Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1022/2022 29.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış 203003,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə ünvanında yerləşən fərdi istixana iddiaçının istifadəsindədir. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. İddiaçıya məxsus qaz sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən müdaxilə olunandan sonra, o artıq göstərici yazmağa başlamışdır. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də, sonuncu tərəfindən heç bir tədbirlər görülməmişdir. Hazırda istixanada yetişən məhsulun yığılmaq ərəfəsində isə təbii qazın verilişini dayandırılaraq məhsulumun məhv olmasına səbəb olmuşlar. Belə ki, məhsul tam məhv olmaq üzrədir. İddiaçının istixanada 900000 manat dəyərində məhsulu var. İddiaçıdan istifadə etmədiyi qaza görə əlavə ödənişlər tələb olunur. O isə istifadə etmədiyi qaza görə ödəniş etmək istəmir. Lakin həmin cavabdeh tərəfindən qaz təchizatının dayandırılacağı barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısımn vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs oiab istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz payiayıcisı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir) İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Cavabdeh Nazirlər Kabinetinin qərarlarına, mövcud qanunlara və normativ hüquqi aktlara əsaslanmadan, eyni zamanda, mövcud qanunlara heç bir məhəl qoymadan öz bildiyi kimi hərəkət edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(011)-2039/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qarşı təbii qazdan istifadəyə görə yaranmış 213375,4 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq birliyin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB xx.xx.2017-cı il tarixli, 2947-10-17 nömrəli müqavilə əsasında İddiaçı məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 213375,4 manat borcu yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 2947-10-17 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan sonra ilkin iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək fərdi sahibkar İddiaçı məxsus olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanaya Cavabdeh İB tərəfindən hesablanmış 213380,80 manat borcun iddiaçının **********00000 abonent hesabından silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, cavabdehdən iddiaçının xeyrinə 50000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, tənzimləyicinin yeri dəyişilmiş olsa belə cihazlar dəyişdirilmədiyindən qaz sərfiyyatının artımına hər hansı təsir göstərmir. Abonent saldosunda olan məlumatlarda da kəskin fərq müşahidə olunmur. Buna görə də borcun silinməsi, habelə mənəvi zərərin əvəzinin ödənilməsi üçün heç bir əsas yoxdur. İş materiallarında olan: - 2 oktyabr 2017-ci il tarixli, 2947-10-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - abonentin saldosundan görünür ki, İddiaçı borcu 213375,4 manat təşkil edir. - 7 iyun 2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus qaz sayğacının qaz tənzimləyicisinin yeri dəyişdirilmiş, sayğac tənzimləyicidən əvvələ quraşdırılmışdır. - 27 noyabr 2019-cu il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, həmin tarixdə iddiaçıya məxsus qaz sayğacının qaz tənzimləyicisinin yeri dəyişdirilmiş, sayğac tənzimləyicidən sonra quraşdırılmışdır. İlkin iddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - cavabdeh tərəfindən hesablanmış əsassız borcun silinməsi; - mənəvi zərərin əvəzinin ödənilməsi. İlkin iddianın borcun silinməsi hissəsi onunla əsaslandırılmışdır ki, tənzimləyicinin yeri dəyişdirildiyinə görə artıq borc hesablanmışdır. Cavabdehin iddia tələbinə etirazını o hal təşkil edir ki, qaz tənzimləyici qurğunun qaz sayğacından əvvəl və ya sonra quraşdırılmasının qaz sərfiyyatının artıb və ya azalmasına heç bir təsir göstərmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 10/1413 saylı rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisindəki istixanada quraşdırılmış qaz tənzimləyicisinin yerinin dəyişdirilərək sayğacdan sonra quraşdırılması texniki standartlara və “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş texniki şərtə uyğun deyildir. X2 istifadəsində olan istixanadakı qaz işlədicilərin saatlıq qaz sərfiyyatı nəzəri olaraq 1925,7 m3 təşkil edir. Lakin qaz sayğacının texniki quruluşunu və istismar qaydasını izah edən texniki sənədlər (texniki pasport, texniki rəhbər sənədi, istismar təlimat) həmçinin, istixanada quraşdırılmış qaz qəbuledicilərinin sayı, növü, gücü və işləmə rejimi barədə məlumatlar təqdim olunmadığına görə, mübahisəli dövr üzrə qaz sərfiyyatının müəyyən edilməsi mümkün olmadı. Mübahisəli dövr üzrə qaz sərfiyyatının müəyyən edilməsi mümkün olmadığına görə qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadı. Bundan sonra məhkəməyə sənədlər təqdim olunduğundan iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli, 10/2255 saylı rəyində qeyd olunmuşdur ki, tənzimləyicinin qaz sayğacından sonra qoyulması nəticəsində sayğaca istehlak olunan təyziqdən daha artıq təyziqdə qazın daxil olması qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilərdi. İddiaçı istifadəsində olan istixanadakı qaz işlədicilərin saatlıq qaz sərfiyyatı nəzəri olaraq 1925,7 m3 təşkil edir. Lakin, istixanada quraşdırılmış qaz qəbuledicilərin işləmə rejimi barədə məlumatlar təqdim olunmadığına görə, mübahisəli dövr üzrə qaz sərfiyyatının müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin; - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009cu il tarixli 17 saylı əmri iə təsdiq edilmiş və xx.xx.2009-cu ildən qüvvəyə minmiş “Qaz təchizatı” layihələndirmə normaları 2.12-1 AZDTN-nin 7.14 bəndinin təəblərinə görə “QTM-də və QTQ” aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qorutucubağlayıcı klapanların, qoruyucu-atqı klapanlarını, qaz təzyiq tənzimləyicilərinin, bağlaıcı armaturların, nəzarət-ölçü cihazların, lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə qaz kəmərlərinin quraşdırılması nəzərdə tutulur. Yəni qeyd olunan ardıcıllığa görə qaz təzyiq tənzimləyicisi qaz sərfini ölçmək üçün qoyula bilən cihazların əvvəlində quraşdırılmalıdır. Məhkəmə iddiaçıya məxsus obyektə (istixanaya) aid qaz tənzimləyicinin əsaslı zərurət olmadan texniki şərt verilərkən tərtib edilmiş layihədə nəzərdə tutulmuş yerinin dəyişdirilərək sayğacdan sonra quraşdırılmasının texniki tələblərə və qaydalara uyğun olmadığına dair iddiaçının dəliləri ilə razılaşsa da, hesab edir ki, işdə mübahisələndirilən dövrdə iddiaçıya məxsus obyektin qaz sayğacına baxış keçirilməklə sayğacın düzgün işləmədiyi və mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s) təqdim olunmamışdır. Abonent saldosunda görünür ki, iddiaçının aylıq sərfiyyatı 2018-ci ilin yanvar ayında 135416,4 manat, 2018-ci ilin dekabr ayında 100341,8 manat, 2019-cu ilin fevral ayında 105339,4 manat, 2019-cu ilin oktyabr ayında 13130,4 manat, 2020-ci ilin yanvar ayında 109434,6 manat, 2020-ci ilin fevral ayında 86337 manat olmuşdur. Beləliklə, abonent saldosunda əks olunmuş məlumatlara əsasən mübahəsələndirilən dövrlə digər dövrlər arasında qaz sərfiyyatının göstəricilərində kəskin fərq müşahidə olunmur. İddiaçı 50000 manat zərərin dəyməsini cavabdehin əsassız və qanunsuz müdaxilələri nəticəsində iztirablar keçirilməsi nəticəsində vurulan mənəvi zərər kimi qiymətləndirsə də, onun tərəfindən məhkəməyə mənəvi zərərin nə kimi və hansı formada vurulması, zərərin məbləğinin hansı səbəbdən 50000 manat təşkil etməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsassız olduğuna görə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin halları ilə təsdiq olunur ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə sayğac göstəricisinə əsasən 16 iyun 2020-ci il tarixinə 213375,4 manat borcu yaranmışdır və buna görə də qarşılıqlı iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia rədd oldunduğuna görə həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 204 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. 213375,4 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 204 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-1022/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1022/2022
29.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver