Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-33/2025 16.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə qarşı “borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-40/2025 nömrəli, 2025-ci il 12 mart tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. “X5” MMC (“satıcı”) ilə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti (“sifarişçi, alıcı”) arasında 10 nömrəli xx.xx.2022-ci il, 12 nömrəli xx.xx.2022-ci il və 06 nömrəli xx.xx.2023 tarixli alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin aşağıdakı bəndlərinə görə; 1.1. Müqavilə müddəti ərzində satıcı müqavilənin Əlavə 1-dəki qiymətlərin razılaşdırılması protokolunda göstərilən müxtəlif ölçülərdə vəsaitlərin alıcıya çatdırılmasını, alıcı isə təhvil aldığı vəsaitlərin dəyərinin qiymətlərin razılaşdırılması protokolundakı qiymətlərlə ödənilməsini və bu çərçivədə tərəflərin hüquq və vəzifələrini əhatə edir. 2.1. Satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcıya satın alın an malın təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar qüsurlu olarsa, satıcı aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir. 2.3. Alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. 3.2. Alıcı malın müqabilində razılaşmış vəsaitin 100%-ni köçürmə yolu ilə satıcıya müqavilə imzalandığı tarixdən 30 (otuz) bank iş günündən gec olmayaraq ödəməyi öz öhdəsinə götürür. 3.3. Satıcı standartlara uyğun malın müqavilə bağlandığı gündən 30 iş günü müddətində alıcıya təhvil verilməsini öhdəsinə götürür.
2. Hər bir müqavilə üzrə “Qiymətlərin razılaşdırılması protokolu”ndan (Əlavə 1) görünür ki, tərəflər müqavilədə nəzərdə tutulmuş müxtəlif ölçülərdə vəsaitlərin miqdarının və qiymətlərinin protokolda göstərilən şəkildə müəyyənləşdirilməsi üçün razılığa gəlmişlər, bu protokol müqavilənin ayrılmaz hissəsi və hesablaşmalar üçün əsas sayılır. 3. 10 nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin 3.1-ci bəndinə görə, müqavilənin qiyməti ƏDV ilə birlikdə 792.168,42 (671.329,17 manat malın dəyəri, 120.839,25 manat ƏDV) manat təşkil edir. 12 nömrəli xx.xx.2022-ci il tarixli müqavilənin 3.1-ci bəndinə görə, müqavilənin qiyməti ƏDV ilə birlikdə 136.928,70 (116.041,27 manat malın dəyəri, 20887,43 manat ƏDV) manat təşkil edir. 06 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci bəndinə görə, müqavilənin qiyməti ƏDV ilə birlikdə 65017,72 (55099,77 manat malın dəyəri, 9917,95 manat ƏDV) manat təşkil edir.
4. Müqavilələr hər iki hüquqi şəxsin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq olunmuşdur.
5. Malın təqdim edilməsi ilə bağlı satıcı tərəfindən alıcıya elektron qaimə-fakturalar göndərilmişdir. 6. 2024-cü il 26 fevral tarixdə satıcı və alıcı arasında onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş qarşılıqlı üzləşmə aktı tərtib olunmuş, həmin aktda Naxçıvan MR Qaz İstismar Xidməti 2024-cü il 26 fevral tarixə “X5” MMC-yə 243.557,50 manat borcunun olduğunu qəbul etmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat 7. 2024-cü il 14 noyabr tarixdə “X5” MMC (bundan sonra “iddiaçı”) Naxçıvan MR Qaz İstismar Xidmətinə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mal-material haqqına görə yaranmış 243.557,50 manat əsas borcun və 533,56 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında razılaşma əsasında malların, işlərin və xidmətlərin göstərilməsi barədə 2022-ci il 3 noyabr, 2022-ci il 5 dekabr və 2023-cü il 5 yanvar tarixlərdə imzalanmış müqavilələrə əsasən iddiaçı cavabdehi mal-materialla təmin etmiş, lakin cavabdeh tərəfindən mal-material haqqı tam şəkildə ödənməmiş və nəticədə xx.xx.2023-cü il tarixə iddiaçıya 243.557,50 manat borc yaranmışdır.
9. İddiaçı tərəfindən dəfələrlə məktubla pretenziya qaydasında müraciət olunaraq xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəfdən borc ödənilməmiş qalmışdır. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunmuşdur.
10. İddiaçı iddia ərizəsində Azərba ycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442 və 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 4.3-cü maddələrinə istinad etmişdir.
11. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-40/2025 nömrəli, 2025-ci il 12 mart tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən 196.627,13 manatın və 432,18 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 0,64 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət olunmuşdur (hakim E.Salmanov).
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qeyd olunan alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr əsasında iddiaçı müqavilələrə əlavə olan qiymətlərin razılaşdırılması protokollarında göstərilən malları cavabdehə vermişdir. Malların verilməsi 773708 nömrəli xx.xx.2022-ci il tarixli, 861494 nömrəli xx.xx.2022-ci il tarixli, 517167 nömrəli xx.xx.2022-ci il tarixli, 517068 nömrəli xx.xx.2022-ci il tarixli, 637000 nömrəli xx.xx.2022-ci il tarixli, 671558 nömrəli xx.xx.2023-cü il tarixli və 326901 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar və ödəmələr ilə öz təsdiqini tapmışdır.
13. Məhkəmə belə qənaətə gəmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, 2024-cü il 26 fevral tarixli qarşılıqlı üzləşmə aktı ilə cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir.
14. Müəyyən edilən digər hal ondan ibarətdir ki, 326901 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturada göstərilən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri olan 46.930,37 manat “Türkiyəyə göndərilən qaz sayğaclarının təmir xərcinin qalıq dəyəri”dir. Lakin 02 nömrəli xx.xx.2015-ci il tarixli müqavilənin 3.3.4.2-ci bəndinə görə, əgər satıcı malın qüsurları barəsində qabaqcadan məlumat verməmişdirsə, lazımi keyfiyyətli olmayan mal vermişdirsə, satıcının təqsiri olubolmamasından asılı olmayaraq alıcının satıcıdan öz seçimi ilə malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır. Cavabdeh 2024-cü il 26 fevral tarixli qarşılıqlı üzləşmə aktı ilə iddiaçıya 243.557,50 manat borcunun olduğunu etiraf etsə də, iddia tələbi 46.930,37 manat “Türkiyəyə göndər ilən qaz sayğaclarının təmir xərcinin qalıq dəyəri”nə münasibətdə təmin olunmamalıdır.
15. İş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 533,56 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə (81%) mütənasib olaraq 432,18 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 101,38 manatı iddiaçının özünə aid edilməli, artıq ödənilmiş 0,64 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 385.1, 386.1, 389.1, 442, 567, 597.1, 598.1, 600.1 və 600.4-cü, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 107, 108.1-108.1.1, 108.2, 114.1-114.1.1, 119.1, 217.5, 220.4 və 220.5-ci maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə, Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra Nazirlər Kabineti) 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
17. Cavabdeh apellyasiya şikayəti verərək cavabdehə təhvil verilmiş və anbarlarda saxlanılan sayğacların istismara yararlılıq vəziyyətinin müəyyənləşdirilməsi üçün müvafiq texniki ekspertizanın təyin olunmasını, e-2-2(123)-40/2025 nö mrəli 2025-ci il 12 mart tarixli qətnamənin ləğv edilməsini və 2024-cü il 25 aprel tarixli təhvil-təslim aktında qeyd olunmuş, müvafiq ekspert rəyinə uyğun olaraq yararsız hesab olunacaq (bu akt ekspert rəyi ilə öz təsdiqini tapacaqdır), anbarlarda istifadə olunmadan qalan ümumi sayğacların dəyərinin iddiaçının iddia etdiyi borc məbləğindən çıxılması və bununla da iş üzrə ilkin iddianın təmin edilməməsi barədə müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
18. İşin faktiki halları üzrə - cavabdehin nümayəndəsi tərəfindən 29 dekabr 2024-cü il tarixli məhkəmə iclasında qeyd edildiyi kimi iddia tələbində dəyəri ödənilməmiş mal kimi qeyd olunan 292 ədəd “G4” və 18 ədəd “G6” tipli sayğac istismara yararsız olduqlarından hazırda cavabdehin anbarlarında saxlanı lır və digər sayğacların yararlılığı hələ məlum deyildir. 19. “G4” tipli sayğacın satın alma qiymətinin 249 manat, “G6” sayğacının isə 585 manat olduğu faktını və iddiaçı ilə bağlanmış çoxsaylı müqavilələrin hər birində qeyd edilmiş “Satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “alıcı”ya satın alınan malın təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar qüsurlu olarsa, “satıcı” aşkar olunan qüsurların aradan qaldırılmasına təminat verir” və “əgər “satıcı” malın qüsurları barəsində qabaqcadan məlumat verməmişdirsə, lazımi keyfiyyətli olmayan mal vermişdirsə, “alıcı”nın təqsiri olub-olmamasından asılı olmayaraq “alıcı”nın “satıcı”dan öz seçimi ilə malın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etmək hüququ vardır” müddəalarını nəzərə alaraq, cavabdeh in iddiaçıya borcunun iddia tələbində qeyd olunduğu üzrə 243.557,50 manat olmadığı, təmirə ehtiyacı olanların qiymətinin həmin borc məbləğindən çıxılmalı olduğu öz təsdiqini tapmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamədə “iddia tələbi 46930,37 manat Türkiyəyə göndərilən qaz sayğaclarının təmir xərcinin qalıq dəyərinə münasibətdə təmin olunmamalıdır” ifadəsi qeyd olunmaqla, yalnız 326901 nömrəli, 18 dekabr 2023-cü il tarixli elektron qaimə-fakturada göstərilən yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri nəzərə alınmış, 292 ədəd “G4” və 18 ədəd “G6” tipli sayğacın istismara yararsız olmaları faktı, habelə anbarda qalan və aktda qeyd olunmayan, yararlı olub-olmadığı dəqiqləşdirilməmiş sayğacların vəziyyəti gözardı edilmiş dir.
20. Mülki Prosessual Məcəllənin 2-ci və 88-ci maddələri üzrə - cavabdehin iddiaçı quruma olan borcunun artıq hesablanması cavabdehin təsbit olunmuş hüquq və mənafelərinə ziddir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş 2024-cü il 25 aprel tarixli təhvil-təslim aktına birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməmişdir.
21. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - birinci instansiya məhkəməsi tərəfindən 2024-cü il 25 aprel tarixli təhvil-təslim aktı ilə təsdiq olunmuş 292 ədəd “G4” və 18 ədəd “G6” tipli sayğacın istismara yararsız olmaları faktı gözardı edilmiş, cavabdehin iddiaçıya olan ümumi borcundan həmin yararsız malların dəyəri çıxılmadan yekun qərar çıxarılmışdır. Apellyasiya şikayətinə qarşı etira zın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi
23. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq, iddiaçı tərəfdən aldıqları mal və materialların dəyərinin çox baha olduğunu göstərdi və qanuna müvafiq qərar qəbul olunmasını xahiş etdi.
24. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq, 3 müqavilə üzrə qarşı tərəfə elektron qaimə-fakturalar əsasında vermiş olduqları malların və xidmətlərin dəyərini tələb etdiklərini, istehsalçı olmadıqlarını, həmin malları alıb gətirən zama n gömrükdən keçirdiklərini, mallara görə 18% ƏDV ödədiklərini, buna görə də qiymət fərqinin ola biləcəyini göstərdi və ədalətli qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya baxışının hədləri
25. Kollegiya Mülki Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti onun məzmunundan göründüyü kimi qətnamənin iddianın təmin edilməsinə aid hissədə ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını mübahisələndirilən hissədə, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq
26. Mülki Məcəllə; Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.... Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər bir i vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədi yi bütün hallar üçün cavabdehdir.... Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə b u Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....
27. Mülki Prosessual Məcəllə; Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə
77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə
114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;... Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraat ı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə
384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə
393. Apellyasiya instansiyası m əhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.... Maddə
405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya in stansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə
406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir....
28. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir”.
29. Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”; Maddə
2. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması halları 2.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 2.1.1. dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə;... 2.2. Bu Qaydaların 2.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
31. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçı və cavabdehin nümayəndələrinin izahatları ilə əlaqəli şəkildə araşdıraraq ko mmersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.
32. Apellyasiya şikayətində mübahisələndirilən hissədə mübahisə iddiaçı tərəfindən cavabdehə qətnamənin 1-ci bəndində qeyd olunan müqavilələr, eləcə də elektron qaiməfakturalara əsasən nisyə (alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsi) satılmış (boru, vintil, dirsək və s., bundan sonra “mal”) müqabilində cavabdehdən tələb olunan 196.627,13 manatla bağlıdır. Mübahisənin hüquqi əsasını nisyə alqı-satqı müqaviləsi təşkil edir.
33. İş materiallarından məlum olur ki, iddiaçı və cavabdeh malların alqı-satqısı ilə bağlı sövdələşərək müxtəlif malların alışı və satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, iddiaçı elektron əmtəə-nəqliyyat qaimələri üzrə malları cavabdehə vermiş (göndərmiş), cavabdeh isə aldığı mallara görə razılaşdırılmış qiymətlə müvafiq pul məbləğinin bir qismini iddiaçıya ödəmiş, iddia üzrə tələb olunan və apellyasiya şikayətində mübahisələndirilən malların müəyyənləşdirilmiş pul məbləği (qiyməti) isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Yəni cavabdeh Mülki Məcəllənin 425.1 və 598.1-ci maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişdir.
34. Həmin faktlar iş materiallarında olan elektron əmtəə-nəqliyyat qaimələri (İ cild, i/v. 36-52) ilə yanaşı, iddiaçı və cavabdeh tərəfindən imzalanmış son haqq-hesaba dair qarşılıqlı üzləşmə aktı (İ cild, i/v. 1 51) ilə təsdiq olunur.
35. Məlumdur ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmlakın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir.
36. Alqı-satqı müqaviləsinə Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, bu müqavilə həmin müqavilədə iştirak edən tərəflərin yalnız razılıq əldə etdikləri andan onlar üçün mülki hüquq və vəzifələr yaradır. Bu müqavilənin bağlanmış hesab edilməsi üçün kifayətdir ki, onun bütün mühüm və zəruri şərtləri barədə tərəflər razılığa gəlsinlər. Tərəflərin razılığı ilə alqı-satqı müqaviləsi həm şifahi, həm də sadə ya zılı və ya notarial formada bağlana bilər.
37. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə iddiaçı və cavabdeh azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla sadə yazılı formada malların nisyə alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə mübahisələndirilməmiş, onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən 2024-cü il 25 aprel tarixli təhvil-təslim aktı ilə təsdiq olunmuş 292 ədəd “G4” və 18 ədəd “G6” tipli sayğacın istismara yararsız olmaları faktına və həmin akta qiymət verilməməsi, cavabdehin iddiaçıya olan ümumi borcundan həmin yararsız malların dəyə ri çıxılmadan yekun qərar çıxarılması, bununla da Mülki Prosessual Məcəllənin 2-ci və 88-ci maddələrinin tələblərinin pozulması”, “habelə anbarda qalan və aktda qeyd olunmayan, yararlı olub-olmadığı dəqiqləşdirilməmiş sayğacların vəziyyətinin gözardı edilməsi” dəlillərinə münasibətdə qeyd edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən, habelə birinci insnsiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, iddianın predmetini 10 nömrəli xx.xx.2022-ci il, 12 nömrəli xx.xx.2022-ci il və 06 nömrəli xx.xx.2023 tarixli alqı-satqı müqavilələri və 773708 nömrəli xx.xx.2022-ci il tarixli, 861494 nömrəli xx.xx.2022-ci il tarixli, 517167 nömrəli xx.xx.2022-ci il tarixli, 517068 nömrəli xx.xx.2022-ci il tarixli, 637000 nömrəli xx.xx.2022-ci il tarixli, 67 1558 nömrəli xx.xx.2023-cü il tarixli və 326901 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturalar üzrə iddiaçının cavabdehə təqdim etdiyi malların/xidmətlərin müqabilində ondan tələb etdiyi pul məbləği təşkil edir.
39. Birinci instansiya məhkəməsində icraat zamanı Mülki Prosessual Məcəllənin 53cü maddəsində göstərilən hallar (iddianın əsasının və predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması) baş verməmiş, həmçinin Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq cavabdeh ilk iddia ilə birlikdə baxımaq üçün iddiaçıya qarşılıqlı iddia verməmişdir.
40. Cavabdehin apellyasiya şikayətində göstərdiyi sayğaclar müddət baxımından qeyd olunan müqavilələr və elektron qaimə-fakturalardan əvvəl, 2022-ci il 22 aprel tarixli təhvil-təslim aktı (İ cild, i/v. 148) ilə təmir olunub qaytarılması üçün iddiaçıya təhvil verilmiş, elektron qaimə-fakturaların cavabdehə təqdim edildiyi tarixlərdən sonra tərtib olunan, 2024-cü il 25 aprel tarixli təhvil-təslim aktında (İ cild, i/v. 199) isə “292 ədəd G4 qaz sayğacının yararsız olaraq cavabdehin anbarına təhvil verilməsi və 18 ədəd G6 qaz sayğacının təmirdən gəldikdən sonra təhvil veriləcəyi” göstərilmişdir. Yəni konkret olaraq həmin sayğaclar, onların dəyəri və ya təmir xərci hazırkı mübahisə üzrə iddianın predmetinə daxil deyil.
41. Cavabdehin apellyasiya şikayətində göstərdiyi qeyd olunan dəlil (tələb) birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi həmin dəlil üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir.
42. İddianın predmeti - iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb, müdafiə etdiyi hüquq və ya mənafedir. Hakim isə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsi).
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155,156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir”.
44. Kollegiya apellyatorun - cavabdehin nümayəndəsinin apellyasiya baxışında “iddiaçı tərəfdən aldıqları mal və materialların dəyərinin çox baha olduğunu” göstərməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllədə alq ı-satqı müqaviləsinin predmeti kimi satş anında mövcud olan əşya anlayışından istifadə edilir. Satılan əşyanın qiyməti, yəni alıcının əşyanın əvəzində satıcıya verdiyi müəyyən pul məbləği alqı-satqı müqaviləsinin qiymətini ifadə edir və qiymət tərəflərin razılığı ilə müəyyən edilir.
45. Mülki qanunvericilikdə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq öhdəliyin icrası zamanı qiymətin tərəflərin razılığı ilə müəyyənləşdirilməsi prezumpsiyası təsbit edilmiş, istisna hal kimi qanunda göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, 10 nömrəli xx.xx.2022-ci il, 12 nömrəli xx.xx.2022-ci il və 06 nömrəli xx.xx.2023 tarixli alqı-satqı müqavilələrinin predmeti olan, eləcə də elektron qaimə-fakturalarda qeyd edilən və qiymətlərin razılaşdırılması protokollarında (Əlavə 1) qiymətləri müəyyən olunan mallarla bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və tənzimlənən qiymətlər mövgud deyil və bu səbəblə də tələb-təklif əsasında formalaşan, tərəflərin razılaşması ilə müəyyən edilən qiymətlər satıcının malları baha satması kimi dəyərləndirilə bilməz.
46. Hazırkı mübahisə üzrə malların qiymətini müqavilələrin tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokollarında (Əlavə 1-də) və elektron əmtəə-nəqliyyat qaimələrində göstərilən, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği təşkil edir.
47. Həmçinin, tərəflər arasında xx.xx.2024-cü il tarixdə onların hər ikisinin möhürü və səlahiyyətli şəxslərinin imzaları ilə təsdiqlənmiş qarşılıql ı üzlışmə aktı (İ cild, i/v. 151) tərtib olunmuş, həmin aktda cavabdeh qeyd olunan tarixə iddiaçıya borcunun olduğunu qəbul etmişdir.
48. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya baxışında göstərdiyi digər dəlilləri onun subyektiv mülahizələri kimi qiymətləndirirməklə əsaslı hesab etmir.
50. Beləliklə, məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasını qismən təmin etməkdə düzgün nəticəyə gəlmişd ir. e-22(123)-40/2023 nömrəli, 2025-ci il 12 mart tarixli qətnamə qanuni və əsaslıdır.
51. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsi).
52. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilməlidir.
53. Beləliklə, şərh olunanlara müvafiq olaraq kollegiya bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkə məsinin e-2-2(123)-40/2025 nömrəli, 2025-ci il 12 mart tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı; Apellyasiya şikayəti verilərkən ödənilmiş 266,78 manat dövlət rüsumu cavabdehin özünə aid edilməli, artıq ödənilmiş 3,22 manat dövlət rüsumu cavabdehə qaytarılmalıdır. Nəticə
54. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Naxçıvan MR Qaz İstismar Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-40/2025 nömrəli, 2025-ci il 12 mart tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş 266,78 (iki yüz altmış altı manat ye tmiş səkkiz qəpik) manat dövlət rüsumu cavabdeh Naxçıvan MR Qaz İstismar Xidmətinin özünə aid edilsin, artıq ödənilmiş 3,22 manat (üç manat iyirmi iki qəpik) Naxçıvan MR Qaz İstismar Xidmətinə qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan MR Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdiril