Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-2/2025 17.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkil-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-330/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı MMC 10 may 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 55825,77 manat əsas borc, 165,9 manat gecikmə faizi olmaqla, ümumilikdə 55991,67 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı (satıcı-VÖEN3********) və cavabdeh (alıcı-VÖEN**********) arasında olmuş şifahi razılaşmaya əsasən satıcı razılaşdırılmış məbləğdə malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən 55825,77 manat dəyərində malların və xidmətlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə tərt ib edilən “Üzləşmə aktı” ilə cavabdeh iddiaçıya 55825,77 manat məbləğində borcunun yarandığını etiraf edərək, həmin məbləği ödəməyi öhdəsində götürmüş, lakin iddiaçı tərəfindən edilən şifahi xəbərdarlıqlara baxmayaraq, bugünə qədər cavabdehin ödəməyi öhdəsinə götürdüyü qalıq borc məbləği iddiaçıya ödənilməmişdir. Cavabdeh iddiaçıya məxsus pul məbləğini özündə heç bir əsas olmadan saxladığı üçün də mülki qanunvericiliyə əsasən onun qarşısında məsuliyyət daşıyır. Belə ki, iddiaçıya məxsus 55825,77 manat pul məbləğini cavabdeh əsassız olaraq saxlamaqla ondan faydalanmışdır. İddiaçı tərəfindən göndərilən pretenziya məktubunun cavabdehə çatdığı tarixi nəzərə alaraq, iddiaçı xx.xx.2024-cü il tarixdən etibarən, ona geri qaytarılmalı olan 55825,77 manat borc məbləğinə AR Mərkəzi Bankının uçot dərə cəsi üzrə faiz hesablamaq hüququna malikdir (hazırda uçot dərəcəsi 7.75 faizdir). Bu isə o deməkdir ki, cavabdehin iddiaçıya xx.xx.2024-xx.xx.2024-cü illər aralığında gecikməyə görə 440 manat məbləğində faiz borcu yaranmış olur. Hesablama qaydası: (55825,77 manat*7.75%) / 365 gün=11,85 1 günə görə hesablanan faiz borcu olduğundan yekun faiz borcu - 11,85*14 gün=165,9 manat təşkil edir. 16 aprel 2024-cü ildə iddiaçı tərəfindən cavabdehə qeyd edilən məsələ ilə bağlı pretenziya məktubu göndərilmiş və 10 gün müddətində müvafiq məbləğin geri qaytarılması tələb edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 449.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına istinad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) e-2-2(123)-330/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 55825,77 manat məbləğində əsas borc və 165,9 manat məbləğində gecikmə faizi olmaqla, ümumilikdə 55991,67 manatın tutularaq iddiaçiya ödənilməsi, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 258 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. “M əhkəmə... qeyd edir ki, ərizəyə əlavə olunmuş üzləşmə aktı ilə cavabdehin direktoru Nümayəndə2 Ağahüseyn oğlunun öz imzası ilə iddiaçıya 55825,77 manat məbləğində borcunun olmasını etiraf etməsi işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, lakin cavabdeh öhdəliyini icra etməyərək yaranmış borc məbləğini ödəməmişdir. Həmçinin, məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə2 də öz izahatı ilə cavabdehin iddiaçıya ödənilməmiş borc məbləğinin olmasını və həmin məbləğin iddiaçıya ödənilmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi iddianı qəbul etmişdir... Məhkəmə hesab edir ki, iddiaçı tərəflər ar asında olmuş şifahi razılaşmadan irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi və icranın gecikdirilməsi ilə əlaqədar gecikdirilmiş vaxt üçün 165,9 manat faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı tərəf öz tələbində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməsə də, qanunvericiliyin tələbinə müvafiq olaraq iddia təmin edildiyindən 258 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir ”. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 329.2, 329.3, 385.1, 389.1, 389.2, 389.3, 425.1, 442, 567, 445.2-445.2.2, 445.3, 445.7, 449.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 14.2, 106.3, 107, 108.2, 112.1-112.1.1, 119.1, 191.3, 217.5, 218.3, 220.4 və 220.5-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.1.3-cü maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il 31 may, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr və “N.Hacıyevin şikayəti üzrə” 2020-ci il 14 iyul tarixli Qərarlarına istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyator - cavabdehin vəkil-nümayəndəsi apellyasiya şikayəti verərək xx.xx.2024cü il tarixli e-2-2(123)-330/2023 saylı qətnamənin dəyişdirilməsini və cavabdeh tərəfindən edilmiş ödənişlər n əzərə alınmaqla iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakı qaydada əsaslandırılmışdır. “Cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələbi qəbul etsə də, məhkəmənin qəbul etdiyi yekun qərarla razılaşmr. Belə ki, iş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilənin mövcudluğu müəyyən edilmir və iddiaçı bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “üzləşmə aktı” dır ki, həmin aktın tərtib edildiyi tarixdən altı aydan da artıq vaxt keçmiş və bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya müəyyən miqdarda ödəniş edilmişdir. Hansı ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiçıya 6-7 min manat civarında ödəniş edildiyini bildirs ə də, bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Digər tərəfdən cavabdehin iddiaçıdan hər hansı malı alması, bununla bağlı ona ödəniş edəcəyi barədə öhdəlik götürməsi iş materiallarında öz əksini tapmır. Buna görə də tərəflər arasındakı münasibətlər Mülki Məcəllənin 385.1 və 386.1-ci maddələri ilə tənzimlənmədiyindən iddia tələbi bu hissədə əsaslı hesab edilmir. Qətnamədən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 165,9 manat məbləğində gecikmə faizinin ödənilməsi də qət edilmişdir. Halbuki, tərəfələr arasında alqı-satqı ilə bağlı heç bir müqavilə olmamış, cavabdeh tərəfindən iddiaçı qarşısında heç bir öhdəlik götürülməmişdir. Digər tərəfdən göründüyü kimi, Mülki Məcəllədə alıcının aldığı mala görə onun pulunu ödəmək öhdəliyini icra etmədiyi halda gecikdirilən ödənişə münasibətdə əlav ə faizlərin ödənilməsi məcburi norma kimi əks edilməmiş, eyni zamanda bunun üçün ilkin olaraq tərəflər arasında müqavilənin mövcud olması əsas meyar kimi müəyyən edilmişdir. Tərəflər arasında hər hansı müqavilənin olmaması səbəbindən iddiaçı tərəfin əlavə gecikdirilmə faizinin tutulması ilə bağlı tələbi əsaslı sayılmır və məhkəmənin bununla bağlı gəldiyi qənaət tərəflərindən düzgün hesab edilmir. Qənaətlərinə görə iddia tələbi mülki-prosesual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, məhkəmə icraatı zamanı tələbin artırılıb-azaldılması ilə bağlı qaydalara riayət edilməyərək prosesual qanunvericiliyin tələbləri pozulmuşdur. İş üzrə əsas borc cavabdeh tərəfindən etiraf edilsə də, gecikmə faizinin tutulması ilə bağlı iddia tələbi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmır. Belə ki, iş materiallarından da göründüyü kimi, tərəflər arasındakı alqı-satqı müqaviləsi şifahi formada bağlanmış, bu zaman öhdəliyin icrası qaydası və şərtləri, eyni zamanda onun icra edilməməsinə görə məsuliyyət məsələləri zəruri qaydada həll edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfin tələb edilən məbləğə münasibətdə əlavə ödənişin - gecikmə faizinin tutulması ilə bağlı hissədə tələbinin prosessual qanunvericiliyin müddəalarına riayət edilməməsi qənaətindədirlər. Mülki qanunvericiliyə görə də öhdəliyin əmələ gəlmə əsası kimi tərəflər arasında müqavilənin olması şərtdir. Lakin hazırki iş üzrə tərəflər arasında hər hansı müqavilənin olması müəyyən edilmir və məhkəmə tərəfindən də ilkin olaraq iddiaçı ilə cavabdeh arasında münasibətlərin yaranması, işgüzar əlaqələrin hansı qayda və şərtlərlə qurulması aydınlaşdırılmamışdır. Məhkəmə zamanı cavabdehin nümayəndəsi borcun bir qismini qaytarması ilə bağlı izahat versə də, müvafiq kassa mədaxil qəbzi iddiaçı cəmiyyətdə saxlanıldığından bununla bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırda isə iddiaçıya olan borcun bir qisminin ödənilməsi ilə bağlı kassa mədaxil qəbzi məhkəməyə təqdim edilir”. Cavabdehin vəkil-nümayəndəsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 385.1, 386.1 və 449.1-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 76.1, 77.1, 149.1, 149.2 və 149.2.3-cü maddələrinə, həmçinin İnsan Hüquqlqrı üzrə Avropa Məhkəməsinin “Elshoz Almaniyaya qarşı” iş üzrə 2000-ci il 13 iyul və “Blucher Çex Respublikasına qarşı” iş üzrə 2005-ci il 11 yanvar tarixli qərarlarına istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. 24 dekabr 2024-cü ildə keçirilmiş məhkəmə baxışı iclasında vermiş olduqları izahatlarda; Cavabdehin vəkil-nümayəndəsi Vəkil göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsinin məbləğə münasibətdə dəyişdirilməsini istəyirlər. İki tərəf arasında şifahi razılıq olmuş, cavabdeh iddiaçıdan materiallar almışdır. Cavabdehin direktoru iddianı qəbul etmiş, həmin materialları almasını etiraf etmişdir. Qətnamə ilə ona görə razı deyillər ki, əlavə ödənişin alınması ilə bağlı tərəflər arasında hər hansı bir razılıq olmamışdır. Eyni zamanda cavabdeh birinci instansiya məhkəməsində üzərində olan borc öhdəliyini qismən icra etməsini, yəni 6000-7000 manat ödəməsini izahatında bildirsə də, bununla bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya icraatı dövründə həmin sənədi iddiaçıdan alaraq apellyasiya şikayətinə əlavə etmişdir. Qeyd etdiyi nüanslara görə həm ödənişin, həm də tərəflər arasında əlavə pul ödənişinin olmamasını nəzərə alaraq qətnamənin dəyişdirilməsi barədə qərar qəbul olunmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 göstərdi ki, apellyasiya şikayətini qəbul etmir, birinci instansiya məhkəməsinin qətnam əsini qanuni və əsaslı hesab edir. Cavabdehin iddiaçıya olan borcu daş travertin məhsullarının satışı nəticəsində 2023-cü ildən yaranmışdır. Cavabdehin rəhbəri Nümayəndə2 onun yanında olan zaman “borcu ödəyəcəm” demiş, həm özünün, həm də cavabdehin borcunun olmasını etiraf etmişdir. Lakin münasibətlər elə bir səviyyəyə çatmışdır ki, məcbur qalıb məhkəməyə müraciət etmişlər. 1 il məhkəmə davam etmiş, Sarvan hər dəfə demişdir ki, “ödəyəcəm”, lakin ödəməmişdir. Bu vaxt uzatmaqdan başqa bir şey deyil. Hər hansı bir yerdə 3 nəfər briqada kimi işləyənlər taşeron adlanır. Bu baxımdan Sarvanın özünün fiziki şəxs kimi də iddiaçıya təxminən 70.000 manat borcu var. Əvvəllər cavabdeh iddiaçıya borclarını elektron formada köçürmə vasitəsilə ödəmiş, Sarvan isə “taşeron” kimi şəxsən özü gəlib pulu kassay a vermişdir. 17 yanvar 2025-ci ildə keçirilmiş məhkəmə baxışı iclasında; Cavabdehin vəkil-nümayəndəsi kollegiyaya yazılı ərizə təqdim edərək apellyasiya şikayətində göstərilən 165,90 manata aid hissədən imtina etdiyini bildirib, həmin ərizənin nəzərə alınmaqla şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən 28 dekabr 2024-cü il tarixdə iddiaçıya 5510 manatın ödənildiyini bildirərək, bu barədə sənədi kollegiya təqdim edib, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Şikayətə əlavə olunmuş xx.xx.2024-cü il tarixli (sənəd № RSL-155) kassa mədaxil qəbzinin (0511 00) surətindən məlum olur ki, iddiaçının 100.13.001 kodlu kassasına qeyd olunan tarixdə “Sarvan taşeron” tərəfindən 4.000,00 manat “borcdan mədaxil” edilmiş və təhvil alınmışdır. Apellyasiya baxışı zamanı; - iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 291 nömrəli məktubda göstərilmişdir ki, “cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu 6-7 min manat ödəmə xx.xx.2024-cü ildə tərtib olunmuş üzləşmə aktında göstərilən Cavabdeh MMC-yə aid deyil, Sarvanın şəxsi borcu ilə əlaqədar yaranmışdır. Bu fakt xx.xx.2024-cü il tarixli kassa mədaxil qəbzi ilə təsdiq olunur. Cavabdehin iddiaçıya olan borcu travertin daş məhsullarının satışı ilə bağlı olmuşdur”. - **********7/924521334 nömrəli, xx.xx.2024-cü il tarixli referansın (bir şəxsin maliyyə və şəxsi durumunu gö stərən sənəd) surətindən bəlli olur ki, X4 filialı vasitəsilə cavabdeh tərəfindən iddiaçıya qeyd olunan tarixdə “alınmış malın dəyəri EBDP788661 saylı xx.xx.2023-cü il tarixli qaimə” üzrə 5510 manat ödəniş edilmişdir. - cavabdehin vəkil-nümayəndəsinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, apellyasiya şikayətinin 165.90 manat hissəsindən imtina etməklə ərizəsinin nəzərə alınmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə; Maddə 14.2-14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki-Prosessual Məcəllə; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin pred meti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0-384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri “Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında hüquqi mövqeyi belədir ki, “apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidi r. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Mülki-Prossesual Məcəllənin 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki-Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 4 №-li qərardadı nda məhkəmələrə tövsiyə edilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı halda apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqeni nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə qismən yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçının nümayəndəsi və cavabdehin vəkil-nümayəndəsinin izahatları və apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlər üzrə əlaqəli şəkildə araşdıraraq mülki işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı mübahisə iddiaçı tərəfindən cavabdehə nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) satılmış travertin daşların müqabilində tələb olunan 55825,77 manat əsas borc və 165.9 manat gecikmə faizi olmaqla, cəmi 55991,67 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. İddiaçının xx.xx.2024-cü il tarixə cavabdehlə bağlı debitor borcunun 55825,77 manat olması hər iki MMC-nin direktoru tərəfindən imzalanaraq rəsmiləşdirilmiş üzləşmə aktı (İ cild, i/v. 7) ilə yanaşı, cavabdehin nümayəndəsinin izahatı (İ cild i/v.63) ilə də təsdiq olunur, göstərilən tarixə ümumi borcun qeyd edilən məbləğdə olması işin mübahisə olunmayan halıdır. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh travertin daşlarının alqısatqısı ilə bağlı sövdələşmiş, tərəflər arasında əvvəlcədən şifahi razılaşmaya müvafiq olaraq işgüzar əlaqələr yaranıb davam etmiş, iddiaçı şifahi razılaşma üzrə travertin daşları cavabdehə vermiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilməyən travertin daşların müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Qeyd oluna nlardan göründüyü kimi, tərəflər arasında əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, Bununla bağlı kollegiya əlavə olaraq qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir. Alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hes ab edilməsi üçün kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini öğdəməyə borcludur. Alqı-satqı müqaviləsi üç formada bağlanılır: şifahi, sadə yazılı və notarial. Müqavilənin hansı formada bağlanması müqavilənin predmetindən, sübyekt tərkibindən və qiymətindən asılı deyildir. Həmin müqavilənin hansı formada bağlanması iki məsələdən asılı olaraq həll edilir: tərəflərin qarşılıqlı razılığından, qanunda ifadə edilən göstərişdən. Tərəflərin razılığı ilə alqı-satqı müqaviləsi həm şifahi formada, həm də sadə yazılı və ya notarial formada bağlana bilər. Belə ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. (Mülki Məcəllənin 329.2, 329.3 və 406.1-ci maddələri). Mülki qanunvericilik daşınmaz və rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqısı haqqında müqavilələr istisna olmaqla digər əşyaların alqısatqısının şifahi formada bağlanmasını qadağan etmir. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə tərəflər azad ira də ifadəsi əsasında travertin daşlarının nisyə alqı-satqı müqaviləsini bağlamış və bu müqavilənin məzmununu müəyyənləşdirmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilkdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (Mülki Məcəllənin 14.214.2.1-ci maddələri). Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi, alıcı əşyanı satıcıdan bilavasitə təhvil aldıqdan sonra da ödəyə bilər. Bu cür ödənişdən xüsusilə malların nisyə satışında istifadə edili r. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, buna əşyanın nisyə (kreditlə) satışı deyilir. Belə halda həyata keçirilən ödəniş isə nisyə ödəniş adlanır. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (Mülki Məcəllənin 427.2ci maddəsi). Apellyasiya şikayətində mübahisələndirilən hissə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya borclu olduğu 55825,77 manat pul vəsaitindən 6-7 min manatın üzləşmə aktı tərtib olunduqdan sonrakı müddətdə cavabdehə ödənmiş olması və həmin məbləğin birinci instansiya məhkəməsində qətnamə çıxarılarkən nəzərə alınmaması ilə bağlı dır. Həmçinin apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi “165,9 manat geçikmə faizinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində mübahisələndirilmiş, lakin cavabdehin vəkil-nümayəndəsi xx.xx.2025-ci il tarixli ərizəsində apellyasiya şikayətinin həmin hissəsindən imtina etdiyini göstərmiş və təqdim etdiyi ərizənin nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizə nəzərə alınaraq kollegiya tərəfindən apellyasiya şikayəti üzrə qeyd olunan hissə yoxlanılmır. Apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli kassa mədaxil qəbzinin (051100) surətindən bəlli olur ki, iddiaçının 100.13.001 kodlu kassasına qeyd olunan tarixdə “Sarvan taşeron” tərəfindən 4.000,00 manat “borcdan mədaxil” edilmiş və təhvil alınmışdır. Qeyd olunanlarla bağlı iddi açının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 291 nömrəli məktubda göstərilmişdir ki, “cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu 6-7 min manat ödəmə xx.xx.2024-cü ildə tərtib olunmuş üzləşmə aktında göstərilən Cavabdeh MMC-yə aid deyil, Nümayəndə2 şəxsi borcu ilə əlaqədar yaranmışdır. Bu fakt (051100) xx.xx.2024-cü il tarixli kassa mədaxil qəbzi ilə təsdiq olunur. Kollegiya qeyd edir ki, türk dilində işlədilən “taşeron” sözü azərbaycan dilinə tərcümədə subpodratçı (podrat üzrə işləyən təşkilatlara yaxın olan, ancaq əsas olmayan podratçı) mənasını ifadə edir. Subpodratçı bir podratçı ilə müqaviləsi olan və ona müəyyən qurğu, ya da işlərin təminatını edən şəxs, şirkət və ya müəssisədir. Subpodratçılar layihənin müxtəlif aspektlərində (elektrik, sanitariya d urumları, təmir işləri kimi) podratçı ilə əməkdaşlıq edir və müqavilələrin yerinə yetirilməsində yardımçı rol oynayır. İş materiallarında olan üzləşmə aktının surətindən (İ cild, i/v. 7) isə məlum olur ki, “İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixə Cavabdeh MMC ilə bağlı debitor borcu 55825,77 manat, Nümayəndə2 ilə bağlı debitor borc isə 70731,77 manatdır”. Şərh olunanlardan göründüyü kimi, iddiaçı hazırkı mübahisə ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən iki gün əvvəl Nümayəndə2 (cavabdehin direktoru) tərəfindən cavabdehin iddiaçıya ödəməli olduğu pul məbləği üzrə deyil, məhz şəxsən özünün borcuna görə sonuncuya qeyd edilən 4.000,00 manatı ödəmişdir. Yəni xx.xx.2024cü il tarixli kassa mədaxil qəbzi hazırkı iş üzrə cavabdehin iddiaçıya olan borcundan qeyd olunan məbləğdə ö dənişi təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli, **********7/924521334 nömrəli referansın (bir şəxsin maliyyə və şəxsi durumunu göstərən sənəd) surətindən bəlli olur ki, X4 filialı vasitəsilə cavabdeh tərəfindən iddiaçıya qeyd olunan tarixdə “alınmış malın dəyəri EBDP788661 saylı xx.xx.2023-cü il tarixli qaimə” üzrə 5510 manat ödəniş edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə çıxarıldıqdan üç ay sonra cavabdeh tərəfindən iddiaçıya qeyd olunan tarixdə göstərilən məbləğdə ödənişin edilməsi qətnamənin icrası zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən digər dəli lləri şərh olunanlara əsasən cavabdehin subyektiv mülahizələri kimi qiymətləndirməklə qətnamənin dəyişdirilməsi üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. e-2-2(123)-330/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnamə mübahisələndirilən hissədə qanuni, əsaslı və ədalətlidir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, e-2-2(123)-330/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnamədən cavabdehin vəkil-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, həmin qətnamə mübahisələndiril ən hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən iddiaçıya 2024-cü il 28 dekabrda 5510 manat ödənişin edildiyi qətnamənin icrası zamanı nəzərə alınmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 129 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə birinci instansiya məhkəməsində qəbul edilən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğundan Mülki-Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticəvi hissə Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh MMC-nin vəkil-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-330/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 2024-cü il 28 dekabrda 5510 (beş min beş yüz on) manat ödənişin edildiyi qətnamənin icrası zamanı nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.