Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-30/2025 23.05.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X2 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cahan-İnşaat MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cahan-İnşaat MMC-nin nümayəndəsi Nümayəndə 1 14 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək mal material haqqına görə yaranmış 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat otuz bir qəpik) əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadı ilə 13 mart 2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim olunmuş iddiaçı X1 Cəmiyyəti (VÖEN-**********) ilə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi (VÖEN-**********) arasında bağlanmış 12 mart 2025-ci il tarixli “Barışıq sazişi”nin aşağıda göstərilmiş mətin mövzusunda təsdiq edilməsi, bu Sazişin mövzusunu Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə "xxxx" MMC arasında 15 iyul 2023-cü il tarixinə olan borc üzləşmə aktında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin Cahan İnşaat MMC-yə 246377.31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat borcu olmaqla, "xxxx" MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manatın o lmasının təsdiq edilməsi, sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, iddiaçı X1 Cəmiyyətinin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi, məhkəməyə iddia verilərkən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və xx.xx.2025-ci il tarixli, **********97 saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumlarının iddiaçı Cahan-İnşaat MMC-yə geri qaytarılması qərara alınmışdır. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 04 aprel 2025-ci il tarixdə müddətin bərpa edilməsi barədə ərizə ilə Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsi ilə müəyyən edilən hüquq normaları əsasında Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-36/2025 nömrəli, 14 mart 2025-ci il tarixli qərardadından qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsini, qərardaddan apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və kommersiya işi üzrə işə apellyasiya qaydasında baxılmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi 04 aprel 2025-ci il tarixdə müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayəti göndərərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2 025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadının ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(123)36/2025 nömrəli qərardadı ilə iddiaçı Cahan-İnşaat MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin ərizəsinin əsaslı olduğundan təmin edilməsi və buraxılmış pros essual müddətin bərpa edilməsi, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi və şikayətə prosessual müddət daxilində yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin verdiyi apellyasiya şikayəti Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Qeyd olunan apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ko mmersiya kollegiyası tərəfindən mümkün hesab edilərək yazılı icraat qaydasında baxılması üçün 23 may 2025-ci il tarixə təyin edilmişdir. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi birinci instansiya məhkəməsinə 04 aprel 2025-ci il tarixdə müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti göndərmiş, Naxçıvan MR Kommersiya Məhkəməsi 17 aprel 2025-ci il tarixli, e-22(123)-36/2025 nömrəli qərardadı ilə müddətinin bərpa edilməsinə dair cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin ərizəsini təmin edərək buraxılmış prosessual müddəti bərpa etmiş və cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəs i tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadından verilmiş şikayəti icraata qəbul edərək, şikayətə prosessual müddət daxilində yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Azərbaycan Respublikası MPM-in 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Naxçıvan MR Kommersiya Məhkəməsi şikayətin icraata qəbul edilərək, şikayətə p rosessual müddət daxilində yazılı icraat qaydasında baxılması barədə qərar qəbul etsə də, Azərbaycan Respublikası MPM-in yuxarıda qeyd edilmiş tələblərinə əməl etməmiş, iş üzrə sonrakı prosessual hərəkətləri yerinə yetirməyərək Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından verilən şikayətə baxmayaraq apellyasiya şikayətini işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərmişdir. Kollegiya tərəfindən iş materiallarına nəzər yetirdikdə qeyd olunan prosessual pozuntunun mövcudluğu aşkar olunduğundan kollegiya hesab edir ki, iddiaçı Cahan-İnşaat MMC-nin cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 07 may 2025-ci il tarixli, 2-2(108)-30/2025 nömrəli qərardadı ləğv edilməli, kommersiya mübahisəsinə dair iş apellyasiya baxışından çıxarılmaqla Naxçıvan MR Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayə ti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası MPM-in 402.2 və 402.2.5-cu maddələrinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qər ardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 384.0.6-cı maddələrini rəhbər tutaraq kollegiya qərarverdi: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Naxçıvan MR Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə 07 may 2025-ci il tarixli, 2-2(108)-30/2025 nömrəli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılsın. Kommersiya mübahisəsinə dair iş Naxçıvan MR Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada veri ldiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(108)-30/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-30/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver