Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-18/2023 28.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) və İddiaçı2 SKT Naxçıvan Filialının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar "xxxx" Açıq Sə hmdar Cəmiyyətinin baş direktoru V.Q.Məmmədov və İddiaçı2 SKT Naxçıvan Filialının müdiri E.H.Əliyev 07 fevral 2019-cu il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ödənilməmiş 1251 manat borcun və 30 manat dövlət rüsumunun borcludan alınıb "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən F.İ.Heydərov) iddia tələbi təmin edilmiş, Cavabdeh ödənilməmiş 1251 (bir min iki yüz əlli bir) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cav abdeh 04 oktyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ünvanladığı apellyasiya şikayətini Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə təqdim etmiş, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-2(123)-29/2019 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikasının İnzibatiİqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsindən Cavabdeh münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun "xxxx" ASC-ə borcu yoxdur, belə ki, o, 14 mart 2019-cu il tarixdə keçirilmiş məhkəmə icla sında iştirak etməyib və borcun etirafı ilə bağlı izahat verməmişdir. Məhkəmə tərəfindən sübutlar saxtalaşdırılmışdır. Qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası İnzibati– İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli 2-2(087)-29/2019 nömrəli qətnaməsinin ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri V.Q.Məmmədovun 06 noyabr 2023-cü il tarixdə məhkəməyə ünvanladığı həmin tarixli, 66 №-li məktub əsasında iş üzrə iddiaçı qismində göstərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adının dəyişdirilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması nəzərə alınaraq məhkəmə prosesinə cəlb edilmişdir. İşə baxılmanın vaxt ı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 SKT Naxçıvan Filialının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsinin ləğv olunmasını kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsinin dəyiş dirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şika yət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməs ini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. X4 Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 22(087)-29/2019 nömrəli qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, Cavabdeh apellyasiya şikayətində "xxxx" ASC-ə borcunun olmadığı, belə ki, 14 mart 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmədiyi və borcun et irafı ilə bağlı izahat vermədiyi, məhkəmə tərəfindən sübutların saxtalaşdırıldığına əsaslanaraq mübahisəli qətnamənin ləğv edilməsini xahiş etmiş, lakin apellyasiya icraatında məhkəmə baxışı zamanı həmin dəlillər onun öz izahatı və digər iş materialları ilə təkzib edilməklə həmin faktları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Şikayətin qeyd olunan dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarının 35-ci səhifəsində olan 14 mart 2019-cu il tarixli „məhkəmə iclasına çağırılan şəxslərin adlı siyahısı“ndan görünür ki, Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməsilə bağlı həmin siyahıda imza etmiş, eyni zamanda qeyd olunan məhkəmə iclasının protokolunda əks olunan izahatında həqiqətən də iddiaçılar ilə aralarında bağlanmış xx.xx.2010-cu il t arixli lizinq müqaviləsinə əsasən ona dəyəri 2503 (iki min beş yüz üç) manat olan 1 (bir) ədəd damazlıq mal verildiyini, malı təhvil aktı əsasında sağlam vəziyyətdə aldığını, həmin damazlıq cins mal üçün 1251 (bir min iki yüz əlli bir) manat pulu ödəməli olduğunu, həmin günə qədər məbləği birdəfəlik ödəmək imkanının olmadığını, qeyd olunan məbləği müəyyən bir vaxt ərzində ödəyəcəyini bildirmişdir. Həmçinin, iş materiallarında olan: - 23 dekabr 2011-ci il tarixli Təhvil Aktından görünür ki, "xxxx" ASC-nin hesabına Muxtar Respublikaya gətirilmiş dəyəri 2503 (iki min beş yüz üç) manat olan 1 (bir) baş AT067018216 birkalı damazlıq heyvan sağlam vəziyyətdə "xxxx" ASC-nin anbardarı N.Ə.Hacıyevdən alınaraq Cavabdeh təhvil verilmişdir. - "xxxx" ASC və İddiaçı2 SKT Naxçıvan Filialı ilə Cavabdeh ara sında bağlanmış 23 dekabr 2011-ci il tarixli "xxxx" təşkilatı hesabına damazlıq məqsədi ilə gətirilmiş iribuynuzlu malların lizinqə verilməsi barədə müqavilədən görünür ki, dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 2503 (iki min beş yüz üç) manat olan 1 (bir) baş AT-067018216 birkalı damazlıq mal lizinq qaydasında 3 (üç) il müddətinə Cavabdeh verilmişdir. - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə Şərur rayonu Vergilər Şöbəsi tərəfindən vergi ödəyicisi (VÖEN:**********) kimi qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 27 dekabr 2018-ci il tarixli, 400 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh lizinq müqaviləsinin müddətinin bitməsinə baxmay araq 1251 manat borcu ödəmədiyi üçün ona məbləğin ödənilməsilə bağlı müddət verilmiş, ödəmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası bildirir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsində məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olması (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi), hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi) ilə əlaqədar olan və digər zəruri prosessual normalar rəhbər tutulmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində iddia tələbinin təmin edilməsilə bağlı gəldiyi nəticənin əsaslı olub-olmadığı ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, barəsində şikayət verilmiş qətnamədə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməsi, Cavabdeh ödənilməmiş 1251 (bir min iki yüz əlli bir) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsini qət etmişdir. Belə ki, apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh 23 dekabr 2011-ci il tarixdə iddiaçılarla arasında bağlanılmış "xxxx" təşkilatı hesabına damazlıq məqsədi ilə gətirilmiş iribuynuzlu malların lizinqə verilməsi barədə müqavilə üzrə dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 2503 (iki min beş yüz üç) manat olan 1 (bir) baş AT-067018216 birkalı damazlıq malı lizinq qaydasında 3 (üç) il müddətinə əldə etmiş, damazlıq heyvan sağlam vəziyyətdə 23 dekabr 2011-ci il tarixli Təhvil Aktı ilə cavabdeh şəxsə təhvil verilmiş, lakin Cavabdeh 1251 manat borcu ödəməmişdir.Yəni tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəf öhdəliyini icra edərək malı Cavabdeh təhvil versə də cavabdeh öhdəliyini lazımi qaydada icra etməyərək iddiaçı təşkilata- "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) borclu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 747.1 -ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748.1-ci maddəsinə əsasən, lizinq müqaviləsi yazılı formada bağlanılır. 748-1.1-ci maddəsinə əsasən, lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən, lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 748-1.9-cu maddəsinə əsasən, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-9-cu maddəsinə əsasən, əgər lizin q müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə mü vafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə i cra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə,məhkəmə kollegiyası işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnaməsində mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdır mış, maddi və prosessual hüquq normalarına düzgün əməl etməklə iddianı təmin etmiş, yəni qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakter li iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bütün sadalananları nəzərə alaraq kollegiya sonda belə nəticəyə gəlir ki, iddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) və İddiaçı2 SKT Naxçıvan Filialının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 n ömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) və İddiaçı2 SKT Naxçıvan Filialının Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-2(087)-29/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayə
Məhkəmə qərarları › İş №2-2(108)-18/2023
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-18/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver