Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-2(108)-40/2025 10.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi Nümayəndə1 vasitəsilə 14 noyabr 2024-cü il tarixdə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı elektron qaydada iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət edərək mal material haqqına görə yaranmış 246377,31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat otuz bir qəpik) əsas borc məbləğinin və 345 manat məbləğində dövlət rüsumunun cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsindən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e2-2(123)-36/2025 nömrəli qərardadı ilə 13 mart 2025-ci il tarixdə məhkəməyə elektron qaydada təqdim olunmuş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-**********) ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi (VÖEN**********) arasında bağlanmış 12 mart 2025-ci il tarixli “Barışıq sazişi”nin aşağıda göstərilmiş mətin mövzusunda təsdiq edilməsi, bu Sazişin mövzusunu Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə "xxxx" MMC arasında 15 iyul 2023-cü il tarixinə olan borc üzləşmə aktında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin "xxxx" MMC-yə 246377.31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, ot uz bir qəpik) manat borcu olmaqla, "xxxx" MMC-nin Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manatın olmasının təsdiq edilməsi, sözügedən barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə üzrə icraata xitam verilməsi, məhkəməyə iddia verilərkən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən x x.xx.2024-cü il tarixli, ********** saylı qəbzlə ödənilmiş 191.6 AZN və xx.xx.2025-ci il tarixli, **********97 saylı qəbzlə ödənilmiş 344.78 AZN məbləğində dövlət rüsumlarının iddiaçı "xxxx" MMC-yə geri qaytarılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e2-2(123)-36/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı 246377,31 manat məbləğində borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair cavabdeh Naxçıvan Muxtar Respublikası Döv lət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin ərizəsinin əsaslı olduğundan təmin edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi və şikayətə prosessual müddət daxilində yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e2-2(123)-36/2025 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)36/2025 nömrəli qərardadının ləğv edilməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsi ilə müəyyən edilən əsaslarla sonrakı prosessual hərəkətlərin təmin edilməsi barədə şikayəti təmin edilməmiş və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayət prosessual müddət daxilində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin e-2-2(123)-36/2025 nömrəli işi ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şika yətin əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən şikayət verilən Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(123)-36/2025 nömrəli qərardadında tərəflər arasında 12 mart 2025-ci il tarixdə bağlanmış “Barışıq sazişi”ndə "xxxx" MMC-nin Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə olan borcların əvəzləşdirilməsi əsasında iddia tələbinin və ya yaranmış borcun dəqiqləşdirilməsi aparılmış, yəni borcun iddia tələbində göstərildiyi 246.377,31 manat yox, 161.386,10 manat olduğu müəyyənləşdirilmişdir, ancaq həmin borcun yaranmasında cavabdehin təqsirli olması müəyyən edilmir və razılaşdırılmamışdır. Qarşılıqlı razılaşma əsasında bağlanmış “Barışıq sazişi”ndə qalan borcun cavabdeh tərəfindən ödənilməsinin razılaşdırılması haqqında hər hansı müddəa müəyyən edilmədiyindən və ya bu barədə razılaşma olmadığından qanunvericiliyə əsasən kommersiya mübahisəsinə mahiyyəti üzrə baxılması üçün prosessual icraat davam etdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi verilən qərardaddan şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və iddiaçının nümayəndəsi Nümayəndə1 şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların bildirişdə göstərilən tarixədək təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilən şikayətdə göstərilən dəlili işin materialları ilə əlaqəli şəkildə yoxlayaraq aşağıdakıları qeyd edir. İş materiallarından aydın olur ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi əvəzi Nümayəndə3 arasında 12 mart 2025-ci il tarixli “Barışıq sazişi” bağlanmış və sazişin mövzusu Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi ilə "xxxx" MMC arasında 15 iyul 2023-cü il tarixinə olan borc üzləşmə aktında Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinin "xxxx" MMC-yə 246377.31 (iki yüz qırx altı min üç yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat borcu olmaqla, "xxxx" MMC-nin Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsinə olan 84991.21 (səksən dörd min doqquz yüz doxsan bir manat, iyirmi bir qəpik) manat borcundan azaldılaraq, yerdə qalan cəmi 161386.10 (bir yüz altmış bir min üç yüz səksən altı manat, on qəpik) manatın olmasını təsdiq etməkdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi də həmin “Barışıq sazişi”ni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.1 və 191.2 maddələrinin tələblərinə uyğunluğunu yoxlayaraq təsdiq edib, iş üzrə icraata xitam vermiş və qərardadını onunla əsaslandırmışdır ki, “Məhkəmə tərəflərin təqd im etdikləri 12 mart 2025-ci il tarixdə bağlanmış “Barışıq sazişi”-ni nəzərdən keçirərək, hesab edir ki, sözügedən barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmçinin sazişdə qeyd edilənlərin tərəflər arasında razılaşdırılmış xx.xx.2023-cü il tarixli üzləşmə aktında da öz əksini tapdığından həmin sazişin məhkəmə tərəfindən qəbul olunmaqla təsdiq edilməsi qanuniliklə məqsədəmüvafiqdir”. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasi ya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Sadalanan normaların tələblərindən aydın olur ki, bar ışıq sazişi qanuna zidd olmamalı, barışıq sazişinin şərtləri müəyyən olunmalı, barışıq sazişi yazılı ərizədə ifadə olunursa o aydın surətdə şərh olunmalı, barışıq sazişi məhkəmə tərəfindən təsdiqlənərsə onun şərtləri qərardadda göstərilməlidir. İş materiallarında olan barışıq sazişində isə qeyd edilənlər göstərilməmiş, sazişdə şərtlər müəyyənləşdirilməmiş, tərəflərin öhdəlikləri də şərtləndirilməmiş və nəticədə saziş düzgün formada tərtib edilməmişdir. Bu cür bağlanan barışıq sazişi bir növ “üzləşmə aktı”nı ifadə etmişdir ki, belə olan halda da iş üzrə icraata xitam verilməli yox mahiyyəti üzrə iş davam etdirilərək yekun məhkəmə aktı qəbul edilməli idi. Çünki bu sazişin təsdiqlənərək iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsi işin sonrakı prosesi üzrə qeyri-müəyyənlik yaratmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. “İcra haqqında” Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır. Kollegiya qeyd edir ki, birinci insatansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadda qeyri-müəyyənlik ifadə olunmuş, barışıq sazişinin şərtləri və tərəflərin öz üzərinə götürdükləri öhdəliklər qeyd edilməmiş, iş üzrə hansı tərəfdən hansı məbləğin, hansı müddətdə, tam və ya hissə-hissə alınıb verilməsi göstərilməmiş və qalmış borc məbləği üzrə icra mexanizmi də öz əksini tapmamışdır. Belə olan halda qərardadın icra olunması da sual altına düşmüşdür. “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərard adında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxt ərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Kollegiya belə nəticəyə gəlir ki, tərəflər arasında barışıq sazişi bağlanarkən və bu məhkəmə tərəfindən təsdiqlənərkən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbələri pozulduğundan Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə tərəflərin aralarında bağlanmış hesab etdikləri barışıq sazişini təsdiq edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası MP M-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan kollegiya hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsin ə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-22(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsi göndərilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 397.2, 398.0.2, 400, 401, 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxta r Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e-2-2(123)-36/2025 nömrəli qərardadından cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli, e2-2(123)-36/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinə qarşı “246377,31 manat məbləğində borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(108)-40/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-2(108)-40/2025
10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver