Məhkəmə qərarları › İş №2-2(108)-61/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-61/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-61/2025 14.01.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi Nümayəndə2, iddiaçının vəkil-nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə1 və cavabdehin vəkil-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “elektron qaimə əsasında yaranmış borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-218/2025 nömrəli, 2025-ci il 10 sentyabr tarixli qətnaməsindən cavabdeh tərəfdən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxta r Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. "X11” MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Bu müqavilənin şərtlərinə müvafiq olaraq satıcı cəmiyyətdə istehsal olunan məhsulların alıcıya satışını təmin edir, alıcı isə elektron qaimə və ya rəsmi qaimə fakturalar əsasında həmin malları qəbul edib məhsulların dəyərini ödəmək barədə öhdəlik götürür. 2.1.Malların təhvil verilməsi satıcının anbarında rəsmi qaimə fakturanın (və ya elektron qaimənin) imzalanmasından sonra alıcı tərəfindən qəbul edilir. 2.2. Alıcı məhsullara ol an aylıq tələbatı haqqında sifarişi 5 (beş) gün əvvəldən rəsmi müraciətlə bildirməlidir. Əks təqdirdə alıcıya məhsul satışı dayandırılır. 3.1. Qiymət elektron qaimə və ya rəsmi qaimə fakturada qeyd edilir. 3.2. Ödəniş bank vasitəsi ilə və ya nağd formada elektron qaimə (və ya rəsmi qaimə faktura) əsasında həyata keçirilir. 3.3. Dəyəri əvvəlcədən ödənilmədiyi halda alıcıya məhsul satışı dayandırılır. 4.1. Hazırkı müqavilə qeyd olunan hər iki tərəfin səlahiyyətli edilmiş nümayəndələri tərəfindən imzalandığı və möhürləndiyi tarixdən etibarən qüvvəyə minir və 31 dekabr 2022-ci il tarixədək qüvvədə qalır.

2. İddia tələbinə görə alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X9” MMC (bundan sonra “iddia çı”) 2025-ci il 14 may tarixdə Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında elektron qaimə əsasında yaranmış və təsdiq olunmuş 51.000 manatın, dövlət rüsumu üçün ödənilmiş 245 manatın, ümumilikdə 51.245 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında buğdanın alınması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmış və qarşılıqlı olaraq ticari əlaqələrdə olunmuşdur. Müqaviləyə əsasən buğda cavabdehə satılmış, malların dəyəri cavabdehə rəsmi qaydada elektron qaimə əsasında vurulmuş və cavabdeh tərəfindən də həmin elektron qaimə təsdiq olunmuşdur. Lakin cavabdeh öz üzərinə düşən öhdəliyi tam və vaxtın da icra etməmişdir. Belə ki, cavabdehin hazırda iddiaçıya elektron qaimədən yaranan 51.000 manat borcu vardır. Bununla bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmış, müraciətlər edilmiş, lakin bunun bir nəticəsi olmamışdır. Rəsmi pretenziyada 5 gün müddətində 51.000 manat borcun iddiaçıya qaytarılması barədə xəbərdarlıq edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Həmçinin məhkəməyə müraciət edən zaman məhkəmə üçün çəkilən xərclərin də (vəkil üçün xidmət haqqı, dövlət rüsumu) məhkəmə qaydasında cavabdehdən tələb ediləcəyi bildirilmişdir. Bunun bir nəticəsi olmamış və son nəticədə məhkəməyə müraciət edilməsi məcburiyyətində qalınmışdır.

5. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 14.2.1, 324.1- 324.4, 389.1-389.4, 390.1, 390.2, 425.1 və 425.2-ci maddələrinə istinad etmişdir.

6. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-218/2025 nömrəli, 2025-ci il 10 sentyabr tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 51.000 manatın və 245 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Qabil Məmmədov).

7. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə hazırlıq mərhələsində izahatından iddianı etiraf etdiyi məlum olur, lakin o, məhkəmə baxışı iclasında tələbi qəbul etmədiyini bildirmişdir.

8. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını əlaqəli şəkildə müzakirə edərək iddia tələbinin təmin olunması qərarına gəlir. Belə ki, təqdim olunan müqavilədən və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında "X10” MMC ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmaqla ticarət əlaqəsi yaranmış və "X10” MMC-nin adı dəyişilərək "X9” MMC olmuşdur.

9. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı yaranan borc barədə cavabdeh tərəfi xəbərdar etmiş, pretenziya ilə borcun ödənilməsini cavabdeh tərəfdən tələb etmiş, lakin cavabdeh elektron qaimələrə dair etirazının olub-olmaması barədə sübutları təqdim etməmişdir.

10. Həmçinin cavabdehin nümayəndəsi izahatında onların borcunun olmamasını araşdırdığını, borcun silinməsini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

11. İddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 245 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 385.1 və 389.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 9.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 107, 108.1-108.1.1, 112.1-112.1.1, 119.1, 217.3217.5, 218.1, 218.3 və 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “Şahid3anın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may və “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 14 iyul tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək xx.xx.2025-ci il tarixli e-2-2(123)- 218/2025 nömrəli qətnamənin ləğv və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. İşin halları üzrə - cavabdehin nümayəndəsi qətnamə ilə razı deyil və etiraz edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında qeyd etmişdir ki, cavabdehin "X10” MMC-yə borcu olmuş, "X10" MMC satıldığı zaman borcları tamamilə silinmişdir. Lakin məhkəmənin hazırlıq iclasının protokolunda cavabdehin iddiaçıya borcunun olmasını cavabdehin nümayəndəsi olaraq etiraf etdiyi qeyd edilmiş və məhkəmə qətnaməsi çıxarılarkən də cavabdehin nümayəndəsinin iddianı etiraf etməsi əsası ilə qətnamə qəbul edilmişdir. Halbuki keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə bağlanmadığını, cavabdehin "X10" MMC ilə müqaviləsi olduğunu, müqaviləni qardaşının bağladığını, onlardan buğda aldıqlarını, "X10" MMC-yə borcları olsa da, "X10” MMC satıldığı zaman ona olan borclarının silindiyini bildirmişdir. Cavabdehin "X10” MMC-yə olan borcunun iddiaçıya keçməsi barədə aktı təqdim etmələrini məhkəmə iclasında tələb etsə də, lakin iddiaçı belə bir aktı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən "X10" MMC-nin yenidən təşkil edilmə nəticəsində və ya hüquqi varislik qaydasında hüquq və vəzifələrinin iddiaçıya keçməsinə dair də iş materialına heç bir sübut əlavə edilməmişdir.

15. Mülki Məcəllənin 6.1-6.1.5, 14.1, 14.2-14.2.1 və 389-cu maddələri üzrə cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında elektron qaimələrin cavabdehə göndərilmədiyini, həmin qaimələr üzrə borcu qəbul etmədiyini, həmçinin iddiaçı ilə cavabdeh arasında buğda alınmasına dair heç bir müqavilə bağlanmadığını bildirsə də, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmamış və nəticədə cavabdehin qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, məhkəmə qətanmənin əsaslandırıcı hissəsində tərəflər arasında müqavilə bağlanmasını əsas gətirərək müqavilə münasibətlərinə toxunmuş, həmin müqavilə münasibətlərini təsdiq edən maddi hüquq normalarına istinad etmişdir. Lakin tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən hər hansı bir müqavilə olmamışdır. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən mülki hüququn əsas prinsiplərindən biri də məhz müqavilə azadlığı prinsipidir. Yəni mülki münasibətlərin iştirakçıları məhz Mülki Məcəllə ilə müyyən olunmuş müqavilə azadlığı prinsipini rəhbər tutmaqla müvafiq müqavilə münaisbətlərinə daxil olur, həmin müqavilə şərtlərini isə qanuna zidd olmamaq şərtilə özləri müəyyən edirlər. Müqavilə münasibətlərində məhz tərəflər hər birnə aid olan vəzifə və hüquqları müəyyən edir, həmçinin tərəflərin qarşılıqlı öhdəlikləri də müəyyən olunur.

16. İddiaçı xx.xx.2023-cü il tarixdə təsis edilsə də, iddiaçının təqdim etdiyi hər 3 elektron qaimə 2022-ci ilə aid qaimələrdir və həmin qaimələrdə buğdanın həmin dövrdə təsis edilməyən iddiaçı tərəfindən cavabdehə satıldığı qeyd edilsə də, buna məhkəmə tərəfindən münasibə t bildirilməmişdir.

17. İş materialında olan iddiaçının Nizamnaməsinin 1.5-ci bəndində göstərilmişdir ki, cəmiyyətin əvvəlki adı "X10" MMC olmuşdur. Lakin məhkəmə tərəfindən bu fakt aydınlaşdırılmamışdır.

18. Mülki-Prosessual Məcəllənin 9.1, 9.3 və 174.2-ci maddələri üzrə - məhkəmə işə baxarkən işin bütün hallarını, tərəflərin hüquq və vəzifələrini aydınlaşdırmadan birtərəfli qaydada, cavabdehin qanuni maraqlarını gözləmədən baxmış və iddiaçının şəxsi mülahizələri əsasında onun xeyrinə qətnamə qəbul etmişdir. Bununla da məhkəmə prosesində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipləri pozulmuşdur.

19. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - yuxarıda qeyd edilən əsaslar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilmədən, tam və hərtərəfli araşdırılmadan qətnamə qəbul edilmişdir.

20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi üzrə - hazırkı tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, iddiaçının üzərinə düşür və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Belə ki, tərəflər arasında buğda alınmasına dair heç bir müqavilə bağlanmamasına baxmayaraq, məhkəmə tərəfindən bu hala düzgün qiymət verilməyərək iddiaçının iddia tələbi işə aid olmayan sübutlar əsasında təmin edilmişdir. 2

1. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi üzrə - məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etməməklə gəldiyi nəticə işin hallarına uyğun deyil. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv buraxılması tətbiq edilməli olan qanunun aid olduğu subeyktlərin, həmin qanunun tətbiq sahəsinin və onun tənzim etdiyi hüquq münasibətlərinin obyektinin düzgün müəyyən edilməməsi ilə də ifadə olunur. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

23. Cava bdehin vəkil-nümayəndəsi Vəkil2 izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclası keçirilən iclasda “X10” MMC-yə borclarının olduğunu etiraf etmiş, lakin iddiaçıya borclarının olmadığını qeyd etsə də, məhkəmə qətnamə çıxararkən cavabdehin nümayəndəsinin izahatını iddianın etirafı kimi qiymətləndirərək qətnaməni bu əsasla qəbul etmişdir. Tərəflər arasında qeyd olunan mübahisəli hallardan biri də iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmamış, məhkəmə qətnamə çıxararkən tərəflər arasında müqavilə münasibətlərinə toxunmuş və həmin müqavilənin maddələrinə maddi hüquq norması kimi istinad etmişdir. Lakin tərəflər arasında müqavilənin olmadığı iş materiallarından görünür. Eyni zamanda “X10” MMC-nin hansı əsasla “X9” MMC-yə çevrilməsinə dair hər hansı bir sübut da yoxdur. Elektron qaimələrin tarixi də 2022-ci ilə təsadüf edir. İş materiallarından görünür ki, iddiaçı 2023-cü ilin dekabr ayında təsis edilmişdir. Həmin verilən buğdanın da iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı hər hansı bir sübut da yoxdur. Elə bu səbəbdən də onlar belə nəticəyə gəlir ki, məhkəmə qətnamə çıxararkən işi hərtərəfli araşdırmamış və maddi hüquq normalarının pozulması ilə nəticələnən bir qətnamə çıxarmışdır. Cavabdehin “X10” MMC-yə 51.000 manat borcu olmuş, “X10” MMC “X9” MMC-yə çevriləndən sonra cavabdehin borcu dövlət tərəfindən silinmişdir. Ancaq borcun silinməsi ilə bağlı rəsmi bir sənəd yoxdur. Cavabdehin nümayəndəsinin dediyinə görə isə nə borc varsa silinmiş, 2022-ci ilin iyul ayından cavabdeh fəaliyyət göstərməmişdir. 2022-ci il 18 və 21 noyabr, 2 dekabr tarixli satış fakturalarında qeyd olunan buğdanın təhvil verilməsində iştirak edən Şahid3 ifadəsində qeyd etdiyi kimi pul ödənilmədən malın oradan çıxarılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.

24. Cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. O, cavabdehin təsisçisidir, qardaşı Bayram direktor olsa da, o özü sahibkar kimi işləmişdir. “X10” MMC ilə uzun illər işləmiş, o şirkətin 10 il ərzində 20 milyonluq malını alıb pulunu ödəmişlər. Həmin 51.000 manat o müəssisə üçün bir problem olmamış, sonra onların arasında söbhət olmuş və “X10” MMC-dən onlara deyilmişdir ki, “bu pul sizi n adınızdan silinəcək”. Onun 3 il qapısını döyüb heç kəs deməmişdir ki, “sənin bizə bu qədər borcun var”. Bu işlə bağlı hər hansı bir üzləşmə aktı olmalıdır. İddiaçı ilə isə heç bir müqavilələri olmamışdır. Məhsullarından azaldıb çıxırdılar deyə borcdan silinmə getmiş, borcları şifahi şəkildə silmişlər. “X10” MMC onlara çirkli taxıl vermiş, onlar onu su ilə yuyub təmizləyərək istifadə etdiklərinə görə onun pulunu çıxmışlar. 18 və 21 noyabr, 2 dekabr 2022-ci il tarixli elektron qaimələr üzə malın alınmasını bilmir. “X10” MMC-yə 51.000 manat borcları olmuş, lakin həmin qaimələr üzrə olmamışdır. Onlarda o qaimələr yoxdur. Sistemə baxılmayıb deyə elektron qaiməni geri qaytara bilməmişlər. Həmin qaimələr üzrə “X10” MMC-nin onlara verəcəyi olmuşdur deyə onların borclarını silmişlər. Silinmə ilə bağlı sənədi iddiaçı tərəf verməlidir. Onların qarşı tərəfə heç bir borcları yoxdur. Qarşı tərəf onlarla heç vaxt borc barədə danışıq aparmamışdır. 5 il bundan əvvəl 51.000 manat borc olmuş və bağlanmışdır. Müəssisənin fəaliyyəti dayandırıldığına görə pretenziya məktubundan xəbəri olmamışdır. Onların ** BG *** nömrəli maşınları və Sadiq adlı işçiləri olmamış, bu maşınla onlara mal gətirilməmişdir. Əgər mal onlara verilibsə, qarşı tərəf ona təhvil aktını təqdim etsin. Bəzən olmuşdur ki, pul verilmədən iddiaçıdan mal almışlar. Sürücü iddiaçının direktoru ilə onların arasında olan məsələləri bilməz. İddiaçı təşkilatda 3 dəfə dəyişiklik olmuş, o araşdırmış, ona demişlər ki, “sənin borcun yoxdur, ödənilib”. 2022-ci ilin oktyabr ayından onların iddiaçı ilə alverləri dayanmış, yollar açıldığına g örə özləri gedib taxılı daha ucuz qiymətə gətirmişlər. Birinci instansiya məhkəməsinin qətanaməsinin ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş edir.

25. İddiaçının vəki-nümayəndəsi Vəkil1 izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. 1 oktyabr 2021-ci ildə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında iş materiallarında olan 3 elektron qaimə cavabdehə göndərilmişdir. Həmin qaimələrdə nə qədər malın satılıb-alınması göstərilmişdir. Ondan sonra elektron qaimə olmamışdır. 2023-cü ilin avqust ayında “X10” MMC-nin təsis paylarının alqı-satqısı həyata keçirilmiş və Şakir Tarverdiyev həmin təsis paylarını 100 faiz almış, eyni zamanda həmin cəmiyyətin direktoru olmuşdur. Sonra cəmiyyətin adı dəyişərək “X9” MMC edilmişdir. Elektron qaimələrdə ona görə “X9” MMC g östərilir ki, vergi sistemində olan qaydaya görə cəmiyyətin adı dəyişilirsə, əvvəlki qaimələr də yeni ad ilə sistemə düşür. “X10” MMC-nin VÖEN-i ilə “X9” MMC-nin VÖEN-i eynidir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkməsində borcu etiraf etmiş, lakin sonradan fikrini dəyişərək həmin borcun olmadığını və silindiyini bildirmiş, lakin borcun silinməsinə dair bu günədək hər hansı bir sənəd təqdim etməmişdir. 2022-ci ildə “X9” MMC-də dəyişiklik olmuş, əvvəlki direktor vəzifəsindən azad edilib Şakir Tarverdiyevlə əvəz olunmuşdur. Sonra müəyyən bir keçid dövrü olduğundan, təhviltəslim prosesləri getdiyindən həmin pullar tələb olunmamışdır. Şakir Tarverdiyev həmin müəssisənin tam hüquqlu təsisçisi olandan sonra debitor-kreditor borcları ilə bağlı məsələlər araşdırılmağa başlanmış və bunda n sonra onlar bu tələblə məhkəməyə müraciət etmişlər. Apelyasiya şikayətinin dəlillərində təhvil-təslim aktının olmaması göstərilmiş, lakin həmin təhvil-təslim aktları təqdim olunaraq şahid ifadələri ilə sübuta yetirilmiş, “X10” MMCnin “X9” MMC olması da sənədlərlə təsdiqlənmiş, şikayət verən qarşı tərəf olsa da, bütün sənədləri məhkəməyə təqdim etmişlər. Apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.

26. İddiaçının nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. 18 və 21 noyabr, 2 dekabr 2022-ci il tarixlərdə vurulmuş 3 ədəd elektron qaimə və fakturalar mövcuddur. Sadiq adlı şəxs ** BG *** nömrəli maşınla gəlib onlara cavabdehə mal aparacağını demiş, satış şöbəsi də malın satışını etmiş, hər üç qaimə üzrə mal eyni şəxsə verilmişdir. Bunlarla bağlı ü zləşmə aktı yoxdur, lakin təhvil-təslim aktları və elektron qaimələr var. Elektron qaimələr vurulmuş, lakin borc ödənilməmişdir. Onlar həmin şəxsə tapşırıq müaviləsi əsasında mal təhvil verməmişlər, çünki onların nəqliyyat vasitələri olmamışdır. Mal tərəzidən çıxanda şəxsin ifadə etdiyinə görə onun ad- soyadı sənəddə qeyd edilmişdir. Ödənişlər nağd və ya bank hesablaşması vasitəsilə olsa da, onlar satış olan kimi elektron qaimə vurmuşlar. Nağd pul verilən zaman kassa mədaxil orderi yazılmış, həmin sənəd həm onlarda qalmış, həm də qarşı tərəfə verilmişdir. Həmin dövrdə ödənişlərin çoxu nağd şəkildə həyata keçirilmiş, ancaq bəzən müqavilənin şərtləri pozulmuş, mal verilmiş, sonra pulu ödənilmişdir. Onlarda işgüzar adət direktorlar arasında olan danışıqlardan asılı olmuş, rəhbərlər arasında q arşılıqlı razılaşma ilə həyata keçirilmişdir. Rəhbərlik isə bir neçə dəfə dəyişmişdir. Böyük şirkətlər ilə işləyən zaman ödəniş vaxtı-vaxtında olmamışdır. Cavabdeh də ən çox dövriyyəsi olan şirkətlərdən biri olmuşdur. Apelyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

27. Şahid1 ifadəsində göstərdi ki, onun imzasının olduğu 18 və 21 noyabr 2022-ci il tarixli satış fakturalarında göstərilən taxıl məhsulları həqiqətən də götürülmüşdür. Çünki taxıl götürülmədən satış fakturasına imza atmaq qeyri-mümkündür. Anbarda mal yüklənərək gəlib tərəzidən çıxandan sonra onlar malın sistemdə qeydiyyatını aparmış və sistemdən də fakturanı vurub çıxartmışlar. Təhvil alan və verən qarşılıqlı imzalamış, sonra kassaya göndərmişlər. Bu məsələnin üstündən 3 il keçdiyinə görə taxılın hansı şirkətə getdiyini v ə kimə verildiyini tam xatırlamır. Şahid3 tanıyır, o “X10” MMC-dən mal götürən sürücülərdən biri olmuşdur.

28. Şahid2 ifadəsində göstərdi ki, o, “X10” MMC-də satış bölməsinə nəzarət etmişdir. Ümumi qayda belə olmuşdur ki, mallar gəlib tərəzidə qeydiyyatdan keçmiş, satış bölməsinə daxil olmuş, malın çəkisinə görə qiymət müəyyənləşmiş, sistemə işlənmiş, həmin sənədin bir nüsxəsi onlarda qalmış, bir nüsxəsi isə həmin taxılı aparan sürücüyə verilmişdir. xx.xx.2022-ci il tarixli satış fakturasında göstərilən malın sənədini o imzalamışdır. Həmin vaxtdan çox müddət keçdiyinə görə sürücü Şahid3 adlı şəxsi xatırlamır.

29. Şahid3 ifadəsində göstərdi ki, o, Teyyubu yox, onun qardaşı Bayram Paşayevi, Cavabdeh MMC-də işləyən Samiq və Anar adlı şəxsləri tanımışdır. Xalasının oğlu X5 bir neçə maşınını, h əmçinin “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük manınını o etibarnaməsiz idarə etmiş, 20 manat sürücü pulu almış və dəyirmandan taxılı maşına yükləyib Cavabdeh MMC-yə aparmışdır. O orada pulu ödəyib imza çəkib aparmışdır. Hətta bir iki dəfə ödənişlərdə 500, 1000 manat kəsir olmuşdur deyə maşını buraxmamışlar ki, “pul ödənildikdən sonra maşın buradan çıxa bilər”. O da həmin zaman Samiqə zəng vurmuş, sonuncu gətirib pulu ödəyəndən sonra o maşını oradan çıxartmışdır. Göstərilən 3 qaimə üzrə ona verilən malı o, Cavabdeh MMC-yə aparmış, sənədləri isə Anar, Samiq yaxud da Bayram Paşayevə vermişdir. Satış fakturalarının tarixi yadında deyil, lakin həmin yerdən o davamlı mal aparmış, hər bir malın da pulunu nağd şəkildə ödəyib malı oradan çıxartmışdır. Həmin ödənişləri ya Sa miq, ya da o etmişdir. Cavabdeh ilə iddiaçı arasında olan alqı-satqıdan, buğdanın qiyməti və çəkisindən, cavabdehin iddiaçıya nə qədər ödəniş etməsindən onun xəbəri olmamış, o sadəcə sürücü kimi gedib malı daşımışdır.

30. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

31. Apellyasiya baxışında təqdim edilmiş; Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır, hüququi ünvanı ünvan 1 təmsilçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) Nümayəndə1dur. Cavabdeh MMC-nin Nizamnaməsindən görünür ki, həmin Nizamnamə Naxçıvan MR Ədliyyə Nazirliyində xx.xx.2005-ci i ldə dövlət qeydiyyatına alınmışdır.

32. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-24/2-45008/2025 nömrəli məlumatın təqdim edilməsi barədə məktubundan məlum olur ki, xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin fəaliyyəti aktivdir. Elektron qaimə-fakturalar “X9” MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş və sistem tərəfindən təsdiqlənmişdir. 33. “X10” MMC üzrə xx.xx.2022-ci il tarixli Tahıl5-24825 sənəd nömrəli, xx.xx.2022ci il tarixli Tahıl5-24849 sənəd nömrəli və xx.xx.2022-ci il tarixli Tahıl5-24970 sənəd nömrəli satış fakturalarından (061190) görünür ki, müvafiq olaraq 17.982,72 manat, 17.487,66 manat və 18.303,84 manat dəyərində buğda Əliyev Sadiqə (** BG ***) təhvil verilmiş və göndərildi yi cari ünvan kimi Bayram Paşayev qeyd edilmişdir.

34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-13-43-14/24/2026 nömrəli məktubundan görünür ki, Babək rayonu, Sirab kənd sakini X3 adında olmuş “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avyomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq X5 adına qeydiyyata alınmışdır. Həmin avtomobilin idarə olunmasına etibarnamələr müxtəlif vaxtlarda Şahid3 (xx.xx.2024xx.xx.2033) və digər 8 nəfərə verilmişdir. Apellyasiya baxışının hədləri

35. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsa slılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

36. Mülki Məcəllə; Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənlə şdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

37. Azərbaycan Respublikasının Vergi Məcəlləsi; Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci,... maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşa ğıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;

38. Mülki-Prosessual Məcəllə; Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 21 8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə

393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edil miş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 nömrəli 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”);

1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb t əsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, t əqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

40. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar - "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu y alnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərar - “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

42. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı işdə iddia üzrə mübahisə "X10” MMC (satıcı) ilə cavabdeh (alıcı) arasında bağıanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə buğda satılması, malların təqdim edilməsi barədə iddiaçı tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş 3 ədəd elektron qaimə-faktura üzrə yaranmış 51.000 manat borcun və ödənilmiş 245 manat dövlət rüsumunun tələb olunması ilə bağlıdır.

43. İddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567, 599.1 və 599.2-ci maddələri təşkil edir.

44. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki-hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Bu müqavilə əsasında yaranan öhdəlik maddi (əmlak) nemətlərin bir şəxsdən digərinə keçməsi, müəyyən əmla kın özgəninkiləşdirilməsi və əldə edilməsi prosesini rəsmiləşdirir.

45. Alqı-satqı müqaviləsində iştirak edən tərəflərin hər ikisi üçün hüquq və vəzifələr əmələ gəlir: satıcı müəyyən əşyanı alıcıya verməyə borcludur, o, buna görə müəyyən pul məbləğinin (qiymətin) ödənilməsini tələb etmək hüququna malikdir. Öz növbəsində alıcı əşyanı qəbul edib, müəyyən pul məbləğini ödəməyə borcludur.

46. Bu müqavilə üzrə sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi baxımından satıcı satdığı əşyanı alıcının mülkiyyətinə verməsini, alıcı isə aldığı əşyanın müqabilində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməsini sübut etməlidir.

47. İş materiallarında olan “X10” MMC üzrə xx.xx.2022-ci il tarixli Tahıl5-24825 sənəd nömrəli, xx.xx.2022-ci il tarixli Tahıl5-24849 sənəd nömrəli və xx.xx.2022-c i il tarixli Tahıl5-24970 sənəd nömrəli satış fakturalarından (061190) görünür ki, müvafiq olaraq 17.982,72 manat, 17.487,66 manat və 18.303,84 manat dəyərində buğda Əliyev “Sadiqə” (** BG ***) təhvil verilmiş və göndərildiyi cari ünvan kimi Bayram Paşayev qeyd edilmiş, şahid qismində dindirilmiş Şahid3 ifadəsində “göstərilən 3 qaimə üzrə ona verilən malı özünün etibarnaməsiz idarə etdiyi “Kamaz 53212” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Cavabdeh MMC-yə aparıb təhvil verdiyini” bildirmiş, satılmış 53.774,22 manat məbləğində buğda ilə bağlı EBCJ 418569 seriya nömrəli xx.xx.2022-ci il tarixli, EBCJ 533584 seriya nömrəli xx.xx.2022-ci il tarixli və EBCK 365221 seriya nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturalar iddiaçı tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş, cavabdeh həmin qaimələr üzrə malların təhvil verilməməsi barədə iddiaçıya heç bir pretenziya göndərməmiş və həmin qaimələr “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-3.4-cü bəndlərinə müvafiq olaraq 5 gün müddətində düzəliş üçün qaytarılmayaraq proqram təminatı tərəfindən təsdiq edilmişdir.

48. Kollegiya apellyasiya şikayətinin “işin halları üzrə” və “Mülki Məcəllənin 6.16.1.5, 14.1, 14.2-14.2.1 və 389-cu maddələri üzrə” (bax §14,15) göstərilən dəlillərinə münasibətdə bildirir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı ("X10” MMC-nin direktoru X12) və alıcı (cavabdehin direktoru X7) azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə m üəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla həmin müqaviləni bağlamış, bu müqavilə iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.

49. Müqavilənin istinad olunan 1.1, 2.1, 2.2, 3.1, 3.2, 3.3, 4.1-ci bəndləri işin hallarında göstərilmişdir (bax §1).

50. Məlumdur ki, hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur və qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. MMC-nin iştirakçısının cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini üçüncü şəxslərə özgəninkiləşdirməsinə yol verilir. (Mülki Məcəllənin 50.1 və 93.2-ci maddələri). 51. xx.xx.2023- cü il tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışlardan məlum olur ki, “X10” MMC (VÖEN **********) xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır, nizamnamə kapitalının miqdarı 300,00 manat, əvvəlki təsisçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X8, hazırkı təsisçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X2r. (İ cild, i/v. 106). 52. xx.xx.2023-cü il tarixdə verilmiş kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan isə görünür ki, “X9” MMC (VÖEN **********) xx.xx.2010-cu ildə qeydiyyata alınmışdır, nizamnamə kapitalının miqdarı 300,00 manat, təsisçi və qanuni təmsilçi (nizamnamə kapitalında mayalarının miqdarı 100%) X2r. (İ cild, i/v. 26).

53. İddiaçının iştirakçılarının ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı ilə "X10” MMC-nin adının dəyiş dirilərək "X9” MMC edilməsi qərara alınmış, xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Nizamnaməsi”nin 1.5-ci bəndində isə cəmiyyətin əvvəlki adının "X10” MMC olması göstərilmişdir. (İ cild, i/v. 105, 110).

54. Qeyd olunanlardan aşkar bəlli olur ki, "X10” MMC yenidən təşkil edilməmiş, adı və təsisçisi (nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq) dəyişdirilmişdir. Bu isə kreditor və borclulara münasibətdə cəmiyyətin hüquq və vəzifələrinə təsir etmir, yəni tərəflər arasında sözügedən müqavilə qüvvədə olmuşdur.

55. Apellyasiya şikayətinin (cavabdehin nümayəndəsinin) "X10" MMC-yə borcları olsa da, "X10” MMC satıldığı zaman ona olan borclarının silinməsi” dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsində xx.xx.2 025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında “bizim borcumuz vardı, bundan imtina etmək olmaz, biz o pulu ödəməkdən, borcumuzdan imtina etmirik, ancaq gücümüz çatası səviyyədə xahiş edirik bizə dəstək olasınız, bu borc 51000 manat yox 60.000 manat idi, dəyirmanı da işlədib ödəyirdik. İddia tələbini qəbul edirəm” (İ cild, i/v. 93), xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında “biz deyirik ki, fevral ayına qədər ayı 1000 manatdan ödəyək, sonra qaldıraq 2000 manatdan ödəyək, bunlar heç cür razılaşmırlar. Borcu etiraf edirik, borcdan imtina etmirik” (İ cild, i/v. 124), xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında “rəhbərlik səviyyəsində bu işlə bağlı araşdırma apardım, 4 müəssisə olmuşuq və bu borc bizim üzərimizdən silinib, bizim heç bir sistemdə borc mövcu d deyil” (İ cild, i/v. 143), xx.xx.2025-ci il tarixdə keçirilmiş baxış iclasında “bizim qarşı tərəfə borcumuz mövcud deyil, bizə heç bir qaimə gəlməyib” (İ cild, i/v. 158) kimi ifadələr vermiş, apellyasiya baxışında isə göstərmişdir ki, “51.000 manat o müəssisə üçün bir problem olmamış, sonra onların arasında söbhət olmuş və “X10” MMC-dən onlara deyilmişdir ki, “bu pul sizin adınızdan silinəcək”, “məhsullarından azaldıb çıxırdılar deyə borcdan silinmə getmiş, borcları şifahi şəkildə silmişlər”, “Onlara çirkli taxıl verilmiş, onlar onu təmizləyərək istifadə etdiklərinə görə onun pulunu çıxmışlar”, “malın alınmasını bilmir, 51.000 manat borcları olmuş, lakin 18 və 21 noyabr, 2 dekabr 2022-ci il tarixli elektron qaimələr üzrə olmamışdır”, “həmin qaimələr üzrə “X10” MMC-nin onlara verəcəyi olm uşdur deyə onların borclarını silmişlər. Silinmə ilə bağlı sənədi iddiaçı tərəf verməlidir. Onların qarşı tərəfə heç bir borcları yoxdur”, “5 il bundan əvvəl 51.000 manat borc olmuş və bağlanmışdır”.

56. Göründüyü kimi cavabdehin nümayəndəsi iddia tələbi üzrə cavabdehin iddiaçıya 51.000 manat borcunun olmasını gah etiraf, gah inkar etmiş, ancaq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında qeyd olunan məbləğin ödənilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

57. Cavabdehin vəkil-nümayəndəsi isə izahatında “cavabdehin “X10” MMC-yə 51.000 manat borcunun olmasını, “X10” MMC “X9” MMC-yə çevriləndən sonra cavabdehin borcunun dövlət tərəfindən silinməsini, ancaq borcun silinməsi ilə bağlı rəsmi bir sənədin olmamasını” göstərmişdir.

58. Borcun silinmə si isə ya ödənişlə, ya da tərəflərin qarşılıqlı razılığı ilə (borcun bağışlanması, qarşılıqlı tələblərin əvəzləşdirilməsi və s.) həyata keçirilə bilər, lakin iş materiallarından həmin halların baş verməsi müəyyən olunmur.

59. Kollegiya qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülür. Hazırkı halda müqavilədə tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, ödənilmiş vəsaitə uyğun dəyərdə malın isə qaimə-faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər.

60. Ancaq cavabdehin və iddiaçının nümayəndələrinin izahatlarından aşkar şəkildə məlum olur ki, tərəflər arasında malların alqı-satqısı zamanı həm müqaviləyə uyğun olaraq malın dəyərinin qabaqcadan ödənilməsi, həm də müqavilə şərtlərindən fərqli qaydada malın dəyərinin əvvəlcədən deyil, müəyyən müddət sonra ödənilməsi üzrə işgüzar adət formalaşmışdır.

61. Tərəflərin qarşılıqlı münasibətlərində yaranmış bu praktika cavabdehin nümayəndəsinin "X10" MMC-yə borcları olsa da, sonradan həmin borclarının silinməsi”, “bəzən pul verilmədən iddiaçıdan mal alınması hallarının olması”, iddiaçının nümayəndəsinin isə “ödənişlərin çoxunun nağd şəkildə həyata keçirilməsi, ancaq bəzən müqavilənin şərtlərinin pozularaq malın verilməsi və sonra pulunun ödənilməsi, onlarda işgüzar adətin direktorlar arasında olan danışıqlardan asılı olması və rəhbərlər arasında qarşılıqlı razılaşma ilə həyata keçirilməsi, böyük şirkətlər ilə işləyən zaman ödənişin vaxtıvaxtında olmaması və cavabdehin də ən çox dövriyyəsi olan şirkətlərdən biri olması” barədə izahatları ilə təsdiq olunur.

62. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklə rin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”.

63. Qeyd olunan hüquqi mövqeyə müvafiq olaraq, kollegiya müqavilənin şərtləri ilə yanaşı, tərəflərin müqavilədən fərqli, mübahisəsiz halda - tərəflərin qarşılıqlı münasibətlərində yaranmış göstərilən işgüzar praktikaya uyğun olaraq malların dəyərinin sonradan ödənilməsi üzrə alqı-satqı etmələrini də nəzərə alır.

64. Şahid3 ifadəsində “satış fakturalarının tarixinin yadında olmaması, həmin yerdən davamlı mal aparması, hər bir malın pulunu nağd şəkildə ödəyib malı oradan çıxartması” barədə göstərdikləri ilə bağlı kollegiya qeyd edir ki, şahidin iddia tələbində qeyd olunan malların dəyərini ödəməsini göstərməsi müəyyən sübutetmə vasitələrinin zəruriliyi baxımından məqbul sübut hesab edilmir, sübutların mümkünlüyünə görə yolverilməzdir və məhkəmə tərəfindən ödəniş faktını təsdiq edən sübut kimi qəbul olunmur. Belə ki, Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəf isə ona satılmış malların dəyərinin ödənilməsi barədə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada hər hansı bank vasitəsi ilə ödəniş sənədini və ya nağd formada ödənişi təsdiq edən elektron qaimə və ya rəsmi qaimə fakturanı (kassa mədaxil orderini) təqdim etməmişdir.

65. Kollegiya şikayətin “Mülki-Prosessual Məcəllənin 9.1, 9.3 və 174.2-ci maddələri üzrə” (bax §18) dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən 4 dəfə məhkəmə hazırlıq və 2 dəfə məhkəmə baxışı iclası təyin olunmuş, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi ilk 2 iclasa gəlməmiş və həmin məhkəmə iclasları təxirə salınmış, sonrakı 4 məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iştirak etməklə qeyd olunan maddələrin pozulması halı olmamışdır.

66. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya vurğulayır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə g örə, "Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.

67. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər, həmçinin cavabdehin nümayəndəsi və vəkil-nümayəndəsinin apellyasiya baxışı zamanı izahatlarınd a göstərdikləri digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir.

68. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materialları ilə isə müəyyən olunmuşdur ki, elektron qaimə-fakturalarda və satış fakturalarında qeyd olunan ümumi məbləğ 53.774,22 manat olsa da, iddia üzrə tələb olunan məbləğ 51.000 manat təşkil edir.

69. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsi ilə bağlı xüsusi maddi hüquq normalarına istinad etməsə də, ümumən maddi və prosessual hüquq normalarına riayət etmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin cavabdehə münasibətdə ləğvinin əsasını t əşkil edə bilməz. Birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir.

70. Mülki-Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

71. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və e-2-2(123)-218/2025 nömrəli, 2025-ci il 10 sentyabr tarixli qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

72. Apellyasiya şikayəti verilərkən cavabdeh tərəfdən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir (Mülki-Prosessual Məcəllənin 119.1 və 119.5-ci maddələri). Nəticəvi hissə

73. Mülki Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-218/2025 nömrəli, 2025-ci il 10 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar