Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-19/2025 21.06.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-38/2025 nömrəli qətnaməsindən cava bdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Nümayəndə1 vasitəsilə 14 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək mal material haqqına görə yaranmış 79650 (yetmiş doqquz min altı yüz əlli) manat əsas borc məbləğinin və 328.95 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq “X5” MMC-nin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini mə hkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-38/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 79650 (yetmiş doqquz min altı yüz əlli) manat əsas borc məbləği və 328.95 (üç yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsindən alınaraq “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-38/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 20 mart 2025-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayət i ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, apellyasiya şikayətinin təmin olunması, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-38/2025 nömrəli qətnaməsinin tamamilə ləğv olunması və iddianın rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kommersiya mübahisəsinə dair iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin nümayəndəsi Nümayəndə3 21 iyun 2025-ci il tarixli ərizəsini kollegiyaya təqdim edərək iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyət inin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)38/2025 nömrəli qətnaməsindən vermiş olduqları apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 verdiyi izahatında apellyasiya şikayəti üzrə icaata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi nə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kоllegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin nümayəndəsinin ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətindən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası MPM-in 52.5, 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kolle giya qeyd edir ki, iş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin rəisi Ramin Talıbov tərəfindən 21 iyun 2025-ci il tarixdə idarənin iqtisadçısı Nümayəndə3 verilmiş etibarnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsində müəyyən edilmiş səlahiyyətlər tam həcmdə nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyası iş materiallarını və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin nümayəndəsi tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qanuni və əsaslı olduğundan qəbul edilməli və apellyasiya şikayətindən imtina etmiş şəxsə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən bu əsasla da apellyasiya şikayəti verilən zaman dövlət rüsumu ödənilməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 365, 382, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-38/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cavabdehin nümayəndəsinin apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə münasibətdə apellyasiya icraatına хitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-19/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-19/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver