Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-16/2025 02.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(123)-11/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 vasitəsilə 22 iyul 2024-cü il tarixdə Cavabdehnə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə mürac iət edərək Cavabdeh MMC tərəfindən müqavilə üzrə ödəməli olduğu 112.867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat pulu iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsinin təmin edilməsi, o cümlədən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 (üç yüz əlli) manat və 404 manat 61 qəpik (dörd yüz dörd manat, altmış bir qəpik) dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 09 yanvar 2025-ci il tarixli, e-2-2(123)-11/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən (VÖEN-**********) 112.867 (bir yüz on iki min səkkiz yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə (VÖEN-**********) ödənilməsi, 402, 87 (dörd yüz iki manat, səksən yeddi qəpik) manat dövlət rüsumu və 0,61 (altmış bir) qəpik xidməti haqqı, yəni ümumilikdə 403,48 (dörd yüz üç manat, qırx səkkiz qəpik) manatın Cavabdehndən alınıb İddiaçınə ödənilməsi, iddiaçı tərəfindən 27 may 2024-cü il tarixli, ********** saylı qəbzlə dövlət büdcəsinə artıq ödənilmiş 1.13 (bir manat on üç qəpik) manat dövlət rüsumunun İddiaçınə geri qaytarılması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(123)-11/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh 07 fevral 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsini n 09 yanvar 2025-ci il tarixli, e-2-2(123)-11/2025-041 nömrəli qətnaməsini ləğv edərək, borc məbləğinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizaların keçirilməsini təşkil edərək yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuşdur. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh nümayəndələri məhkəmə baxışı iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə də kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndələrinin iştira kları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı direktoru X5 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 19 mart 2025-ci il tarixdə asan imzadan istifadə etməklə imzalanmış ərizə ilə kollegiyaya müraciət edərək hazırkı mübahisə ilə əlaqədar cavabdehlə aralarında məhkəmədən kənar qaydada razılıq əldə edildiyini, bu səbəbdən iddia tələblərindən imtina etdiklərini və bunun nəzərə alınmasını kollegiyadan xahiş etmişdir. Kollegiya iddiadan imtina ilə əlaqədar İddiaçı direktoru X3 ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı vəziyyətdə iddiadan imtina qəbul edi lməlidir. Belə ki, Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə,... bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 370.1-370.2-ci maddələrinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. İddiaçı direktoru X3 iddiadan imtinası qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından kollegiya hesab edir ki, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə tamamilə ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş üzrə İddiaçı direktoru X3 xx.xx.2025-ci il tarixdə kollegiyaya ünvanlamış olduğu ərizədə Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 52.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır ki, belə olan halda İddiaçı direktoru X3 iddia tələbindən imtina barədə ərizəsi qəbul olunmalı, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, e-2-2(123)-11/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 384.0 və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi... qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xit am verir. Yuxarıda göstərilən qaydada iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli olduğundan kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlillərinin müzakirə edilərək onlara hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən X6 vasitəsilə 27 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə (büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ47AİİB********************, xidmət kodu: 14221105, transaksiya nömrəsi İB**********) ödənilmiş 404 (dörd yüz dörd) manat dövlət rüsumu İddiaçı nə geri qaytarılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, iddiadan imtina qəbul olunduğundan və mülki iş üzrə icraata xitam verildiyindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən X6 vasitəsilə 03 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə (büdcə təsnifat kodu: 142214, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ47AİİB********************, xidmət kodu: 14221418, transaksiya nömrəsi 7********) ödənilmiş 201.43 (iki yüz bir manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdehnə geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261.0.4, 370, 384.0, 384.0.5, 402.2.4, 405.0, 405.0.2 və 406.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “alğı-satqı müqaviləsi üzrə öhdəliyin icrası” tələb i barədə kommersiya mübahisəsinə dair iş üzrə İddiaçı direktoru X3 iddia tələbindən imtinası qəbul edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, e-2-2(123)-11/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən X6 vasitəsilə 27 may 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə (büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ47AİİB********************, xidmət kodu: 14221105, transaksiya nömrəsi İB**********) ödənilmiş 404 (dörd yüz dörd) manat dövlət rüsumu İddiaçınə geri qaytarılsın. Cavabdeh tərəfindən X6 vasitəsilə 03 fevral 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə (büdcə təsnifat kodu: 142214, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ47AİİB** ******************, xidmət kodu: 14221418, transaksiya nömrəsi 7********) ödənilmiş 201.43 (iki yüz bir manat qırx üç qəpik) manat dövlət rüsumu Cavabdehnə geri qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-16/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-16/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver