Məhkəmə qərarları › İş №2-2(108)-11/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-11/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-11/2022 08.12.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Fərman Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(123)115/2022 nömrəli qərardadından İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh qarşı 14 noyabr 2022ci il tarixdə elektron qaydada pul tələbi barədə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh 6879.90 AZN həcmində borc məbləğinin, 100 AZN həcmində ödənilmiş mediasiya xərcinin, o cümlədən 210 AZN həcmində göstərilmiş hüquqi xidmətə görə haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(123)-115/2022 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin qərardadından narazı qalan İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə 18 noyabr 2022-ci il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(123)-115/2022 nömrəli qər ardadının ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2-2(123)-115/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-115/2022 nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına göndərilmişdir. İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə şikayətini onunla əsaslandırmişdır ki, məhkəmə tərəfindən əsassız olaraq iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilmişdir. İddiaçı tərəf olaraq məhkəmənin elektron sisteminə yükləmiş olduqları iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.10-cu maddəsinə əməl edilməklə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında 3-cü nömrə altında “xx.xx.2021-ci il tarixli Pretenziya məktubunun surəti-2 vərəq;” və 7-ci nömrə altında isə “İddia ərizəsinin cavabdehə çatdırılması barədə AVİS çıxarışı-1 nüsxə;” – hər iki sənəd əlavə edilmişdir. Mülki prosessual qanunvericilikdə “alınması haqqında sənəd” ifadəsi qeyd edilir, həmçinin 150.2-ci maddədə isə “məlumatın həmin şəxsin.......elektron kabinetinə göndərməsi” nəzərdə tutulmuşdur. Məhkəməyə Qanunun tələb etdiyi 2 ədəd çıxarış və ya bildiriş və ya məktub –yəni bunun adı hər nə qoyarsaq fakt olaraq sənədlərin qarşı tərəf olan vergi ödəyicisinə göndərilməsini təsdiq edən sübut əlavə edilmişdır. Maddi hüquq normaları pozulmuşdur, düzgün tətbiq edilməmi şdir. O cümlədən, bunun özü prosessual pozuntu hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün əsasdır, çünki, bunun əsasında düzgün qərardad qəbul edilməmişdi. Məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərardadında MPM-in 2 maddəsinə 150.2-ci və 150.1.6-cı maddələrinə istinad etsə də həmin maddələrin tələblərinə riayət edilməməsinə dair mövqeyinin əsaslandırma hissəsində mücərrəd və mülki prosessual qanunvericilikdə qeyd edilməyən yeni fikirlər bildirmişdir. Mülki Prosessual Məcəllənin hansı normasında yazılmışdır ki, “Onlayn Kargüzarlıq” sisteminin “göndərilən sənədlər” bölməsində müvafiq kodla adlarının qeyd olunduğu çıxarışlar əlavə edilməlidir?! Əgər məhkəmə məhz bu kod adlarına istinad edirsə bu qaydanın han sı normalarla müəyyən edilməsinə dair normanın adı çəkməklə ona istinad etməlidir. Əks halda belə bir təəssürat formalaşır ki, “uyğun kod adları” anlayışı qanunvericilikdə mövcud olmamaqla bu şəxsi mülahizədir. Mülki prosessual qanunvericilikdə “alınması haqqında sənəd” ifadəsi qeyd edilir, həmçinin 150.2-ci maddədə isə “məlumatın həmin şəxsin.......elektron kabinetinə göndərməsi” nəzərdə tutulmuşdur. Bir sözlə Mülki Prosessual Məcəllənin heç bir maddəsində “kod adları” məfhumu yazılmamışdır. Məhkəmənin öz şəxsi mülahizələrinə dayanan “göndəriş stilistikası fərdi olmaqla Qanunun heç bir normasında əks olunmamışdır.” Əgər məhkəmə həqiqətən də obyektiv həqiqəti elə iddia ərizəsinin icraata götürülməsi anından müəyyən etmək niyyəti ilə çıxış etməyə başlayırsa, məhkəmənin hazırlıq icraatı anl ayışı vardır, bu icraat çərçivəsində həmin sübutları tələb edə və iddiaçı tərəf olaraq daha təfərrüatlı vergi çıxarışını məhz məhkəmənin tələbi üzərinə “kod adları məfhumu” ilə təqdim edə bilərdik. Lakin, məhkəmə süni şəkildə işin icraata götürülməsini uzadılmasında maraqlıdır. Çünki, məhkəmənin icraata götürülməmə əsası olaraq qeyd etdiyi mövqe sübut edilmir. Çünki, müvafiq sübutlar təqdim edilmişdir və oradan açıq aydın görünür ki, gedən məktub kimdən kimə ünvanlanıb və həm də məktubun ( bildirişin, göndərişin, çıxarışın) məzmunu nədir. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, şikayətin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilibedilm əməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Kollegiya şikayətdə qeyd olunan dəlillərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cav abdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Qeyd olunan normanın məzmunundan da məlum olduğu kimi kommersiya mübahisələrinə dair işlərdə iddia ərizəsinə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsini deyil, həmin sənədlərin cavabdeh tərəfindən rəsmi qaydada almasını təsdiq edən sənəd əlavə edilməlidir. İş üzrə materiallarda olan iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli məktubların surətlərindən işin məhkəməyəqədər həlli variantını təsdiq edən sənədin, o cümlədən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətlərinin Cavabdeh elektron qaydada çatdırılması təsdiq olunmur. Bu da iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əməl olunmadığını göstərir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə elektron qaydada iddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya bildirişinin cavabdehə catdırılmasının təsdiq edilmədiyi, “onlay n kargüzarlıq” sistemindən “göndərilən sənədlər” bölməsinə aid çıxarışların iddia ərizəsinə əlavə olunmalı olması qənaətinə gələrək iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmış, lakin, iddiaçı tərəfindən məhkəmə qərardadında göstərilən nöqsan aradan qaldırılmamış və məhkəməyə təkrar müraciət olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 06 dekabr 2022-ci il tarixdə İddiaçı MMC- nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən “elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına “online kargüzarlıq” sənədinin surəti göndərilmişdir. Kollegiya bu hala münasibətdə isə onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən normanın məzmunundan da aydın olduğu kimi nöqsanların aradan qaldırılması birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün əsas sayıla bilməz və bu halda iddiaçı ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı MMCnin Cavabdeh qarşı pul tələbi barədə kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e -2-2(123)-115/2022 nömrəli qərardadından İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(123)-115/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya işi üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2-2(123)115/2022 nömrəli qərardadından İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsini n 15 noyabr 2022-ci il tarixli, e-22(123)-115/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar