Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-21/2025 18.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-37/2025 nömrəli, 2025-ci il 21 fevral tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkə məsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. “X12” MMC (satıcı) ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi (alıcı) arasında mal-materialların (sement, armatur, profil və s., bundan sonra “mallar”) nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı malları təqdim etməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
2. Malların verilməsi ilə bağlı satıcı tərəfindən alıcıya elektron qaimələr göndərilmişdir. 3. 2023-cü il 15 iyul tarixdə satıcı və alıcı arasında onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş üzləşmə aktı tərtib olunmuş, həmin aktda Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitekt ura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 2023cü il 1 iyul tarixə “X12” MMC-yə 1.221.843,95 manat borcunun olduğunu qəbul etmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “X12” MMC (bundan sonra “iddiaçı”) 2024-cü il 14 noyabr tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (bundan sonra “cavabdeh”) 1.221.843,95 manat əsas borc və 1401 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əsasında malın, işlərin və xidmətlərin göstərilməsi barədə razılıq olmuşdur. Müqaviləyə əsasən iddiaçı cavabdehi (sifa rişçini) mal-materialla təmin edir, sifarişçi isə həmin xidmətləri qəbul edir və razılaşdırılmış qaydada mal-material haqqını ödəyir.
6. Lakin cavabdeh tərəfindən razılaşma üzrə yaranmış öhdəliklər yerinə yetirilməmiş, mal-material haqqı tam şəkildə ödənməmiş və bunun nəticəsində xx.xx.2023cü il tarixə iddiaçıya 1.221.843,95 manat borc yaranmış, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq qeyd edilən borc məbləği ödənilməmiş qalmış, borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə təsdiq olunmuşdur.
7. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə dəfələrlə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab alınmamış, cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mə hkəməyə müraciət olunacağı bildirilmişdir.
8. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442 və 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.3-cü maddələrinə istinad etmişdir.
9. Cavabdeh 2024-cü il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edib, Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə istinad etməklə iddianın təmin olunmamasını xahiş etmişdir.
10. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-37/2025 nömrəli, 2025-ci il 21 fevral tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 1.221.843,95 manat əsas borcun və 1401 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim Qabil Məmmədov).
11. Birinci instansi ya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. İddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əldə olunaraq hər iki tərəf üzərinə həmin razılaşmadan irəli gələn öhdəliklər götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə mallar təqdim etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, elektron qaimələr və üzləşmə aktından göründüyü kimi malların bir qisminin dəyərini, yəni 1.221.843,95 manatı ödəməmişdir.
12. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. Bu səbəbdən də məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək iddiaçı tərəfin haqlı olması və iddianın əsaslı olduğundan təmin edilməsi qənaətindədir.
13. Cavabdehin nümayəndəsinin iddia tələbinə etirazında, həmçinin izahatında qeyd etdiyi tələbin əlavə dəyər vergisi (ƏDV) olması və cavabdehin ƏDV-dən azad olunması ilə bağlı fikirlərinə əsasən məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi bu halların təsdiqi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, üzləşmə aktı cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmış və həmin vaxtı borcun ƏDV olması təsdiqlənməmişdir.
14. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 1401 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi nə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 324.1, 324.2, 329.2, 329.3, 385.1 və 442-ci, Mülki Prosesual Məcəllənin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1-108.1.1, 112.1-112.1.1, 119.1, 217.3, 217.4, 217.5, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitu siyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 14 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək e-2-2(123)-37/2025 nömrəli 2025-ci il 21 fevral tarixli qətnamənin ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
17. Mülki Məcəllənin 1096.1 və 1097-ci maddələri üzrə - mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Cavabdehin mülki məsuliyyətinin yaranması üçün istinad olunan normalarda nəzərdə tutulmuş şərtlərin hazırkı mübahisəyə münasibətdə mövcudluğu, cavabdehin qanunsuz hərəkəti və bu hərəkət nəticəsində id diaçıya ziyan vurulması faktı iş materialları ilə təsdiq olunmur.
18. Belə ki, iddiaçı tərəfindən iddia edilən borcun yaranmasında cavabdehin mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasını müəyyən edən maddi hüquq normaları müəyyən edilmir. Həmin borcun yaranması cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində deyil, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üç ün cavabdehə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur.
19. Qətnamənin əsaslandırıcı hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də, bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin cavabdehdən asılı olmayaq, iddiaçının düzgün olmayan mal iyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz.
20. Mülki Prosessual Məcəllənin 14.1 və 14.2-ci maddələri üzrə - qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehdən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron qaimə sənədləri göstərilir, halbuki həmin elektron qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz.
21. İddiaçı tərəfindən iddia edilən borcun yaranmas ı səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi.
22. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac olmuşdur.
23. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddiaçının iddia tələbinin və cavabdehin təqsirli hesab olunan mülki hüquq pozuntusunu müəyyən edən hüquqi əsaslar mü əyyən edilməmişdir.
24. Şəxsin mülki məsuliyyətinin yaranmasını təsdiq edən, onun tərəfindən təqsirli bilinən və hüquq pozuntusu yaradan hərəkət və ya hərəkətsizliyini sübut edən dəlillər aşkar edilmir.
25. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - bu qətnamənin 20 və 21-ci bəndləri. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
27. Apellyasiya baxışında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. 2018-ci ildən başlayaraq Nazirlər Kabinetinin müxtəlif sərəncamları ilə onlarda yeni işlərin dəyərindən ƏDV alınmamışdır. Ay daxilində görülmüş işlər - be ton və yaxud başqa işlərə görə alınan materiallara forma 2-lər yazılır və forma 2-lər hər ayın 30-da, ay başa çatdıqdan, onlar statistik hesabatlar verdikdən sonra hər ayın 10-12-sinə qədər yuxarı təşkilatlardan vəsaitin alınmasını gözləyirlər. Hər hansı ayın 10-15 arası onlara ƏDV-dən azad olunmuş halda pul ödənilir. Onlar da məcbur olub həmin təşkilatlara borcu ƏDV-siz ödəyirlər. Ona görə də bu səbəbdən borc yaranır. Onlar almadıqlarına görə həmin borcu verə bilmirlər. Cavabdeh iddiaçıya əsas borcdan deyil, ƏDV-dən borcludur, 1.222.843,95 manat borcun hamısı ƏDV-dən ibarətdir. Onların arasında şirkətlə “ƏDV ödəməyəcəyik” deyə bir müqavilə olmamış, sadəcə onlara göstəriş verilmişdir ki, “gedin, malı götürün”. 2022-ci ilin iyun ayında müəssisə özəlləşməyə çıxdığına görə onlara 3 gün vaxt v erilmişdir ki, təcili “sverka”ları yazın verin. Onlara icazə verilməmişdir ki, həmin məbləğləri araşdırıb əsas və ƏDV borcunu ayrı-ayrılıqda yazsınlar. Üzləşmə aktında icazə verilmir ki, əsas borcu və ƏDV-dən azad olunub-olunmamanı orada göstərsinlər. İş materiallarında olan üzləşmə aktını o imzalamışdir. Onlar debitor sənədi əsasında üzləşmə aktını təqdim etmişlər. Nazirlər Kabinetinin qərarına əsasən cavabdeh ƏDV-dən azad olunmuşdur. Onlarda olan forma 2-lər ƏDV ilə yazılmış və sərəncam çıxan zaman ƏDV-dən azad edilmişdir. Əvvəllər ümumi göstərişə görə pulun bir hissəsi Arxitektura Komitəsinin ƏDV depozitinə ödənilməli, qalan borclar isə iddiaçı tərəfin hesabına ödənilməli olmuşdur. Bu hallar baş verməsəydi, bu cür nəticə ortaya çıxmayacaqdı. Cavabdehə iddiaçı tərəf bir neçə dəfə ƏDV-siz qaimələr göndərmiş və onların da pulu ödənilmişdir, lakin həmin ƏDV-nin bu işə aidiyyəti yoxdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
28. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. İş üzrə verdiyi iddianı müdafiə edir. O pullar iddiaçıya geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə düzgündür. ƏDV-nin hamısı iddiaçı tərəfindən vergi xidmətinə ödənilmiş, iddiaçını da heç bir nazirlik, vergi xidməti xəbərdar etməmişdir ki, “siz vergidən azadsınız”. Qarşı tərəf şifahi şəkildə hər şeyi əsaslandırır, ancaq yazılı ortaya heç nə qoya bilmir. Bir şirkət olaraq heç bir zaman iddiaçını vergidən azad etməmişlər. İstehsal və satış prosesinin buna aidiyyəti yoxdur. İş üzrə üzləşmə aktında göstərilən sadəcə mal -materialdan yaranan borcdur, həmin akta görə ƏDV-ni iddiaçı dövlət büdcəsinə ödəmişdir. Bu işə aidiyyəti olmasa da, bir neçə dəfə cavabdeh tərəf iddiaçıya ƏDV-siz faktura kəsmiş və onu da iddiaçı ƏDV-siz ödəmiş, Vergilər Xidməti yoxlama aparan zaman həmin ƏDV məbləğini sanksiya ilə iddiaçının üstünə yazıb, o pulun iki qatını da iddiaçıdan almışdır. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.
29. X1 şifahi məsləhətində göstərdi ki, iş materiallarından belə görünür ki, gedən əməliyyatlar ƏDV-li şəkildə yazılmışdır. Cavabdeh görülən işlər ilə bağlı ƏDV-dən azad olunmuş, lakin alınan mallar ilə bağlı ƏDV nəzərdə tutulmuşdur. Sərəncamda alınan malların ƏDV-dən azad olunmasından söhbət getmir. Fakturalar düzgün şəkildə yazılmışdır. Faktura yazılan zaman deyilməli idi ki, ƏDV-siz yazılsı n. Bu məsələdə isə o deyilməyib. Əslində yazılsa belə səhv olardı. Çünki alınan mal ƏDV-dən azad olunmamışdır. Burada əsas məsələ odur ki, alınan mallara görə borc yaranmış və ƏDV nəzərdə tutulmuşdur. O, ƏDV-ni qısa şəkildə belə izah edə bilər ki, bütün vergi növlərində belədir ki, satdığın mala görə vergi ödəyirsən, lakin ƏDV-də isə vergini həm malı alan zaman, həm də satan zaman ödəyirsən. Məsələn, binanı tikmək üçün 100.000 manatlıq mal alınırsa, mal alınanda malı satan tərəf malın dəyərinin 100.000 manat, ƏDV ilə birlikdə isə 118.000 manat olduğunu yazır. 100.000 manatlıq mala 118.000 manat pul ödəyirsən və həmin maldan gətirib bina tikirsən və tikdikdən sonra əgər 120.000 manata satırsansa, indi isə 120.000 manatın 18%-ni ödəməlisən bu da 19.000 manat edir. Malları alanda 18.000 man at ödədiyin üçün həmin malı satan zaman artıq 18.000 manat həmin 19.000 manatdan çıxılır və 1000 manat ödəyirsən. Qısa şəkildə desək satanda ödəyəcəyin vergidən, alanda ödədiyin vergini çıxırsan və aradakı fərqi ödəyirsən. Burada əsas məsələ odur ki, yalnız satanda və yaxud işi görəndə ödəmirsən, həmçinin malı alanda da ödəyirsən. Bu işdə görülən işlər ƏDV-dən azad olunmuş, alınan mallar isə ƏDV-dən azad olunmamışdır. Elektron qaimə-fakturalardan görünür ki, həm ƏDV, həm də əsas borc vardır.
30. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.
31. Apellyasiya baxışında; İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 542634 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 656.116,27 manat, 542991 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 1.061,20 manat, 166669 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 50.613,02 manat, 166814 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 1.493,23 manat, 300850 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 879.074,16 manat, 341592 nömrəli, xx.xx.2022-ci il tarixli qaimə üzrə 444.860,09 manat, 672172 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 16.876,79 manat, 673235 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 595.620,65 manat, 673768 nömrəli xx.xx.2022-ci il tarixli qaimə üzrə 1.102,42 manat və 748280 nömrəli xx.xx.2023-cü il tarixli qaimə üzrə 37.290,37 manat dəyərində mal-material təqdim olunmuşdur (İİ cild, 86-140). 32. 2023-cü il 15 iyul tari xli üzləşmə aktından görünür ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı üzləşmə aparılarkən 2023-cü il 1 iyul tarixə cavabdehin iddiaçıya 1.221.843,95 manat borcunun olması müəyyən edilmişdir. 33. 20 nömrəli, 2025-ci il 15 may tarixli arayışdan məlum olur ki, iddiaçı ilə cavabdeh arasında 2023-cü il 15 iyul tarixdə üzləşmə aktı tərtib edilmiş, həmin üzləşmə aktı iddiaçının mühasibi X7 və cavabdehin mühasibi Nümayəndə2 tərəfindən imzalanmışdır (V cild, i/v. 197).
34. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən verilmiş 3-21-2-24-1/2-Ə-1xxxx/2025 nömrəli 2025-ci il 6 may tarixli arayışdan görünür ki, iddiaçının şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən həmin tarixə dövlət büdcəsinə vergilər üzrə borcu yoxdur (İİ cild, i/v. 85).
35. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş “Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində 2018-2022-ci illər üzrə ƏDV-dən azad olan obyektlərin adlı siyahısı”nın surətindən görünür ki, siyahıda qeyd olunan obyektlər ƏDV-dən azad olunmuşdur (İİ cild, i/v. 31-34).
36. Naxçıvan MR Nazirlər Kabinetinin sərəncamlarının (31s nömrəli 2022-ci il 14 mart, 39s nömrəli 2022-ci il 13 aprel, 51s nömrəli 2022-ci il 13 may, 66s nömrəli 2022-ci il 16 iyun, 76s nömrəli 2022-ci il 14 iyul, 110s nömrəli 2022-ci il 15 avqust və 121s nömrəli 2022-ci il 14 sentyabr tarixli) surətlərindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasının tikinti obyektlərində 2022-ci ilin fevral-avqust aylarında yerinə yetirilmiş tikinti-quraşdırma işlə rinin, alınmış inventar avadanlıqların dəyərinin sərəncamda göstərilən mənbələr hesabına ödənilməsi və müxtəlif obyektlərdə görülən işlərin ƏDV-dən azad olunması barədə sərəncamlar verilmişdir (İİ cild, 35-77).
37. Məhkəmə-mühasibat ekspertizası təyin olunması ilə bağlı ekspertin vəsatəti əsasında cavabdehin təqdim etdiyi mədaxil və məxaric əməliyyatları, ödəniş tapşırıqları, ƏDV sub-uçot hesabından çıxarış və s. sənədlərin surətlərində müxtəlif maliyyə-bank əməliyyatlarının, ödənişlərin, eləcə də ƏDV ödənilməsinin aparılması və s. göstərilmiş, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrin surətlərində isə iddiaçının cavabdehə təqdim etdiyi mal-materiallar üzrə (həmçinin hazırkı işlə bağlı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tar ixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na “1 nömrəli Əlavə”-də nəzərdə tutulan məlumatlar göstərilmişdir (İİİ-V cildlər).
38. Naxçıvan Muxtar Respublikası X11 “Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv olunması və “Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müıyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X11 2007-ci il 20 noyabr tarixli 93-İİİ FR nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 84-İV FR nömrəli 2013-cü il 6 fevral tarixli Fərmanının surətindən görünür ki, Naxçıvan Dövlət Tikinti-Quraşdırma Şirkətinin ləğv edilməsi, onun əmlakının və şəhər (rayon) idarəl ərinin özünümaliyyələşdirmə prinsipi əsasında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilməsi və s. qərara alınmışdır.
39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, onun tabeliyindəki idarələrin ştat cədvəlinin və strukturunun təsdiq edilməsi haqqında” 18 nömrəli 2013-cü il 7 fevral tarixli qərarı və ona “Əlavə 2”-nin surətlərindən bəlli olur ki, cavabdehin işçilərinin say həddi rəis, baş mühəndis, mühasib və s. ibarət olmaqla 10 ştat vahidi olaraq təsdiq edilmişdir. 40. “Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin Əsasnaməsi”nin surətindən görünür ki, cavabdeh Naxçıvan şəhəri ərazisində sənaye, mülki, meliorasiya və su tikinti obyektlərinin tikilməsi və yenidən qurulması, abadlıq və təmir işlərinin aparılması məqsədi ilə Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində yaradılan müstəqil təşkilatdır. İdarə hüquqi şəxsdir, hesablaşma, valyuta və sair hesabları, öz adı, Azərbaycan Respublikası və Naxçıvan MR adı həkk olunmuş möhür, künc ştampı və sair rekvizitləri vardır. İdarə öhdəlikləri üçün öz əmlakı ilə cavabdehlik daşıyır (1.1, 1.3 və 1.5-ci bəndlər).
41. Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 565 nömrəli, 2025-ci il 30 iyun tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2023-cü il 1 iyul tarixə (üzləşmə aktında qeyd olunan tarixə) cavabdehin iddiaçıya borcu üzləşmə aktı məlumatlarının düzgün lüyü nəzərə alındıqda 1.221.843,95 manat müəyyən olunur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmədiyindən həmin borc məbləğinin ƏDV borcunu ayrı-ayrılıqda müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 60 manatdır. Apellyasiya baxışının hədləri
42. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq
43. Mülki Məcəllə; Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məs ələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.... Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəf lərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutu lmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vuru lmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
44. Mülki Prosessual Məcəllə; Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə
77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur. Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə
114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;... Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən his səsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilm əz. Maddə
393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.... Maddə
405. Kassasiya şik ayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....
45. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübute tmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
46. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Dövlət rüsumu haqqında” Qanun); Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.5. iddia qiyməti 1.000.000 mana tdan çox olduqda, 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu ödənilir. 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarda dövlət rüsumu ödənilir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 nömrəli 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”);
1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura b u Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
49. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin nümayəndələrinin izahatları, məhkəmə ekspertizasının rəyi və mütəxəssis məsləhəti ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd ed ir.
50. Hazırkı mübahisə iddiaçı tərəfindən cavabdehə nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) satılmış malların müqabilində cavabdehdən tələb olunan 1.221.843,95 manat borc ilə bağlıdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Mülki Məcəllənin 1096-cı və 1097ci maddələrinin düzgün tətbiq edilməməsi” dəlillərinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik əmələ gəlmə əsasına görə öhdəliyin iki qrupa bölünməsini qəbul edir: müqavilə öhdəliyi və müqavilədənkənar öhdəlik. Müqavilə öhdəliyi, bir qayda olaraq, müqavilələrdən əmələ gəlir. Müqavilədənkənar öhdəlik isə elə bir öhdəlik növüdür ki, bu növ öhdəlik müqavilələrdən yox, qanunda nəzərdə tutulan əsaslardan yaranır. Bu öhdəlik qanunda nəzərdə tutulan hüquqi faktlar əsasında, ə sasən də subyektin iradəsindən asılı olmadan əmələ gəlir (lakin bu öhdəliyin hüquqa zidd olmayan hərəkətlərdən yaranması da mümkündür, məs., əsassız varlanma).
52. Müqavilədənkənar öhdəlik üçün mülki hüquq pozuntuları ilə bağlı olan münasibətlər xarakterikdir. Bu öhdəliyin əsas növü mülki hüquq pozuntusu (delikt) öhdəliyidir. Delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini tam həcmdə ödəməyə borclu olur, zərəçəkən şəxs isə ona vurulmuş zərərin ödənilməsini tələb etmək ixtiyarına malikdir (Mülki Məcəllənin 1097.1-ci maddəsi).
53. Hazırkı işin materiallarından isə aşı q-aşkar məlum olur ki, iddiaçı və cavabdeh malların alqı-satqısı ilə bağlı sövdələşmiş, yəni müxtəlif malların alışı və satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, iddiaçı malların, işlərin və xidmətlərin təqdim edilməsi növündə elektron qaimələr üzrə malları cavabdehə vermiş (göndərmiş), cavabdeh isə aldığı qeyd olunan mallara görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilən malların müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.
54. Həmin faktlar iş materiallarında olan elektron qaimələr (İİ cild, i/v. 86-140) ilə yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair üzləşmə aktı (İİ cild, i/v.83) ilə təsdiq olunu r. 55. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
56. Ümumi qəbul olunmuş qaydaya görə, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Əgər borclu üzləşmə aktını imzalayırsa, o borcu qəbul və etiraf edir.
57. Qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında malların nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik münasibətləri yara nmış və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir, yəni konkret olaraq mübahisənin hüquqi əsasını mülki hüquq pozuntusu deyil, nisyə alqı-satqı müqaviləsi təşkil edir.
58. Alqı-satqı müqaviləsi isə satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir.
59. Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinə verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir ki, o nun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər.
60. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur.
61. Bu müqavilənin forması (şifahi, sadə yazılı və ya notarial), satılan əşyanın qiyməti, öhdəliyin icra edilməsi müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
62. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla malların nisyə alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə müba hisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.
63. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
64. Müqavilədə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi nəzərdə tutularsa, bu əşyanın nisyə satışı hesab olunur. Əşyaların nisyə satışında ödənişin müddəti alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Müqavilədə belə müddət nəzərdə tutulmadıqda, qabaqcadan ödəniş barədə analoji qayda tətbiq edilir, yəni alıcı ağlabatan müddətdə öhdəliyi icra etməlidir (MM-in 427.2-ci maddəsi ).
65. Hazırkı mübahisə üzrə müqavilənin tərəfləri satıcı iddiaçı, alıcı isə cavabdehdir. Müqavilənin predmeti satılıb-alınmış mallardır. Müqavilənin qiymətini elektron qaimələrdə göstərilən, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği təşkil edir. Müqavilənin müddəti tərəflərin iradəsinə görə malların alıcıya verilməsindən onun qiymətinin ödənilməsinədək olan dövrü əhatə edir. Müqavilənin məzmunu isə tərəflərin hüquq və vəzifələrində ifadə olunur.
66. İş materiallarından məlum olur ki, cavabdeh Mülki Məcəllənin 425.1 və 598.1-ci maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişdir.
67. Apellyasiya şikayətinin “Naxçıvan MR Nazirlər Kabinetinin müvafiq qərarları əsasında 2018-ci ildən müvafiq tikinti obyektlərinin ƏDV-dən azad edilməsi, iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, həmin vəsaitlərin də eyni maliyyə sənədləri əsasında iddiaçıya ödənilməsi, cavabdehin nümayəndəsinin borcun olduğunu etiraf etsə də, həmin borcun yaranması səbəbini də göstərməsi, iddia edilən borcun yaranması səbəbinin isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə ƏDV daxil hesablanmasının olması və s.” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan 2023-cü il 15 iyul tarixli üzləşmə aktından (İİ cild, i/v. 83) məlum olur ki, həmin akt cavabdehin mühasibi N ümayəndə2 və iddiaçının mühasibi X7 arasında 2023-cü il 1 iyul tarixinə qarşılıqlı üzləşmə aparılaraq tərtib edilmişdir. Həmin akta əsasən malların alqısatqısına görə cavabdehin iddiaçıya olan qalıq borc məbləği 1.221.843,95 manat təşkil edir.
68. Qeyd olunan üzləşmə aktı məhz cavabdehin nümayəndəsi tərəfindən imzalanmış, onun özü borc məbləğini hesablamış və hesablanan borc məbləğini təsdiq və qəbul etmişdir.
69. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi “iddiaçıdan malmaterialı aldıqlarını, materialın pulunu ödədiklərini, yaranan borcun ƏDV olmasını, özlərini borclu hesab etdiyini, lakin ƏDV-yə görə iddianı qəbul etmədiklərini” (İ cild, i/v. 102-103, 139), apellyasiya baxışında isə “cavabdehin iddiaçıya əsas borcdan deyil, ƏDV-dən borclu olduğunu, 1.222.843,95 manat borcun h amısının ƏDV-dən ibarət olmasını” göstərmişdir.
70. Elektron qaimələrdə göstərilən malların alınması (təqdim olunması) zamanı qiymətlərə əlavə dəyər vergisinin daxil edilib-edilməməsi, cavabdehin (alıcının) ƏDV-ni ödəməkdən azad olunmasının iddiaçıdan (satıcıdan) almış olduğu mallara görə ƏDV ödəməməsinə əsas olub-olmaması, tələb olunan 1.221.843,95 manatın yalnız ƏDV borcu, yoxsa həm əsas, həm də ƏDV borcu olub-olmamasının müəyyən olunması üçün işə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mütəxəssis cəlb olunmuş və mütəxəssis İsmayıl Bağırov şifahi məsləhətində “cavabdehin görülən işlər ilə bağlı ƏDV-dən azad olunduğunu, lakin alınan mallar ilə bağlı ƏDV nəzərdə tutulduğunu, sərəncamlarda alınan malların ƏDV-dən azad olunmasından söhbət getmədiyini, fakturaların düzgün yazıldığını, görülən işlərin ƏDV-dən azad edildiyini, alınan malların isə ƏDV-dən azad edilmədiyini, alınan mallara görə borc yarandığını, elektron qaimələrdən həm ƏDV, həm də əsas borcun olmasının göründüyünü” göstərmişdir.
71. Apellyasiya baxışında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş, Naxçıvan MR Nazirlər Kabinetinin sərəncamlarının surətlərindən də məlum olur ki, Naxçıvan Muxtar Respublikasının tikinti obyektlərində 2022-ci ilin fevral-avqust aylarında yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin, alınmış inventar avadanlıqların dəyərinin sərəncamda göstərilən mənbələr hesabına ödənilməsi və müxtəlif obyektlərdə görülən işlərin ƏDV-dən azad olunması barədə sərəncamlar verilmişdir (İİ cild, 35-77).
72. Şikayətə baxılarkən alqı-satqı zamanı malların satıcıdan (iddia çıdan) alınması zamanı həmin malların alınmasına görə alıcının (cavabdehin) ƏDV-dən azad olunması barədə hər hansı bir sənəd və ya razılaşma olması, bu barədə iddiaçıya həmin vaxt, üzləşmə aktı tərtib olunarkən və ya bundan sonra cavabdeh tərəfindən hər hansı bir sənəd təqdim edilməsi halı müəyyən olunmamış, bu barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Konkret olaraq cavabdehin iddiaçıdan alınan mallara görə deyil, ona həvalə olunmuş obyektlərdə görülən işlərə görə ƏDV-dən azad edilməsi müəyyən olunmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi qeyd olunan dəlillər əsassızdır.
73. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi b axımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.
74. Şikayətin “cavabdehin təqsirinin müəyyən edilməsi yalnız məhkəmə ma liyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilməsi” dəlili ilə bağlı 2025-ci il 14 may tarixli qərardadla məhkəmə-mühasibat ekspertizası təyin olunmuş və 565 nömrəli, 2025-ci il 30 iyun tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 2023-cü il 1 iyul tarixə (üzləşmə aktında qeyd olunan tarixə) cavabdehin iddiaçıya borcu üzləşmə aktı məlumatlarının düzgünlüyü nəzərə alındıqda 1.221.843,95 manat müəyyən olunur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmədiyindən həmin borc məbləğinin ƏDV borcunu ayrı-ayrılıqda müəyyən etmək mümkün olmamışdır (V cild, i/v. 153-154).
75. İşdə iştirak edən şəxslər məhkəmə ekspertizasının rəyi ilə razı olduqlarını bildirmişlər.
76. Kollegiya qeyd olunan məhkəmə ekspertizasının rəyini tədqiq edərək h esab edir ki, həmin rəy iş materiallarında olan sübutlara əsaslanmaqla, cavabdehin iddiaçıya 2023cü il 1 iyul tarixə olan borcunun həmin rəydə müəyyən edilən məbləğdə olması nəzərə alınmalıdır.
77. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər, həmçinin iddiaçı və cavabdehin nümayəndələrinin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir.
78. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən iddianın qiymətinə müvafiq olaraq “Dövlət rüsumu haqqına” Qanunun 8.1 və 8.1.5-ci maddələrinə əsasən 1401 manat dövlət rüsumu ödənilmişdir (İ cild i/v. 52). Həmin qanunun 8.6-cı maddəsinə görə apellyasiya şikayəti verilərkən 700,5 manat dövlət rüsumu ödənilməli olduğu halda, “Elektron mə hkəmə” informasiya sistemindən uçot-qeydiyyat məlumatı üzrə çıxarışdan məlum olur ki, cavabdeh tərəfdən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə 700,81 manat, yəni 0,31 manat artıq dövlət rüsumu ödənilmişdir (İİ cild, i/v. 27, 29).
79. Həmçinin iş materiallarında olan Ref **********2/980203956 nömrəli xx.xx.2025ci il tarixli qəbzdən görünür ki, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Kapital Bank ASC-yə təkrarən 701,86 manat dövlət rüsumu ödənilmişdir (İİ cild, i/v. 28).
80. Mülki Prosessual Məcəllənin 114.1-114.1.1-ci maddələrinin məzmununa görə isə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, həmin artıq ödənilmiş dövlət rüsumu qaytarılır.
81. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işi n faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
82. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - e-2-2(123)-37/2025 nömrəli, 2025-ci il 21 fevral tarixli qətnamə dəyişdirilmədən saxlanılmalı, - apellyasiya şikayəti verilərkən ödənilmiş 700,50 manat dövlət rüsumu cavabdehin özünə aid edilməli, - artıq ödənilmiş 0,31 manat cavabdehə qaytarılmalı, - Ref **********2/980203956 nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Kapital Bank ASCyə ödənilmiş 701,86 manat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarılmal ı, - məhkəmə-mühasibat ekspertizası xərci üzrə aparılmış tədqiqatın dəyəri 60 manat cavabdehdən tutularaq “məhkəmə ekspertizası xərclərinə dair bildiriş”də göstərilən hesaba ödənilməlidir (V cild, i/v. 152). Nəticəvi hissə
83. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-37/2025 nömrəli, 2025-ci il 21 fevral tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 700,50 (yeddi y üz manat əlli qəpik) manat dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin özünə aid edilsin. Artıq ödənilmiş 0,31 (otuz bir qəpik) manat cavabdehə qaytarılsın. **********2/980203956 nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Kapital Bank ASC-yə ödənilmiş 701,86 (yeddi yüz bir manat səksən altı qəpik) manat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarılsın. Məhkəmə-mühasibat ekspertizası xərclərinə görə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqatın dəyəri olan 60 (altmış) manat Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq X8 MR İdarəsindəki (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ********************), (büdcə təsnifatının kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.