Məhkəmə qərarları › İş №2-2(113)-1043/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1043/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1043/2021 18.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi , Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qapalı səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 4958.3 manat məbləğində kredit borcu, 447.85 manat məbləğində faiz borcu və 1377.79 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 6783 (altı min yeddi yüz səksən üç) manat 94 (doxsan dörd) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "İddiaçı" QSC-nin nümayəndəsi G.İsmayılova iddia tələbini müdafiə edərək və iddia tələbinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 17L**********78 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür.Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla verməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 15041.7 manat ödəmiş, onun 958.3 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 233 gün üçün hesablanmış faiz borcu 447.85 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 233 gün üçün hesablanmış cərimə 1377.79 manat təşkil edir.Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sonda iddiaçının nümayəndəsi G.İsmayılova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019cu il tarixli 017L**********78 saylı uzunmüddətli kredit müqaviləsi bağladığını və kredit ödənişlərini vaxtında ödədiyini lakin hal-hazırda pandemik vəziyyətlə əlaqədar maddi imkanının az olması və sahibkarlıq fəaliyyətində müəyyən yubanmaların olması səbəbindən ümumilikdə 4958.3 manat məbləğində kredit borcunu tam ödəmək imkanında olmadığını, faiz borcunun yüksək hesablanması, cərimə borcunu qəbul etmədiyini, iddianı qismən qəbul etdiyini bildirərək,iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, illik faiz dərəcəsi 28 faiz olmaqla 500000 (beş yüz min) manat məbləğində kredit xətti açmışdır. İş materiallarına əlavə edilmiş 017R********** saylı xx.xx.2019-cu il tarixli (xx.xx.2019cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsi üzrə ) İddiaçı QSC (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında bağlanmış kredit razılaşmasına əsasən kredit verən tərəfindən kredit alana aylıq faiz dərəcəsi 2% olmaqla 12 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan həmin müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 17236 saylı arayışdan görünür ki, Cavabdeh2 borcu 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 4958,3 manat əsas məbləğ üzrə borc, 447.85 manat faiz üzrə borc, 1377.79 manat cərimə borcu, gecikdirilən günlərin sayı 233 gün, cəmi 6783,94 manat təşkil edir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2019-cu il tarixli kreditin verilməsi – köçürmə cədvəlinə əsasən komissiya haqqı 200 manat olmaqla 20000 (iyirmi min) manat Cavabdeh2 hesabına köçürülmüş və Cavabdeh2 imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22857 saylı arayışdan görünür ki, Cavabdeh2 borcu 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixə 4958,3 manat əsas məbləğ üzrə borc, 114.93 manat faiz üzrə borc, 353.4 manat cərimə borcu, gecikdirilən günlərin sayı 62 gün, cəmi 5426,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017S**********05 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında Cavabdeh2 xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Borclunun uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında Cavabdeh2 xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Borclunun uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017S**********8106 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında Cavabdeh2 xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Borclunun uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 017S**********8104 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında Cavabdeh2 xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, verilmiş müvafiq kredit məbləğinin qalığının 0.1% məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Borclunun uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəyir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 14850,14851,14852 və 14853 saylı xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında 017R********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması (xx.xx.2019-cu il tarixli 017L**********78 saylı kredit xətti müqaviləsi)bağlanmışdır. İddiaçı QSC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğini və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Nəticədə Cavabdeh2 oğlunun İddiaçı QSC-yə borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququ olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələri olmuşdur. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit vəsaitini almış, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olsa da, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, bank cavabdehdən borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə, borcun cavabdehlərdən müştərək qaydada tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçının faiz borcunun tutulması tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri sayır ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli kredit müqaviləsinin müddəti xx.xx.2020-ci ildə bitdiyi halda iddiaçı tələbin qaldırıldığı tarixə hesablanmış 447,85 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumun yuxarıda göstərilən qərarının məzmunundan göründüyü kimi, kreditorun yalnız kreditin verilmə müddəti bitənədək olan dövr üçün müqavilənin şərtlərinə əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu, habelə iddiaçı tərəfindən verilmiş maliiyyə arayışına əsasən müqavilə müddətinin sonuna cavabdeh iddiaçıya 114,93 manat məbləğində faiz borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun tutulması tələbinə dair hissədə iddia qismən təmin edilməli, cavabdehlərdən müqavilə müddətinin bitdiyi tarixə hesablanmış 114,93 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əsas borcun ödənilməsinin gecikdirilməsinə görə 1377,79 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq dəbbə (cərimə) pulu 35 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4958,3 manat kredit borcu, 114.93 manat faiz borcu, 35 manat cərimə borcu olmaqla ümumilikdə 5108.23 manat tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 4958,3 (dörd min doqquz yüz əlli səkkiz) manat (üç) qəpik kredit borcu, 114.93 (yüz on dörd) manat (doxsan üç) qəpik faiz borcu, 35 (otuz beş) manat cərimə borcu olmaqla ümumilikdə 5108.23 (beş min yüz səkkiz) manat (iyirmi üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar