Məhkəmə qərarları › İş №2-2(108)-3/2025

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2-2(108)-3/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-3/2025 24.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndələri Nümayəndə1, Nümayəndə5, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilə ü zrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)374/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi Nümayəndə1 30 may 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin edilməsi və cavabdehdən 352325,44 AZN məbləğində əsas borc, 1570,8 AZN məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 AZN məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 352325,44 (üç yüz əlli iki min üç yüz iyirmi beş manat, qırx dörd qəpik) manat məbləğində əsas borc və 1570,8 (min beş yüz yetmiş manat, səksən qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 (üç yüz əlli üç min səkkiz yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat tutularaq İddiaçı MMC-yə (VÖEN**********) ödənilməsi, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 644 (altı yüz qırx dörd) manat məbləğin 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat məbləğində rüsumun əvəzi hissəsi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 0,10 (on qəpik) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və y a artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçınə qaytarılması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin (hakim Elşən Salmanov) 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəs inin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, id diaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırma hissəsində cavabdehin nümayəndəsi tərəfindən borcun yaranması səbəblərinin eyni qaydada yuxarıda qeyd edildiyi kimi olduğu müəyyən edilir. Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burad a da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz. Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənədləri göstərilir, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz. İddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Eyni zamanda mülki mübahisənin yaranmasının əsas obyekti olan müvafiq qərarın və ya digər hüquqi aktın sübut kimi əldə edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsinə ehtiyac var idi. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddələrinə istinad edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi idarənin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməs ini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Arkoz Travertin-Mərmər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Arkoz Travertin-Mərmər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə4 verdiyi izahatında qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdlərdə keçirilmiş məhkəmə baxışı iclaslarında iştirak etmiş cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Na xçıvan Şəhər İdarəsinin nümayəndəsi baş mühasib Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndi rilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlmişdir: Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəfl ərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390-cı maddələri). Cavabdeh tərəfin apellyasiya şikayətinin əsas dəlili borcun yaranması idarənin hərəkət və hərəkətsizliyi nəticəsində yox, qanunvericiliyə uyğun olaraq yuxarı dövlət orqanının, o cümlədən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasınd a müəyyən edilən hüquqmüəyyənedici normaların icrasının təmin edilməsi ilə, yəni iddiaçıya da məlum olduğu kimi (və ya məlum olmalıydı) həmin qərarlar əsasında 2018-ci ildən, sənədlə müəyyən edilən siyahıya əsasən göstərilən tikinti obyektlərinin ƏDV-dən azad edilməsi olmuş və bu əsasda iddiaçının qeyd etdiyi malların alınması üçün idarəyə ayrılan dövlət vəsaitində malların qiyməti ƏDV-dən azad edilməklə ödənilmişdir ki, həmin vəsaitlər də eyni maliyyə sənədləri əsasında borcalana, iddiaçıya ödənilmişdir. İddia edilən borcun yaranması səbəbi isə iddiaçı tərəfindən satılan malların qiymətinin ƏDV-dən azad edilməməklə hesablanması olmuşdur. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqd lər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Sözügedən Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddiaçı və cavabdeh arasında 11 sentyabr 2023-cü ildə müəssisə rəhbərlərinin imzası və möhürlə təsdiq edilmiş ”Qarşılıqlı borcların üzləşdirilməsi” akt tərtib edilmişdir ki, bu da özlüyündə mübahisəsiz şəkildə tərəflər arasında müqavilənin mövcudluğunu təsdiq edir. Qeyd edilməlidir ki, üzləşmə aktı - iki müəssisə arasında olan müəyyən dövr üzrə hesablaşmaları əks etdirən sənəddir. Qanunvericilikdə "Üzləşmə aktı" blankının təsdiq edilmiş forması yoxdur. Bu səbəbdən də onun hazırlanması sərbəstdir. Lakin, müəssisələr "Üzləşmə aktı" formasında ümumi qaydada sənədlərdə zəru ri olan rekvizitləri nəzərə alaraq hazırlaya bilərlər. Həmin ”Qarşılıqlı borcların üzləşdirilməsi” aktına əsasən üzləşmə aparılmış və cavabdeh təşkilatın iddiaçı təşkilata ƏDV xaric 352.325,44 manat, ƏDV daxil isə 388.952,12 manat borcu olduğu müəyyən edilərək qarşılıqlı imza və möhürlə təsdiq edilmişdir. Bu hal həm iddiaçı və həm də cavabdeh tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir, lakin iddia tələbində tələb edilən məbləğ 352.325,44 manat əsas borc, 1570,8 manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353.896,24 manat olmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apelyasiya şikayətində qeyd edilmiş “Qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz. Hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının cavabdeh qismində göstərilən idarədən tələb edilən borcun yaranmasına sübut olaraq iddiaçı tərəfindən sübut kimi təqdim olunan elektron-qaimə sənə dləri göstərilir, halbuki həmin elektron - qaimə sənədlərinin hazırlanmasında malların qiymətləri mübahisənin əsas predmeti olan ƏDV daxil edilməklə hesablanmışdır ki, bu da cavabdehin təqsiri olmadan baş verdiyi üçün cavabdehin mülki hüquq pozuntusu üçün məsuliyyətinin yaranmasını sübut edən dəlil kimi müəyyən edilə bilməz” dəlilinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsində əlavə dəyər vergisinin (ƏDV-nin) anlayışı verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əv əzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi,......... vergitutma obyektidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Qeyd edilən müddəalara uyğun olaraq cavabdehin fəaliyyətinin əhatə etdiyi tiki nti obyektlərinin hansısa formada ƏDV-dən azad edilməsi, cavabdehə ayrılan dövlət vəsaitində malların qiymətinin ƏDV-dən azad edilməklə ödənilməsi, iddiaçının da ƏDV-dən azad edilməsi kimi hesab edilə bilməz və cavabdeh tərəfindən alınmış mal-materialın dəyərinin ödənilməməsi üçün əsas sayılmamalıdır. Eyni zamanda iddiaçı və cavabdeh arasında 11 sentyabr 2023-cü ildə müəssisə rəhbərlərinin imzası və möhürü ilə təsdiq edilmiş ”Qarşılıqlı borcların üzləşdirilməsi” aktı ilə, həmçinin həm birinci instansiya məhkəməsində işə baxılması zamanı, həm apellyasiya baxışı zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi qismində iştirak etmiş idarənin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 və idarənin baş mühasib i Nümayəndə3 izahatları ilə iddia tələbi, borclarının olduğu və ödəməli olduqları etiraf edilmiş, lakin bunun onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yarandığını bildirmişlər. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətində öz nümayəndəsinin birinci instansiya məhkəməsində iddianın etirafı ilə bağlı verdiyi ifadəsini doğrulayaraq qeyd etmişdir ki, “qətnamədə borcun mövcudluğu haqqında cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsi fikirləri də doğrudur. Ancaq nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi həmin borcun olduğunu etiraf etsə də bu borcun yaranması səbəblərini də açıq-aşkar göstərir və bu səbəbin onlardan asılı olmayaraq, iddiaçının düzgün olmayan maliyyə hesablaması nəticəsində və ya satılan malların qiymətinin ƏDV daxil hesablanması nəticəsində yaranması müəyyən edilir ki, burada da cavabdehin hər hansı təqsirinin olması qeyd edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən... Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin borclarının onlara ödənilməyən əlavə dəyər vergisi hesabına yaranması barədə dəlili qanunu və əsaslı hesab edilə bilməz və sifarişçisi tərəfindən gördüyü işin dəyərinin kəsir ödənilməsi cavabdehin iddiaçıdan aldığı malmaterialların dəyərinin ödənilməməsinin səbəbi kimi göstərilməsi yolverilməzdir. Bu hal yalnız cavabdehə həmin vəsaiti aidiyyəti üzrə tələb etmək hüqu qu verir. Belə ki, elektron-qaimələrə əsasən satılan mallar ƏDV daxil satılmışdırsa əgər, belə olan halda iddiaçı tərəf öz satdığı mallara görə ƏDV ödəmişdir və qarşılığında cavabdeh tərəfdən ödədiyi ƏDV-ni tələb etməkdə haqlı olmuşdur. ƏDV-də elə bir vergi məbləğidir ki, həmişə qarşı tərəfdən alınır. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfin borcunun ƏDV-dən yaranmasını, ƏDV-nin ona ödənilmədiyi üçün ödəniş etməməsini bildirməsi iddiaçı tərəfin maraqlarının pozulmasına gətirib çıxaran hal olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi, iş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron-qaimələrə əsasən müəyyən edilir ki, mallar həqiqətən də İddiaçı tərəfindən cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Ko mitəsinin Naxçıvan Şəhər İdarəsinə təqdim edilmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, iddiaçının tələb etdiyi 352.325,44 manat məbləğində əsas borc, üzləşmə aktında ƏDV xaric qalıq borcu kimi müəyyən olunmuş və həmin üzləşmə aktı İddiaçı direktoru və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi direktor əvəzi tərəfindən imzalanmışdır. Belə ki, cavabdehin nümayəndəsi borc məbləğinin ƏDV-li hesablandığını bildirsədə üzləşmə aktından görünür ki, borc ƏDV xaric hesablanmış və cavabdeh tərəf üzləşmə aktını imzlamaqla bunu qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin “iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi üçün yalnız məhkəmə maliyyə e kspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi” dəlilinə və 12 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı cavabdehin nümayəndəsinin vəsatətinə əsasən borc məbləğinin tam dəqiq müəyyən edilməsi, onun yaranma tarixlərinin və həmin borc məbləğinin ƏDV daxil və ya ƏDV xaric hesablanmasının müəyyənləşdirilməsi məqsədilə, həmçinin müvafiq tələb üzrə işi hərtərəfli araşdırıb, qanuni və əsaslı nəticəyə gəlmək üçün ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(108)-3/2025 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi kollegiyaya təqdim olunanadək apellyasiya icraatı üzrə icraat dayandırılmış, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspe rtizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 216 nömrəli ekspert rəyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına daxil olmuş və kollegiyanın 14 aprel 2025-ci il tarixli, 2-2(108)-3/2025 nömrəli qərardad ilə iş üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 216 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: İ sual üzrə iş materiallarından göründüyü kimi qaimə fakturalara əsasən götürülən malların dəyəri 3862228.10 manat təşkil edir; İİ sual üzrə iş materiallarından göründüyü kimi, qaimə fakturalar üzrə götürülən malların d əyərindən hansı məbləğlərdə ödənilməsini müəyyən etmək mümkün olmadı; İİİ və İV sual üzrə iş materiallarından göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin İddiaçınə iddianın qaldırıldığı yəni, 30 may 2024-cü il tarixə hansı məbləğlərdə borcun olub-olmamasını müəyyən etmək mümkün hesab edilmədiyi, lakin iş materiallarında öz əksini tapan 11 sentyabr 2023-cü il tarixli “Qarşılıqlı Borcların üzləşdirilməsi AKT-ı” məlumatlarının düzgünlüyü nəzərə alındıqda 388.952,12 manat borcu olması müəyyən edilmişdir ki, həmin aktın qeyd hissəsinin 1-ci bəndində qalıq borc məbləğinin ƏDV xaric 352.325,44 manat olması göstərilmişdir. V sual üzrə iş materiallarından göründüyü kimi, təqdim olunan iş materiallarında Naxçıvan Muxtar Respubli kası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən hansı tarixlərdə və hansı məbləğlərdə ödənişlərin aparılmasını müəyyən etmək mümkün olmadığından borcun hardan yaranmasını müəyyən etmək mümkün olmadı. X4 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025ci il tarixli, 216 nömrəli ekspert rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin sözügedən qətnaməsində iddia tələbinin təmin edilməsilə bağlı gəldiyi nəticənin əsaslı olub-olmadığı ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyy ən etmişdir ki, barəsində şikayət verilmiş qətnamədə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi düzgün olaraq iddia tələbinin təmin edilməsi, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən (VÖEN-**********) 352325,44 (üç yüz əlli iki min üç yüz iyirmi beş manat, qırx dörd qəpik) manat məbləğində əsas borc və 1570,8 (min beş yüz yetmiş manat, səksən qəpik) manat məbləğində gecikmə faizi olmaqla ümumilikdə 353896,24 (üç yüz əlli üç min səkkiz yüz doxsan altı manat, iyirmi dörd qəpik) manat və iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 644 (altı yüz qırx dörd) manat məbləğin 643,90 (altı yüz qırx üç manat, doxsan qəpik) manat məbləğində rüsum əvəzi hissəsi cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçı van Şəhər İdarəsindən alınıb İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsini qət etmişdir. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən tədqiq edilərək hərtərəfli qiymətləndirilmiş iş üzrə sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı Arkoz TravertinMərmər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi arasında olan şifahi razılaşmaya əsasən tərəflər üzərinə öhdəlik götürmüş, iddiaçı tərəf öhdəliyini tam olaraq yerinə yetirərək mallar təqdim edilmiş, lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi götürmüş olduğu öhdəliyi lazımınca icra etməmiş, malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cü r hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli X5 Hüquqları Məhkəməsi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə uyğun olaraq işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan normanın məzmunundan da gör ündüyü kimi məhkəmə kommersiya işi üzrə tərəflərə sübutlarını təqdim etməyi təklif edə bilər. Məhkəmənin tərəflərin əvəzinə sübut toplaması bərabərlik və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxara bilər ki, bu hal da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əla qədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kommersiya mübahisəsinə dair işə apellyasiya qaydasında baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək hallar, həmçinin məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərd ə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilə üzrə öhd əliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayəti verən zaman dövlət rüsumu artıq (iki dəfə təkrar olaraq) ödənilməsi barədə 21 noyabr 2024-cü il tarixli, 56 nömrəli məktubuna münasibətdə qeyd edir ki, iş materiallarına nəzər saldıqda aydın olur ki, apel lyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun qəbzi ilə 21 noyabr 2024-cü il tarixli, 56 nömrəli məktuba əlavə olunmuş qəbz eynidir. Yəni dövlət rüsumunun iki dəfə ödənilməsini təsdiq edəcək sübutlar iş materiallarında mövcud olmamışdır və bu barədə cavabdeh tərəfə artıq ödənilmiş rüsumla bağlı sübut təqdim edilməsi dəfələrlə təklif olunsa da bununla bağlı hər hansı sübut kollegiyaya təqdim edilməmişdir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.1, 392, 393, 402.1, 405.0, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qə tetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi” barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)374/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-374/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Mu xtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar