Məhkəmə qərarları › İş №2-2(108)-25/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-25/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-25/2025 22.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X3 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-41/2025 nömrəli, 2025-ci il 3 mart tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında TS 16-22 nömrəli 2022-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı malları təqdim etməyi, alıcı isə həmin malların dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin: 1.1-ci bəndinə görə, satıçı alıcının sifarişi və müqavilədə göstərilən şərtlər əsasında tibbi avadanlıqlar və onların ehtiyyat hissələri, tibbi sərf ləvazimatları və s. ilə təmin etmək öhdəliyini üzərinə götürür. 5.1 və 5.2-ci bəndlərinə əsasən, mallar alıcının müqaviləyə əlavə sayılan sifarişi və razı olduğu qiymətlər əsasında alınır. Ödəniş hər alım üçün malın təslimindən əvvəl satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. 6.1-ci bəndinə görə, satıcı və alıcı hazırkı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yeri nə yetirməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 10-cu bəndinə görə, müqavilənin başlama tarixi xx.xx.2022-ci il, bitmə tarixi xx.xx.2023-cü ildir.

2. Malların təqdim edilməsi barədə satıcı tərəfindən alıcıya elektron qaiməfakturalar göndərilmişdir. 3. "xxxx" MMC-nin təsisçisi X7 tərəfindən (iştirak payı 100%) "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması barədə 2023-cü il 15 may tarixli qərar qəbul olunmuş, həmin tarixdə "xxxx" MMC-nin təsisçisi X7 və "xxxx" MMC-nin təsisçisi X7 (eyni şəxs) tərəfindən qoşulan hüquqi şəxsin hüquq və vəzifələrinin əvvəlki hüquqi şəxsə keçməsi barədə təhvil akti tərtib edilmiş və bu barədə 2023-cü il 8 iyun tarixli ərizə ilə vergi orqanına müraciət edilmişdir.

4. Sonradan "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. 5. 2023-cü il 10 fevral tarixdə satıcı və alıcı arasında tərtib olunmuş üzləşmə aktında həmin tarixə sifarişçinin (alıcının) icraçıya (satıcıya) 375.860,64 manat, 2023-cü il 31 may tarixdə "xxxx" MMC ilə satıcı arasında tərtib olunmuş üzləşmə aktında həmin tarixə "xxxx" MMC-nin satıcıya borcunun ƏDV-li məbləğinin 220.989,81 manat təşkil etməsi, 2023-cü il 14 noyabr və 2024-cü il 18 yanvar tarixlərdə Cavabdeh MMC ilə satıcı arasında tərtib olunmuş üzləşmə aktlarında həmin tarixlərə Cavabdeh MMC-nin satıcıya ƏDV daxil 220.989,81 manat borcunun olması göstərilmiş, üzləşmə aktları iştirak edən tərəflərin hər ikisinin möhür və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MMC (bundan sonra “id diaçı”) 2024-cü il 14 noyabr tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra “cavabdeh”) xx.xx.2022-ci il tarixli, EBCD 968421 saylı qaimə üzrə əsas borc 33.631,00 manat, ƏDV 6053,58 manat; xx.xx.2022-ci il tarixli, EBCD 970740 saylı qaimə üzrə əsas borc 44.908,00 manat, ƏDV 8083,44 manat; xx.xx.2022-ci il tarixli, EBCE 140192 saylı qaimə üzrə əsas borc 12.043,00 manat, ƏDV 2167,74 manat; xx.xx.2022-ci il tarixli, EBCH 710651 saylı qaimə üzrə əsas borc 80.542,50 manat, ƏDV 14,497,65 manat; xx.xx.2022-ci il tarixli, EBCM 030531 saylı qaimə üzrə əsas borc 5050,00 manat, ƏDV 909,00 manat; xx.xx.2022-ci il tarixli, EBCM 029625 saylı qaimə üzrə əsas borc 11.105,00 manat, ƏDV 1998,90 manat; cəmi əsas borc 187.279,50 manat, ƏDV 33.710,31 manat, yekun borc 220.989,81 manat və eyni zamanda cavabdehdən müqavilədə nəzərdə tutulan müddətdə borc öhdəliyini yerinə yetirmədiyinə görə bu günə (xx.xx.2024-cü il) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7,25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32.458,95 manat faizin və işə baxılması üçün ödənilmiş 543,45 manat dövlət rüsumunun - cəmi 253.992,21 manatın tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, TS 16-22 saylı “tibbi avadanlıqların və onlara aid ehtiyat hissələrinin alqı-satqısına dair” müqavilə bağlanmışdır. 8. "xxxx" MMC "xxxx" MMC-nin ona qoşulması şəklində yenidən təşkil edilmiş və xx.xx.2023-cü il tarixdə vergi orqanı nda qeydiyyata alınmışdır.

9. Sonradan "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC (VÖEN **********) olmuş, hüquqi varisidir.

10. Qeyd edilən müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam olaraq yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən alınan mallardan müvafiq qaimələr üzrə yekun borc olaraq 220.989,81 manat ödənilməmişdir.

11. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət edilmiş, 4 dəfə ayrı-ayrı vaxtlarda üzləşmə aktları tərtib olunmuş, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh bu günədək borcu ödəməmişdir. Sonuncu üzləşmə aktı cavabdehlə 18 yanvar 2024-cü il tarixdə tərtib edilmiş, borcun yaxın zamanda ödəniləcəyi cavabdeh tərəfindən bildirilmişdir.

12. Müqavilənin 5.2-ci bəndinə əsasən, alınan malları n dəyərinin qabaqcadan ödənilməsi nəzərdə tutulsa da, müvafiq qaimələr üzrə ödəmələr aparılmamış, iddiaçı ciddi maliyyə çatışmazlığı ilə üzləşmişdir.

13. Müqavilənin 6.1-ci bəndində qeyd olunmuşdur ki, satıcı və ya alıcının bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi, yaxud səhlənkar yerinə yetirməsi üçün Azərbaycan Respublikası Qanunlarının müddəalarına uyğun məsuliyyət daşıyırlar. 14. 25 ay borcun ödənilməsi yubadıldığından, həmin məbləğə tətbiq olunan, bu günə (xx.xx.2024) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7,25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32.458,95 manat faiz pulun iddiaçının hesabına ödəlilməsi tələb edilməlidir.

15. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 449 və 598-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 107 və 119.1-ci maddələrinə istinad etmişdir.

16. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-41/2025 nömrəli, 2025-ci il 3 mart tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc 187279.50 manat, ƏDV 33710.31 manat olmaqla, ümumilikdə 220.989,81 manatın, 19.508,27 manat gecikməyə görə faiz borcunun və 530,49 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur (hakim Qabil Məmmədov).

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanılaraq hər iki tərəf üzərinə müqavilədən irəli gələn öhdəliklə r götürmüş, satıcı - iddiaçı alıcını mallarla təmin edərək müqavilə ilə müəyyənləşdirilmiş üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin alıcı - "xxxx" MMC (indiki adı: "xxxx" MMC) isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməyərək malların dəyərini ödəməmişdir.

18. Belə ki, tərəflər arasında mövcud olan üzləşmə aktına əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin iddiaçıya əsas borcu 187.279,50 manat, ƏDV 33.710,31 manat olmaqla, ümumilikdə 220.989,81 manat borcu vardır.

19. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sənədləri mötəbər sənəd kimi qəbul edərək tələbin əsas borc 187.279,50 manat, ƏDV 33.710,31 manat, yekun borc 220.989,81 manatın cavabdehdən tutulmasına dair hissədə iddiaçı tərəfin haqlı olması və iddianın göstərilən hissədə əsaslı olduğundan təmin edilməsi qən aətindədir.

20. Məhkəmə cavabdeh tərəfin "Nəqşicahan Satınalma” MMC-nin cavabdehə qoşulma prosesinin bitməməsi ilə əlaqədar fikrinə əsasən qeyd edir ki, iddia ərizəsinə əlavə olunan “Vergilər” sosial-iqtisadi onlayn qəzetindən görünür ki, "Nəqşicahan İnşaat” MMC- "Nəqşicahan Satınalma” MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunur.

21. Bundan başqa, iş materiallarında olan Naxçıvan Şəhər Vergilər İdarəsinin 13 fevral 2025-ci il tarixli 3-21-2-24-1/2-2850/2025 nömrəli məktubundan məlum olur ki, "Nəqşicahan Satınalma” MMC 15 may 2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə qoşularaq, 8 iyun 2023-cü il tarixli **********768800 saylı ərizə ilə ləğv prosesi başlanmışdır və hal-hazırda ləğv prosesindədir.

22. Məhkəmə qeyd edir ki, "Nəqşicahan Satınalma” MMC "xxxx" MMC-yə qoşulduğundan hazı rkı tələb üzrə "xxxx" MMC-nin öhdəliyi yaranmışdır.

23. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddia gecikməyə görə tələb edilən faizə dair hissədə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Məhkəmə iddiaçının gecikmə faizi olaraq 32.458,95 manat tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən gecikməyə görə faizin 32.458,95 manat tələb edilməsi öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlməməkdədir. Belə ki, məhkəmə Mülki Məcəllənin (səhvən Mülki Prosessual Məcəllə yazılmışdır) 445.7-ci maddəsinə uyğun olaraq gecikməyə görə 25 ay üzrə tələb edilən faizin 187279,50x5%=9363,97+9363,97+780,33=19.508,27 manatının təmin olunması qənaətindədir.

24. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilm iş 543,45 manat dövlət rüsumunun 530,49 manatı təmin edilmiş hissəyə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 12,96 manatı isə iddianın rədd edilmiş hissəsinə uyğun olaraq iddiaçıya aid edilməlidir”.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 385.1, 389.1, 442, 445.2.1, 445.2.2, 445.3, 445.7, 449.1 və 567-ci, Mülki-Prosessual Məcəllənin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1-108.1.1, 112.1 və 112.1.1, 119.1, 217.3, 217.4, 217.5, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaq ədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2 020-ci il 14 iyul tarixli qərarlarına istinadla əsaslandırmışdır.

26. Cavabdeh apellyasiya şikayəti verərək e-2-2(123)-41/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməni tamamilə ləğv edərək, hüquqi şəxsin hüquq və öhdəliklərinin ötürülməsi məsələsini aydınlaşdıraraq yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

27. İşin halları üzrə - "xxxx" MMC (VÖEN: **********) və iddiaçı arasında xx.xx.2022ci il tarixli, TS 16-22 saylı “tibbi avadanlıqların və onlara aid ehtiyat hissələrinin alqısatqısına dair” müqavilə imzalanmışdır. Öhdəliklərin yerinə yetirilməməsinə görə "xxxx" MMC-nin iddiaçıya borcu yaranmışdır. Sonra "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması prosesi başlamışdır. 28. xx.xx.2023-cü il tarixdə ərizə ilə ləğv prosesinin başlanması üçün Naxçıvan Şəhər Vergilər İdarəsinə müraciət edildiyindən, cavabdeh qoşulma prosesinin qısa müddətdə yekunlaşacağı və "xxxx" MMC-nin hüquqlarının, o cümlədən balansının ona ötürüləcəyi qənaətində olmuşdur. Buna müvafiq olaraq da, cavabdeh ilə 14 noyabr 2023cü il tarixdə, sonra isə 18 yanvar 2024-cü il tarixdə üzləşmə aktı imzalanaraq müvafiq borcların ödənilməsi razılaşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq hazırlıq iclasında da iddianın qəbuluna dair fikir bildirmişlər. Yəni, qoşulma (yenidən təşkil) bitdikdə borcun cavabdeh tərəfindən ödənilməsinə etiraz etmədiklərini ifadə etmişlər. Əks təqdirdə, qoşulma (yenidən təşkil) olmadan iddia qismən belə olsa, təmin edilməməli idi. Qoşulma prosesi başa çatdıqdan sonra "xxxx" MMC-nin borcları müvafiq olaraq ödəniləcəkdir. Əgər qoşulma baş tutmazsa (vergi və ya məhkəmə qərarı ilə imtina olunarsa) "xxxx" MMC-nin bank hesabları aktivləşəcək və borc onun tərəfindən ödəniləcəkdir. "xxxx" MMC-nin hüquq və öhdəlikləri hələ cavabdehə keçməyib, yəni yenidən təşkil (qoşulma) prosesi tamamlanmamışdır. Əgər həmin borc qoşulma prosesi tamamlanmadan cavabdehə aid edilərsə, bu halda vergi və mühasibatlıq qanunvericilik aktlarının pozulması baş verəcəkdir. Bunun hüquqi nəticəsi kimi, ciddi maddi zərərin və korporativ nüfuzun zədələnməsi baş verəcəkdir! Cavabdehin tenderlərdə iştirakı məhdudlaşdırılacaq və iqtisadi böhranla üzləşmiş olacaqdır.

29. Borcun formalaşdırılması əsasları araşdırılmadığı üçün qətnamə ilə razılaşmırlar.

30. Mülki Məcəllənin 55.5-ci maddəsi üzrə - "xxxx" MMC-nin yenidən təşkil (qoşulma) prosesi tamamlanmamışdır. xx.xx.2025-ci il tarixd ə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsinə müraciətlərindən sonra "xxxx" MMC-nin ləğv prosesinin yekunlaşmaması barədə məlumatı əldə etmiş və həmin sübutu xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişlər. Hazırkı tarixədək hüquqi şəxslərin dövlət reyestrinə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd daxil edilməyib, yəni "xxxx" MMC hüquqi şəxs qismində mövcuddur, VÖEN-i qüvvədədir, fəaliyyətinə xitam verilməyib, ləğv olunmayıb, onun mühasibatlıq uçotu (öhdəliklər və bundan yaranan vergi öhdəlikləri) cavabdehə ötürülməyib. "xxxx" MMC-nin qoşulma prosesinin hələ davam etdiyi üçün onun hesabları üzərində sərəncam verməyin mümkünsüzlüyünü və cavabdehin hələ də qoşulması bitməyən "xxxx" MMC-nin borclarını ödəməsi, yəni hazırkı qətnamənin icrası birincini ciddi maliyyə çətinliyi ilə üz-üzə qoyacaqdır.

31. Mülki Məcəllənin 56.2-ci maddəsi üzrə - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən tərtib edilmiş həmin tarixli təhvil aktına əsasən, "xxxx" MMC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi və qeyri əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yenidən təşkil olunan və hüquqi varisi olan "xxxx" MMC-yə keçməsi nəzərdə tutulmuşdur (qoşulma sənədləri vergi orqanına təhvil verilmişdir). Lakin qoşulma prosesi yekunlaşmadığından (təhvil aktı üzrə əsas hüquq münasibətləri yaranmadığından), törəmə hüquq münasibətləri (borcların ötürülməsi) yarana bilməz.

32. Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilədə nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

33. Lakin hazırkı işdə sözügedən müqavilə üzrə borclu "xxxx" MMC-dir. İş üzrə cavabdehin isə tələb olunan pulu (borc məbləğini) qanunsuz olaraq saxlaması halı yoxdur. Çünki yenidən təşkil prosesi yekunlaşmadığından "xxxx" MMC-nin balansı Cavabdeh MMC-yə keçməmişdir, onun hesabına əsassız şəkildə hər hansı pul vəsaiti əldə edilməmişdir. Belə ki, cavabdeh 2 ilə yaxındır ki, ondan yararlana bilmir.

34. Mühasibat uçoti haqqında Azərbaycan Respublikası Qanununun 2.1.6, 2.1.11 və 16.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.40, 16.10, 80.2, 130.2 maddələri üzrə - Qoşulma prosesi hüquqi olaraq başa çatmadığı üçün, "xxxx" MMC-yə aid kreditor borclarının cavabdehdə uçota alınması və mühasibat balansına daxil edilməsi (xərc kimi göstərilməsi) mümkün deyil. 35. "xxxx" MMC ilə cavabdeh qoşulma barədə ortaya iradə qoymuş və bunun üçün müvafiq sənədləşmələr aparmışlar. Qoşulma qərarının verilməsi ilə müva fiq üzləşmə aktları tərtib edilmiş və borcların cavabdehə keçməsi nəzərdə tutulmuşdur. Lakin bu qoşulma baş verməmişdir və həmin borc-öhdəliklər hələ cavabdehə keçməmişdir. Yəni "xxxx" MMC ləğv edilməmişdir və yalnız ilkin uçot sənədlərində əks olunan bu borc hazırda həmin MMC-yə məxsus olaraq qalır. Hazırda cavabdeh mühasibatlıq sənədlərində olmayan borc-öhdəliyə görə ödəmə edərsə, xərc-balansı pozulacaq, özünə aid olmayan borcu öhdəsinə götürərək saxta xərc yaratmış sayılacaq, bu borcu ödəsə belə, ƏDV depozitinə ödəmə edə bilməyəcəyi üçün zərərə düşəcəkdir. Həm vergi qanunvericiliyinin, həm də mühasibat uçotu sahəsində qanunvericiliyin pozulması halları baş verəcəkdir.

36. Mülki-Prosessual Məcəllənin 88-ci maddəsi üzrə - Məhkəmə sübutları qiymətləndirərkən iş materiallarında olan üzləşmə aktını əsas götürərək, borc məbləğin formalaşma əsasları araşdırılmamış, yəni “sübutlar” hərtərəfli və tam tədqiq edilməmişdir. Belə ki, borc cavabdehə satılmış mallar üzrə yaranmamışdır. Alqı-satqı müqaviləsi üzrə alıcı tərəf "xxxx" MMC olmuşdur. Onun balansı isə təhvil aktı ilə cavabdehə ötürülməmişdir.

37. Mülki-Prosessual Məcəllənin 167.1 və 167.1.4-cü maddələri üzrə - Məhkəmə qətnaməsində qeyd edir ki, "xxxx" MMC cavabdehə qoşulduğundan hazırkı tələb üzrə "xxxx" MMC-nin öhdəliyi yaranmışdır. Lakin iddiaçının hazırkı borc tələbinin əsasını iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, TS 16-22 saylı müqavilə təşkil edir. Göründüyü kimi, həmin müqavilə üzrə borclu (alıcı) "xxxx" MMC-dir. Yəni, hazırkı iş üzrə cavabdeh də "xxxx" MMC olmalı idi. "xxxx" MMC-nin "xxxx " MMC-yə qoşulması prosesi yekunlaşmadığından "xxxx" MMC hazırkı iş üzrə əsl cavabdeh deyildir.

38. Mülki-Prosessual Məcəllənin 218.1-ci maddəsi üzrə - cavabdehin iddiaçı ilə üzləşmə aktı bağlamasının mahiyyəti qoşulma prosesi başa çatdıqdan sonra borcun cavabdeh tərəfindən ödənilməsinə etiraz etmədiyi, "xxxx" MMC-nin borcunu ödəyəcəyi olmuşdur. Faktiki olaraq isə qoşulma prosesi hələ yekunlaşmamışdır. Digər tərəfdən üzləşmə aktları özü, hazırkı iş üzrə cavabdehə satılmış mallar üzrə yaranmış borc məbləğini əks etdirmir (müqavilə üzrə alıcı "xxxx" MMC olmuşdur) və buna görə də borcun formalaşma əsasları araşdırılmalı idi.

39. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - 30-cu bənd. Borcun əsası (mənbəyi) qeyri-müəyyən olduğundan ( əmtəəsiz əməliyyat), ƏDV depozit hesabına ödəmə qaydalarının pozulması, mühasibatlıq ucotu qaydalarının pozulması baş verməkdədir ki, bunun da təqsiri cavabdehdə deyildir.

40. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - Yenidən təşkil edilən hüquqi şəxsin hüquqi varisliyi sübut olunmamış, yenidən təşkil (qoşulma) prosesi tamamlanmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Apellyasiya şikayətində göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, cavabdehin "xxxx" MMC-nin fəliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X15 İdarəsinə verilmiş 8 iyun 2023-cü il tarixli **********768800 saylı ər izənin icrası ilə əlaqədar vergi orqanına hər hansı bir rəsmi şikayəti olmamışdır.

42. Məhkəmə baxışı zamanı isə cavabdehin nümayəndəsi bildirmişdir ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin qanunsuz hərəkətlərindən şikayət etməmişlər və qorxduqlarından şikayət etmək niyyətində də deyillər.

43. Apellyasiya şikayətində isə cavabdeh yazır ki, xitam qeydinin reyestrə daxil olmaması nəticəsində qətnamənin icrası ilə əlaqədar onlara maddi zərər dəyəcəkdir. Buradan da bu nəticəyə gəlmək olur ki, cavabdeh kreditorlar qarşısında öhdəliklərini icra etməmək üçün Naxçıvan Şəhər Vergilər İdarəsinin səlahiyyətli vəzifəli şəxsi ilə qeyri-rəsmi “razılığa” gəlmişdir.

44. Qanunun tələbinə əsasən Naxçıvan şəhər Vergilər İdarəsi xx.xx.2023-cü il tarixli **********768800 saylı ərizəyə əsasən, 5 iş günü miiddidət ində "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi qeydini dövlət reyestrinə daxil etməli idi, ərizənin verilməsindən 20 ay keçməsinə baxmayaraq cavabdehin təqsirindən icra olunmamışdır. 45. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Təhvil aktı”ının 1-ci bəndində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin bütün borcluları və kreditorlar qarşısında olan öhdəlikləri, mühasibatlıq balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlakları "xxxx" MMC-yə təhvil verildi. Aktın 2-ci bəndində göstərilmişdir ki, "xxxx" MMC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yenidən təşkil olunan və hüquqi varisi ol an "xxxx" MMC-yə keçir.

46. Hüquqi varis olaraq cavabdehlə Naxçıvan Şəhər Vergilər İdarəsi arasında yaranmış problemdə iddiaçı, tərəf kimi çıxış etmək hüququna malik deyildir və iddianın predmetinə aid olmayan məsələ məhkəmə baxışı zamanı mübahisələndirilməməlidir.

47. Naxçıvan MR Kommersiya Məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı və qətnamə çıxarılarkən maddi və prosessul hüquq normalarının pozuntusuna yol verilməmişdir.

48. Cavabdehin apellyasiya şikayətində tətbiq olunmayan maddi hüquq normaları kimi qeyd etdiyi Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun və Vergi Məcəlləsinin maddələrinin mübahisənin predmetinə hər hansı bir aidiyyatı yoxdur.

49. Əgər cavabdeh hüquqi varis kimi hüquq və vəzifələrindən istifadə edərək Naxçıvan Şəhər Vergilər İdarəsində "xxxx" MMC-nin x itam qeydinin qısa zamanda dövlət reyestrinə daxil edilməsini təmin etdirərsə, nə mühasibat uçotu, nə də vergi problemi yaranacaqdır.

50. Cavabdeh 30 iyun 2025-ci il tarixli apellyasiya şikayətinin təmin edilməməsi barədə etiraza əlavədə göstərmişdir ki, maddi hüquq normasının tələbinə uyğun olaraq "xxxx" MMC xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə qoşulduğunu, cəmiyyətin fəaliyyətinə xitam verildiyini elan etmiş, eyni tarixdə "xxxx" MMC də qoşulma ilə bağlı qərar vermiş və xx.xx.2023-cü il tarixdə təhvil aktı imzalanmışdır. 22 gün sonra "xxxx" MMC xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Vergilər İdarəsinə qoşulan hüquqi şəxsin - "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə müraciət etmiş, vergilər idarəsi is ə xitam qeydini xx.xx.2023-cü il tarixli **********792700 nömrəli ərizə ilə hüquqi şəxslərin dövlət reyestrinə daxil etmişdir.

51. Eyni zamanda, "xxxx" MMC 2023-cü ildə Nizamnaməsində dəyişiklik etmiş, həmin Nizamnamənin 1.3-cü bəndində “Cəmiyyət "xxxx" MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunmuşdur” sözləri qeyd edilmişdir.

52. Həmçinin iddiaçı cavabdeh - "xxxx" MMC ilə hüquqi varis olaraq xx.xx.2023-cü il, Cavabdeh MMC kimi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə borcun etirafına dair üzləşmə aktları tərtib edilmişdir.

53. İddiaçının Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş şikayət ərizəsinə verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-24/2-M-1xx-xx/2025 nömrəli cavab məktubunda yazılmışdır ki, "xxxx" MMC (VÖEN ********** hazırkı adı C avabdeh MMC) xx.xx.2023-cü il tarixli **********792700 nömrəli ərizəsinə əsasən "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunmuşdur. Cavabdeh MMC-nin yenidən təşkil olunması reyestrə daxil olduğu andan "xxxx" MMC-nin (VÖEN **********) **********768800 nömrəli qurumun uçotdan çıxarılması ərizəsi qeydiyyata alınmışdır. "xxxx" MMC-nin qeydiyyatdan çıxarılması üçün öhdəlikləri tam bitmədiyindən ləğv prosesi yekunlaşmamışdır. 54. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli **********768800 nömrəli qurumun uçotdan çıxarılması ərizəsinin isə xitam qeydinin dövlət reyestrinə daxil edilməsi ilə yenidən təşkil və hüquqi varisliklə heç bir əlaqəsi yoxdur, hüquqi şəxsin uçotdan çıxarılması maddi hüquq normaları ilə tənzimlənmir, qoşulmaya heç bir aidiyyatı yoxdur, uçotdan çıxarılma Dövlət Verg i Xidmətinin daxili qaydalarına uyğun tənzimlənir, təcrübəli mütəxəssislərin bildirdiyinə görə uçotdan çıxmaq istəyən hüquqi şəxsin öhdəlikləri mövcuddursa, miqdarından asılı olmayaraq borc tam ödənilənədək qeydiyyat saxlanılır. Yəni Cavabdeh MMC "xxxx" MMC-dən təhvil aldığı borc öhdəliklərini tam ödədikdən sonra uçotdan çıxarılacaqdır.

55. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz və həmin etiraza əlavədə apellyasiya şikayətinin təmin edilmədən e-2-2(123)-41/2025 nömrəli xx.xx.2024-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Mülki Məcəllənin 55.1, 55.4, 55.5 və 56.2-ci, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haq qında Qanun) 9.1 və 9.2-ci maddələrinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

56. Cavabdehin vəkili apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

57. Cavabdehin nümayəndəsi izahatında cavabdehin vəkili ilə eyni fikirdə olduğunu göstərdi.

58. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz və etiraza əlavədə göstərilənlərə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

59. X1 şifahi məsləhətində göstərdi ki, Vergi Məcəlləsi çərçivəsində onu deyə bilər ki, bu məsələ ilə bağlı vergi orqanına müraciət olunur. İki müəssisə birləşirsə - biri digərinə, səyyar vergi yoxlaması vasitəsilə biri ləğv olunur və mütləq səlahiyyətlər digərinə keçir. Ləğv oluna n zaman sistem üzərindən aktiv olan VÖEN artıq görünmür. Bu məsələdə iki müəssisə arasında kökündən səhv proses getmişdir. Onlar öz aralarında təhvil-təslim aktı imzalamış, borc, alış-veriş olduqdan sonra vergiyə müraciət olunmuşdur. Proses əslində bu qaydada getməli idi. Müəssisənin ləğv olunması vergi yoxlaması keçiriləndən sonra baş verir. Bir müəssisənin vergi yoxlaması zamanı debitor, kreditor, vergi öhdəlikləri müəyyən edildikdən sonra yeni yaradılan müəssisəyə keçirilir. Lakin həmin zaman görünmüşdür ki, "xxxx" MMC vergidə faktiki olaraq sistemdə ləğv olunmamışdır. Sənədləşmə ilə əlaqədar müraciət edilmiş, həmin vaxt ləğv bəyannamələri verilməmiş, sonra sentyabr ayı ərzində ləğv bəyannamələri təqdim olunanda, sistemdə verilən bəyannamələrdə uyğunsuzluqlar çıxmışdır. Vergi orqanı tər əfindən 25 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-yə kameral vergi yoxlamalarının keçirilməsi ilə bağlı məktubla müraciət olunmuşdur ki, çatışmayan sənədlər təqdim olunsun. Lakin "xxxx" MMC tərəfindən bugünə kimi vergiyə heç bir sənəd təqdim olunmadığından qoşulma prosesi yarımçıq qalmışdır. Vergi orqanı da hazırda gözləmə vəziyyətində qalmışdır ki, nə vaxt həmin sənədlər təqdim olunsa, proses davam etdirilsin. Vergi orqanı nizamnamə ilə bağlı sistemdə nə görürsə, onun üzərindən gedir. İstənilən müəssisə öz nizamnaməsinə dəyişiklik edə bilər. Lakin burada qoşulma bitməlidir ki, proses başa çatsın. Əgər Cavabdeh MMC o borcu qarşı tərəfə ödəmək istyirsə, müəssisə üçün maraqlıdır ki, hesabındakı vəsaiti qarşı tərəfə ödədi. "xxxx" MMC-nin öhdəlikləri Cavabdeh MMC-yə tam ötürülmədiyi üçün bu Cavabdeh MMC-nin borcu kimi tanınmır. Lakin proses tam yekunlaşdıqdan sonra Cavabdeh MMC o borcu ödəyə bilər. Vergidə qayda belədir. Həmçinin Cavabdeh MMC hazırda həmin borcu ödəsə, o əminliklə deyə bilmir, sabah qoşulma baş tutsa və vergi orqanı Cavabdeh MMC-yə bununla bağlı sanksiya və cərimə tətbiq edə bilər. Vergi orqanında hazırda hər şey elektronlaşmış şəkildədir. Sistem üzərindən analizlər getdiyi üçün uyğunsuzluqlar ortaya çıxa bilər. Vergi orqanın iddiaçı və cavabdehə göndərilən 13 fevral 2025-ci il tarixli 3-21-2-241/2-2850/2025 nömrəli və 21 aprel 2025-ci il tarixli 3-21-2-24/2-M-1xx-xx/2025 nömrəli məktubları ilə bağlı bildirir ki, "xxxx" MMC ləğv olunmamışdır, vergi ödəyicisinin fəaliyyətini 20 ilə qədər dondurması mümkündür. Lakin bu vergi ödəyicisinin ləğv olunması demək dey il. Vergi orqanında vergi ödəyicisinin qoşulması prosesində ikisi qoşulursa, biri mütləq ləğv olunub digərinə qoşulur və ləğv prosesi sözü ondan gedir. Müəssisənin ləğv olunması üçün də səyyar audit vergi yoxlaması keçirilməlidir. Bütün onun öhdəlikləri vergi, debitor, kreditor borcu müəyyənləşir və sonda vergi xidmətinin reyestrində ona cərimə yazılmalıdırsa, yazılır. Bu proseslərin heç biri vergi orqanında getməmişdir. Hüquqi şəxslərin dövlət reyestri haqqında qanunda 40 gün müddətində bütün dəyişikliklər qeydə alınmır. Ləğv prosesində gedən yoxlamada proses müddətlə məhdudlaşa bilməz. 1 il və ya daha artıq müddət, daha çox çəkə bilər. Bu proses müddətlə məhdudlaşdırıla bilməz. "xxxx" MMC qoşulma şəklində ləğv prosesindədir. Vergi orqanının tələb etdiyi sənədlər yerinə yetirildikdən sonr a bu proses baş tutacaq. Belə ola bilər ki, bu məsələ ilə bağlı yoxlama 1 il də çəkə bilər. Çünki lazım olan sənədlər hələ də təqdim olunmamışdır. Hazırda prosesin yenidən başlaması üçün yenidən vergiyə müraciət olunmalıdır, lakin proses də hazırda dayanmışdır. Kameral yoxlamaya sənədlər təqdim olunmasa, bu şəkildə də qalacaq. Bu qoşulmanın baş tutması üçün təqdim edilməli olan sənədlərin vergiyə verilməsi mütləqdir. Vergi ödəyicisi qrafasında passiv yazılıbsa, deməli müəssisə fəaliyyətini dayandırmışdır. Fəaliyyətini dayandırmaq isə o demək deyil ki, müəssisə ləğv olunmuşdur. Əgər sonradan bu müəssisə öhdəliklərini yerinə yetirmək istəsə, yenidən fəaliyyətini bərpa etməlidir. Bu məsələnin həlli üçün ya yenidən müraciət olunmalıdır ki, proses yenidən davam etsin, ya da ki, əvvəlki təqdim e tdikləri ərizəni geri götürüb deməlidir ki, “mən qoşulmanı istəmirəm, yenidən fəaliyyətimi bərpa edib, borcumu özüm ödəmək istəyirəm”. Lakin iki halda da vergiyə müraciət olunmalıdır. "xxxx" MMC hazırda hüquqi şəxs kimi vergidə qeydiyyatda durur.

60. X2 şifahi məsləhətində göstərdi ki, qoşulma şəklində yenidən təşkilin maliyyə nəticələrini onunla əsaslandıra bilər ki, tərəflər kommersiya təşkilatları olduğuna görə birbaşa maliyyə nazirliyi tərəfdən idarəyə keçib oradan vergiyə gedir. Maliyyə nazirliyi birbaşa əməliyyat aparmır. Sadəcə olaraq həmin kommersiya təşkilatlarına, idarələrə hesabatlar verilir ki, onun xərc və gəlirləri yoxlanılsın ki, düzgün tənzimlənməsi görülsün. Hansı ki, bu vəziyyətdə ödəniş həyata keçirilsə, sabah sual oluna bilər ki, gəlir olmadan bu xərc haradan yaranmışdı r. Bu cəhətdən də bugün bu proses başa çatmadan onlar (cavabdeh) bu ödənişi həyata keçirsələr, onlar üçün nəticələri sabah başqa yerlərə gedib çıxa bilər.

61. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

62. Apellyasiya baxışında; Cavabdeh tərəfindən təqdim edilən "xxxx" MMC-nin (Naxçıvan MR Dövlət Vergi Xidmətinin Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə tarix göstərilməmişdir və səlahiyyətli şəxsin imzası yoxdur) Nizamnaməsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, Cəmiyyət "xxxx" MMC-nin ona qoşulması şəklində yenidən təşkil olunmuşdur.

63. Cavabdeh MMC-nin (Naxçıvan MR Dövlət Vergi Xidmətinin Naxçıvan Şəh ər Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə tarix göstərilməmişdir və səlahiyyətli şəxsin imzası yoxdur) Nizamnaməsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, Cəmiyyətin əvvəlki adı "xxxx" MMC-dir.

64. İddiaçı tərəfindən təqdim olunan İddiaçının Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanmış 2025/04-001 nömrəli xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, həmin məktubda "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixli **********768800 nömrəli ərizəyə əsasən dövlət reyestrində maddi hüquq normalarını açıq şəkildə pozmaqla qeyd edilən “ləğv prosesi başlanmışdır və halhazırda ləğv prosesindədir” sözlərinin çıxarılması və "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin dövlət reyestrin ə daxil edilməsi xahiş olunmuşdur. Qeyd edilən məktuba Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-24/2-M-1xxxx/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC (VÖEN ********** hazırkı adı Cavabdeh MMC) xx.xx.2023-cü il tarixli **********792700 nömrəli ərizəsinə əsasən "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunmuşdur. Cavabdeh MMC-nin yenidən təşkil olunması reyestrə daxil olduğu andan "xxxx" MMC-nin hüquqi varisidir. Yuxarıda göstərilən tarixdə "xxxx" MMC-nin (VÖEN **********) **********768800 nömrəli qurumun uçotdan çıxarılması ərizəsi qeydiyyata alınmışdır. "xxxx" MMC-nin qeydiyyatdan çıxarılması üçün öhdəlikləri tam bitmədiyindən ləğv prosesi yekunlaşmamışdır (İİ c ild, 3435). 65. 19 sentyabr 2025-ci il tarixdə daxil olmuş müraciətdə iddiaçı ekspertin “xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin tərtib olunduğu tarixə) ekspert qarşısında qoyulmuş suallarda göstərilən tarixlər aralığında və müvafiq məbləğlərə əsasən bank uçot dərəcəsi ilə faiz (Mülki Məcəllənin 449.1-ci maddəsi) qeyd olunan illər və aylar üzrə olan faiz dərəcələri götürülməklə müəyyən edilmiş ümumilikdə məbləğ 31.740, 55 manat təşkil edir” rəyini əsas qəbul edərək, faiz borcunu qətnamənin çıxarıldığı gün üçün bank uşot dərəcəsini əsas götürməklə hesablanmasını xahiş etmişdir. 66. 759 nömrəli, 2025-ci il 14 avqust tarixli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixə (iddia ərizəsinin tərtib olunduğu tarixə) ekspert qarşısında qoyulmuş suallarda göstəril ən tarixlər aralığında və müvafiq məbləğlərə əsasən: - gecikdirilmiş vaxt üçün illik (5%) beş faizlə (Mülki Məcəllənin 445.7-ci maddəsi) müəyyən edilmiş ümumilikdə məbləğ 19.549,94 manat təşkil edir. - bank uçot dərəcəsi ilə faiz (Mülki Məcəllənin 449.1-ci maddəsi) 7,25% götürülməklə müəyyən edilmiş ümumilikdə məbləğ 28347,42 manat təşkil edir. - bank uçot dərəcəsi ilə faiz (Mülki Məcəllənin 449.1-ci maddəsi) qeyd olunan illər və aylar üzrə olan faiz dərəcələri götürülməklə müəyyən edilmiş ümumilikdə məbləğ 31.740, 55 manat təşkil edir.

67. X11 tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında kollegiyaya təqdim olunmuş "xxxx" MMC-yə ünvanlanan **********581700 nömrəli xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub imza və ya möhürlə təsdiq edilmədiyindən iş materiallarına əlavə olunmamışdır. Apellyasiya baxışının hədləri

68. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

69. Mülki Məcəllə; Maddə

55. Hüquqi şəxsin yenidən təşkili 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.... 55.4. Qoşulma şəklində yenidən təşkil halı isti sna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Maddə

56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddə

57. Təhvil aktı və bölünmə balansı 57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflər in mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.

70. Mülki-Prosessual Məcəllə; Maddə

14. İ ş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. M addə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə

114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı h allarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;... Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... Maddə

386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə

393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanu ni qüvvəyə minir. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....

71. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanun; Maddə

2. Əsas anlayışlar 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir; 2.0.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallar ı, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur; Maddə

9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin... təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.... 9.3.... hüquqi şəxslərin... təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər... tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyat a keçirilə bilməz...

72. Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarı... “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azad lığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsi ndən söhbət gedə bilməz”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

73. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində və iddiaçının apellyasiya şikayətinə qarşı etirazında göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

74. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayəti və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri, iddiaçı və cavabdehin nümayəndələrinin, cavabdehin vəkilinin izahatları, məhkəmə ekspertizasının rəyi və mütəxəssis məsləhətləri ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

75. Hazırkı mübahisə iddiaçı (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış TS 16-22 nömrəli 2022-ci il 12 aprel tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya nisyə satılmış “tibbi avadanlıqlar və onların ehtiyat hissələri”nin müqabilində cavabdehdən tələb olunan 253.448,76 manat borc ilə bağlıdır.

76. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan müqavilənin 5.2-ci bəndində “ödənişin hər alım üçün malın təslimindən əvvəl satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəyi”nin nəzərdə tutulmasına baxmayaraq, alıcı tərəfindən satıcıya ödəniş edilmədən müvafiq mallar elektron qaimə-fakturalar əsasında alıcıya təqdim edilmiş və sonradan da alıcı tərəfindən müvafiq öhdəlik yerinə yetirilməmişdir. Yəni hazırkı iddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 600.1-ci maddəsi (Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən mü ddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir) təşkil edir.

77. Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyekti v hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcu dluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

78. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir.

79. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüqu qi təmin olunma prinsiplərinə xidmət edir.

80. Kommersiya mübahisəsinə dair işin materialları ilə müəyyən edilir ki, "xxxx" MMC-nin təsisçisi X4 (iştirak payı 100%) xx.xx.2023-cü il tarixli qərarında "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması, qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən "xxxx" MMCnin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin yenidən təşkil olunan "xxxx" MMC-yə keçməsi, "xxxx" MMC-nin hüquq və vəzifələrinin "xxxx" MMC-yə verilməsinə dair təhvil aktının tərtib edilərək təsdiq edilməsi, qoşulma barədə mətbuatda elan dərc edilməsi və "xxxx" MMC-nin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizənin müvafiq orqana göndərilməsi, təsisçinin "xxxx" MMC-nin nizamnamə kapitalında olan paylarının yenidən təşkil olunan "xxxx" MMC-ni n nizamnamə kapitalındakı paylarına əlavə edilməsi, kreditorlara yazılı bildiriş göndərilərək razılıq alınması və s. nəzərdə tutulmuşdur (İ cild, i/v.142, 245). 81. xx.xx.2023-cü il tarixli təhvil aktında göstərilmişdir ki, "xxxx" MMC-nin təsisçisi X7 və "xxxx" MMC-nin təsisçisi X7 (eyni şəxs) həmin akti tərtib etməklə təsdiq edirlər ki, "xxxx" MMC-nin "xxxx" MMC-yə qoşulması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56-57-ci maddələrinə uyğun olaraq aşağıdakı hüquq və vəzifələrin yenidən təşkil olunan və onun hüquqi varisi olan "xxxx" MMC-yə təhvil verilməsi aparılmışdır. "xxxx" MMC-nin bütün borclular və kreditorlar qarşısında olan öhdəlikləri, mühasibat balansında əksini tapmış əsas vəsaitlər, azqiymətlilər, dövriyyədə olan pul vəsaitləri və digər əmlakları "xxxx" MMC-yə t əhvil verildi. "xxxx" MMC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları, borcları və öhdəlikləri yenidən təşkil olunan və hüquqi varisi olan "xxxx" MMC-yə keçir. "xxxx" MMC "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan "xxxx" MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varis hesab edilir (İ cild, i/v. 141, 244).

82. Naxçıvan Şəhər Vergilər İdarəsinin cavabdehə ünvanlanmış 13 fevral 2025-ci il tarixli 3-21-2-24-1/2-2850/2025 nömrəli məktubundan məlum olur ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən "Nəqşicahan Satınalma” MMC 15 may 2023cü il tarixli qərarı ilə "xxxx" MM C-yə qoşularaq, 8 iyun 2023-cü il tarixli **********768800 saylı ərizə ilə ləğv prosesi başlanmışdır və hal-hazırda ləğv prosesindədir (İ cild, i/v. 140).

83. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-24/2-M-1xxxx/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" MMC (VÖEN ********** hazırkı adı Cavabdeh MMC) xx.xx.2023-cü il tarixli **********792700 nömrəli ərizəsinə əsasən "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil olunmuşdur. Cavabdeh MMC-nin yenidən təşkil olunması reyestrə daxil olduğu andan "xxxx" MMC-nin hüquqi varisidir. Yuxarıda göstərilən tarixdə "xxxx" MMC-nin (VÖEN **********) **********768800 nömrəli qurumun uçotdan çıxarılması ərizəsi qeydiyyata alınmışd ır. "xxxx" MMC-nin qeydiyyatdan çıxarılması üçün öhdəlikləri tam bitmədiyindən ləğv prosesi yekunlaşmamışdır (İİ cild, 34-35). 84. “Elektron məhkəmə” informasiya sistemindən “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” barədə xx.xx.2025-ci il tarixli çıxarışdan məlum olur ki, "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında hüquqi şəxslərin dövlət reyestrinə qeyd daxil edilməmişdir.

85. X6 şifahi məsləhətindən aydın olur ki, "xxxx" MMC fəaliyyətini dayandırmışdır, qoşulma şəklində ləğv prosesindədir, hazırda hüquqi şəxs kimi vergi orqanında qeydiyyatda durur.

86. Məhkəmə kollegiyası qeyd edir ki, yenidən təşkiletmə hüquqi şəxslərin fəaliyyətinə xitam verilməsinin üsullarından biridir. Bunun nəticəsində müəyyən bir hüquqi şəxs xitam edilir, digər yeni bir hüquqi şə xs yaradılır və yaxud mövcud olan qurumun hüquqi şəxsiyyəti xeyli dərəcədə dəyişir. Bu hallarda yeni yaradılan və ya əvvəllər mövcud olan hüquqi şəxsə xitam edilən hüquqi şəxsin iştirakçıları və əmlakı, hüquq qabiliyyəti, firma adı, təşkilati strukturun xüsusiyyətləri və s. keçə bilər.

87. Yenidən təşkil olunma zamanı yenidən təşkil edilən hüquqi şəxsin hüquq və vəzifələri - əmlakı və ya onun bir hissəsi hüququn digər subyektinə keçir. Bu isə o deməkdir ki, universal hüquq varisliyi yaranır. Hüquq varisliyi yenidən təşkil olunan hüquqi şəxsin həm əmlak və qeyri-əmlak hüquqlarının (aktivlərin), həm də vəzifələrin (passivlərin) hüquqi varisə keçməsini nəzərdə tutur. Vəzifə (passiv) dedikdə isə, əsasən yenidən təşkil olunan hüquqi şəxsin kreditorlara olan borcu başa düşülür. Bu borc müxtəlif mülki-hüquqi müqavilələrdən - öhdəlik hüquq münasibətlərindən yarana bilər.

88. Kommersiya hüquqi şəxslərinin qoşulma şəklində yenidən təşkili mülki və vergi qanunvericilikləri ilə tənzimlənən mərhələli proses olaraq qoşulan hüquqi şəxsin xitamı, onun və qoşulduğu hüquqi şəxsin əmlak bazalarında yeni hüquqi şəxsin yaradılmasını ehtiva edir.

89. Hüquqi şəxsin qoşulması yenidən təşkil olunmanın elə bir formasıdır ki, bunun nəticəsində bir və ya bir neçə hüquqi şəxsin mövcudluğuna onların başqa bir hüquqi şəxsə (hüquqi varisə) qatılması (qoşulması) yolu ilə xitam verilir. Qoşulan hüquqi şəxslərin müstəqil olaraq mövcudluğuna xitam verilir, onları özündə birləşdirən əvvəlki hüquqi şəxs isə fəaliyyət göstərməkdə davam edir. Bu halda qoşulan hüquqi şəxslərin hüquq və vəzifələri əvvəlki hüquqi şə xsə keçir. (Mülki Məcəllənin 56.2-ci maddəsi).

90. Yenidən təşkil olunma nəticəsində yaranan hüquqi şəxs hökmən dövlət qeydiyyatına alınır və bu andan yenidən təşkil edilmiş sayılır. Yenidən təşkil olunmanın qoşulma forması isə bu qaydadan istisna təşkil edir. Belə ki, hüquqi şəxslərin dövlət reyestrinə qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qeyd daxil edilir və həmin andan hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. (Mülki Məcəllənin 55.4 və 55.5-ci maddələri).

91. Hazırkı iş üzrə qoşulma barədə təhvil aktı mövcud olsa da, həmin təhvil aktında aşkar şəkildə göstərilmişdir ki, "xxxx" MMC "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan "xxxx" MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varis hesab edilir. 9

2. Mülki Məcəllənin 55.5-ci maddəsi qoşulma prosesinin başa çatması üçün şəffaf və dəqiq hüquqi şərt müəyyən edir. Bu şərt isə dövlət reyestrinə qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi barədə qeydin daxil edilməsindən ibarətdir.

93. Hazırkı vəziyyətdə belə bir qeyd aparılmadığından yenidən təşkil rəsmi olaraq tamamlanmamış, qəbul edən hüquqi şəxs - cavabdeh hüquqi varis statusunu əldə etməmişdir və deməli, öhdəliklərin keçməsi (varislik) də baş verməmişdir. Belə olan halda qəbul edən hüquqi şəxs hələ qoşulan hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə iddia yalnız onun özünə qarşı irəli sürülə bilər. Qəbul edən hüquqi şəxsə - cavabdehə qarşı birbaşa pul tələbinə dair iddia irəli sürülməsi və təmin olunması hüquqi əsasdan məhrumdur.

94. Göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC-nin iddiaçıya olan öhdəliyini yerinə yetirməməsinə görə məsuliyyəti hazırkı vəziyyətdə heç bir halda cavabdeh daşımır, konkret olaraq bu işdə iddia tələbi "xxxx" MMC-nin vəzifələrinə aiddir və qoşulma başa çatmadığından cavabdehlə bağlı deyildir.

95. Mülki-Prosessual Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün ə saslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

96. Qanunvericiliklə təqdim olunmuş bu imkandan istifadə etmədən birinci instansiya məhkəməsi əsl olmayan cavabdehə yönəlmiş tələbləri təmin etməklə nəticə etibarı ilə cavabdehin hüquqlarını pozan qətnamə çıxarmış və maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

97. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin və iddiaçının apellyasiya şikayətinə qarşı etirazının digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

98. Beləliklə, şərh olunanlara əsasən kollegiya aşağıdakı nəticələrə gəlir: - cavabdehin apellyasiya şikayəti təmin edilməli, - e-2-2(123)-41/2025 nömrəli, 2025-ci il 3 mart tarixli qətnamə tamamilə ləğv olunmalı, - iş üzrə yeni qətnamə qəbul edilməli, - iddiaçının cavabdehə qarşı “187.279,50 manat əsas borcun, 33.710,31 manat ƏDV-nin, yekun borc 220.989,81 manatın, müqavilədə nəzərdə tutulan müddətdə borc öhdəliyini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7,25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32.458,95 manat faizin və işə baxılması üçün ödənilmiş 543,45 manat dövlət rüsumunun cəmi 253.992,21 manatın tutularaq iddiaçının hesabına ödənilməsi” iddiası rədd olunmalı, - iddia ərizəsinin verilməsinə görə ödənilmiş 543,45 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, - apellyasiya şikayəti verilərkən ödənilmiş 271,72 manat dövlət rüsumu iddiaçıdan alınaraq cavabdehə ödənilməli, artıq ödənilmiş 8,28 manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı i lə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na müvafiq olaraq cavabdehə qaytarılmalıdır. Nəticəvi hissə

99. Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0 və 384.0.2, 385.1 və 385.1.1, 386, 392, 393, 402.1, 405.0-405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunsun. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-41/2025 nömrəli, 2025-ci il 3 mart tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 187.279,50 (bir yüz səksən yeddi min iki yüz yetmiş doqquz manat əlli qəpik) manat əsas borcun, 33.710,31 (otuz üç min yeddi yüz on manat otuz bir qəpik) manat ƏDV-nin, yekun borc 220.989,81 (iki yü z iyirmi min doqquz yüz səksən doqquz manat səksən bir qəpik) manatın, müqavilədə nəzərdə tutulan müddətdə borc öhdəliyini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilmiş 7,25% bank uçot dərəcəsi tətbiq olunmaqla, 32.458,95 (otuz iki min dörd yüz əlli səkkiz manat doxsan beş qəpik) manat faizin və işə baxılması üçün ödənilmiş 543,45 (beş yüz qırx üç manat qırx beş qəpik) manat dövlət rüsumunun - cəmi 253.992,21 (iki yüz əlli üç min doqquz yüz doxsan iki manat iyirmi bir qəpik) manatın tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 543,45 (beş yüz qırx üç manat qırx beş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Apellyasiya şikayəti veri lərkən ödənilmiş 271,72 (iki yüz yetmiş bir manat yetmiş iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilsin, artıq ödənilmiş 8,28 (səkkiz manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh MMC-yə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar