Məhkəmə qərarları › İş №2-2(108)-37/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-37/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-37/2025 08.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İlkin iddia üzrə iddiaçı "Ekolizinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh4 və Cavabdeh3 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin tutulması və avtomobilin qaytarılması” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh "Ekolizinq” MMC-yə qarşı “əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək müqavilənin etibarsız hesab olunması, müvafiq qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və "Ekolizinq” MMC ilə Cavabdeh4 arasında fa ktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2025 nömrəli, 2025-ci il 6 yanvar tarixli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. "Ekolizinq” MMC (lizinq verən - direktoru X5), X8 (satıcı - etibarnamə üzrə nümayəndəsi X9) və fərdi sahibkar Cavabdeh4 (lizinq alan) arasında üçtərəfli 1901/0657 nömrəli xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsi bağlanmışdır.

2. Müqavilənin müvafiq bədlərində tərəflər aşağıda göstərilə n şərtlər barədə razılığa gəlmişlər; 1.1. Lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş, fərdi əlamətləri 1 saylı Əlavədə göstərilən, bundan sonra lizinq obyekti adlandırılacaq nəqliyyat vasitəsini təqdim edir. Lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 2.1. Lizinq obyekti lizinq müqaviləsi əsasında lizinq verən tərəfindən bu müqavilə üzrə tərəf olan satıcıdan öz mülkiyyətinə alınmış və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydiyyata alınmışdır. 2.2. Lizinq müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 60.000 AZN təşkil edir. 3.1. Lizinq obyektinin, habelə onun ayrılmaz h issəsini təşkil edən bütün ləvazimat və sənədlərin lizinq verən tərəfindən lizinq alana təhvil-təslimi bu müqavilə ilə müəyyən edilmiş yerdə, müddətdə və şərtlərlə həyata keçirilir. Lizinq obyektinin təhvil-təslimi bu müqavilənin 1 saylı Əlavəsi olan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 3.4. Təhvil-təslim zamanı lizinq verən lizinq obyektinə olan mülkiyyət hüquqlarını təsdiq edən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, lizinq obyektinə sahiblik və istifadə hüquqlarını lizinq alana verən müvafiq qaydada tərtib olunmuş etibarnaməni lizinq alana təqdim edir. 5.3. Bu müqavilə üzrə ümumi lizinq müddəti 36 ay, 1 illik faiz dərəcəsi 27% təşkil edir. Lizinq müddəti lizinq obyektinin təhvil-təslim aktı imzalandığı tarixdən hesablanır. 7.1. Lizinq alan hər ayın 11-i tarixində bərabər m iqdarda olmaqla xx.xx.2022-ci il tarixədək hər ay cədvəl üzrə ödənişi ödəməyi öhdəliyinə götürür (ödəniş lizinq müqaviləsinə 2 saylı Əlavədə olan ödəniş cədvəlinə uyğun müəyyən olunur). 7.2. Lizinq alan avtomobilin 34%-ni, 20.400 AZN məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə, müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. 7.2.1. Alınan lizinq məbləği avtomobilin dəyərinin 66%-ni, 39.600 AZN təşkil edir. 7.9. Lizinq alan müqavilə ilə müəyyən edilmiş bütün ödənişləri ödədikdən sonra onun bu müqavilə özrə öhdəlikləri icra edilmiş sayılır. 9.1. Lizinq alanın müqavilə üzrə öhdəliklərinin icrasının təminatı aşağıdakılardır: 9.1.1. Şəxsi zaminlik/girov. 10.1. Lizinq alan müəyyən edilmiş mü ddətdə ödənişləri həyata keçirmədikdə, lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimənin ödənilməsini tələb edir, lizinq alan isə onu ödəməyi öhdəsinə götürür. 14.1. Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər: 14.1.3. Lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib; 14.2. Lizinq alan lizinq verənin tələbində göstərilmiş müddət ərzində lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. 14.4. Lizinq obyektinin lizinq alanın sahiblik və istifadəsindən geri alınması lizinq alanın müqavilə üzrə ödəniş öhdəlikl ərinin ləğvinə səbəb olmur.

3. Lizinq müqaviləsi üzrə öhdəliklərin icrası lizinq verən, lizinq alan və Cavabdeh3 (zamin) arasında bağlanmış 1901/0657/ZM-01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən zaminliklə təmin edilmişdir.

4. Daxili lizinq müqaviləsinə 1 saylı Əlavəyə əsasən, ümumi dəyəri 60.000 manat olan **-JV-*** dövlət qeydiyyat nişanlı "Renault Maqnum 460 yük” markalı (q/ş: AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət qeydiyyat nişanlı "Koegel” markalı (q/ş: AD 672621) yarımqoşqu lizinq verən tərəfindən lizinq alana təhvil verilmişdir.

5. Lizinq alan müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

6. Lizinq müqaviləsinin müddəti 11 dekabr 2022-ci il tarixdə bitmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat 7. "Ekolizinq” MMC (bundan sonra “iddiaçı-cavabdeh”) 2024-cü il 10 may tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı-cavabdehin mülkiyyətində olan **-JV*** dövlət nömrə nişanlı "Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcının və **-ZK-*** dövlət nömrə nişanlı “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun (bundan sonra “nəqliyyat vasitələri”) Cavabdeh4 (bundan sonra “cavabdeh-iddiaçı”) qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi - iddiaçı-cavabdehə qaytarılması; cavabdeh-iddiaçı və Cavabdeh3 (bundan sonra “cavabdeh”) iddiaçıcavabdehin xeyrinə xx.xx.2019-cu il tarixli 1901/0657 nömrəli lizinq müaviləsinə əsasən 27.617 manat vaxtı keçmiş əsas lizinq borcu, 21.312 manat vaxtı keçmiş faiz borcu, 50.415 manat hesablanmış penya, cəmi 99.344 manat borcun, həmçinin iddia qal dırılması üçün ödənilmiş 388,03 manat dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı-cavabdeh ilə cavabdeh-iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1901/0657 nömrəli daxili lizinq müqaviləsinə görə, iddiaçı-Cavabdeh-iddiaçının ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 60.000 manat olan nəqliyyat vasitələrini öz mülkiyyətinə keçirərək, cavabdeh-iddiaçıya müvəqqəti sahiblik və istifadəyə vermiş, sonuncu isə öz növbəsində 39.600 manat borcu illik 27% faiz hesablanmaqla, 36 ay müddətinə iddiaçı-cavabdehə ödəməyi öz öhdəsinə götürmüş, lizinq müaviləsinə Əlavə № 2 - lizinq ödənişləri cədvəli üzrə hər ay 1616,68 manat ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur.

9. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir.

10. Cavabdeh-iddiaçının xx.xx.2022-ci il tarixə iddiaçıya 27.617 manat vaxtı keçmiş əsas lizinq borcu, 21.312 manat vaxtı keçmiş faiz borcu, 50.415 manat hesablanmış penya, cəmi 99.344 manat borcu qalmaqdadır. 11. 1901/0657/ZM-01 nömrəli xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə görə cavabdeh (Cavabdeh3) cavabdeh-iddiaçının qeyd olunan daxili lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərinə zam in durmuşdur. Həmin zaminlik müqaviləsinə görə zamin və lizinq alan lizinq müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən lizinq və onun faizi lizinq müqaviləsində şərtləndirilmiş müddətdə qaytarılmadığı, lizinq müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi və lizinqdən məqsədli təyinatına uyğun istifadə olunmadığı hallarda lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar.

12. Lizinq verən həm verilmiş lizinq məbləğini, lizinq məbləğinə uyğun hesablanmış faiz və dəbbə pulunu, həm də lizinq obyektinin geri qaytarılmasını tələb etməkdə haqlıdır.

13. İddiaçı-cavabdeh iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1, 448.1, 449.1, 449.4, 748-1.12, 748-1.12.4, 7482.5, 748-7.1, 748-10.1, 748-10.4 və 748.3-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarları na, daxili lizinq müqaviləsinin 7.9, 10.1, 14.1 və 14.1.3-cü bəndlərinə istinad etmişdir.

14. Cavabdeh-iddiaçı xx.xx.2024-cü il tarixdə iddiaçı-cavabdehə qarşı qarşılıqlı iddia ərizəsi, xx.xx.2024-cü il tarixdə isə qarşılıqlı iddia ərizəsinə əlavə ilə müraciət etməklə əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək iddiaçı-cavabdeh ilə bağlanmış 1901/0657 nömrəli, xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin etibarsız hesab olunması, nəqliyyat vasitələrinin özgəninkiləşdirilıməsinə dair rəsmiləşmənin etibarsız hesab olunmaqla qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və iddiaçıcavabdeh ilə cavabdeh-iddiaçı arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi onunla ə saslandırılmışdır ki, nəqliyyat vasitələrini cavabdeh-iddiaçı atası cavabdehlə birlikdə öz şəxsi vəsaitləri ilə Litva dövlətindən 60.000 manata alaraq Azərbaycana gətirmiş, yaxın tanıdıqları və sürücüləri olan X3 adına rəsmi qeydiyyata saldırmışlar. Onların qeydiyyatları Naxçıvan MR olduğu üçün adlarına sənədləşmə aparılması mümkün olmamışdır.

16. Sonradan onlara nağd pul lazım olduğundan faizə pul götürmək istəmiş, danışıq apardıqları X9 bunun yalnız lizinq yolu ilə mümkün olduğunu və nəqliyyat vasitəsini verilən pul geri qaytarılanadək lizinq şirkətinin adına keçiriməli olduqlarını bildirdiyindən nəqliyyat vasitəsini etibarnamə ilə ona təqdim edərək bu yolla rəsmiləşmə aparılmasına etiraz etməmişlər.

17. X8 lizinqin işçisi olan X4 adına etibarnamə vermiş və həmin şəxs rəsmiləşməni edər ək nəqliyyat vasitəsini lizinq verənin adına keçirmiş, öz maşınlarını lizinqə vermək adı ilə onlara 39.000 manat yazılmaqla, cəmi 30.000 manat nağd pul verilmişdir. 18. “Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcı **-JV-*** dövlət nömrə nişanlı, “Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqu **-ZK-*** dövlət nömrə nişanlı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. 19. 1901/0657 nömrəli lizinq müqaviləsi xx.xx.2019-cu ildə bağlanmış, atası cavabdeh isə zamin olaraq müqaviləyə imza etmişdir.

20. İlk əvvəl işlər yaxşı getmiş, hər ay faizləri ödəməklə ümumilikdə 18.000 manat pul ödənmişdir. Hər ay faizləri artıran və daha çox pul tələb etməyə başlayan lizinq şirkətinin rəhbərliyinin təzyiqləri və müdaxilələri üzündən ödəmələrdə gecikmələr baş verməyə başlamış və cava bdeh-iddiaçı pulu ödəyə bilməmişdir. Bunu görən lizinq şirkətinin rəhbərliyi nəqliyyat vasitəsini daynacağa qoymaqlarını tələb etmiş və sürücüyə aylıq etibarnamə vermədiyindən yük maşınını işlətmək mümükün olmamışdır.

21. Ona görə də məcbur qalıb nəqliyyat vasitəsini lizinq şikətinin dediyi dayanacağa yerləşdirmişlər. Nəqliyyat vasitəsi 2021-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək və 2022-ci ilin oktyabr ayının 5-dən bu günkü tarixədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra “AYNA”) “Binəqədi Təmir Zonası”nın həyətində lizinq təşkilatı tərəfindən saxlanca qoyulmuşdur.

22. Hazırda isə iddiaçı-cavabdeh onları ağır maddi vəziyyətə salmışdır, 30.000 manat pulun müqabilində onlardan ümumilikdə 99.000 manat pul tələb edir və əlavə də 60.000-lik maşınlarını əllərindən alır.

23. Hazırkı işdə cavabdeh-iddiaçının iradəsi əmlaklarını girov qoymaqla kredit götürmək olmuşdur. Əslində onlara borc pul lazım olmuş və rəsmiləşməni lizinq müqaviləsi kimi sənədləşdirmişlər.

24. X17 sənədlər tələb olunarsa, müəyyən olunar ki, bu nəqliyyat vasitəsi Litva dövlətindən gətirilib və sonradan da dərhal lizinqə verilərək onlara qaytarılmışdır.

25. Mövcud mübahisəli işdə, məqsəd borca pul əldə etmək olmuşdur və kredit əvəzinə bunu lizinq yolu ilə həll edib onlara pul vermişlər. Onlar öz əmlaklarını lizinqə satmaq və yaxud bəxşiş etmək niyyətində olmamışlar və bu gün də bunu arzulamırlar. Ona görə də bağlanmış müqavilə etibarsız hesab edilməli və tərəflərin aralarında yaranmış münasibətlərin əsl məqsədi nəzərə alınmaqla faktiki düşündükləri və arzuladıqları əqdə uyğun nəticələri n formalaşması üçün kredit müqaviləsinin şərtləri tətbiq edilməlidir.

26. Cavabdeh-iddiaçı qarşılıqlı iddia ərizəsi və ona əlavədə Mülki Məcəllənin 16, 17, 18, 324.1-324.4, 337.2, 337.3, 337.4, 339.1, 389.1, 404.1, 404.2, 560.1 və 560.2-ci (səhvən 50-ci yazılmışdır), Mülki-Prosessual Məcəllənin 155.1 (qüvvədən düşmüş redaksiyada) və 155.3-cü maddələrinə istinad etmişdir.

27. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2025 nömrəli, 2025-ci il 6 yanvar tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, nəqliyyat vasitələrinin cavabdeh-iddiaçıdan alınaraq iddiaçı-cavabdehə qaytarılması, cavabdeh-iddiaçıdan və cavabdehdən 27.490,10 manat vaxtı keçmiş əsas borc, 21.053,98 manat vaxtı keçmiş faiz borcu və 2.427,20 manat penya olmaqla, ümumilikdə 50.971,28 manatın alınıb iddiaçı-cavabdehə ödənilməsi, cavabdeh-iddiaçıdan və cavabdehdən iddianın təmin olunmuş hissəsinə münasibətdə 199,10 manat dövlət rüsumunun alınaraq iddiaçı-cavabdehə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində müəyyən edilmiş 60 manat ekspertiza xərcinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30,79 manatının cavabdeh-iddiaçıdan və cavabdehdən, qalan 29,21 manatın iddiaçı-cavabdehdən alınaraq X12 MR İdarəsində olan hesaba ödənilməsi, artıq ödənilmiş 0,02 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı-cavabdehə geri qaytarılması, ilkin iddia üzrə iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi, cavabdeh-iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun iddia rədd edildiy indən onun özünə aid edilməklə təmin olunmaması qət edilmişdir (hakim Elşən Salmanov).

28. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC (lizinq verən), X8 (satıcı) və Cavabdeh4 (lizinq alan) arasında xx.xx.2019-cu il tarixli, 1901/0657 nömrəli daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə görə lizinq verən öz mülkiyyətinə satıcıdan alınmış, lizinq alan tərəfindən bəyənilib seçilmiş nəqliyyat vasitəsini lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin lizinq alana təhvil verilməsi daxili lizinq müqaviləsinə 1 saylı Əlavə ilə öz təsdiqini t apmaqla işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

29. Lizinq alan cavabdeh-iddiaçı daxili lizinq müqaviləsinin tələbini pozaraq ödənilməsi planlaşdırılmış aylıq üçün lizinq məbləğini və ona hesablanmış faizdən ibarət vəsaiti qaytarmadığından xx.xx.2022-ci il tarixə əsas borcu 27.617 manat, faiz borcu 21.312 manat, penya borcu 50415 manat olmaqla, cəmi öhdəliyi 99.344 manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir.

30. Məhkəmə-mühasibat ekspertizası təyin olunması ilə bağlı verilmiş xx.xx.2024cü il tarixli, 1260 nömrəli rəydən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 1901/0657 nömrəli müqavilə nin şərtlərinə əsasən ilkin iddia üzrə cavabdehlərin iddiaçıya xx.xx.2022-ci il tarixə ödəniş cədvəli üzrə əsas borc qalığı 8967 manat olması göstərilmişdir ki, həmin tarixə əsas borc məbləğinin 36.457,10 manat olduğu nəzərə alındıqda 27.490,10 (36.457,10-8967) manat vaxtı keçmiş əsas borc, 21.053,98 manat vaxtı keçmiş faiz borcu olmaqla, ümumilikdə borcu 48.544,08 manat təşkil edir.

31. İddiaçı-Cavabdeh-iddiaçı ilə bağlanmış müqavilənin şərtlərindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə, hər hansı müqavilə, o cümlədən lizinq müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb ol an dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Məhkəmə hesab edir ki, penya məbləğinin azaldılaraq 2427,20 manat müəyyən olunması daha ədalətlidir.

32. Həmçinin məhkəmə iddiaçı-cavabdehin mülkiyyətində olan sözügedən nəqliyyat vasitələrinin cavabdeh-iddiaçının istifadəsindən alınaraq mülkiyyətçiyə qaytarılması tələbinə dair hissədə hesab edir ki, həmin tələb təmin olunmalıdır.

33. Bundan əlavə, daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin ediməsi məqsədilə ilkin iddia üzrə Cavabdeh3la xx.xx.2019-cu il tarixli 1901/0657/ZM-01 nömrəli zaminlik müqaviləsi bağlanmış, sonuncu lizinq alanın öhdəliklərini icra etməsi üçün lizinq alan ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Ona görə də zamin lizinq məbləğinin qaytarılması ilə bağlı bütün ö hdəliklərini icra etməlidir.

34. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəmişdir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməlidir.

35. Cavabdeh-iddiaçı qarşılıqlı iddia ərizəsində nəqliyyat vasitəsini atası ilə birlikdə şəxsi vəsaitləri ilə Litva dövlətindən aldıqlarını, hazırkı işdə iradələrinin əmlaklarını girov qoymaqla kredit götürmək olduğunu, əslində onlara borc pul lazım olduğunu və rəsmiləşməni lizinq müqaviləsi kimi sənədləşdirdiklərini, lizinqin işçisi olan X4 adına etibarnamə verildiyini və həmin şəxsin rəsmiləşməni edərək nəqliyyat vasitəsini lizinqin adına keçirib onlara öz nəqliyyat vasitələrini lizinqə vermək adı ilə nağd pul verdiyini qeyd etsə də, buna dair mötəbər sübut təqdim etməmişdir.

36. Həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının lizinq şirkətin in rəhbərliyinin nəqliyyat vasitəsini dayanacağa qoymaqlarını tələb etdiyini və sürücüyə aylıq etibarnamə vermədiyindən yük maşınını işlətməyin mümkün olmadığını, məcbur qalıb nəqliyyat vasitəsini lizinq şirkətinin dediyi dayanacağa yerləşdirdiklərini, bu günədək nəqliyyat vasitəsinin orada saxlanıldığını qeyd etməsi də, işdə olan sübutlarla təkzib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli aktda nəqliyyat vasitəsinin 2021-ci ilin may ayından 2022-ci ilin aprel ayınadək və 2022-ci ilin oktyabr ayının 5-dən bu günkü tarixədək və AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-nın 3-27-103/2-********** nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda 2021-ci ilin iyul ayından bu günkü tarixədək "Binəqədi Avtomobil Təmiri Zonası”nda saxlanıldığı qeyd edilsə də, Azərbaycan Resp ublikası Dövlət Gömrük Komitəsinin qeydiyyata alınan nəqliyyatın ölkəyə giriş-çıxışı ilə bağlı təqdim etdiyi məlumatlardan görünür ki, nəqliyyat vasitəsi yük daşımada istifadə olunmuşdur.

37. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəmişdir ki, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

38. Cavabdeh-iddiaçı və cavabdehdən ilkin iddianın təmin olunmuş hissəsinə (51,31%) münasibətdə 199,10 manat dövlət rüsumu alınaraq iddiaçı-cavabdehə ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizası üzrə 60 manat ekspertiza xərcinin 30,79 manatı cavabdeh-iddiaçı və cavabdehdən, 29,21 manatı iddiaçı-cavabdehdən alınaraq X12 MR İdarəsində olan müvafiq hesaba ödənilməli, artıq ödənilmiş 0,02 manat dövlət rüsumu iddiaçı-cavabdehə qaytarılmalı, qarşılıqlı iddia üzrə cavabdeh-iddi açı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddia rədd edildiyindən onun özünə aid edilməlidir.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 60-cı maddəsinin İ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 14.1, 14.2 və 14.2.1, 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 445.2.1, 448.1, 448.2, 460.1, 462.1, 465.2, 467, 470.1, 472.1, 472.2, 472.3, 747.1, 748-1.8, 748-1.9, 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.4-cü, MülkiProsesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 103.1, 107, 108.1-108.1.1, 108.2, 112.1112.1.1, 114.1.1, 115.0-115.0.1, 119.1, 119.2, 217.5, 218.1, 218.3, 220.4 və 222.2-ci, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına və "Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2021-ci il 4 iyun tarixli qərarının 48-ci bəndinə istinadla əsaslandırmışdır.

40. Cavabdeh-iddiaçı apellyasiya şikayəti verərək e-2-2(123)-9/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnamənin ləğv olunmaqla əsas iddianın təmin edilməməsi, qarşılıqlı iddia təl əbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

41. İlkin iddia üzrə Cavabdeh3 tərəfindən qeyd olunan qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin dəlilləri

42. İşin halları üzrə - qarşılıqlı iddia ərizəsi və ona əlavədəki xüsusatlar qeyd olunmaqla əlavə olaraq göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosesual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır.

43. İddialara baxılan zaman lizinq münasibətləri ilə bağlı şablon təcrübəyə istinad edilərək işin faktiki və əsaslı halları düzgün tədqiq edilməmiş və sübutların toplanmasında məhkəmə prosessual hərəkətsizlik göstərərək qarşılıqlı iddianın uğursuz nəticələnməsinə şərait yaratmışdır.

44. Qarşılıqlı iddia üzrə cavabdeh qismində tanınması tələb edilən X 8 prosesə cəlb edilməmiş, onun yazılı mövqeyi nəzərə alınmamışdır.

45. İşə birinci instansiyada baxılan zaman ilk iddiaya etirazlarını bildirməklə məhkəmənin diqqətinə çatdırmışlar ki, sözügedən nəqliyyat vasitələrini Cavabdeh4 atası Cavabdeh3la öz şəxsi vəsaitləri ilə Litva dövlətindən 60.000 manata alaraq Naxçıvan qeydiyyatında olduqlarından xaricdən gətirilən nəqliyyat vasitəsini Bakı ərazisində gömrükləndirməklə Azərbaycan seriyalı nömrə almaq mümkün olmadığına və Bakı qeydiyyatı olan şəxsə ethiyac yarandığı üçün yaxın tanıdıqları Tural Məhəmmədlinin adına Azərbaycana gətizdirməklə rəsmi qeydiyyata saldırmışlar.

46. Sonradan cavabdeh-iddiaçı və cavabdehə nağd pul lazım olduğundan faizə pul götürmək istəmiş və X9 ilə razılaşaraq lizinq şirkətindən nağd pul götürməyə qərar vermişlər. 4

7. Bu qayda illərdir Azərbaycan lizinq bazarında mövcuddur və aşağı faizli borc verilişi olduğundan hər bir kəs faydalanmağa çalışır. Burada pullarının kreditə verilməsilə məşğul olan bütün lizinq şirkətləri eyni qayda ilə pərdələnmiş, yalan əqdlər bağlamaqla faktiki qarşı tərəfə kreditə pul vermiş olurlar. Əgər belə olmasaydı Hicran və Cavabdeh4lar öz əmlaklarını hansı səbədən lizinq şirkətinin adına keçirərdilər və nədən öz əmlaklarını dolayı yolla özlərində saxlayıb kənar şəxsin adına olan əmlakdan faydalanmağa risk edərdilər?!

48. Nəqliyyat vasitələri AR DİN Baş Dövlət Yol Polisi İdarəsində"xxxx" MMC-nin adına sənədləşdirilərək özgəninkiləşdirilmişdir və dərhal da cavabdehlərə daxili lizinqlə rəsmiləşdirilmə edilib qiymətdə 39.000 yazılmaqla onlara cəmi 30.000 manat pul verilmişdir.

49. Hazırda iddiaçı məhəməyə müraciət edə bilmək hüququndan sui-istifadə edərək tələb irəli sürmüşdür. İddia təmin olunmamalıdır və qarşılıqlı iddia üzrə hallar ətraflı araşdırılaraq təmin edilməlidir.

50. İş materiallarına tərəfin təqdim etdiyi gömrük sənədlərindən də görünür ki, nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 11 dəfə ölkə sərhədlərini keçməklə reysə getmiş və qayıtmışdır. Hər dəfəsində də Cavabdeh3 sürücü kimi qeydiyyata alınmışdır. Bu reyslər zamanı lizinq idarəsinin verdiyi aylıq etibarnamələrdən istifadə olunmuşdur.

51. Lizinq predmeti kimi qeyd olunan nəqliyyat vasitəsi üzərində istifadə imkanları Cavabdeh4 və zamin atası Cavabdeh3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. Bu vaxtdan sonra nəqliyyat vasitələri cavabdehl ərdə olmamışdır. Arada etibarnamə alınaraq sürmək imkanı olsa da, 2022-ci ilin oktyabr ayından sonrakı dövrdə nəqliyyat vasitəsi daimi saxlancda qalmışdır.

52. Sonrakı müddətdə nəqliyyat vasitəsi sürücünün əlindən alınmışdır. Nəqliyyat vasitəsi digər şəxslər tərəfindən istifadə olunmuşdur. Bundan əvvəl də qısa fasilələrlə nəqliyyat vasitəsinin idarə olunmasına maneələr olmuşdur. Tərəf işləyə bilməmiş, borclar yığılmış və öhdəlik münasibətləri pozulmuşdur.

53. Məhkəmə bu işdə sübutları araşdırmaq üçün sorğu verməklə nəqliyyat vasitəsinin rəsmiləşdirilmə anını tədqiq etmədən mövqelərinin mötəbərliliyinə əmin olmadan qərar verməyə tələsmişdir.

54. İşə baxan hakim öz qətnaməsini əsaslandırarkən qarşılıqlı iddianın məzmununa heç toxunmamış, rədd olunası halların hüquqi əsaslarını göstərməmişdir.

55. Faktiki olaraq qarşılıqı iddia müzakirə edilmədən, ona dair sübutlar tədqiq olunmadan qarşılıqlı iddianı təmin etməyin mümkün olmaması qənaətinə gəlinmişdir.

56. Hakim... tərəflərə hüquqi yanaşmada ayrı-seçkilik tətbiq etmiş, qarşı tərəfin yalnız ödəniş cədvəlini və gömrükdən alınan çıxarışı əsas götürmüşdür.

57. Mövcud işdə cavabdeh olaraq irəli sürülmüş iddia mövqeləri uydurma deyil, həqiqətdir. Tərəf olaraq öz nəqliyyat vasitələrini lizinq qismində sənədləşdirməkdə məqsəd uydurma görünüş yaratmaqla lizinq şirkətindən nağd pulun kredit formasında götürülməsi olmuşdur.

58. Mülki Məcəllənin 340.2-ci maddəsi üzrə - həmin maddənin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən f ərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" 2022 il 18 mart tarixli Qərarı) (bax. 15, 17, 24cü bəndlər).

59. Mülki Məcəllənin 337 və 357-ci maddələri üzrə - qətnamədə Mülki Məcəllənin 337 və 357-ci maddələrinə, əqdin etibarsızlığı və əqd bağlanmasının bəyənilməsi müddəalarına istinad edilmişdir. Məhkəmə bu maddi hüquq normalarını qeyd etməklə iddianın əsasını təşkil edən ilk müqavilələrin güya etibarsız olmasına dəlalət edən mövqe irəli sürmüşdür. Halbuki, bu əqdlərə qarşı heç bir iddia tələbi işdə yoxdur və iş üzrə etibarsız olan əqdlər sonradan bağlanmış və iddaçının razılığı alınmadan tərtib olunmuş əqdlərdir. Məhkəmə bu hissədə də sübutların tədqiq edilməsini təmin etməyərək maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir.

60. Mülki-Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 88-ci maddələri üzrə məhkəmə verilmiş sübutları lazımi səviyyədə qiymətləndirməmişdir.

61. Mülki-Prosessual Məcəllənin 175.1-ci maddəsi üzrə - hakim məhkəmədə qarşılıqlı iddiaya düzgün qiymət verməmiş və mövqelərinin əsaslandırılmasına şərait yaratmamaqla ədaləti təmin etməyərək, sübutlara düzgün qiymət verməmiş və tədqiq etməmişdir. Məhkəmə qeydiyyat orqanından nəqliyyat vasitələrinin rəsmiləşməsi barədə sənədləri istəməmişd ir.

62. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - işə baxan məhkəmə hazırda mübahisələndirilən əqdin yalan əqd olmasını araşdırmamışdır. Sorğu verilməsi barədə vəsatəti təmin etməsi və ya əksi barədə heç bir qeyd yoxdur, əhəmiyyət verməmişdir. (bax 45-ci bənd).

63. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - birinci instansiya məhkəməsində məhkəmə yalnız ekspertiza keçirilməsi ilə kifayətlənmişdir. Halbuki qarşılıqlı iddia ilə lizinq müqaviləsinin özü mabahisələndirilmişdir.

64. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - mövcud mübahisəli işdə məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərə k işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Ona görə də, hazırkı məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir və prosessual pozuntularla qəbul olunduğundan ləğv olunmalı və mübahisəyə yenidən baxılaraq ədalətli qətnamə qəbul olunmalıdır.

65. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılması üzrə - məhkəmə iş üzrə təqdim olunmuş dəlillərə düzgün yanaşıla bilməsi üçün cavabdehin qeyd etdikləri və üçüncü şəxsin mövqeyini düzgün tədqiq etməmişdir.

66. Cavabdeh-iddiaçı apellyasiya şikayətində Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 6, 16, 17, 18, 324.5, 340.2, 404.2, 425.1, 560.1 və 560.2 -ci (səhvən 50-ci yazılmışdır), 747.1 və 747-1.1, 747-1.3, Mülki-Prosessual Məcəllənin 8.1, 8.2, 14, 77.1, 80, 81, 88, 184.3, 184.4, 184.5, 385.1, 385.1.1, 385.1.2, 385.1.4 və 387-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2013-cü il 22 yanvar tarixli, "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessua qanunvericiliyi baxımından şərh edilməsinə dair" 2019cu il 18 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" 2022 il 18 mart tarixli Qərarlarına v ə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

67. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

68. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh-iddiaçı Cavabdeh4, Cavabdeh3 (xx.xx.2025-ci il tarixdə keçirilmiş iclas istisna olmaqla), iddiaçı-cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tural Məhəmmədli məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki-Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. 69. xx.xx.202 5-ci il tarixdə keçirilmiş apellyasiya baxışında cavabdeh-iddiaçının vəkil-nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. İşin halları ilə bağlı müəyyən mövqelərini bildirmişlər. O, məhkəmə kollegiyasını maddi və prosessual hüquq normalarının geniş təsviri ilə bağlı danışıb yormaq istəmir. İşin həyati halları onlar üçün daha maraqlıdır. Ona görə ki, onlar faktiki bu cəmiyyətdə yaşayırlar və nəqliyyat vasitəsinin, digər əmlaklarının alınması ilə bağlı lizinq hər bir halda onların başlarına gələn bir haldır. Lizinqin mahiyyəti kirayə əmlakın verilməsinə bənzər bir şeydir. O norma ilə bu normanın heç bir fərqi yoxdur. Qarşı tərəf həm nəqliyyat vasitəsini, həm də 50.000 manat pul vəsaitini, dəbbə pul unu geri alır. Bu predmetdən 1/3-i alınmalıdır. Bugünkü gündə lizinq şirkətlərinin tam əksəriyyəti lizinqə verdiyi əmlakı özünün əmlakı yox, qarşı tərəfin əmlakını girov saxlayıb pul verməklə məşğuldur. Yəni bu hal bu cür formalaşdırılmışdır. İş materiallarında nəqliyyat vasitəsinin sərhəd keçid qeydiyyatı var, buradan görünür ki, nəqliyyat vasitəsi kənar şəxslərin sərəncamında olmuşdur. Nəqliyyat vasitəsi 2020-ci ilin yanvar ayından, 2022-ci ilin yanvar ayına qədər Hicrangilin öhdəsində olmuş, bundan sonra əks tərəfin göstərişinə əsasən nəqliyyat vasitəsi “Binəqədi təmir zonası”nın həyətinə yerləşdirilmişdir. Tərəflər arasında telefon danışıqları vasitəsilə razılaşma baş verməyəndən sonra tərəf iddia qaldırmışdır. İddianın qaldırılma tarixi 2024-cü ilə təsadüf edir. İki ildən sonra müraci ət edir ki, bu nəqliyyat vasitəsinin həm pulu, faizi, həm də nəqliyyat vasitəsinin özü tərəfdən alınsın. Bərabərlik prinsipi birinci instansiya məhkəməsində gözlənilməmişdir, onlar orada müəyyən sübutların tələb olunmasını xahiş etmişlər. Tərəf qismində Tural adlı şəxsin işə cəlb olunması müəyyən olunsa da, qətnamədə buna qiymət verilməmişdir. Bu elə özü prosessual pozuntudur. Onlar 18.000 manata qədər ödəniş etmişlər. Həmin ödənişlər mütəmadi şəkildə olmasa da, müəyyən dövr ərzində həyata keçirilmişdir. O qəbul edir ki, cavabdehlər pulun ödənilməsində gecikməyə yol vermişlər. Müqavilə münasibətlərində cavabdehlərin qeyrihaqlı olduğu sahələr var. Hər bir halda bunlar kirayə, lizinq münasibətlərinə giriblərsə, bu münasibətlərin gözlənilməsi üçün axıra qədər hər iki tərəf vicdanlılığı qoruma lı idilər. Yol polisi ona cavabında qısaca olaraq yazmışdır ki, bu tarixdə sənədləşmə olmuşdur. O, məhkəmədən xahiş etmişdir ki, X17 arxiv sənədləri alınsın ki, həmin nəqliyyat vasitəsi xaricdə kimin adına sənədləşdirilmişdir. Bu maşın X3 adına sənədləşdirilib. Tural həqiqətən özü etiraf edir ki, bu nəqliyyat vasitəsi Zəfər və Hicranın adına olub. Zəfərlə Hicranı maraqlandıran maşını girov qoyub götürdükləri pul vəsaitidir. Onlar düşünmüşlər ki, “əgər pulu qaytara bilməsələr, tərəf maşını satıb pulunu götürsün”. Apellyasiya şikayətində göstərdikləri dəlillər nəzərə alınmaqla mövqelərinin müdafiə olunmasını xahiş edir.

70. İddiaçı-cavabdehin nümayəndəsi Nümayəndə 2025-ci il 10 və 25 sentyabr tarixlərdə keçirilmiş məhkəmə iclaslarında izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmi r. Vəkilin müdafiə etdikləri şəxslər peşəkar yalançı və saxtakardırlar. Apellyasiya şikayətində qeyd edilir ki, lizinq şirkətləri faizə borc verməklə, kiminsə malını girov saxlamaqla məşğuldurlar. Bu əsla belə deyil. Onun təmsil etdiyi İddiaçı MMC birbaşa bu maşının alışı, həmçinin bu şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ona vəsait ayırmışdır. Bu maşın onlara X3 avtomobili kimi gəlmiş, alqı-satqı nəticəsində avtomobilin, yəni lizinq obyektinin dəyəri olan 60.000 manatdan, 39.600 manatını lizinq maliyyələşdirib satıcının hesabına köçürtmüş, qalan 34 faizini, yəni 20.400 manatı ilkin ödəniş - avans kimi Cavabdeh4 satıcı Turala ödəmişdir. Bunların arasında hər hansı bir sövdələşmə olubolmamasını o bilmir, çünki bunun onlara aidiyyəti yoxdur. Onlara heç kim deməmişdir ki, “bu maşın Zəfərindir”. 39.600 manat deyil, 30.000 manat maliyyələşmə ilə bağlı cavabdeh-iddiaçının sənədi varsa, həmin sənədi təqdim etsin. Sonra vəkil qeyd edir ki, “Mehrab adlı şəxs İddiaçı MMC-nin nümayəndəsidir. X16 alqı-satqı üzrə nümayəndəsi olmuşdur. Onların kollektivində Mehrab adlı şəxs yoxdur, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya mərkəzinə sorğu verərək ala bilərlər, lizinq şirkəti o şəxsi tanımır. Şəxs 2022-ci ilin oktyabr ayında qəza keçirtmiş, avtomobili “Binəqədi təmir zonası”nda təmir etdirdikdən sonra təmir xərci ödənilmədiyinə görə avtomobil uzun müddət orada qalmışdır. Onlar Zəfər və Hicrandan avtomobilə ödənişin olunmasını yaxud da avtomobilin təhvil verilməsini dəfələrlə xahiş etmiş, rəsmi qaydada ünvanlarına xəbərdarlıqlar göndərmi şlər. “Binəqədi təmir zonası” AYNA-nın balansına keçib, yeni rəhbər təyin olunandan sonra Hicrana zəng vurulub ki, “gəl avtomobilini buradan götür”. O həm dayanacaq, həm də təmir pulunu ödəməlidir. Bunlar pulu ödəyə bilmədiklərinə görə deyiblər ki, “maşını lizinq həbs edib, lizinqə zəng edin”. Ondan sonra AYNA-nın rəhbəri İddiaçıin rəhbərinə zəng vurub ki, “burada sizin maşınınız var, gəlin onu götürün”. Halbuki, iddiaçı-cavabdeh o maşını X19 axtarışa vermişdir. Ondan sonra yerində baxış keçirtmişlər ki, avtomobilin ön hissəsi yararsız haldadır. 7 aydan çox birinci instansiya məhkəməsində araşdırma getmiş, hər iclasda bu şəxslər bir saxta sübut təqdim etmişlər. Birinci saxta sübut bu olmuşdur ki, sürücülər birbiriləri ilə əlaqəli olduqlarından bu insanlar “Binəqədi təmir sexi”ndə akt bağla yıb, imza çəkdirirlər ki, guya avtomobil oraya lizinq təşkilatı tərəfindən aparılıb qoyulmuşdur. Bu nə ilə sübut olunur? Əgər lizinq təşkilatı avtomobili oraya qoymuşdursa, niyə həmin avtomobilin bugünə qədər texniki pasportu və açarı Cavabdeh3 və Cavabdeh4dir. Məhkəmə AYNA-ya sorğu verdikdən sonra rəsmi cavab gəlmişdir ki, bu avtomobili Hicran aparıb qoyub və lizinq şirkətinin də oraya heç bir müdaxiləsi olmayıb. Apellyasiya şikayətində isə yazılır ki, lizinq şirkətinin tələbi əsasında avtomobil aparılıb oraya qoyulmuşdur. Bu sözün arxasında dayanan heç bir sübut yoxdur. İkinci saxta sübut budur ki, şəxs götürüb özünün sahibkarlıq hesabına pullar qoymuş və həmin pulları lizinqə ödəniş kimi məhkəməyə təqdim etmişlər. Əslində şəxs “çox gözəl ödənişlər” etmiş və həmin ödənişlər barədə sənəd məhkəməyə təqdim olunmuşdur. Digər yalan işləri hər dəfə bildirirlər ki, guya iddiaçı-cavabdeh bilmişdir ki, bu avtomobil Cavabdeh4dir, saxta əməliyyat aparmışdır. Bu saxta əməliyyat deyil, bu lizinq əməliyyatıdır. Bu avtomobil iddiaçı-cavabdehə Turalın avtomobilinin satışı kimi gəlmişdir. Tural adlı şəxs isə birinci instansiya məhkəməsinin baxış iclasında bir sənəd göndərmişdir ki, “mən qarşılıqlı iddianı qəbul edirəm”. Belə bir sual ortaya çıxır ki, sənə qarşı nə iddia var ki, sən qarşılıqlı iddianı qəbul edirsən? Bir yalanları da orada ortaya çıxmışdır ki, bu avtomobil 2022-ci ilin oktyabr ayına qədər idarə olunmuş və orada göstərilən sürücüləri isə lizinq şirkəti heç tanımır. Zəfərlə Hicranın müraciətləri əsasında bunların sürücülərinə etibarnamə verilmişdir. Cavabdeh-iddiaçının etibar namə verdirdiyi şəxslər, yəni Babayev Nurəddin, Mədətov Ramin, Hüseynov Mehman və başqaları Hicranın öz adamları - sürücüləridir. Hicran o zaman digər avtomobilini idarə etmişdir. Şəxsin ərizəsi əsasında onlar başqa sürücülərə də etibarnamə verə bilirlər. Bununla bağlı səs yazıları vardır, həmin səs yazılarında Hicran açıq-aydın lizinqin rəhbəri Pərvin Bədirxanova dəfələrlə səs atıb başqa sürücülərə etibarnamə verilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, həm pulu, həm də avtomobili istəyiblər. Avtomobil onsuz da iddiaçı-cavabdehin mülkiyyətidir və qanuna əsasən o onu tələb etməlidir. Onlar təqdim etdikləri maliyyə arayışında 11 iyul 2022-ci il tarixə qədər olan dövr üçün pulu istəmişlər. Həmin vaxtı keçmiş əsas lizinq və faiz borcu, dəbbə məbləği Mərkəzi bankın rəsmiləşdirilmiş təlimatı ilə proqram əsasında hesablanmış rəqəmlərdir. Onlar da hər hansı bir təşkilatdan faizi ilə pul götürürlər. Zəfər pul ödəməsə də, onlar həmin faizi ödəmiş, həm qazancdan, həm də avtomobildən olmuşlar. Bu şəxslərə olunan güzəşt bəlkə də heç bir vətəndaşa olunmamış, il yarım gözləmişlər ki, gətirsinlər pulu ödəyib, etibarnamə alıb maşınlarını idarə eləsinlər. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.

71. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

72. Apellyasiya baxışında cavabdeh-iddiaçının vəkil-nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizədə qarşılıqlı iddia üzrə cavabdeh q ismində tanınması tələb edilən və prosesə cəlb edilməmiş X3 (satıcı) dindirilməsinin təmin edilməsi üçün məhkəmə tapşırığı verilməsi xahiş olunmuş və həmin ərizə təmin edilməmişdir. 73. xx.xx.2025-ci il tarixdə daxil olmuş etiraz - mülahizdə iş üzrə təqdim olunmuş Gömrük İdarəsindən daxil olan və iş materiallarında saxlanılan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublardakı nəqliyyat vasitəsinin istifadəçiləri barədə məlumatın, X3 təqdim etdiyi yazılı etirafların nəzərə alınması, Mülki Məcəllənin 697-ci maddəsinin məzmunu nəzərə alınmaqla kəsiçi müddətlər tətbiq edilərək cavabdehlərin üzərinə əlavə faizlərin və cərimə məbləğlərinin hesablanmamasının təmin edilməsi, sorğu verilərək İddiaçı MMC-nin "xxxx" ASC Neftçilər filialında olan hesabına Cavabdeh4 adından köçürülən pu lların ödəniş cədvəlinin əldə olunmaqla təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi barədə qərardad qəbul olunması xahiş edilmiş, sonuncu hissə xx.xx.2025-ci il tarixli qərardadla təmin olunmamışdır. 74. xx.xx.2025-ci il tarixdə daxil olmuş təkrar etiraz - mülahizədə nəqliyyat vasitələrinin dəyərinin 34%-ni, yəni 20.400 manat məbləğində avans qiymətini lizinqə götürən Cavabdeh4 nağd olaraq ödədiyindən həmin pulun lizinqə götürənə qaytarılması qərarlaşdırılmalı olduğundan əmlakın İddiaçı MMC-yə qaytarılması tələbinin təmin edilməməsi, həmçinin əvvəlki etiraz-mülahizənin nəticə hissəsində göstərilənlər xahiş olunmuşdur.

75. Cavabdeh-iddiaçının vəkil-münayəndəsi tərəfindən elektron qaydada göndərilmiş, X3 əvəzinə Məhərrəmov Azər Hicran oğlu tərəfindən imzalanmış və imzasının həqiqili yi 4 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2025-ci ildə təsdiq edilmiş, reyestrdə 8İ-28056 nömrəsi ilə qeydə alınmış ərizədən (**********056) məlum olur ki, “o bildirir ki, qarşılıqlı iddianı qəbul edir və iddianın məzmununda qeyd olunanlarla razıdır. Üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcək və işə iştirakı olmadan baxılmasına etirazı yoxdur. Ona görə də Cavabdeh4 qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir”.

76. İddiaçı-cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 2 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından məlum olur ki, Bank Respublika ASC Yasamal filialı vasitəsilə ödəyici (cavabdeh-iddiaçı) vəsaiti alana (iddiaçıcavabdehə) xx.xx.2019-cu il tarixli 1901/0657 saylı daxili lizinq müqaviləsinə əsasən avtomobilin ilkin ödənişi olaraq 20.400,00 manat köçürmüşdür. 77. xx.xx.2019-cu il tarixli köçürmə haqqında ərizədən görünür ki, Bank Respublika ASC Yasamal filialı vasitəsilə vəsaiti köçürən müştəri İddiaçı MMC tərəfindən benefisiar (alan) X6 60.000,00 manatın köçürülməsi xahiş olunmuşdur.

78. Bakı şəhər 11 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli 7E10648 reyestr nömrəli, 1 ay müddətinə verilmiş etibarnamədən görünür ki, etibar edən X8 (FİN:6CX7SZC) tərəfindən etibar edilən X6 (FİN: 164UY37) “... mülkiyyətində olan daşınar əmlakı idarə etməyi, üzərində sərəncam verməyi, qeydiyyata salmağı, çıxarmağı və dövlət qeydiyyat nişanı almağı, buna müvafiq olaraq... bütün əqdləri, o cümlədən satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqq ında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, pul ödəməyi,... ona çatası pulları, malları almağı...” səlahiyyətləri verilmişdir. Apellyasiya baxışının hədləri

79. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

80. Mülki Məcəllə; Maddə 340.2. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə

390. Müqavilə azadlığı Fiziki və ya hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər... Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.... Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə

697. Kirayə hüquq mün asibətlərinə xitam verilməsinin nəticələri 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyan ı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1. Lizinq müqaviləsinin subyektləri 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasın da bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə

748. Lizinq müqaviləsinin forması 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifad əyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

81. Mülki-Prosessual Məcəllə; Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

57. M übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Maddə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmə k imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə

114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

175. Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video ya zılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellya siya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə

387. Prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Maddə

393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qan uni qüvvəyə minir. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

82. Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun); Maddə

15. Vəkilin hüquqları İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər:... peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq,...

83. Notariat haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra Notariat haqqında Qanun); Maddə

67. Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi Notarius və ya müvafiq icra hakimi yyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

84. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004cü il 12 aprel tarixli Qərar “Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlan ması tələb olunur”. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərar “Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərar “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olmas ı, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

85. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh-iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

86. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, iddiaçıcavabdehin nümayəndəsi və cavabdeh-iddiaçının vəkil-nümayəndəsinin izahatları ilə əlaqəli şəkildə araşdırara q kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

87. Hazırkı işdə ilkin iddia üzrə mübahisə xx.xx.2019-cu il tarixli 1901/0657 nömrəli daxili lizinq müqaviləsi əsasında iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçıya müvəqqəti sahiblik və istifadəyə verilmiş nəqliyyat vasitələrinin mülkiyyətçiyə, yəni iddiaçıcavabdehə qaytarılması, ilkin iddia üzrə cavabdehlərdən iddiaçının xeyrinə 27.617 manat əsas lizinq, 21.312 manat faiz borcları, 50.415 manat hesablanmış penya, cəmi 99.344 manat borcun, ödənilmiş 388,03 manat dövlət rüsumunun tutulması ilə bağlıdır. İlkin iddianın qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12 və 748-1.12.4-cü maddələri təşkil edir.

88. Qarşılıqlı iddiada isə tələb qeyd olunan daxili lizinq müqaviləsinin etibarsız hesab olunması, nəqliyyat vasitələrinin özgəninkiləşdirilıməsinə dair rəsmiləşmənin etibarsız hesab olunmaqla qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi, iddiaçıcavabdeh ilə cavabdeh-iddiaçı arasında faktiki borc-girov normalarının hazırkı münasibətlərə tətbiq olunmasından ibarətdir. Qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir.

89. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

90. Cavabdeh-iddiaçı isə qarşılıqlı iddia ərizəsi və ona əlavədə, apellyasiya şikayətinin dəlillərində Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinin pozulmasını və ya düzgün tətbiq edilməməsini, “sözügedən nəqliyyat vasitələrini Cavabdeh4 atası Cavabdeh3la öz şəxsi vəsaitləri ilə Litva dövlətində 60.000 manata alaraq yaxın tanıdıqları Tural Məhəmmədlinin adına Azərbaycana gətizdirdiklərini, sonradan cavabdeh-iddiaçı və cavabdehə nağd pul lazım olduğunu, buna görə də Tural Məhəmmədlinin lizinqin işçisi X6 etiba rnamə verdiyini və həmin şəxsin rəsmiləşməni edərək nəqliyyat vasitələrini lizinq verənin adına keçirdiyini, bunun müqabilində onlara 39.000 manat yazılmaqla, cəmi 30.000 manat nağd pul verildiyini, cavabdeh-iddiaçının öz nəqliyyat vasitələrini lizinq qismində sənədləşdirməkdə (girov qoymaqla) məqsədinin lizinq şirkətindən nağd pulun kredit formasında götürülməsi olduğunu və s.” göstərsə də, iddiasının (eləcə də apellyasiya şikayətinin) hüquqi və faktiki əsasları kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

91. İş materiallarından isə məlum olur ki, hazırkı mübahisə üzrə lizinq verən (iddiaçı-cavabdeh), satıcı (iddiaçı-cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) və lizinq alan (cavabdeh-iddiaçı) azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdir ilmiş şərtlərə riayət olunmaqla üçtərəfli daxili lizinq müqaviləsini bağlamış, bu müqavilə qüvvədə olduğu müddətdə (xx.xx.2022-ci il tarixədək) və ilkin iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.

92. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunv ericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

93. Hazırkı iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, mübahisələndirilən əqd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları ilə (lizinq obyektinin lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə təhvil verilməsi, ödənişlərin aparılması) müəyyən olunur.

94. Göstərilənlərə əsasən, həmçinin apellyasiya baxışında iddiaçı-cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmi ş 2 nömrəli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı, xx.xx.2019-cu il tarixli köçürmə haqqında ərizə və xx.xx.2019-cu il tarixli 7E-10648 reyestr nömrəli etibarnamə nəzərə alınmaqla, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia üzrə mövqeyi və apardığı hüquqi qiymətləndirmə ilə təkrarlığa yol verilmədən razılaşır.

95. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin “işə baxan hakimin öz qətnaməsini əsaslandırarkən qarşılıqlı iddianın məzmununa heç toxunmaması, rədd olunası halların hüquqi əsaslarını göstərməməsi, faktiki olaraq qarşılıqı iddia müzakirə edilmədən, ona dair sübutlar tədqiq olunmadan qarşılıqlı iddianı təmin etməyin mümkün olmaması qənaətinə gəlməsi, məhkəmənin mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəfləri n həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamaması” dəlillərinə münasibətdə bildirir ki, qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, “cavabdeh-iddiaçı qarşılıqlı iddia ərizəsində nəqliyyat vasitəsini atası ilə birlikdə şəxsi vəsaitləri ilə Litva dövlətindən aldıqlarını, hazırkı işdə iradələrinin əmlaklarını girov qoymaqla kredit götürmək olduğunu, əslində onlara borc pul lazım olduğunu və rəsmiləşməni lizinq müqaviləsi kimi sənədləşdirdiklərini, lizinqin işçisi olan X4 adına etibarnamə verildiyini və həmin şəxsin rəsmiləşməni edərək nəqliyyat vasitəsini lizinqin adına keçirib onlara öz nəqliyyat vasitələrini lizinqə vermək adı ilə nağd pul verdiyini qeyd etsə də, buna dair mötəbər sübut təqdim etməmişdir”.

96. Göstərilənlər lə əlaqədar birinci instansiya məhkəməsi qətnamədə MülkiProsessual Məcəllənin 77.1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına istinad etmişdir. Kollegiya isə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır.

97. Birinci instansiya məhkəməsində cavabdeh-iddiaçı tərəfdən təqdim olunan sübutlar - xx.xx.2024-cü il tarixdə tərtib olunmuş aktdan, lizinq obyekti olan nəqliyyat vasitəsinin şəhadətnaməsi surətlərindən və ödəniş qəbzlərindən ibarətdir (İ cild, i/v. 132, 157, 205-206).

98. Qeyd olunan aktda göstərilmişdir ki, “... həqiqətən sürücü Cavabdeh3 sərəncamında olan və idarə etdiyi **-JV-*** dövlət qeydiyyat nişanlı “Renault-Maqnumyük” markalı yük avtomaşını 2021-ci ilin may ayından 2022-ci ilin a prel ayınadək və 2022ci ilin oktyabr ayının 5-dən bu günkü tarixədək AYNA-nın “Binəqədi Təmir Zonası”nın Binəqədi rayon ərazisindəki bazasının həyətində lizinq təşkilatı tərəfindən saxlanca qoyularaq sənədləri və açarları alınmışdır” (İ cild, i/v. 132).

99. Həmin akt onun tərtib olunmasında iştirakı göstərilsə də, Cavabdeh3 özü tərəfindən imzalanmamış, aktın məzmunu AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-nın 3-27-103/2-********** nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə təkzib olunmuşdur (İİ cild, i/v. 48).

100. Cavabdeh-iddiaçının qarşılıqlı iddia ərizəsi və ona əlavədə, apellyasiya şikayətində isə ilkin iddia üzrə cavabdehlərin “məcbur qalıb nəqliyyat vasitəsini lizinq şikətinin dediyi dayanacağa yerləşdirmələri” göstərilmiş, yəni nəqliyyat vasitəsini məhz cavabdeh tərəfin özünün dayanacağa yerləşdirməsi etiraf olunmuş, nəqliyyat vasitəsinin “lizinq şirkətinin deməsi” ilə dayanacağa yerləşdirilməsi barədə heç bir mötəbər sübut təqdim olunmamışdır.

101. İddiaçı-cavabdehin nümayəndəsi isə izahatında “şəxsin 2022-ci ilin oktyabr ayında qəza keçirtdiyini, avtomobili “Binəqədi təmir zonası”nda təmir etdirdikdən sonra təmir xərci ödənilmədiyinə görə avtomobilin uzun müddət orada qaldığını” bildirmişdir. 102. xx.xx.2019-cu il tarixdə verilmiş AD674142 nömrəli şəhadətnamənin surətindən görünür ki, 99UX618 nömrə nişanlı, Renault Maqnum 460 yük markalı nəqliyyat vasitəsinin sahibi X7r, qeydiyyat üçün əsas 658954BGİ nömrəli gömrük vəsiqəsidir, alqı-satqı müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə BDYPİ qeydiyyatından çıxarılmışdır; xx.xx.2019-cu il tarix də verilmiş AD672617 nömrəli şəhadətnamənin surətindən görünür ki, 99JV650 nömrə nişanlı Renault Maqnum yük markalı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir, qeydiyyat üçün əsas alqı-satqı müqaviləsidir, lizinq müqaviləsinə əsasən özgəninkiləşdirilməməsi qeyd edilmişdir. (İ cild, i/v. 157)

103. Şikayətin “lizinq predmeti kimi qeyd olunan nəqliyyat vasitəsinin üzərində istifadə imkanlarının Cavabdeh4 və zamin atası Cavabdeh3 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olması, bu vaxtdan sonra nəqliyyat vasitəsinin cavabdehlərdə olmaması, sonrakı müddətdə nəqliyyat vasitələrinin sürücünün əlindən alınması, nəqliyyat vasitəsinin digər şəxslər tərəfindən istifadə olunması” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, göstərilənlərlə yanaşı apellyasiya şikayətində “Arada etibarnamə alınaraq sürmək imkanı olsa da, 2022-ci ilin oktyabr ayından sonrakı dövrdə nəqliyyat vasitəsi daimi saxlancda qalmışdır” ifadəsi qeyd olunmuşdur.

104. İş materiallarından məlum olur ki, lizinq obyekti olan nəqliyyat vasitələri xx.xx.2019-cu il tarixdə iddiaçı-cavabdeh tərəfindən cavabdeh-iddiaçıya təhvil verilmişdir (İ cid, i/v. 25). Bunun əksini təsdiq edən heç bir sübut iş materiallarında müəyyən olunmur.

105. Cavabdeh-iddiaçının nümayəndəsi şikayətin qeyd olunan dəlillərini təkzib edərək Zəfərlə Hicranın müraciətləri əsasında onların sürücülərinə etibarnamə verildiyini, Babayev Nurəddin, Mədətov Ramin, Hüseynov Mehman və başqalarının Hicranın öz adamları - sürücüləri olduğunu, Hicranın o zaman digər avtomobilini idarə etdiyini, bununla bağlı səs yazılarının mövcudluğunu, həmin səs yazı larında Hicranın açıq-aydın lizinqin rəhbəri Pərvin Bədirxanova dəfələrlə səs atıb başqa sürücülərə etibarnamə verilməsini xahiş etdiyini göstərmişdir.

106. Kollegiyanın qənaətinə görə, nəqliyyat vasitəsi, onun açar və sənədləri cavabdeh-iddiaçı tərəfin sahiblik və istifadəsində olduğu halda, iddiaçı-cavabdehin həmin nəqliyyat vasitəsini üçüncü şəxslərin idarə və istifadə etməsinə verməsi faktiki olaraq mümkün deyil.

107. Apellyasiya şikayətinin “Qarşılıqlı iddia üzrə cavabdeh qismində tanınması tələb edilən X3 prosesə cəlb edilməməsi, onun yazılı mövqeyinin nəzərə alınmaması” dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh-iddiaçının qarşılıqlı iddia ərizəsinə əlavədə həmin şəxs cavabdeh deyil, “cavabdeh tərəfdə 3-cü şəxs” kimi göstərilmişdir (İ cild, i/v. 159).

108. Kollegiya şikayə tin X3 məhz “cavabdeh tərəfdə 3-cü şəxs kimi prosesə cəlb edilməməsi” dəlili ilə razılaşır. Lakin bu hal baxılan işin mahiyyətinə təsir edən amil kimi qiymətləndirilmir, çünki məhkəmə işdə iştirak etməyə cəlb olunmamış qeyd olunan şəxsin hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etməmiş, mahiyyətiu üzrə düzgün qətnamə çıxarmışdır.

109. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

110. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (Mülki-Prosessual Məcəllənin 385.2 və 387.1-ci madd ələri).

111. X8 qeyd olunan qarşılıqlı iddia ərizəsinə əlavə nəzərə alınmaqla apellyasiya baxışında iddiaçı-cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü çəxs kimi cəlb olunmuş, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclaslarına gəlməmiş, kommersiya mübahisəsinə dair işlə bağlı şəxsən və bilavasitə heç bir fikir bildirməmişdir.

112. Birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş, Tural Məhəmmədli tərəfindən imzalanmış və imzasının həqiqiliyi Bakı şəhəri 51 saylı notariat ofisində xx.xx.2024-cü ildə təsdiq edilmiş, reyestrdə 8İ-9867 nömrəsi ilə qeydə alınmış ərizədə (**********867) onun “qarşılıqlı iddianı qəbul etdiyi və iddianın məzmununda qeyd olunanlarla razı olması, üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəyi və işə iştirakı olmadan baxılmasına etirazının olmaması, ona görə də Cavabdeh4 qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyi” göstərilmişdir (İİ cild, i/v. 124).

113. Apellyasiya baxışında daxil olmuş, X3 əvəzinə Məhərrəmov Azər Hicran oğlu (daxili lizinq müqaviləsi üzrə zamin - cavabdehin oğlu) tərəfindən imzalanmış və imzasının həqiqiliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Notariat ofisində xx.xx.2025-ci ildə təsdiq edilmiş, reyestrdə 8İ-28056 nömrəsi ilə qeydə alınmış ərizədə (**********056) göstərilənlər də birinci ərizədə göstərilənlərlə eyniyyət təşkil edir.

114. Həmin ərizələr obyektivlik və tərəfdaşlıq baxımından kollegiya tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, X8 prosessual statusuna görə cavabdeh-iddiaçının qarşılıqlı i ddiasına münasibətdə iddiaçı-cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

115. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar (Mülki-Prosessual Məcəllənin 57.2-ci maddəsi).

116. Notariat haqqında Qanunun 67-ci maddəsinə görə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

117. Bi rinci ərizə Tural Məhəmmədlinin özü, ikinci ərizə isə oniun əvəzinə ilkin iddia üzrə Cavabdeh3 oğlu Məhərrəmov Azər Hicran oğlu tərəfindən imzalanmışdır. Cavabdehiddiaçının qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətində isə Tutral Məhəmmədli ilkin iddia üzrə cavabdeh tərəfin “yaxın tanıdıqları və sürücüləri olan” şəxs kimi göstərilmişdir.

118. Digər tərəfdən Tural Məhəmmədlinin özü şəxsən elektron kabinetə malik olsa da, onun hər iki ərizəsi işdə prosessual vəziyyətinə görə ona əks tərəf olan cavabdehiddiaçının vəkil-münayəndəsinin elektron kabineti vasitəsilə məhkəməyə göndərilmişdir.

119. Tural Məhəmmədlinin məhkəmə iclaslarına gəlməməsini istisna edən üzrlü səbəb barədə kollegiyaya heç bir sübut təqdim edilməmiş, onunla bağlı prosesin çəkişmə pinsipini təmin etmək mümkün olmamışdır.

120. Kollegiya şikayətin Mülki-Prosessual Məcəllənin 175.1-ci maddəsinin tələblərinin pozulması və ya düzgün tətbiq edilməməsi, “məhkəmənin bu işdə sübutları araşdırmaq üçün sorğu verməklə nəqliyyat vasitəsinin rəsmiləşdirilmə anını tədqiq etmədən mövqelərinin mötəbərliliyinə əmin olmadan qərar verməyə tələsməsi”, “məhkəmənin qeydiyyat orqanından nəqliyyat vasitələrinin rəsmiləşməsi barədə sənədləri istəməməsi”, “sorğu verilməsi barədə vəsatəti təmin etməsi və ya əksi barədə heç bir qeydin olmaması” və ilkin iddia üzrə cavabdeh tərəfin “mövqeyinin əsaslandırılmasına şərait yaratmamaqla ədaləti təmin etməməsi” dəlilləri ilə bağlı qeyd edir ki, ilk növbədə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi).

121. Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 15-ci maddəsinin İİ hissəsinə görə, vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq,... hüquqlarına malikdirlər.

122. Mülki-Prosessual Məcəllənin 78.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh-iddiaçının “qeydiyyat orqanından nəqliyyat vasitələrinin rəsmiləşməsi barədə s ənədləri” müstəqil əldə etmək barədə müraciətinin olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

123. Cavabdeh-iddiaçının vəkil-nümayəndəsinin xx.xx.2024-cü il tarixli vəsatətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nə lizinq obyekti olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi ilə əlaqədar bütün sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması barədə sifarişli poçt göndərişi vasitəsilə məktub göndərilmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmış, lakin iş materiallarından göründüyü kimi həmin məktuba cavab verilməmişdir. (İ cild, i/v. 156, 192, 197, 199).

124. Hazırkı iş üzrə məhkəmə icraatı 2024-cü il 10 may tarixdə başlanmış və yekun məhkəmə aktı 2025-ci il 6 yanva r tarixdə qəbul olunmuşdur, yəni 7 ay 26 gün nəzərə alındıqda apellyasiya şikayətinin “məhkəmənin qərar verməyə tələsməsi və ilkin iddia üzrə cavabdeh tərəfin mövqeyinin əsaslandırılmasına şərait yaratmamaqla ədaləti təmin etməməsi” dəlilləri absurddur.

125. Apellyasiya şikayətinin “qətnamədə Mülki Məcəllənin 337 və 357-ci maddələrinə istinad edilməsi və düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izahı” üzrə dəlili ilə bağlı kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan maddi hüquq normalarına istinad etməmişdir və apellyasiya şikayətinin həmin hissəsində göstərilənlərin hazırkı işə aidiyyəti yoxdur. (bax. 59-cu bənd)

126. Mülki-Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 7-ci hissəsində “prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki-Prosessual Məcəllənin 14.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni ifadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır.

127. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməl idir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. X18 Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına əsasən, “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

128. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər, həmçinin cavabdeh-iddiaçının vəkil-nümayəndəsinin apellyasiya baxışı zamanı izahatında göstərdiyi digər fikirlər onun subyektiv mülahizələri kimi dəyərləndirilir.

129. Kollegiya cavabdeh-iddiaçının etiraz - mülahizələri ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh-iddiaçının tələbi “əsas iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilərək müqavilənin etibarsız hesab olunması, müvafiq qeydiyyat üzrə şəhadətnamələrin ləğv edilməsi və "Ekolizinq” MMC ilə Cavabdeh4 arasında faktiki borcgirov normalarının hazırkı münasibətlərə tətbiq olunması” olsa da, onun vəkilnümayəndəsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə daxil olmuş etiraz mülahiz ələrində Mülki Məcəllənin 697-ci maddəsinin məzmunu nəzərə alınmaqla kəsiçi müddətlər tətbiq edilərək cavabdehlərin (Cavabdeh3 adından bu xahişi etməyə hüququ yoxdur) üzərinə əlavə faizlərin və cərimə məbləğlərinin hesablanmamasının təmin edilərək iddianın bu hissədə təmin edilməməsini və **-JV-*** dövlət nömrə nişanlı "Renault Maqnum-yük” markalı (q/ş AD 672617) yəhərli dartıcı və **-ZK-*** dövlət nömrə nişanlı "Koegel” markalı (q/ş AD 672621) furqon refrejerator yarımqoşqunun dəyərinin 34%-ni, yəni 20.400 manat məbləğində avans qiymətini lizinqə götürən Cavabdeh4 nağd olaraq ödədiyindən həmin pulun lizinqə götürənə qaytarılması qərarlaşdırılmalı olduğundan əmlakın İddiaçı MMC-yə qaytarılması tələbinin təmin edilməməsini xahiş etməsi daxili lizinq müqaviləsinin etibarsız müqavilə deyil, e tibarlı müqavilə olduğunu etiraf etməsinə dəlalət edir. 130. “Mülki Məcəllənin 697-ci maddəsinin məzmunu nəzərə alınmaqla kəsiçi müddətlər tətbiq edilərək cavabdehlərin üzərinə əlavə faizlərin və cərimə məbləğlərinin hesablanmamasının təmin edilərək iddianın bu hissədə təmin edilməməsi” fikrinə münasibətdə bildirilir ki, cavabdeh-iddiaçının vəkil-nümayəndəsinin ilkin iddia üzrə Cavabdeh3 adından bu xahişi etməyə hüququ yoxdur, çünki apellyasiya icraatında o həmin cavabdehin vəkil-nümayəndəsi deyil və qeyd olunduğu kimi həmin cavabdeh tərəfindən qətnamə mübahisələndirilməmişdir. Mülki Məcəllənin 697.4-cü maddəsinə görə, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları,... altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Hazırkı iş üzrə ilkin iddiaçının tələbi isə lizinq obyektinin dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi deyil, “lizinq müaviləsinə əsasən... vaxtı keçmiş faiz borcu və hesablanmış penyanın tutulması”ndan ibarətdir. Ona görə də ilkin iddia üzrə tələbin həmin hissəsinə Mülki Məcəllənin 697.4-cü maddəsi tətbiq edilə bilməz.

131. Adıçəkilən “nəqliyyat vasitələrinin dəyərinin 34%-ni, yəni 20.400 manat məbləğində avans qiymətini lizinqə götürən Cavabdeh4 nağd olaraq ödədiyindən həmin pulun lizinqə götürənə qaytarılması qərarlaşdırılmalı olduğundan əmlakın İddiaçı MMC-yə qaytarılması tələbinin təmin edilməməsi” fikri ilə əlaqədar kollegiya bildirir ki, hazırkı iş üzrə lizinq alan (cavabdeh-iddiaçı) lizinq obyektinin dəyərinin qeyd olunan hissəsini avans ödənişi şəklində lizinq obyektinin satıcısına ödəməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 7.2-ci bəndinə görə, lizinq alan avtomobilin 34%-ni, 20.400 AZN məbləğində avansı bu müqavilə imzalandığı andan ödəməyi öhdəsinə götürür. Lizinq alan avans məbləğini tam həcmdə ödəmədikdə, müqaviləyə lizinq verənin təşəbbüsü ilə birtərəfli qaydada xitam verilir. “Göründüyü kimi, Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq mü əyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. Lakin həmin müqavilədə lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 28 dekabr tarixli Qərarında ifadə olunan mövqeyə görə, “Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhr um edilə bilər”. Kollegiya qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, lizinq müqaviləsi üzrə lizinq alan tərəfindən avans şəklində ödənilmiş 20.400 manat nəzərə alınmaqla lizinq obyektinin bir hissəsi üzərində lizinq alanın mülkiyyət hüququ tanına bilmədiyinə görə nəqliyyat vasitələrinin lizinq verənə (iddiaçı-cavabdehə) qaytarılması tələbinin təmin edilməməsi mülki qanunvericiliyin tələblərinə ziddir.

132. Kollegiya qeyd edir ki, cavabdeh-iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən 244,02 manat dövlət rüsumu ödənilməli olduğu halda, 250,60 manat, yəni 6,58 manat artıq dövlət rüsumu ödənilmişdir (İİİ cild, i/v. 22). Mülki Prosessual Məcəllənin 114.1-114.1.1-ci maddələrinin məzmununa görə isə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilər sə, həmin artıq ödənilmiş dövlət rüsumu qaytarılır.

133. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin cavabdeh-iddiaçıya münasibətdə ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

134. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh-iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - e-2-2(123)-9/2025 nömrəli, 2025-ci il 6 yanvar tarixli qətnamə dəyişdirilmədən saxlanılmalı, - apellyasiya şikayəti verilərkən ********** nömrəli xx.xx.2 025-ci il tarixli qəbzlə ödənilmiş 244,02 manat dövlət rüsumu cavabdeh-iddiaçının özünə aid edilməli, - həmin qəbzlə artıq ödənilmiş 6,58 manat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na müvafiq olaraq cavabdeh-iddiaçıya qaytarılmalıdır. Nəticəvi hissə

135. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh-iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-9/2025 nömrəli, 2025-ci il 6 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyas iya şikayəti verilərkən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə ödənilmiş 244,02 (iki yüz qırx dörd manat iki qəpik) manat dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh4 özünə aid edilsin. Həmin qəbzlə artıq ödənilmiş 6,58 (altı manat əlli səkkiz qəpik) manat cavabdeh-iddiaçı Cavabdeh4 qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar