Məhkəmə qərarları › İş №2-2(108)-2/2020

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-2/2020

13.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-2/2020 13.02.2020 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçılar “xxxx” ASC-nin nümayəndəsi X4, “Aqrarkredit” SKT-nin Naxçıvan Filialının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, iddiaçılar “xxxx” ASC-nin və “Aqrarkredit” SKT Naxçıvan Filialının Cavabdeh1 borcun ödənilməsi tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 22(087)-60/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar “xxxx” ASC-nin baş direktor u V.Q.Məmmədov və “Aqrarkredit” SKT Naxçıvan Filialının müdiri E.H.Əliyev Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3 (üç) baş cins mal üçün hesablanan 6440 (altı min dörd yüz qırx) manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(087)-60/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh1 3 (üç) baş cins mal üçün hesablanan 6440 (altı min dörd yüz qırx) manat borc və 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayət ilə Naxçıvan Muxtar Respublika sının Ali Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2011-ci ilin mart-aprel aylarında “xxxx” ASC-dən 3 (üç) baş Holştin-friz iribuynuzlu damazlıq 871, 1403 və 933 birkalı cins malları rəsmi olaraq müqavilə əsasında almış, həmin malları aldıqdan sonra Şərur rayon Baytarlıq İdarəsinin keçirdiyi baxış nəticəsində 1403 və 933 birkalı cins malların qısır olduğu, onların doğmayacağı məlum olmuş, buna görə də aldığı malları geri qaytarıb döl verən yeni cins mallar verilməsi üçün “xxxx” ASC-yə müraciət etmişdir. Lakin onun tələbinə əhəmiyyət verilməmiş, həmin mallar bir il səkkiz ay onun istifadəsində qalmış, bundan sonra həmin mallardan biri 2012-ci ilin dekabr ayında, biri də 2013-cü ilin fevral ayında ölmüşlər. Mallar ölməmişdən əvvəl malların do ğması üçün müalicə aparılması barədə Şərur rayon Baytarlıq İdarəsinə müraciət etmiş, müalicə aparılmış, lakin doğum olmamışdır. Əlavə olaraq bildirir ki, aldığı 3 (üç) baş malın hər birinə 660 (altı yüz altmış) manat ilkin ödəniş kimi “Aqrarkredit” SKT-nin Naxçıvan Filialına pul ödəmiş, malları birinə 871 birkalı mala 1480 (bir min dörd yüz səksən) manat pul ödəmişdir. Satılan malların pulunun tam ödənilməməsi barədə “xxxx” ASC və sonra da “Aqrarkredit” SKT-nin X5 MR İnzibati-İqtisadi Məhkəməsinə iddia vermiş, Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsi işə baxmış və onun əleyhinə qərar qəbul etmiş, lakin məhkəmədə onun təqdim etdiyi sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də məhkəmənin qərarı ilə razı olmamış, apelyasiya şikayəti vermiş və sonda Naxçıvan MR İnzibati-İqtisadi Məhkəmə sinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə baxışı iclası zamanı apelyasiya şikayətini dəqiqləşdirərək Naxçıvan MR İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(087)-60/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul olunmasın xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunlu izahat vermiş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(087)-60/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd oluması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı təşkilat “xxxx” ASC-nin nümayəndəsi X7 apelyasiya şikayəti ni qəbul etmədiyini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılasını və apelyasiya şikayətinin rədd olunmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçı təşkilat “Aqrarkredit” SKT-nın Naxçıvan Filialının nümayəndəsi X2 da apelyasiya şikayətini qəbul etmədiyini və apelyasiya şikayətinin rədd olunmaqla birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, iş üzrə cavabdehin apelyasiya şikayətinin təmin olunmasına, iddiaçı təşkilatın nümayəndələrinin isə apelyasiya şikayətinin rədd olunmasına dair izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək mübahisənin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Kollegiya iş üzrə Cavabdeh1 apelyasiya şikayətinin dəlili kimi 2011-ci ilin mart-aprel aylarında “xxxx” ASC-dən 3 (üç) baş Holştin-friz iribuynuzlu damazlıq 871, 1403 və 933 birkalı cins malları rəsmi olaraq müqav ilə əsasında alması, həmin malları aldıqdan sonra Şərur rayon Baytarlıq İdarəsinin keçirdiyi baxış nəticəsində 1403 və 933 birkalı cins malların qısır olması, onların doğmayacağının məlum olması, buna görə də aldığı malları geri qaytarıb döl verən yeni cins mallar verilməsi üçün “xxxx” ASC-yə müraciət etməsi, lakin onun tələbinə əhəmiyyət verilməməsi, həmin malların bir il səkkiz ay onun istifadəsində qalması, bundan sonra bu mallardan birinin 2012-ci ilin dekabr ayında, birinin isə 2013-cü ilin fevral ayında ölməsi, malların ölməzdən əvvəl doğması üçün müalicə aparılması barədə Şərur rayon Baytarlıq İdarəsinə müraciət etməsi, müalicə aparılsa da, lakin doğumun olmaması, lakin işə baxan Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsi tərəfindən onun təqdim etdiyi sübutlara düzgün qiymət verilməm əsi və işə baxaraq onun əleyhinə qərar qəbul etməsi ilə bağlı göstərdiyi faktlara təqdim edilmiş dəlillər əsasında məcmu halda qiymət verərək dəlillərin əsassız olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd edir; Belə ki, iddiaçı təşkilat tərəfindən birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş “xxxx” ASC və “Aqrarkredit” SKT Naxçıvan Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixli “xxxx” təşkilatı hesabına damazlıq məqsədi ilə gətirilmiş iribuynuzlu malların lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, tərəflər arasında qeyd olunan müqavilə bağlanmaqla dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 3300 (üç min üç yüz) manat olan 1 (bir) baş Holştinfriz-933 birkalı damazlıq iri buynuzlu mal lar lizinq qaydasında 3 (üç) il müddətinə Cavabdeh1 verilmişdir. xx xxxx 2011-ci il tarixli Təhvil Aktından görünür ki, “xxxx” ASC-nin hesabına gətirilmiş dəyəri 3300 (üç min üç yüz) manat olan 1 (bir) baş Holştin-friz-933 birkalı damazlıq heyvan sağlam vəziyyətdə “xxxx” ASC-nin anbardarı N.Hacıyevdən sağlam vəziyyətdə alınaraq Cavabdeh1 təhvil verilmişdir. Qeyd olunan müqavilə əsasında alınmış damazlıq heyvanların dəyərinin Aqrolizinq təşkilatının hesabına ödənilməsi cədvəlinin surətindən görünür ki, Holştin-friz-933 birkalı damazlıq heyvanlar üçün xx xxxx 2011-ci il tarixdə cavabdeh tərəfindən 660 manat ödəniş edilmiş və 2640 manat borc qalmışdır. Eyni zamanda “xxxx” ASC və “Aqrarkredit” SKT Naxçıvan Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli “xxxx” təşkilatı he sabına damazlıq məqsədi ilə gətirilmiş iribuynuzlu malların lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, tərəflər arasında qeyd olunan müqavilə bağlanmaqla dəyəri tam ödənildikdən sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə dəyəri 3300 (üç min üç yüz) manat olan 2 (iki) baş Holştin-friz-871, 1403 birkalı damazlıq iri buynuzlu mallar lizinq qaydasında 3 (üç) il müddətinə Cavabdeh1 verilmişdir. xx xxxxx 2011-ci il tarixli Təhvil Aktına əsasən “xxxx” ASC-nin hesabına gətirilmiş dəyəri 3300 (üç min üç yüz) manat olan 2 (iki) baş Holştin-friz871, 1403 birkalı damazlıq heyvan sağlam vəziyyətdə “xxxx” ASC-nin anbardarı N.Hacıyevdən sağlam vəziyyətdə alınaraq Cavabdeh1 təhvil verilmişdir. Həmin müqavilə əsasında alınmış damazlıq heyvanların dəyərinin Aqrolizinq təşkilatının hesabına ödənilməsi cədvəlinin surətindən görünür ki, Holştin-friz-871, 1403 birkalı damazlıq heyvanlar üçün xx xxxxx 2011-ci il tarixdə hər birinə görə cavabdeh tərəfindən 660 manat ödəniş edilmiş və 2640 manat borc qalmışdır. İddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzlərin surətindən görünür ki, Cavabdeh1 tərəfindən xx xxxx 2011-ci il tarixdə Holştin-friz-933 birkalı iribuynuzlu mal üçün 660 (altı yüz altmış) manat, xx xxxxx 2011-ci il tarixdə Holştin-friz-871 birkalı iribuynuzlu mal üçün 660 (altı yüz altmış) manat, xx xxxxx 2011-ci il tarixdə Holştin-friz-1403 birkalı iribuynuzlu mal üçün 1000 (bir min) manat ödənilmişdir. “xxxx” ASC-nin Cavabdeh1 ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli, 211/1 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 v axtı keçmiş 6440 manat lizinq ödənişinin ödənilməsi üçün xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək “Aqrarkredit” SKT Naxçıvan Filialının hesabına 480 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan norması baxımından iddiaçı tərəfdən birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlara münasibətdə qeyd edir ki, iddiaçı tərəfin sübu t kimi təqdim etdiyi yuxarıda adıçəkilən dəlillər düzgün olaraq işə baxan məhkəmə tərəfindən iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübut növü kimi qəbul edilmiş, iddiaçının iddia tələbi təmin olunmaqla düzgün nəticəyə gəlinmişdir. Yuxarıda da qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsi mülki prosesdə sübutetməni tərəflərin vəzifəsi kimi müəyyən etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, “Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəf lərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Lakin iş üzrə Cavabdeh1 istər birinci instansiya məhkəməsində, istərsə də apelyasiya qaydasında işə baxılarkən tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edəcək və iddia tələbinin rəddi üçün əsas yaradacaq hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda da mülki işin araşdırılmış hallarından göründüyü kimi tərəflər arasında liz inq müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarət olmuşdur ki, lizinq müqaviləsində müəyyən edilmiş üç baş damazlıq iribuynuzlu malı dəyəri 3 (üç) il müddətinə ödənilmək şərti ilə iddiaçı təşkilat cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etdiyi halda, cavabdeh iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmiş və buna görə də müvafiq mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd olunur ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1 və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı t əsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən i stifadəyə başladığı vaxtdan qüvvəyə minir. Beləliklə, kollegiya mülki işin apelyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər geniş, düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə Cavabdeh1 apelyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq kollegiya qət etdi: İddiaçılar “xxxx” ASC- nin və “Aqrarkredit” SKT Naxçıvan Filialının Cavabdeh1 borcun ödənilməsi tələbinə dair Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(087)-60/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(087)-60/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehman Allahverdiyev Hakimlər: Sənan Qarayev Əhliman Xıdırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar