Məhkəmə qərarları › İş №2-2(108)-22/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-22/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-22/2025 24.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/ 2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Nümayəndə1 vasitəsilə 14 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək mal material haqqına görə yaranmış 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat əsas borc məbləğinin və 465 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət şəhərsalma və Arxitek tura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı MMC-nin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat əsas borc məbləği və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıv an Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 19 mart 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Qabil Məmmədov) 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədə n Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayə ndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsiri olması qeyd edilə bilməz. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaç ı tərəfindən sübut kimi təqdim olunan elektronqaimə sənədləri göstərilir, halbuki həmin elektron-qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var i di. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Məhdud Məs uliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə v ə ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şər tləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdir ilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmi n vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı və cavabdeh arasında 26 aprel 2023-cü ildə müəssisə nümayəndələrinin imzası və möhürlə təsdiq edilmiş “X6” tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə tərəflər arasında müqavilənin mövcudluğunu təsdiq edir. Qeyd edilməlidir ki, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "Üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr "Üzləşmə aktı" forması nda ümumi qaydada sənədlərdə zəruri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər. Həmin “X6”na əsasən üzləşmə aparılmış və cavabdeh təşkilatın iddiaçı təşkilata 172.449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat borcu olduğu müəyyən edilərək qarşılıqlı imza və möhürlə təsdiq edilmişdir. Bu hal həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir. Həmçinin iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, 021394 saylı elektron qaimədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 101795.25 manat məbləğində mallar; xx.xx.2022-ci il tarixli, 254579 saylı elektron qaimədən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cə miyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə 70653.89 manat məbləğində mallar təqdim edilmişdir. Cavabdeh tərəf isə yuxarıda qeyd edilən elektron qaimə-fakturaları qəbul etməkdən imtina etməmişdir. Nəticədə isə iddiaçı qalmış borcunu tələb etməkdə haqlı olmuşdur. Buna görə də cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edilməlidir. Apellyasiya şikayətində qeyd edilmiş “Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hes ablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz” dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsində əlavə dəyər vergisinin (ƏDV-nin) anlayışı verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi,......... vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsi ndən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Qeyd edilən müddəalara uyğun olaraq cavabdehin fəaliyyətinin əhatə etdiyi tikinti obyektlərinin hansısa formada ƏDV-dən azad edilməsi, cavabdehə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, iddiaçının da ƏDV-dən azad edilməsi kimi hesab edilə bilməz və cavabdeh tərəfindən alınmış mal-materialın dəyərinin ödənilməməsi üçün əsas sayılmamalıdır. Eyni zamanda iddiaçı və cavabdeh arasında 26 aprel 2023-cü ildə müəssisə nüma yəndələrinin imzası və möhürü ilə təsdiq edilmiş “X6” ilə, həmçinin həm birinci instansiya məhkəməsində işə baxılması zamanı, həm apellyasiya baxışı zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi qismində iştirak etmiş idarənin mühasibi Nümayəndə2 izahatları ilə iddia tələbi, borclarının olduğu və ödəməli olduqları etiraf edilmiş, lakin bunun onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yarandığını bildirmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətində öz nümayəndəsinin birinci instansiya məhkəməsində iddianın etirafı ilə bağlı verdiyi ifadəsini doğrulayaraq qeyd etmişdir ki, “qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən e tiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin borclarının onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yaranması barədə dəlili qanunu və əsaslı hesab edilə bilməz və sifarişçisi tərəfindən gördüyü işin dəyərinin kəsir ödənilməsi cavabdehin iddiaçıdan aldığı malmaterialların dəyərinin ödənilməməsinin səbəbi kimi göstərilməsi yolverilməzdir. Bu hal yalnız cavabdehə həmin vəsaiti aidiyyəti üzrə tələb etmək hüququ verir. Belə ki, elektron-qaimələrə əsasən satılan mallar ƏDV daxil satılmışdırsa əgər belə olan halda iddiaçı tərəf öz satdığı mallara görə ƏDV ödəmişdir və qarşılığında cavabdeh tərəfdən ödədiyi ƏDV-ni tələb etməkdə haqlı olmuşdur. ƏDV-də elə bir vergi məbləğidir ki, həmişə qarşı tərəfdən alınır. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfin borcunun ƏDV-dən yaranmasını, ƏDV-nin ona ödənilmədiyi üçün ödəniş etməməsini bildirməsi iddiaçı tərəfin maraqlarının pozulmasına g ətirib çıxaran hal olmuşdur. Apellyasiya icraatı üzrə 27 may 2025-ci tarixdə keçirilmiş məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak etmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Auditi İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində işləyən X3 verdiyi izahatında qeyd etmişdir ki, “ƏDV vergi tutulan dövriyyədən hesablanan vergi ilə o iş, xidmət göstəriləndə deyək ki, mal alınanda əldə olunmuş elektron qaimə-fakturalara və ya idxalda YGB-yə (yük gömrük bəyannamələrinə) görə ödənilmiş ƏDV, yəni əvəzləşmə arasındakı fərqdir. Məsələn, belə fərz edək ki, mən 80000 (səksən min) manatlıq mal gətirmişəm, idxal eləmişəm və yaxud da hər hansı bir vergi ödəyicisindən almışam o malı. Alanda 14000 (on dörd min) manat ƏDV ödəmişəm və yaxud da gömrükdə ödəmişəm, gəlib bu malı təqdim eləmişəm 100000 (bir yüz min) manata. ƏDV-nin dərəcəsi 18 %-dir. 100000-i vururam 18 %ə 18000 ƏDV ödəməliyəm. O kənara ki, ödədiyim ƏDV var ona əvəzləşən məbləğ deyirlər ondan ƏDV-ni çıxıram, yəni 18000-dən 14000-i çıxıram yerdə qalan 4000-i ödəyirəm büdcəyə. ƏDV-nin ümumi tərifi-mahiyyəti bundan ibarətdir. Vergi Məcəlləsi ilə ƏDV-yə 18 % dərəcə ilə cəlb olunan əməliyyatlar var, ƏDV-dən azad olunan əməliyyatlar var və bir də ƏDV-yə 0 dərəcə ilə cəlb olunan əməliyyatlar var. Şəhər tikinti idarəsi hər hansı bir işi görürmüş-bina tikirmiş, təmir edirmiş və s. orada o, işlə bağlı İddiaçı MMC-dən mallar alıb, o malların alınmasını təsdiq edən bu iki qaimədir, təxminən, 170000-lik. Qaiməyə baxırıq k i, qaimədəki əməliyyatlar ƏDV-yə 18 % ilə, yəni cəlb olunan əməliyyatlardır. Yəni İddiaçı MMC yazıb ki, mənim malımın dəyəri bir belədir, ƏDV-si də bir belədir malı verirəm mənim pulumu ödə. Qarşı tərəf deyir ki, belə əsas gətirir ki, mənim gördüyüm iş ƏDV-dən azad olunub, mənə ƏDV verilməyibdir və ona görə mən aldığım mala görə ƏDV-ni ödəyə bilməyəcəm. ƏDV-dən azad olunan şəhər tikinti idarəsinin əməliyyatlarıdır, İddiaçı MMC yox. İddiaçı MMC-ə həm malın dəyəri, həm də ƏDV-si ödənməlidir”. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, “iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında razılaşma əldə olunaraq hər iki tərəf ü zərinə razılaşmadan irəli gələn öhdəliklər götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh tərəfin həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirmədiyini iddia edib cavabdeh tərəfin borcunun olmasını təsdiq edəcək sənədlər (elektron qaimələrə və üzləşmə aktı) təqdim edərək məhkəməyə müraciət etmişdir. Həmin elektron qaimələrə və üzləşmə aktına nəzər yetirdikdə məlum olur ki, cavabdeh tərəfin iddiaçı tərəfə 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat məbləğində borcu vardır. Belə ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti üzərinə düşən öhdəliyi yerinə yetirərək Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə mallar təqdim etmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxi tektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi isə üzərinə düşən öhdəliyini yerinə yetirməyərək malların dəyərini, yəni 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manatı ödəməmişdir. Tərəflər arasındakı üzləşmə aktı borcun olmasını təsdiq edən mötəbər sənəddir. Kollegiya apellyasiya şikayətinin “iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi” dəlilinə və 27 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən borc məbləğinin tam dəqiq müəyyən edilməsi, onun yaranma tarixlərinin və həmin borc məbləğinin ƏDV daxil və ya ƏDV xaric hesabla nmasının müəyyənləşdirilməsi məqsədilə, həmçinin müvafiq tələb üzrə işi hərtərəfli araşdırıb, qanuni və əsaslı nəticəyə gəlmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 27 may 2025-ci il tarixli, 2-2(108)-22/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2025-ci il tarixli, 607 nömrəli ekspert rəyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuş və k ollegiyanın 11 iyul 2025-ci il tarixli, 2-2(108)-22/2025 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2025-ci il tarixli, 607 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, 14 noyabr 2024-cü il tarixə (sualda göstərilən tarixə) cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin, iddiaçı "xxxx" MMC-yə borcu X6 məlumatlarının düzgünlüyü nəzərə alındıqda 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat müəyyən olunur. Həmin borc məbləğinin ƏDV xaric olaraq hesablanması akt məlumatlarında göstərilmədiyindən həmin borc məbləğini n ƏDV borcunu ayrı-ayrılıqda müəyyən etmək mümkün olmadı”. X5 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2025ci il tarixli, 607 nömrəli ekspert rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində iddia tələbinin təmin edilməsilə bağlı gəldiyi nəticənin əsaslı olub-olmadığı ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, barəsində şikayət verilmiş qətnamədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməsi, 172449,14 (bir yüz yetmiş iki min dörd yüz qırx doqquz manat on dörd qəpik) manat əsas borc məbləği və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumu cavabdeh Naxçıvan MR Dövlət şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini qət etmişdir. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı tərəf öhdəliyini tam olaraq yerinə yetirərək malları təqdim etmiş, lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərs alma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi götürmüş olduğu öhdəliyi lazımınca icra etməmiş, malların dəyəri tam ödənilməmişdir. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X9 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi məhkəmə kommersiya i şi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh t ərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilm əmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayəti verən zaman dövlət rüsumunun artıq (iki dəfə təkrar olaraq) ödənilməsi barədə 23 aprel 2025-ci il tarixli, 3-35-7/2-500/2025 nömrəli məktubuna münasibətdə qeyd edir ki, iş materiallarına nəzər saldıqda aydın olur ki, apellyasiya şikayətinə əlavə edilmiş 18 mart 2025-ci il tarixdə saat 17:23 radələrində Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş dövlət rüsumu qəbzinin nömrəsi ********** olmuş və qeyd edilən qəbz apellyasiya şikayəti verilən zaman istifadə olunmuş, imtina olunmamışdır. Həmin məktuba əlavə olunmuş 14 mart 202 5-ci il tarixli, 2 nömrəli ödəniş tapşırığından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kapital Bank ASC-yə 232 (iki yüz otuz iki) manat artıq ödəniş etmişdir. Kollegiya qeyd olunanlara əsasən bildirir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kapital Bank ASC-yə 14 mart 2025-ci il tarixli, 2 nömrəli ödəniş tapşırığı ilə ödəmiş olduğu 232 (iki yüz otuz iki) manat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə məsrəfləri adlanan 115-ci maddəsinə əsasən iş üzrə ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə aiddir və göstərildiyi kimi məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə m ütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manat cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq X7 MR İdarəsindəki (kodu-502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, SWİFT BİK-NAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ********************), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilməlidir. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2-2(123)-39/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 60 (altmış) manat cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən tutularaq X7 MR İdarəsindəki (kodu502906, VÖEN **********, müxbir hesabı AZ88NABZ********************, SWİFT BİKNAXCAZ21), Naxçıvan MR Maliyyə Nazirliyi (VÖEN **********, hesab AZ21NABZ********************), (büdcə təsnifat kodu 142330, büdcə səviyyəsinin kodu 2) hesaba ödənilsin. 14 mart 2025-ci il tarixli, 2 nömrəli ödəniş tapşırığı ilə Kapital Bank ASC-yə ödənilmiş 232 (iki yüz otuz iki) manat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar