hesabına (Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SİFT BİK: CRTEAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar